Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-700/2021 01.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: X3 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi F.S.Məmmədli tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.T.Məmmədov) iddianın qismən təmin edilməsi, cavabdeh X1 təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 64,80 manat pul vəsaitinin tutularaq İddiaçıABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına tutulması qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X2 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh S.A.Seyidova tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4889,90 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin 30 manat dövlət rüsumunun, ümumilikdə 5219,90 manat pulun məcburi qaydada tutularaq İddiaçı İBnin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı” İstehsalat Birliyi xx.xx.2016-cı il tarixli, T/15043 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan stifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə Müqavilə” əsasında S.A.Seyidovaya məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbbi qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin “Qazdan istifadə qaydaları” nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbbi qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2018-ci il tarixindən başalayaraq xx.xx.2019-cu il tarixinə qədər tərtib edilmiş müvafiq aktlara əsasən, İddiaçınə cəmi 3752,40 manat ziyan dəymişdir. Bundan əlavə elektron sayğac quraşdırıldığı andan cavabdehin borcunun bir hissəsi elektron sayğaca keçmişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1137,50 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 4889,90 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, lakin cavabdeh heç bir ödəniş həyata keçirməmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi F.Məmmədli apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, xx xxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən S.Seyidovanın saygacdan kənar qeyri qanuni qazdan istifadə etməsi sübuta yetirilmişdir. Lakin iş materiallarında olan aktlardan görünür ki, cavabdeh tərəfindən dəfələrlə qanunsuz qoşulma olmuşdur. Qeyd olunan hallara məhkəmə düzgün hüquqi qiymət verməmiş, düzgün maddi hüquq normalarını tətbiq etməmiş və bununlada hüququn tətbiq edilməsində səhv buraxmışdır. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(012)-1787/2020 saylı qətnaməsini ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi F.S.Məmmədli apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdeh S.A.Seyidova məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərək, cavabdeh tərəfindən qazdan düzgün istifadə olmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi F.Məmmədlinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, T/15043 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə Müqavilə”dən görünür ki, S.A.Seyidovaya məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. İşdə olan İddiaçı xx.xx.2018-ci il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 648 m3 qazın istifadə olunması göstərilmişdir. İşə əlavə olan İddiaçı xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1098 m3 qazın istifadə olunması göstərilmişdir. İşdə olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İşə əlavə olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1332 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İşə əlavə olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1332 m3 qazın istifadə olunması göstərilmişdir. İşdə olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı Seyidova Surata məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 1332 m3 qazın istifadə olunması göstərilmişdir. İşdə olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İşə əlavə olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İşdə olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İşə əlavə olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya Surata məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İşdə olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İşdə olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İşə əlavə olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. İş materiallarında olan İddiaçı xx.xx.2019-cu il tarixli komissiya üzvlərinin rəyindən görünür ki, istehlakçı S.Seyidovaya məxsus ünvan 2 ünvanında sayğaca baxış keçirilən zaman fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş, bununla bağlı sayğacdan kənar qaz xəttinin ləğv edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması və ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icra olunması qeyd edilmiş, ümumilikdə 324 m3 qazın istifadə olunması göstərilmişdir. İşdə olan İddiaçı xx.xx.2019-cu il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktından görünür ki, istehlakçı S.Seyidovaya məxsus mənzildə yerləşən sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkar olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olaraq qeyd edilmişdir. Məhkəmə iclasında İddiaçı, xx.xx.2018-ci il tarixli, ******* №-li “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktı əsasında S.A.Seyidovanın sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində 64,80 manat borcunun olması məhkəmə iclasında sübuta yetirilmişdir. Lakin digər xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 109,80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat cərimə borclarının həqiqətən S.A.Seyidova tərəfindən kənar xətdən istifadə olunması nəticəsində olması məhkəmə iclasında sübuta yetirilmədiyindən iddia tələbi həmin aktlara əsasən hesablanmış cərimə borcları hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” xx xxxxxx 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatm enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, İddiaçı təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1 və 425.2-ci maddələrinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir.Məcəllənin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X4 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli 2(012)- 1787/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-700/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-700/2021
01.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver