Məhkəmə qərarları › İş №2(105)-702/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-702/2023

24.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-702/2023 24.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, “Əmlak İxtisaslaşdirilmiş Hərrac Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(060)-4362/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, Cavabdeh2nə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, Y-198, 198/1, 198/3 nömrəli hərracın nəticələri haqqında protokolların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 75V yaşayış sahələrinin və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, 105–də yerləşən “Sevinc” İKFna məxsus qeyriyaşayış binasının boşaldılmasının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4362/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 75V yaşayış sahələrinin və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, 105–də yerləşən “Sevinc” İKF-na məxsus qeyri-yaşayış binasının boşaldılmasının dayandırılması qərara alınmışdır. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4362/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4362/2021 saylı qərardadı ilə ərizə təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin iddianın təmini tədbiri barədə 27 aprel 2021-ci il tarixli, 2(060)-4362/2021 saylı qərardadı və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 75V yaşayış sahələrinin və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, 105–də yerləşən “Sevinc” İKFna məxsus qeyri-yaşayış binasının boşaldılmasının dayandırılmasından ibarət müvəqqəti təminat tədbiri ləğv edilmişdir (hakim Günel Tanrıverdiyeva). Hazırda həmin qərardaddan narazı qalan İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4362/2021 saylı, xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4362/2021 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlərə qarşı hərracın nəticələrinə dair protokolların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72 V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 95V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi 105-də yerləşən “Sevinc” İKF-yə məxsus qeyri-yaşayış binasının boşaldılmasının dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsi təmin edilmiş və ona məxsus binaların boşaldılmasının dayandırılması qərara alınmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə hərracın nəticələrinə dair protokolların və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Lakin hazırda Bakı şəhəri, Yasamal Rayonu Məhkəməsinin icraatında onun Access Bank QSC-yə qarşı əsassız ödənilmiş pulların geri qaytarılması tələbinə dair müki iş vardır. Hazırki qərardad nəzərə alınaraq müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilməmişdir. İş üzrə cavabdehlər məhkəmədə iddianın təmini tədbirinin ləğvi haqqında ərizəsinə baxılana qədər daşınmaz əmlakları boşaltmışlar. İpoteka edilmiş daşınmaz əmlakın sayı və dəyəri kredit borcundan artıq olduğundan və krediti ödəmək imkanı olduğundan, cavabdeh tərəfindən daşınmaz əmlakların özgəninkləşdirmə istəyi ehtimalını nəzərə alaraq hesab edir ki, qərardadın ləğv edilməsinə ehtiyac yoxdur. Məlumat üçün qeyd edir ki, əsassız ödənilmiş pulların geri qaytarılması tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair ərizə ilə məhkəməyə müraciət etməmişdir. Hazırda həmin məsələ araşdırılır. Qeyd edilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4362/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-4362/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə, Cavabdeh2nə və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edildiyindən və həmin qətnamə qanuni qüvvəyə mindiyindən, Sumqayıt Şəhər Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(060)4362/2021 saylı qərardadı və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 75V yaşayış sahələrinin və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, 105–də yerləşən “Sevinc” İKF-na məxsus qeyri-yaşayış binasının boşaldılmasının dayandırılmasından ibarət müvəqqəti təminat tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə qərardadı ləğv etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(060)- 4362/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehiər Sumqayıt Şəhəri üzrə İcra idarəsinə, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi» Məhdud Məsuliyyətli Cəmiyyətinə və "xxxx" Qapaiı Səhmdar Cəmiyyətinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Müiki Kollegiyasının 29 dekabr 2021-ci il tarixii qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilmədən iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 aprei 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 27 sentyabr 2022-ci il tarixli 2(102)- 3747/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi 29 dekabr 2021-ci iİ tarixli, 2(105)-3475/202l saylı qətnaməsi dəyəşdirilmədən saxlanılmışdır. Bununla da müəyyən edilir ki, iş üzrə iddia tələbinin təmin edilməməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 2(060)- 4362/2021 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Azərbayсan Respublikası Mülki Prosessual Məсəlləsinin 162.1-сi maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə сəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanılır. 162.4-cü maddəsinə əsasən iddia təmin edildikdə müvəqqəti təminat tədbirləri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. Göründüyü kimi, məhkəmənin 2(060)-4362/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtaranadək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 73-cü məhəllə, ev 72V, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə, ev 75V yaşayış sahələrinin və Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsi, 105–də yerləşən “Sevinc” İKF-na məxsus qeyri-yaşayış binasının boşaldılmasının dayandırılması qərara alınmış, işə mahiyyəti üzrə baxılıb həll edilmiş və iddia tələbi təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə də işə mahiyyəti üzrə baxılıb həll edildiyindən qanunvericiliyə uyğun olaraq müvəqqəti təminat tədbiri barədə öz qərardadını ləğv etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi müvəqqəti təminat tədbiri barədə qərardadı ləğv etməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən dəlillər formal mülahizələr kimi qəbul edilməklə əsassız sayılmalıdır. Belə ki, Bakı şəhəri, Yasamal Rayonu Məhkəməsinin icraatında onun "xxxx" QSC-yə qarşı əsassız ödənilmiş pulların geri qaytarılması tələbinə dair mülki işin olması, ipoteka edilmiş daşınmaz əmlakın sayı və dəyəri kredit borcundan artıq olduğundan və krediti ödəmək imkanı olduğundan, cavabdeh tərəfindən daşınmaz əmlakların özgəninkləşdirmə istəyi ehtimalını nəzərə alınmasına qiymət verərək məhkəmə hesab edir ki, göründüyü kimi həmin işin mahiyyəti əsassız ödənilmiş pulların geri qaytarılması barədədir və hazırki iş üzrə qeyri-yaşayış binasının boşaldılması ilə bağlılığı yoxdur. Belə ki, həmin tələbin mahiyyəti pul tələbidir. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, Bakı şəhəri, Yasamal Rayonu Məhkəməsinin icraatında olan iş üzrə iddianın predmeti pul tələbidir, hazırki iş üzrə boşaldılmasına qadağa qoyulmuş qeyri-yaşayış sahəsi üzərində müvəqqəti təminat tədbiri kimi qadağanın saxlanılması yolverilməzdir. İddianın predmeti ilə əlaqəli olmayan əmlak üzərinə həbs qoyulması qətnamənin gələcəkdə icrasına təminat yaradan tədbir kimi qəbul edilə bilməz. Çünki hazırki iş üzrə pul alınması barədə iddia tələbi təmin ediləcəyi halda, cavabdehdən boşaldılmasına qadağa qoyulmuş qeyri-yaşayış sahəsi deyil, pul vəsaiti alınacaqdır. Buna görə də pul vəsaitinin alınması ilə bağlı belə tədbir cavabdeh qətnaməni könüllü şəkildə icra etməyəcəyi halda, yalnız “İcra haqqında” Qanuna uyğun olaraq məhkəmə qətnaməsinin icrası qaydasında, icra məmurunun təqdimatı ilə görülə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(060)-4362/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 30 dekabr 2022-ci il tarixli, 2(060)-4362/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar