Məhkəmə qərarları › İş №2(105)-707/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-707/2021

05.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-707/2021 05.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X4 və X1 tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı ahməmmədov Nuru Saydam oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Notariat Kontoru və DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeydiyyatla bağlı çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4599/2020 saylı, 03 noyabr və xx xxxxxx 2020-ci il tarixli qərardadlarından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 145,4 kv.metr sahəsi olan fərdi yaşayış evi ilə bağlı Abşeron rayon 1 saylı Notariat kontorunda imzalanmış xx xxxx 2016-cı il tarixli, AN-1 seriyalı, ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Sənana verilmiş xx xxxx 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv olunması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qaldırdığı iddia ilə bağlı iddianın təmin tədbiri kimi icra məmurunun icraatında olan evdən köçürmə işinin dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4599/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Elman Məmmədov) İddiaçı yenidən iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qaldırdığı iddia ilə bağlı iddianın təmin tədbiri kimi icra məmurunun icraatında olan evdən köçürmə işinin dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianın təmin tədbiri barədə ərizəsini onunla əsaslandırmışdır ki, onun tərəfindən cavabdehlərdən Cavabdeh1 ilə arasında Abşeron rayon Masazır kəndində yerləşən, 145.4 kv.metr sahəsi olan fərdi yaşayış evi ilə bağlı Abşeron rayon 1 saylı Notariat kontorunda imzalanmış xx xxxx 2016cı il tarixli, AN-1 seriyalı,0562934 saylı alğısatqı müqaviləsinin etibarsız hesab olunması, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasına dair iddia qaldırılmışdır. Mübahisələndirilən mülkün boşaldılmasına dair iş isə Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfovun icraatındadır. Müqavilənin görüntü xətrinə bağlanması, eyni mülk barədə məhkəmədə iddiaya baxıldığından İcra Haqqındakı Qanunun 17.1.4-cü maddəsinə əsasən icraanın dayandırılmasına dəfələrlə vəsatət verilmişdir. 1-ci vəsatətin təqdim edilməsindən 6 aydan artıq, sonuncu vəsatətin verilməsindən 10 gündən artıq vaxt keçməsinə baxmayaraq bu gündə rəsmi cavab ala bilməmişlər. İcra məmuru mülkün altındakı və ətrafındakı torpaq sahəsi onların olmasına və məhkəmə çəkişməsi getməsinə baxmayaraq israrla mənzilin boşaldılmasını tələb edir. Halbuki belə vəziyyətdə İcra Haqqındakı Qanunun 17.1.4-cü maddəsinə əsasən icranın dayandırılması məcburidir. Qanunda alternativ fikir yoxdur. Bununla belə ondan tələb olunur ki, məhkəmə qərardad verməlidir. Onlar qaçqındırlar. Pandemiyaya görə məhdudiyyətlər var. Yeganə yaşayış yerləri mübahisələndirilən mülkdür. Bundan əlavə bacısıgildə onlarda olur. Bacısının həyat yoldaşı ön cəbhədə hərbçi kimi vuruşur. Ölümlə üz-üzə olan şəxsin ailəsini çölə tökmək istəyirlər. Faktı təsdiq edən bələdiyyədən və hərbi komissarlığından arayışlar da almışlar. Zəruridir ki, iddianın təmin etmə tədbiri kimi mübahisələndirilən mülkün yekun məhkəmə qətnaməsi qanuni qüvvəyə minənə kimi Abşeron rayon icra və probasiya şöbəsi tərəfidən boşaldılmasınan dayandırılmasına dair qərardad çıxarılsın. Qeyd olunanlara əsasən, o, iddianın təmin tədbiri barədə ərizəsinin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4599/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim Elman Məmmədov) Qərardaddan İddiaçı şikayət verərək qərardadların ləğv edilməsi, ərizənin təmin edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4599/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsi göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X3 izahatında şikayətin dəlillərini müdfiə edərək göstərdi ki, mübahisəli mülkin boşaldılmasına dair iş icra şöbəsinin icraatında olsa da, mülk barədə məhkəmədə iddiaya baxılır. Mülkin altındakı və ətrafındakı torpaq sahəsi atasının mülki olmasına və məhkəmə çəkişçməsinin getməsinə baxmayaraq israrla mənzilinin boşaldılması tələb olunur. Belə halda İcra Haqqında Qanunun 17.1.4-cü maddəsinə əsasən icra işinin icraatı dayandırılmalıdır. Onlardan məhkəmə qərardadı tələb olunur. Hazırda başqa yaşayış yerləri yoxdur, iddiaçının bacısı da ailəsi ilə birlikdə onlarla yaşayır. Mübahisəli mülk barədə yekun məhkəmə qətnaməsi qanunu qüvvəsini alana kimi Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən evin boşaldılmasının dayandırılmasına dair qərardad çıxarılması zəruridir. Məhkəmə onun ərizələrini təmin etməmiş, onunla əsaslandırmışdır ki, ərizənin təmin edilməsinə əsas verən hallar barədə sübut təqdim etməmişdir. Halbuki, ərizədə təmin tədbirinə əsas verilən hallar, o cümlədən tədbirin hansı qanunun tələblərindən irəli gəldiyi aydın göstərilmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə iş materialları ilə təkzib edilir. Odur ki, qərardadların ləğv edilməsi, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Barəsində şikayət qərardadlardan görünür ki, birinci instansiya məhkəməsi iddianın təmin tədbiri barədə ərizəni təmin etməyərkən iddiaçının həmin ərizənin təmin olunmasına əsas verən halları əsaslandırmamasına istinad etmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə onun arasında Abşeron rayonu, Masazır kəndində yerləşən 145,4 kv.metr sahəsi olan fərdi yaşayış evi ilə bağlı Abşeron rayon 1 saylı Notariat kontorunda imzalanmış xx xxxx 2016-cı il tarixli, AN-1 seriyalı, ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab olunması, DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən Sənana verilmiş xx xxxx 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışın ləğv olunması barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Lakin iddiaçı iddianı təmin etmək haqqında ərizə ilə məhkəməyə müraciət edərək, qaldırdığı iddia ilə bağlı iddianın təmin tədbiri kimi icra məmurunun icraatında olan evdən köçürmə işinin dayandırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Lakin ərizəsində icra məmurunun icraatında olan evdən köçürmə barədə işin dayandırılmasını göstərilsə də, ərizəni kifayət qədər əsaslandırmamış, icra məmurun icraatında olan iş barədə hər hansı sübut təqdim etməmişdir. Halbuki, iddiaçı ərizəsini əsaslandırarkən Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmək vəzifəsi də daşısa da, hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinə əsasən icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Qeyd edilən qanunvericilik normasından da göründüyü kimi, icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır, lakin hazırki halda iddiaçı icra məmurunun icraatında olan icra işinin dayandırılması ilə bağlı ilk növbədə icra məmuruna müraciət etməli olduğu halda icra işi üzrə icraatın dayandırılması barədə müraciət etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı qeyd edilən məsələ ilə bağlı dəfələrlə icra məmuruna vəsatətlə müraciət etməsini bildirsə də, qeyd edilən müraciətlərin edilməsinə dair rəsmi sənəd (vəsatət, ərizə) təqdim etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4599/2020 saylı, 03 noyabr və xx xxxxxx 2020-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Ruhiyyə Əsgərova Elman Rəhimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar