Məhkəmə qərarları › İş №2(105)-693/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-693/2024

13.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-693/2024 13.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Emı̇ nalı oğluna qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2(060)- 420/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı ASC Cavabdeh qarşı «su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 866 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehən tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi barədə qətnaə çxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********490) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023cü il tarixinə 866,50 manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 46, mənzil 49 ünvanında, ona məxsus evdə müvafiq olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 866,50 manat borcun (abonent kodu: **********490) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

3. Cavabeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmuşdur.

4. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən Abşeron Gənclər Şəhərciyinin Komendatlığına verilmiş sorğuya cavab olaraq, “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Abşeron Gənclər Şəhərciyi”nin komendatı Cavabdeh 08 yanvar 2024-cü il tarixli, 3817 nömrəli arayışına əsasən "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində blok 46, mənzil 49 ünvanı X2 məxsusdur. Arayışdan göründüyü kimi qeyd olunan mənzil tamamilə başqa şəxsə məxsusdur. O, həmin mənzildə heç vaxt yaşamamış və həmin mənzil cavabdehin heç vaxt mülkiyyətində olmamışdır. İddiaçının isə hansı səbəbdən onu bu işdə cavabdeh qoyması anlaşılmazdır. Bu səbəbdən də iddia ərizəsi tamamilə əsassızdır və rədd edilməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı ASC-nin Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 866,50 manat borcun (abonent kodu: **********490) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli abonent kartından görünür ki, Cavabdeh xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən istifadə etdiyi xidmətlərə görə İddiaçı ASC-yə 866,50 manat məbləğində borcu vardır. Ünvanda 4 nəfər ailə tərkibinə uyğun olaraq normativ qaydada hesabat aparılmışdır.

6. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur.

7. “X9” MMC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksində blok 46, mənzil 49 ünvanı X2 məxsusdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

8. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2(060)- 420/2024 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh 866 (səkkiz yüz altmış altı) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1 və 448.1-ci maddələri, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndi, 62, 2 və 3-cü maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının 1.6-cı maddəsi, 2.1.4 və 5.1.5-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1, 218.3, 14.2, 217.3, 217.4, 76.1, 76.2, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2(060)- 420/2024 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh Emı̇ nalı oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qeyd olunan qətnaməsi qanunsuz, ədalətsiz və əsassız olduğundan apellyasiya qaydasında ləğv olunmalı, iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Qanunvericiliyin normalarından göründüyü kimi suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilmə, su təhcizatı müəssisəsi bu barədə razılıq verir və bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi, su təhcizatı müəssisəsinin müraciət edən şəxsin obyektin sahibi olub-olmamasını araşdırmalıdır. Qanunvericiliyin digər tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə, iş materiallarında iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə mövcud olmamış, o, bununla bağlı qeyd olunan mənzilin su ilə təhciz olunmasına görə heç bir müraciət etməmiş, digər yandan qeyd olunan mənzilin ona heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşaması, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Məhkəmə maddi hüquq normalarının tələblərini pozaraq qanunla tələb olunan sənədlərə deyil, abonent kartına, İddiaçı ASC-nin ona ünvanladığı xx.xx.2023-cü il tarixli məktuba istinad etmişdir ki, bununla kobud qanun pozuntusuna yol vermişdir. Beləliklə, qanunvericiliyin normalarına görə öhdəliyin yaranması üçün ilk öncə müqavilə bağlanmalı, həmin hər iki tərəfin iradə ifadəsi öz əksini tapmalı, müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmalıdır ki, iş materiallarında tərəflər arasında imzalanmış hər hansı bir müqavilə olmadığından cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi mövcud deyildir. İşə baxan hakim prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq iddiaçının heç bir sübuta əsaslanmayan tələbini təmin etmişdir. Belə ki, tərəflərin arasında heç bir müqavilə olmadığı halda iddiaçı olmayan müqaviləyə istinad etmiş, məhkəmə də olmayan müqaviləyə istinad edərək iddianı təmin etmişdir. Halbuki, tərəfindən məhkəməyə ünvanlanmış etirazda iddiada göstərilən mənzilin cavabdehin deyil başqa bir şəxsin mülkiyyətində olması barədə arayış təqdim edilmiş, həmin mənzilin ona aidiyyəti olmaması bildirilmişdir. Lakin, məhkəmə qeyd olunanları nəzərə alaraq iddiaçıdan müqaviləni tələb etməli olduğu halda, qərəzli olaraq bunu etməmiş və olmayan müqaviləyə istinad etmişdir. İddiaçı iddia ərizəsində İddiaçı ASC tərəfindən ona (abonent kodu **********490) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərildiyini qeyd edir. Lakin iddiada hər hansı bir müqaviləyə istinad olunması qeyd olunmur. Lakin buna baxmayaraq məhkəmə öz qətnaməsində cavabdehin etirazı ilə bağlı qeyd edir ki, o, sözügedən ünvanın başqa şəxsə məxsus olmasını, həmin ünvanda yaşamamasını bildirsə də, iş materiallarından görünür ki, onunla su təchizatı müəssisəsi arasında Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 46, mənzil 49-a dair xx.xx.2016cı il tarixdə suyun alqı-satqısı müqaviləsi bağlanılmışdır. Hazırda da həmin müqavilə qüvvədədir. İş materiallarında tərəflər arasında bağlanmış müqavilənin olmamasına baxmayaraq məhkəmənin olmayan müqaviləyə istinad etməsi, üstəlik görmədiyi müqavilənin qüvvədə olmasını göstərməsi hakimin ya işdən xəbərinin olmadığını, ya da ona qarşı qərəzli olmasını göstərmiş olur. Bir məqamı da məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının və hakimin “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinə istinad etməsi tərəflər arasında müqavilənin olmadığını sübut etmiş olur. Bir daha bildirir ki, onunla su təchizatı müəssisəsi arasında belə bir müqavilə heç bir zaman bağlanmamışdır. Yalnız iddiaçı tərəfindən imzalanmış və möhürlənmiş müqavilədə onun ad və soyadı eyni göstərilsə də, ata adı tamamilə fərqli olmuşdur ki, həmin müqavilənin də ona heç bir aidiyyəti yoxdur. Məhkəmə qeyd olunan prosessual hüquq normalarının tələblərini kobud surətdə pozaraq qeyd olunan qanunsuz və ədalətsiz qərarı qəbul etmişdir. Məhkəmə işə baxarkən Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 46, 49 nömrəli mənzilin kimə məxsus olmasını, mənzilin ona məxsus olub-olmamasını, tərəflər arasında müqavilənin olub-olmaması kimi iş üçün mühüm əhəmiyyət kəsb edən xüsusatları araşdırmamışdır. İş materiallarında Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 46, 49 nömrəli mənzilin ona məxsus olması və tərəflərin arasında müqavilə olması sübut olunmamış, əksinə tərəfindən məhkəməyə təqdim edilmiş arayışda mənzilin başqa şəxsə məxsus olması sübut olunmuşdur. Məhkəmənin cavabdehlə su təchizatı müəssisəsi arasında Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 46, mənzil 49-a dair xx.xx.2016-cı il tarixdə suyun alqısatqısı müqaviləsi bağlanılması və həmin müqavilənin qüvvədə olması qənaətinə gəlməsi iş materialları ilə sübut olunmur. Apellyasiya insatansiya məhkəməsinə yeni subut olaraq müqavilə əlavə olunmuşdur. Həmin müqavilə tərəfindən iddiaçıya sorğu ilə müraciət edilərək alınmış, həmin müqavilə qətnamə çıxarıldıqdan sonra əldə olunduğundan birinci instansiya məhkəməsinə təqdim olunmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

13. Cavabdehin nümayənəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

14. İddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini qəbul etməyib, rədd olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, cavabdehlə bağlanmış müqavilə baza məlumatlarında aşkar edilmədiyindən təqdim edilməsi mümkün deyildir. Eləcə də cavabdehin borc hesablandığı ünvanda yaşaması, su təshizatından istifadəsi ilə bağlı hər hansı yazılı sübut təqdim edə bilmir.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq

16. "Su təchizatı və tullantı suları haqqında" Qanun: Maddə 5. 2-ci hissə Su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. 3-cü hissə Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Maddə 61. (İ bənd) Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydalarının”7.4-cü bəndinə əsasən, əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qaydaların 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək müəyən olunmuşdur.

18. Azərbaycan Respublikası Tarif Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m müəyyən edilmişdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 361.4. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir.

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normaları pozulmuş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq təmin etmişdir.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı ASC tərəfindən su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərildiyini, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini və nəticədə cavabdehin istifadə etdiyi xidmətlərə görə 866,50 manat məbləğində borcu yarandığını iddia edərək iddiaçı, borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

24. Birinci istansiya məhkəməsi tərəfindən iddia əsaslı hesab edilərək təmin edilmişdir.

25. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.

26. Məhkəmə kollegiyası apellyasiyi şikayətinin dəlillərini iş materialları müqaisəli şəkildə araşdıraraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır, apellyasiya şikayətini əsaslı hesab edir.

27. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.

28. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.

29. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, onunla iddiaçı arasında su təchizatı və tullantı sularına görə heç bir müqavilə bağlanmamış və iddiaçının güman etdiyi borcun ona heç bir aidiyyəti yoxdur. Ona bəlli olmayan müqavilə öhdəlikləri üzrə məsuliyyət daşımamalıdır. Qeyd olunan ünvan ona məxsus deyildir, onun həmin ünvana aiddiyyəti yoxdur.

31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərini əsaslı hesab edir.

32. Məhkəmə kollegiyası hesab edir ki, su təchizatından istifadəyə görə bağlanmış müqavilə və cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsinin səbəbləri, cavabdehin borcun hesablandığı ünvan üzrə yaşaması, istifadə etməsi faktı məhkəmə tərəfindən araşdırılmamışdır.

33. İşin müəyyən edimiş hallarından göründüyü kimi iddiaçının iddia tələbinin əsası olaraq istinad etdiyi abonent kartında abonent – Cavabdeh, müqavilə nömrəsi 34874093, xx.xx.2016-cı il, ünvan Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 46, mənzil 49 göstərilmişdir.

34. Apellyasiya şikayətinə əlavə olunmuş xx.xx.2016-cı il tarixli, 34874093 (Abonent kartında göstərilmiş müqavilə nömrəsi) nömrəli Su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan Müqavilədən görünür ki, abonent kodu **********490, xidmət ünvanı Abşeron Gənclər Şəhərciyi, ev 46, mənzil 49 ünvanına dair İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında həmin müqavilə tərtib edilmişdir. Lakin müqavilə istehlakçı tərəfindən imzalanmamışdır.

35. Göründüyü kimi müqavilə tərəfi olaraq Cavabdeh (araşdırılan mübahisə üzrə cavabdeh) ilə deyil, Cavabdeh Bayramşərif oğlu adlı şəxs göstərilmişdir.

36. Bununla yanaşı qeyd olunmalıdır ki, həmin müqavilə istehlakçı tərəfindən imzalanmadığından tərəflərin iradə ifadəsini əks etdirən və öhdəlik hüquq münasibətlərinin yaranmasının əsasında duran sənəd kimi çıxış edə bilməz.

37. Bundan başqa, iş materialları ilə müəyyən edilir ki, borcun hesablandığı Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 46, 49 nömrəli mənzilin sahibi hazırkı cavabdeh deyildir, X5 adlı şəxsdir.

38. Kollegiya qeyd edir ki, mübahisələndirilən hallar üzrə aparılmış araşdırma zamanı iddiaçının nümayəndəsinə tərəflər arasında bağlanılmış müqavilənin, habelə borclunun (cavabdehin) göstərilən ünvanda yaşaması və sudan istifadəsi ilə bağlı halları təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif olunsa da iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir.

39. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar isə natamam olmaqla iddianın təmin edilməsi üçün əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Birinci instansiya məhkəməsi natamam sübutlar əsasında iddianı təmin etməkdə haqlı olmamışdır.

42. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2(060)-420/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, e-2(060)-420/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh Emı̇ nalı oğluna qarşı “su təchizatı və tullantı suların axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia rədd edilsin. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar