Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-722/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – hakimlər X2 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisi olmaqla) qarşı “miras əmlakda payın müəyyən edilməsi və naturada bölünməsi tələbinə dair” mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, mərhum X14 adına xx.xx.1988-ci ildə qeydiyyata alınmış ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evindən mərhum X6 çatası miras payından sonuncunun vəsiyyət üzrə vərəsəsi İddiaçı vəsiyyətnamə əsasında 9/28 hissə payının, Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 saylı 30209018 kodlu şəhadətnaməyə əsasən ünvan 1ində yerləşən 0,31 ha torpaq sahəsindən mərhum X6 düşən miras payından İddiaçı vəsiyyətnamə əsasında 9/70 hissə payının və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 1,19 ha torpaq sahəsindən mərhum X6 düşən miras payından İddiaçı vəsiyyətnamə əsasında 9/70 hissə payının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qətnamənin miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilməsi və qanunvericiliklə nəzərdə tutulmuş qaydada hüquqların qeydə alınması üçün əsas olması qət edilmişdir (hakim Sərxan Səmədzadə). Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5nun xx.xx.2003-cü il tarixdə vəfatından sonra miras qalmış ünvan 2ində yerləşən yaşayış evindən, 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatlı torpaq sahəsində ona məxsus olmuş paydan ibarət mirasın nənəsi X10 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, sonuncunun xx.xx.2006-cı il tarixdə vəfatından sonra miras qalmış yaşayış evinin, 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət miras əmlakın ona düşən, tərəfindən vəsiyyətnamə üzrə qəbul edilmiş payın müəyyən edilməsi və naturada ayrılaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.1990-ci ildə ünvan 1ində anadan olmuş, valideynləri olan atası X30 ilə anası X19 13 iyun 1988-ci ildə rəsmi nikah bağlamaqla ailə həyatı qurmuş, həmin tarixdə də anası Zərifə ata babası olan X20 məxsus ünvan 1ində yerləşən evə gəlin köçmüşdür. Valideynləri ailə həyatı qurarkən atası daimi Rusiya Federasiyasında yaşamış, ona görə də ailə həyatı qurduqdan sonra da atası Rusiya Federasiyasına qayıtmışdır. Evdə babası Məlik, nənəsi X10, anası X19 və onlar (o və bacısı) yaşamışlar. X5 27 fevral 2003-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra miras qalmış Xaçmaz rayonu, Yegüc kəndində yerləşən yaşayış evi, evin yerləşdiyi həyətyanı torpaq sahəsində və kənd təsərüfatı təyinatlı torpaq sahəsindəki paylardan ibarət mirası 1-ci növbə vərəsə olaraq həyat yoldaşı olan (yəni nənəsi) X10 faktiki olaraq idarə etrməklə qəbul etmişdir. X38 10 mart 2006-cı il tarixdə vəfat etmişdir. O, vəfat etməzdən əvvəl, yəni 01 mart 2006-cı il tarixdə qanuni təsdiq edilmiş vəsiyyətnamə ilə ünvan 2ində yerləşən yaşayış evini, həyətyanı və öz pay torpağını, əmanət kassasında olan pullarını və bütün əmlakını ona vəsiyyət etmişdir. Vəsiyyət üzrə vərəsə olaraq mərhum nənəsindən miras qalmış əmlakı faktiki olaraq idarə etməklə və ona yiyələnməklə qəbul etmişdir və bu günə kimu həmin əmlakı idarə edir. Cavabdeh onun doğma əmisidir. O, hələ babasının və nənəsinin sağlığında evdən köçüb getmiş, ünvan 1ində özünə məxsus evdə yaşamışdır. Cavabdeh, nənəsinin ölümündən təxminən 1 il keçdikdən sonra özünə məxsus evini, meyvə bağlarını sataraq onların yaşadığı, yəni X38dan miras qalmış evə köçərək 1-ci mərtəbəsində məskunlaşmışdır. Həmin vaxt anası Zərifə Hüseynova və o etiraz etməmişlər ki, cavabdeh əmisidir, özünə başqa yaşayış yeri əldə edənə kimi miras evdə müvəqqəti yaşasın. Bu yaxınlarda cavabdeh əmisi onların evdə olmamalarından istifadə edərək miras evin 2-ci mərtəbəsindəki əmlakları özbaşına olaraq oradan çıxarıb evin 1-ci mərtəbəsinə ataraq özü ailəsi ilə birllikdə evin 2-ci mərtəbəsinə köçüb yaşamağa başlamışdır. Bu zəmində aralarında mübahisələr yaranmışdır. Hesab edir ki, Cavabdeh bu cür hərəkətlər etməsi tamamilə qanunsuzdur, miras əmlakla bağlı onun hər hansı hüququ yaranmamışdır. Əksinə o, vəsiyyət üzrə vərəsə olaraq mərhum X38dan miras qalmış əmlakı qəbul etmişdir. Miras əmlaka dair hüquqlarının qanunamüvafiq rəsmiləşdirilməsi üçün Xaçmaz rayon 1 saylı Notariat Ofisinə müraciət etmiş, notariat ofisinin notariusu F.S.Məmmədovun 30 iyun 2020-ci il tarixli 336 saylı məktubu ilə ona cavab verilmişdir ki, X3 vəfatından sonra miras qalmış ünvan 1i ünvanında yerləşən torpaq sahəsi və evə dair vərəsəlik işi mübahisəli xarakter daşıyır. Bu səbəbdən notariat əməliyyatının aparılması qeyri-mümkündür və məsələ ilə bağlı məhkəməyə müraciət etmək tövsiyə olunur. Beləliklə, X5nun ölümündən sonra yaşayış evindən, həyətyanı torpaq sahəsində və pay torpaq sahəsində ona məxsus olmuş paylardan ibarət mirası həyat yoldaşı (nənəsi) X10 faktiki olaraq qəbul etmişdir. Nənəsi isə, yuxarıda qeyd edildiyi kimi, vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakı ona vəsiyyət etmişdir. Nənəsinin öldüyü vaxt onun 16 yaşı olmuşdur. O, miras evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişdir. Xaçmaz rayon İcra Hakimiyyətinin başçısının Yergüc kənd İƏD nümayəndəsinin arayışı ilə təsdiq olunur ki, miras qoyan X3 ölümündən sonra evi və təsərrüfatı İddiaçı idarə edir. Cavabdeh miras əmlakı qanunda nəzərdə tutulmuş qaydada və müddətdə qəbul etməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, məhkəmədə müəyyən olunmuş sübutlar və faktlar əsasında iddia tələbinin tam təmin edilməsi və miras üzrə payların yenidən düzgün qaydada bölüşdürülməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(067)-35/2025 nömrəli qətnaməsi qanunsuz və əsassızdır, hesab edir ki, payların bölgüsü yenidən aparılmalıdır. X15 adına verdiyi vəsiyyətnamə cavabdeh və digər vərəsələr tərəfindən mübahisələndirilsə də, ona verilmiş vəsiyyətnamə məhkəmələr tərəfindən qüvvədə saxlanılmışdır. İddiaçı olaraq o, miras açıldığı andan vəsiyyət üzrə vərəsə kimi miras əmlakı faktiki qəbul etməklə, bunu şəksiz nümayiş etdirməklə, habelə onun idarəçiliyini həyata keçirməklə mirası qəbul etmişdir. Məhkəmə mərhum babası Məlik Hüseynovdan X38ya keçmiş payı və nənəsi tərəfindən ona vəsiyyət edilmiş mirasın kütləsini və həcmini düzgün müəyyən etməmiş, onun payını qanunvericiliyə uyğun ayırmamış, vəsiyyətnamə üzrə ona böyük miqdarda pay düşməli olduğunu nəzərə almamışdır. Həmçinin məcburi pay almalı olan şəxslərin paylarını əsassız olaraq artıraraq onun mülkiyyət hüquqlarını pozmuşdur. Bir sözlə, paylar düzgün bölüşdürülməmişdir. Hesab edir ki, bu hallar yuxarı məhkəmə tərəfindən yenidən araşdırma zamanı üzə çıxacaqdır. O, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etmişdir. Bu halları məhkəmə özü də qəbul etmiş, lakin sübutlara düzgün qiymət verilməmişdir. Ona görə də qətnamənin ləğv edilməsini, məhkəmədə müəyyən olunmuş sübutlar və faktlar əsasında iddia tələbinin tam təmin edilməsi və miras üzrə payların yenidən düzgün qaydada bölüşdürülməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edir. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh apellyasiya şikayəti ilə razılaşmadığını bildirərək, şikayətin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işin müəyyən olunmuş hallarına tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsi dəyişdirilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materiallarında olan Qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X24 ilə X7 arasında nikah 19 iyun 1963-cü ildə bağlanmışdır. Nikahdan sonra qadın “Hüseynova” soyadını qəbul etmişdir. İşdə olan Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X30 ilə X11 arasında nikah xx.xx.1988-ci ildə bağlanmışdır. Nikahdan sonra qadın Hüseynova soyadını qəbul etmişdir. İşdə olan Torpağa mülkiyyət hüququna dair JN 2766 (kod ********) nömrəli Dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən X24, X19, X12, X25 və İddiaçı birgə mülkiyyətinə 1,19 hektar torpaq sahəsi verilmişdir. İşdə olan Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 (kod ********) nömrəli şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 30 dekabr 1996-cı il tarixli 12 nömrəli qərarına əsasən X24, X19, X12, X25 və İddiaçı birgə mülkiyyətinə 0,31 hektar torpaq sahəsi verilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 2i ünvanında yerləşən 1,19 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə X24, X19, X12, X22 və İddiaçı adlarına qeydiyyata alınmışdır. İşdə olan Xaçmaz rayon notariat ofisinin iddiaçıya ünvanladığı 30 iyun 2020-ci il tarixli 336 nömrəli məktubdan görünür ki, vərəsəlik işi mübahisəli xarakter daşıdığından notariat əməliyyatının aparılması qeyri mümkündür. İşdə olan 01 mart 2006-cı ildə tərtib edilmiş vəsiyyətnamədən müəyyən olunur ki, X12 vəfat edəcəyi günə özünə məxsus olan bütün əmlakını, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən ünvan 2ində yerləşən xüsusi yaşayış evini, həyətyanı və pay torpağını, əmanət kassasında olan pulunu və bütün əmlakını doğma nəvəsi İddiaçı vəsiyyət etmişdir. İşdə olan Xaçmaz rayon Yergüc kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 942 nömrəli arayışından müəyyən olunur ki, X12 1932-ci il tarixdən xx.xx.2006-cı ilədək ünvan 2ində yaşamış və orada da xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: X23, X31, X30, X26, Cavabdeh, X16. Ölümündən sonra evi və təsərrüfatı oğlu Cavabdeh idarə edir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 xx.xx.2006-cı ildə vəfat etmişdir. İşdə olan Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1ində 2 otaqlı, cəmi 154.4 kv.m sahəsi olan fərdi yaşayış evi X14 adına xx.xx.1988-ci ildə qeydiyyata alınmışdır. İşin müəyyən olunmuş hallarından görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X12 01 mart 2006-cı ildə tərtib edilmiş vəsiyyətnaməyə əsasən vəfat edəcəyi günə özünə məxsus olan bütün əmlakını, onun nədən ibarət olmasından və harada yerləşməsindən asılı olmayaraq, o cümlədən ünvan 2ində yerləşən xüsusi yaşayış evini, həyətyanı və pay torpağını, əmanət kassasında olan pulunu və bütün əmlakını nəvəsi olan İddiaçı vəsiyyət etmişdir. Hazırda iddiaçı ilə əmisi olan Cavabdeh arasında mirasla bağlı mübahisə yaranmışdır. Cavabdeh valideynlərindən qalmış və qardaşı oğlu olan iddiaçıya vəsiyyət edilmiş ikimərtəbəli evin əvvəlcə birinci mərtəbəsinə köçüb ailəsi ilə birlikdə orada yaşamış, bir müddət sonra isə evin 2-ci mərtəbəsindəki əşyaları çıxarıb 1-ci mərtəbəyə yerləşdirərək, özü ailəsi ilə birllikdə evin 2-ci mərtəbəsinə köçüb yaşamağa başlamışdır. Cavabdeh öz hərəkətlərinə valideynlərinin vərəsəsi kimi haqq qazandırır, iddiaçının isə vərəsəlik hüququnu tanımır. Ona görə də iddiaçı vəsiyyətnaməyə əsasən miras əmlakdakı payının müəyyən edilməsi və mirasın paylara uyğun bölünməsi üçün məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamədək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu, habelə ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir; 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir; 1194-cü maddəsinə görə, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər; 1196-cı maddəsinə əsasən, vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır; 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1301-ci maddəsinə əsasən: (1301.1) Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər; (1301.2) Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər; (1301.3) Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin Qərarın nəticə hissəsinin 3-cü bəndinə əsasən, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Hazırkı mülki iş birinci instansiya məhkəməsinə xx.xx.2023-cü il tarixdə daxil olduğundan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarının nəticə hissəsinin 3-cü bəndinin təsiri altına düşür. Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə uyğun olaraq, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır. Vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Konstitusiya Məhkəməsinin 21 iyun 2024-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə əsasən: - miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi olan vərəsələrin də mülkiyyəti sayılır; - mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır; - məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir; məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir. Beləliklə, qanunvericiliyin tələblərinə uyğun olaraq, miras əmlak məhkəmə qaydasında bölüşdürülərkən öncə mirasda məcburi pay hüququ olan vərəsələrin payı müəyyən edilməli, sonra qalan miras əmlak vəsiyyətnamə üzrə vərəsəyə verilməli, bir neçə belə vərəsə olduqda onlar arasında bölüşdürülməlidir. Hazırkı iş üzrə birinci mirasqoyan X24 2003-cü ildə vəfat etmiş, heç kəsin adına vəsiyyətnamə verməmiş, onun qanun üzrə birinci növbəli 7 vərəsəsi olmuşdur: həyat yoldaşı X12 və övladları - X23, X31, X30, X26, Cavabdeh, X16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən, üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Bu normaya müvafiq olaraq Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 (kod ********) nömrəli şəhadətnaməyə əsasən X24, X19, X12, X25 və İddiaçı birgə mülkiyyətinə verilmiş 0,31 hektar həyətyanı torpaq sahəsində onların hər birinin 1/5 hissə mülkiyyət payı olduğu kimi, həmin torpaq sahəsində əvvəllər inşa edilmiş yaşayış evi üzərində də hər birinin eyni nisbətdə (1/5 hissə) mülkiyyət paylarının olması qəbul edilməlidir. Çünki, həyətyanı torpaq sahəsinə paylı mülkiyyət hüququ əldə edilənədək həmin torpaqda inşa edilmiş ev üzərində X24 və X4 mülkiyyət, digərlərinin isə istifadə hüququ olmuşdur. Lakin, həyətyanı torpaq sahəsi həmin evdə yaşayan şəxslərin bərabər paylı birgə mülkiyyətinə çevrildiyindən, habelə qanuna görə torpaq sahəsi və üzərindəki ev birlikdə vahid daşınmaz əmlak obyekti sayıldığından sözügedən evdə yaşayan həyətyanı torpaq sahəsinin mülkiyyətçiləri həm də bu evin birgə mülkiyyətçiləri hüququnu əldə edirlər. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mərhum X13 qanun üzrə vərəsələrinə ünvan 2ində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsinin və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/5 hissəsi həcmində miras qalmış, mirasdan imtina edən vərəsə olmamış, mirasdan hər vərəsənin payı 1/35 hissə təşkil etmişdir. Bundan sonra X4 qeyd edilən daşınmaz əmlaklarda ümumilikdə 8/35 (1/35 + 1/5) hissə mülkiyyət payı yaranmışdır. Həmin əmlaklarda mərhum X14 digər vərəsələrinin (6 övladının) birlikdə miras (mülkiyyət) payları 6/35 hissə, İddiaçı (iddiaçı), X19 və X17 isə hər birinin 7/35 hissə mülkiyyət payları olmuşdur. X12 2006-cı ildə vəfat edəndə onun 6 nəfər məcburi pay hüququ olan (övladları - X23, X31, X30, X26, Cavabdeh, X16) və 1 nəfər vəsiyyətnamə üzrə vərəsələri olmuş, mirasdan imtina edən vərəsə olmamışdır. Belə olduğu halda ünvan 2ində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsinin və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum X1 miras qalmış 8/35 hissəsindən məcburi pay hüququ olan vərəsələrinə (6 övladına) 4/35 hissə, vəsiyyətnamə üzrə vərəsə olan nəvəsi (iddiaçı) İddiaçı da 4/35 hissə miras pay düşür. Beləliklə, ünvan 2ində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsinin və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhumlar X24 və X4 mülkiyyətlərinə aid olmuş hissəsindən onların 6 övladına ümumi olaraq 10/35 (6/35 + 4/35) hissə, vəsiyyətnamə üzrə vərəsə (iddiaçı) İddiaçı isə 4/35 hissə miras pay çatır. Nəticədə ünvan 2ində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı mülkiyyət payı 11/35 (7/35 + 4/35) hissə, X9 mülkiyyət payı 7/35 hissə, X17 mülkiyyət payı 7/35 hissə, Cavabdeh və 5 nəfər bacı-qardaşının (X23, X31, X30, X26 və X8), yəni mərhumlar X24 və X4 6 nəfər övladlarının birlikdə mülkiyyət (miras) payları 10/35 hissə təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək hüquq vardır; 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 221-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. İddiaçı iddia ərizəsində ifadə etdiyi hüquqi marağı onun mülkiyyət və vərəsəlik paylarının olduğu ünvan 2ində yerləşən fərdi yaşayış evi və 0,31 ha həyətyanı torpaq sahəsində və 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əmlak payının müəyyən edilməsinə və ayrılmasına yönəlmişdir. İddiaçının vəsiyyətnamə üzrə mərhum nənəsinin vərəsəsi olması mübahisə doğurmur və mirasdan imtina etməməsi onun həmin mirası qəbul etməsini ehtiva edir, bunun məhkəmə tərəfindən əlavə müəyyən edilməsinə və ya təsdiqlənməsinə lüzum yoxdur. Ona görə də birinci instansiya məhkəməsi düzgün olaraq iddianı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair hissədə əsassız saymış və təmin etməmişdir. Məhkəmə xüsusi olaraq qeyd etmişdir ki, Çiçək Hüseynovanın nəvəsi İddiaçı üçün verdiyi 10 mart 2006-cı il tarixli vəsiyyətnamə məhkəmə qaydasında mübahisələndirilsə də, məhkəmə qətnaməsi ilə etibarlı sayılmış və müvafiq qətnamə qanuni qüvvəsini almışdır. Birinci instansiya məhkəməsinin İddiaçı və digər maraqlı şəxslər arasında miras əmlakı paylara bölüşdürməsinə baxmayaraq, birgə mülkiyyətin iştirakçılarının ümumi əmlaklarda yaranmış paylarının həcmini düzgün müəyyən etməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə dəyişdirilməli, iddiaçı və digər maraqlı şəxslərin sözügedən ümumi daşınmaz əmlaklarda yaranmış paylarının həcmi yenidən (yuxarıda göstərilən qaydada) müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Odur ki, məhkəmə, göstərilən münasibətlərlə bağlı mübahisəni həll etdikdə (və ya bundan sonra) eyni miras əmlaka dair eyni vərəsələrə vərəsəlik şəhadətnaməsi verilməsinə ehtiyac olmur və həmin məsələlərlə bağlı notariat orqanı tərəfindən daha əvvəl şəhadətnamə verildiyi halda onun da hüquqi əhəmiyyəti qalmır. Vərəsəlik mübahisəsini həll edən məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra tərəflər üçün məcburi, müvafiq orqanda qeydiyyatın aparılması üçün əsas olur. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları (o cümlədən mübahisəli daşınmaz əmlaka münasibətdə vərəsələrin hüquqlarını həll etmiş məhkəmə aktı) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün müstəqil əsaslardan biridir (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddəsi). Hazırkı iş üzrə iddiaçının payların naturada ayrılması tələbinə gəlincə məhkəmə kollegiyası qeyd edir ki, bundan ötrü iddiaçı əvvəlcə öz mülkiyyət payına düşən əmlakı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmalıdır. Bu zaman iddiaçı, onun anası (X19) və bacısı (X25) öz mülkiyyət paylarını birləşdirə və birinin adına sənədləşdirə (qeydiyyata aldıra) bilərlər. İddiaçı apellyasiya baxışı zamanı izahatında belə bir niyyətlərinin olmasını bildirmişdir. Paylı mülkiyyətin digər iştirakçıları da öz payları barəsində oxşar sərəncamlar verə bilərlər. Qeyd olunanlara əsasən hazırda mübahisə predmeti olan daşınmaz əmlakların naturada bölünməsi mümkün deyildir. Bundan ötrü həm də paylı mülkiyyətin iştirakçıları Mülki Məcəllənin 220-ci maddəsinin tələb etdiyi qaydalara əməl etməli və müvafiq mərhələləri keçməlidirlər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsi dəyişdirilsin. ünvan 2ində Torpağın mülkiyyətə verilməsinə dair JN 2766 (kod ********) nömrəli şəhadətnamənin aid olduğu 0,31 ha həyətyanı torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evində və Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli **********81 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın aid olduğu 1,19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı (iddiaçı) mülkiyyət payı 11/35 hissə, X9 mülkiyyət payı 7/35 hissə, X17 mülkiyyət payı 7/35 hissə, qalan 10/35 hissə isə Cavabdeh (cavabdeh), X23, X31, X30, X26 və X8 ümumi (birgə) mülkiyyət payları kimi müəyyən edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-35/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-722/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-722/2025
08.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver