Məhkəmə qərarları › İş №2(105)-739/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-739/2024

29.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-739/2024 29.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və tikintiyə çəkilmiş xərcin geri tələb olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil (sonuncu iclasda iştirak etmir) Qarşılıqlı iddiaçı (ilk iddia üzrə cavabdeh) Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “dəymiş maddi zərərin ödənilməs”i barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-53/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:

1. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, mənzil 51 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 2 qeydiyyatdadır.

2. ünvan 1yul 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci ildən etibarən əri X4 ilə birlikdə ünvan 2 ünvanında yaşamışdır. X4 xx.xx.2020-ci ildə vəfat etmişdir. Hal-hazırda Cavabdeh həmin ünvanda tək yaşayır.

3. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Afaq yaxın rəfiqəsidir, ailəvi dostdurlar. Hazırda evin təmirinin Afaq tərəfindən edilməsini təsdiqləmək üçün məhkəmə iclaısnda iştirak edir. İddia ərizəsində Afaqla ərinin qeyri-qanuni ailə kimi yaşadıqlarını qeyd ediblər. Lakin bildirir ki, Afaqla ərinin atət-ənənəyə uyğun olaraq toy-nişan mərasimləri olmuş və o, şəxsən özü də həmin yığıncaqlarda iştirak etmişdir. Bildirir ki, Afaqın nişanı olmamışdan iki ay əvvəl evin təmirinə başlanılmışdır. Afaq 17 yaşından işləyirdi, yığdığı bütün pulu evin təmirinə xərcləmişdir. Əslində onlar Afaq evi təmir etməməyi tapşırdılar, lakin Afaq elə şəraitdə yaşaya bilməyəcəyi deyib təmiri davam etdirdi. Afaq yoldaşı Ceyhuna yaxşı baxırdı, hətta yoldaşının yas mərasimini də yaxşı keçirmişdi.

4. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, Afaq 2011-ci ilin sentyabr ayında onların həyətinə gəlin köçmüşdür. Onu qonşu olaraq tanıyır. Afaq gəlin köçməzdən əvvəl mübahisəli mənzili təmir etmişdir və 11 il həmin mənzildə yaşamışdır. Bundan başqa Afaqın hər zaman yoldaşı Ceyhunun qulluğunda durduğunu da bilir. Məhz bu halları təsdiqləmək üçün məhkəməyə gəlmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılmaya dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36, mənzil 51-dən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İlk İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36, mənzil 51-də yerləşən mənzil şəxsi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin mənzildə qardaşı X4 yaşamışdır. Cavabdehlə qeyri-rəsmi ailə münasibətlərində olmuş və cavabdeh də köçüb orada yaşamışdır. O, isə həyat yoldaşının evində yaşamışdır. Qardaşına görə cavabdehin orada yaşamasına etiraz etməmişdir. Qardaşı 2020-ci ildə rəhmətə getmişdir. El adətinə görə qardaşının ili çıxana qədər cavabdehi mənzildən çıxarmamışdır. Qardaşının ili çıxandan sonra cavabdehə mənzildən çıxmasını demişdir. Lakin cavabdeh könüllü olaraq mənzildən çıxmayacağını bildirmişdir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Cavabdeh onun ailə üzvü deyil və qardaşının da ailə üzvü olmamış, aralarında rəsmi nikah olmamışdır. Hazırda qardaşı rəhmətə getmiş və cavabdehin mənzildə yaşamaq üçün hər hansı hüququ yoxdur və mənzili tərk etməlidir. Amma bunu könüllü olaraq etmək istəmir və bu halda o, mənzildən məhkəmə qaydasında çıxarılmalıdır. Cavabdeh onun ailə üzvü deyil, onunla birlikdə mənzildə yaşamamış və onunla aralarında həmin mənzildən istifadə hüququna dair hər hansı bir notarial qaydada təsdiq edilmiş razılıq mövcud deyildir. Bu halda cavabdeh bu mənzildən istifadə hüququ olmayan şəxsdir və mənzildən mülkiyyətçinin tələbi ilə çıxmalıdır. AR Mənzil Məcəlləsinin 30-cu maddəsindən də görünür ki, yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri mənzildən mülkiyyətçi ilə bərabər istifadə hüququ qazanırlar. Cavabdeh isə onunla birlikdə həmin mənzildə yaşamayıb, nə də onun ailə üzvü deyildir. Bütün bu hallara əsasən belə nəticəyə gəlmək olar ki, cavabdehin onun mülkiyyətində olan mənzildə istifadə hüququ yaranmamışdır və o, həmin mənzili boşaltmalıdır. Cavabdehin həmin mənzildə yaşayıb mənzili tərk etməməsi onun mülkiyyətçi kimi mənzildən istifadə, sahiblik və sərəncamvermə hüquqlarını pozur. Onu da qeyd etmək lazımdır ki, cavabdehin özünün yaşayış və qeydiyyat yeri var və onun qardaşı ilə qeyri-rəsmi ailə qurana qədər öz mənzilində yaşamışdır, həmin mənzil bu gün də mövcuddur, bacıları həmin mənzildə yaşayırlar. Bu halda isə cavabdeh mənzildən məhkəmə qaydasında çıxarılmalıdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

7. Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onun xeyrinə maddi zərər kimi 15.000 (on beş min) manat, hüquqi xidmətə görə ödənilmiş 200 (iki yüz) manat və 135 (yüz otuz beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun - cəmi 15.335 (on beş min üç yüz otuz beş) manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ona qarşı "mənzildən çıxarılma tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36/69 saylı evin 51-ci mənzilindən çıxarılmağı barədə qətnamə qət edilməsini xahiş etmişdir. İlkin iddia tələbi ədalətsiz olduğuna görə hesab edir ki, qarşılıqlı iddia tələbi irəli sürülməlidir. Belə ki, o, iddiaçının qardaşı X4 ilə xx.xx.2011-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuşdur və o, mübahisəli mənzilə gəlin gəlmişdir. Nikahları rəsmiləşdirilməmişdir. Mübahisəli mənzil Sumqayıt şəhəri, 5-ci mikrorayonda beş mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşməklə iki otaqdan ibarətdir. Mənzil yaşamaq üçün yararsız halda olduğuna görə toylarından iki ay əvvəl o, öz şəxsi vəsaiti hesabına mənzili əsaslı təmir elətdirmişdir. Belə ki, mənzilin bütün pəncərələri plastik materialdan hazırlanmış, eyvan kərpiclə hörülmüş, mənzilin həm giriş qapısı, həm də içəri otaqların qapıları və balkonun qapısı dəyişdirilərək təzəsi qoyulmuş, elektrik xəttləri və su boruları dəyişdirilərək təzələnmişdir. Hamam-tualet tamamilə sökülərək yenidən tikilmiş və plastik qapı qoyulmuşdur. Bundan başqa, istilik sistemi həm hamamda, həm də otaqlarda yenidən quraşdırılmışdır. Əl-üz yuyan, unitaz və digər məişət avadanlıqları da təzələnmişdir. Bütün bunların hamısını o təşkil etmiş və xərcini özü çəkmişdir. Ümumiyyətlə, bütün təmir işləri usta pulu ilə bərabər ona təxminən 15.000 manata başa gəlmişdir. Həyat yoldaşı X4 ilə xx.xx.2020-ci il tarixədək bu ünvanda birgə yaşayıb, birgə təsərrüfat aparmışdırlar. xx.xx.2020-ci ildə həyat yoldaşı uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Onun dəfn və yas mərasimlərinin də xərcini o, çəkmişdir. Lakin, onun bu əzab-əziyyətinin, qayğının və çəkdiyi xərclərin müqabilində iddiaçı-cavabdeh İddiaçı hazırda ona qarşı həmin mənzildən çıxarılmağı barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, ilk iddia tələbi təmin olunarsa, ona dəymiş maddi ziyan da hesablanıb müəyyən edilməli, mənzilin təmirinə çəkilmiş xərclər İddiaçı onun xeyrinə tutulmalıdır.

9. Sumqayıt Şəhər Məhkəməsinin (hakim G.Tanrıverdiyeva) xx.xx.2023-cü il tarixli, 2(060)- 53/2023 nömrəli qətnaməsi ilə ilk iddia tələbi tam, qarşılıqlı iddia tələbi isə qismən təmin edilmiş; - qarşılıqlı iddiaçı Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, mənzil 51-dən çıxarılması; - Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq ilkin İddiaçı ödənilməsi, -İlk İddiaçı 4937,67 (dörd min doqquz yüz otuz yeddi manat altmış yeddi qəpik) manat pulun, hüquqi yardıma görə ödənilən xərcin 60 (altmış) manat hissəsi və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun 40,50 (qırx manat əlli qəpik) manatın tutularaq qarşlıqlı iddiaçı Cavabdeh ödənilməsi; - məhkəmə ekspertizasının xərci olaraq ilk İddiaçı 60 (altmış) manat, qarşılıqlı iddiaçı Cavabdeh isə 140 (bir yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ41NABZ******************** saylı bank hesabına köçürülməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, 51 saylı mənzilin mülkiyyətçisi İddiaçı ailə üzvü deyil. Bu səbəbdən ilk iddia üzrə Cavabdeh mübahisəli mənzildə yaşamaq üçün hər hansı hüquqi əsası yoxdur. Bu səbəbdən məhkəmə hesab edib ki, ilk iddia təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 5-ci mikrorayon, ev 36/69, 51 saylı mənzildən çıxarılmalıdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasına gəldikdə isə məhkəmə qeyd edib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.7ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh ilk iddiaçının qardaşı ilə faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Mənzilə köçməmişdən əvvəl həmin mənzili öz vəsaiti hesabına əsaslı təmir etdirmişdir. Bu halı ilk iddiaçı təkzib etməmiş, əksinə təsdiqləmişdir. Məhkəmə mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədi ilə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli 10/6495 saylı rəyi ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36 saylı evin 51 saylı mənzil üzrə aparılmış təmir işlərinə dair layihə-smeta sənədləri, 2011-ci ildə mənzilin təmiri üçün istifadə olunan tikinti materiallarına dair qaimələr mülki iş materiallarında olmadığına görə, 2011-ci ildə aparılmış təmir işlərinin ümumi dəyərini müəyyən etmək mümkün olmamış, mənzil üzrə aparılmış təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin 9679 manat olduğu müəyyən olunmuşdur. 2-ci sual üzrə təmir işlərinin aşınmasının (köhnəlməsinin) müəyyən edilməsinə dair metodika olmadığından bu sual üzrə tədqiqat aparılmamışdır. Məhkəmə 2023-cü il üçün müəyyən edilmiş təmir xərcinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi barədə məlumatı nəzərə alınmaqla 2011-ci il üçün dəyərini müəyyən etmək üçün növbəti dəfə ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8546 saylı rəyi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş 2011- 2023-cü illər üzrə bəzi ərzaq məhsullarının orta illik pərakəndə satış qiymətləri haqqında məlumatlar (C.İ.V-132) və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən hazırki ekspertiza tədqiqatı ilə 2023-cü ilin iyul ayında müəyyən edilmiş 9679,00 manat məbləğində pul vəsaitinin indeksasiyası nəzərə alınmaqla (indeksasiya faizi illər üzrə ayrı-ayrılıqda hesablanmaqla) 2011-ci il tarixə olan dəyərinin (sualda göstərilən tarixinə) 4937,67 manat təşkil etməsi qeyd edilmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi, “İnsan hüquqlarının və ya əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.7, 228.1, 228.2, 228.5-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mənzil Məcəllənin 3, 8, 9.1, 9.2.1, 9.2.2-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 103, 206, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən tərəflər ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir.

13. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qarşılıqlı iddia tələbinin təmin edilən hissəsində əsassız və qanunsuzdur. İlk iddiaçı qətnamənin qarşlıqlı iddianın təmin edilməsi və dövlət rüsumun bölünərək ondan tutulması hissəsində narazıdır. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri düzgün qiymətləndirməmiş, onun xüsusi mülkiyyətində ondan icazəsiz qanunsuz olaraq yaşamış şəxsin bu mənzildə mülkiyyətçinin icazəsi və tapşırığı olmadan 12 il əvvəl apardığı təmir işinə görə pulun ondan tutulması barədə əsassız qətnamə qət etmişdir. Məhkəmə cavabdehi vicdanlı sahib kimi qiymətləndirərək iddianı qismən təmin etmiş və belə hesab etmişdir ki, mənzildən çıxarılarkən mənzildə 12 il əvvəl edilən təmir işlərinə görə cavabdehə pul ödənilməlidir. Məhkəmə bu hissədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və əsassız nəticəyə gəlmişdir. Belə ki, cavabdeh onun mənzilinə münasibətdə vicdanlı sahib hesab edilə bilməz. Çünki mübahisəli mənzildə qeyri-qanuni münasibətlərdə olduğu qardaşı ilə birlikdə sadəcə olaraq yaşamış, mülkiyyətçi də öz növbəsində qardaşına görə buna etiraz etməmişdir. Cavabdeh evin təmirini öz məişətini yaxşılaşdırmaq üçün həyata keçirmiş və keçən 12 il ərzində evin vəziyyəti yenə də köhnəlmişdir. Belə olan təqdirdə onun iddiaçıdan təmirin pulunu tələb etmək hüququ olmamışdır. Həmçinin məhkəmə qeyd olunan təmir xərcini 4937,67 manat müəyyən etmişdir. Lakin bu 12 il ərzində həmin təmirin aşındığını və hazırda hər hansı bir dəyərinin qalmadığını məhkəmə müəyyən etməmişdir. Məhkəmə icraatı zamanı iddiaçı mübahisəli mənzilin 12 il öncə təmir edilməsi və hazırda əldə edilmiş ekspert rəyinin natamamlığını nəzərə alaraq, iş üzrə müstəqil qiymətləndirici mərkəzlərinə ekspertizanın həvalə edilməsi barədə vəsatət təqdim etsə də, vəsatəti təmin edilməmişdir. Nəticədə məhkəmə natamam ekspert rəyinə istinad etməklə iddiaçının hüquqlarının pozulması ilə nəticələnən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətini təmin edilməlidir.

14. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının qardaşı X4 ilə xx.xx.2011-ci il tarixdə el adəti ilə toy edib ailə qurmuşdur və mübahisəli mənzilə gəlin gəlmişdir. Nikahları rəsmiləşdirilməmişdir. Mübahisəli mənzil Sumqayıt şəhəri, 5-ci mikrorayonda beş mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşməklə iki otaqdan ibarətdir. Mənzil yaşamaq üçün yararsız halda olduğuna görə toydan iki ay əvvəl o öz şəxsi vəsaiti hesabına mənzili əsaslı təmir etdirmişdir. Belə ki, mənzilin bütün pəncərələri plastik materialdan hazırlanmış, eyvan kərpiclə hörülmüş, mənzilin həm giriş qapısı, həm də içəri otaqların qapıları və balkonun qapısı dəyişdirilərək təzəsi qoyulmuş, elektrik xəttləri və su boruları dəyişdirilərək təzələnmişdir. Bundan başqa, istilik sistemi həm hamamda, həm də otaqlarda yenidən quraşdırılmışdır. Əl-üz yuyan, unitaz və digər məişət avadanlıqları da təzələnmişdir. Bütün bunların hamısını cavabdeh təşkil etmiş və xərcini özüm çəkmişdir. Ümumiyyətlə bütün təmir işləri usta pulu ilə bərabər təxminən 15.000 manat xərc çəkmişdir. Həyat yoldaşı X4 ilə xx.xx.2020-ci il tarixədək bu ünvanda birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. xx.xx.2020-ci ildə həyat yoldaşı uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Bundan sonra hazırkı İddiaçı ona qarşı mənzildən çıxarılma barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra o da İddiaçı qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşısında mübahisəli mənzilin 2011-ci ildə təmir xərcinin nə qədər olması barədə sual qoyulmaqla təkrar ekspertiza təyin edilsə də, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixli, 10/6495 saylı rəylə eyni məzmunlu ekspert rəyi verilmişdir. Bundan sonra məhkəmə AR Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi barədə məlumatı nəzərə alınmaqla 2011-ci il üçün təmir xərcinin dəyərini müəyyən etmək məqsədi ilə növbəti dəfə ekspertiza təyin etmiş, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8546 saylı rəyi ilə AR Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş 2011 – 2023-cü illər üzrə bəzi ərzaq məhsullarının orta illik pərakəndə satış qiymətləri haqqında məlumatlar (C.İ.V-132) və AR Dövlət Statistika Komitəsinin stat.qov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən hazırkı ekspertiza tədqiqatı ilə 2023-cü ilin iyul ayında müəyyən edilmiş 9.679.00 manat məbləğində pul vəsaitinin indeksasiyası nəzərə alınmaqla (indeksasiya faizi illər üzrə ayrıayrılıqda hesablanmaqla) 2011-ci il tarixə olan dəyərinin (sualda göstərilən tarixə) 4.937,67 manat təşkil etməsi müəyyən edilmişdir”. İşə baxan məhkəmə də qarşılıqlı iddianı qismən təmin etməklə mübahisəli mənzilin təmirinə çəkilən xərclərin əvəzi kimi iddiaçıcavabdeh İddiaçı onun xeyrinə 4.937,67 manat məbləğində pul vəsaitinin tutulmasını ədalətli və ağlabatan hesab etmişdir. Məhkəmənin bu barədə mövqeyini əsassız hesab edir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-53/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməli və AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/6495 saylı və xx.xx.2023-cü il tarixli, 10/2454 saylı ekspert rəylərinə uyğun olaraq 9.679.00 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh verilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh öz apellyasiya şikayətini müdafiə etdi, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 12 il öncə mübahisəli mənzilə el adəti ilə gəlin köçmüş və o vaxt mənzilin təmirinə təxminən 20000 manat məbləğində xərc çəkmişdir, buna baxmayaraq, qarşılıqlı iddia tələbində minimum məbləğ olaraq 15000 manat tələb etmişdir. Mənzilə köçərkən, habelə mənzil onun tərəfindən təmir etdirilərkən ona hər hansı maneə yaradılmamışdır. Məhkəmə tərəfindən evin təmir xərcinin müəyyən edilməsi məqsədi ilə araşdırma aparılmış, iş üzrə şahidlər dindirilmiş, ekspertiza təyin edilmiş, ekspert tərəfindən mənzilə çəkilmiş təmir xərclərinə dair hesablamalar aparılmışdır. Ekspert tərəfindən mənzilin təmirinə çəkilmiş xərcin məbləği 9679 manat müəyyən edilmişdir. Məhkəmə həmin məbləği 4937,67 manat müəyyən etmişdir ki. o qeyd olunan məbləğlə razı deyildir. Ona görə də öz apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, ilk iddiaçı cavabdehin mübahisəli mənzildən çıxarılması barədə iddia qaldırmış, cavabdeh isə mübahisəli mənzilin təmirinə çəkilmiş xərclərin iddiaçıdan tutulması barədə qarşılıqlı iddia qaldırmışdır. Cavabdehin mübahisəli mənzildən çıxarılması barədə iddia mübahisələndirilməmişdir. Məhkəmə mübahisəli mənzilin təmir xərcinin müəyyən edilməsi məqsədi ilə ekspertiza təyin etmişdir. Bildirir ki, mübahisəli mənzildə cavabdeh uzun müddət yaşamış və bu müddətdə öz rahat yaşayışının təmin edilməsi üçün mənzili təmir etdirmişdir. Ona mənzilin təmir edilməsi barədə mülkiyyətçi tərəfindən hər hansı tapşırıq verilməmişdir. Ona görə də qarşı tərəf vicdanlı sahib hesab edilərək onun təmirə çəkdiyi xərc mülkiyyətçidən tələb edə bilməz. Eyni zamanda ekspert öz rəyində amortizasiya xərclərini müəyyən edə bilmədiyini qeyd etmişdir. Onun tərəfindən ekspertizanın müstəqil qiymətləndiriciyə həvalə edilməsi barədə vəsatəti məhkəmə təmin etməmişdir. Hesab edir ki, məhkəmə qətnaməsi mübahisəli mənzilin təmir xərci kimi iddiaçıdan pulun tutulması hissəsində əsassızdır. Ona görə də ilk iddiaçının apellyasiya şikayətinin təmin, qarşılıqlı iddiaçının apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

17. İlk İddiaçı sonuncu məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə ilk iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa. 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətlərinin dəlillərindən görünür ki, hər iki apellyator qətnaməni yalnız qarşılıqlı iddia tələbinə aid hissədə, yəni ilk iddiaçı qətnamənin qarşılıqlı iddianın təmin edilən hissəsində, qarşılıqlı iddiaçı isə təmin edilməyən, daha doğrusu ekspert rəyində göstərilən həcmdə mübahisələndirmişdir. Qətnamə digər hissələrdə mübahisələndirilmir.

22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissələrdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Hazırkı halda qətnamə yalnız qarşılıqlı iddia tələbinin, konkret halda mübahisəli mənzilin təmirinə çəkilmiş məbləğin tutulması hissəsində apellyasiya instansiya tərəfindən araşdırılır.

25. İlk iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o yalnız mübahisəli mənzildə cavabdehin yaşamasına icazə vermiş, mənzildə hər hansı təmir işinin görülməsinə dair mülkiyyətçi kimi cavabdehə heç bir göstəriş, tapşırıq verməmişdir. Belə olan halda ondan mənzilin dəyəri kimi hər hansı məbləğdə pulun tutulması əsaslı hesab edilə bilməz.

26. Məhkəmə kollegiyası ilk iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmir və bildirir ki, əvvəla iddiaçı ona məxsus olan mənzilin təmir vəziyyətinin yaxşılaşdırılmasını, habelə həmin fəaliyyətin məhz cavabdeh tərəfindən həyata keçirilməsini mübahisələndirmir. Sadəcə mənzildə hər hansı formada təmir işlərinin aparılmasının onun sifarişi əsasında baş tutmadığını, qarşılıqlı cavabdehin yalnız öz məişət şəraitini yaxşılaşdırmaq üçün evdə etdiyi hər hansı təmir işinin dəyərinin natamam formada hesablanaraq ondan tutulmasının əsassız olmasını bildirmişdir.

27. Araşdırma zamanı müəyyən edilmişdir, qarşılıqlı iddiaçı Cavabdeh ilk iddiaçının qardaşı ilə faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Mənzilə köçməmişdən əvvəl həmin mənzili öz vəsaiti hesabına əsaslı təmir etdirmişdir. Belə olan halda mübahisəli mənzilə vicdanlı sahiblik etmiş qarşılıqlı iddiaçı Cavabdeh mənzilin yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzinin ilk iddiaçı tərəfindən ödənilməsini tələb etmək hüququ vardır.

28. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır

29. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin (qarşılıqlı iddiaçının) mübahisələndirilən mənzilə köçməsi və uzunmüddət orada yaşaması özbaşına və ilk iddiaçının iradəsinə zidd olmamış, mübahisəli mənzil sahəsi iddiaçının qanunsuz sahibliyində olmamış, ilk iddiaçə özü mənzili cavabdehin sahibliyinə vermiş, həmin yaşayış sahəsinin abadlaşdırılmasına və yaşayış üçün yararlı vəziyyətə gətirilməsinə etiraz etməmişdir.

30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh (qarşılıqlı iddiaçı) faktiki olaraq yaşadığı mənzildə xeyli miqdarda vəsait xərcləyərək evi yaşayış üçün yararlı vəziyyətə gətirdikdən sonra, ilk iddiaçıların hər hansı kompensasiya ödəmədən sonuncunun mənzilindən çıxarılmasını tələb etməsi barədə hərəkətləri hüquqdan sui-istifadə hesab edilməlidir

31. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir

32. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir

33. Kollegiyanın qənaətinə görə, əks yanaşma qarşılıqlı iddia üzrə cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmasına səbəb olacaqdır. Hansı ki, belə varlanmaya qanuni əsas və müqavilə əsası olmamışdır. Ona görə də, cavabdehlər əsassız varlanma obyektinin (təmir-tikintini) qaytarılması mümkün olmadığından onun dəyərini qaytarmalıdırlar

34. Araşdırılan işdən həmçinin müəyyən edilir ki, işə baxan məhkəmə mənzilin təmirinə çəkilmiş xərcin məbləğinin müəyyən edilməsi məqsədi ilə bir neçə dəfə məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir.

35. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/6495 saylı rəyi ilə Sumqayıt şəhəri, 5-ci mikrorayon, 36 saylı evin 51 saylı mənzil üzrə aparılmış təmir işlərinə dair layihə-smeta sənədləri, 2011-ci ildə mənzilin təmiri üçün istifadə olunan tikinti materiallarına dair qaimələr mülki iş materiallarında olmadığına görə, 2011-ci ildə aparılmış təmir işlərinin ümumi dəyərini müəyyən etmək mümkün olmamış, mənzil üzrə aparılmış təmir işlərinin mövcud orta bazar qiymətlərinə uyğun dəyərinin 9679 manat olduğu müəyyən olunmuşdur.

36. Bundan sonra məhkəmə 2023-cü il üçün müəyyən edilmiş təmir xərcinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi barədə məlumatı nəzərə alınmaqla 2011-ci il üçün dəyərini müəyyən etmək üçün növbəti dəfə ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8546 saylı rəyi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilmiş 2011- 2023-cü illər üzrə bəzi ərzaq məhsullarının orta illik pərakəndə satış qiymətləri haqqında məlumatlar (C.İ.V-132) və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən hazırki ekspertiza tədqiqatı ilə 2023-cü ilin iyul ayında müəyyən edilmiş 9679,00 manat məbləğində pul vəsaitinin indeksasiyası nəzərə alınmaqla (indeksasiya faizi illər üzrə ayrı-ayrılıqda hesablanmaqla) 2011-ci il tarixə olan dəyərinin 4937,67 manat təşkil etməsi müəyyən edilmişdir.

37. Apellyasiya icraatı zamanı ilk iddiaçı tərəf bu məbləğlə də razışalmayaraq, cavabdeh mənzildən çıxacağı təqdirdə 3000 manat məbləğində pul ödəməyə hazır olduqlarını bildirmişdir.

38. Məhkəmə kollegiyası qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzilin yaxşılaşdırılması üçün çəkdiyi məsrəflərin əvəzi kimi ilk İddiaçı tərəfindən 4937,67 manatın ödənilməsini ədalətli və ağlabatan hesab edir.

39. Kollegiya qeyd edir ki, məhkəmə haqlı olaraq bu nəticəyə gələrkən qarşılıqlı iddiaçı Cavabdeh mübahisəli mənzildə 12 il fasiləsiz olaraq yaşamasını və mənzilin təmirinin köhnəldiyini də nəzərə almışdır.

40. Kollegiya həmçinin sonda qeyd edir ki, mübahisəli mənzilin təmir xərcinin əvəzi kimi məhkəmənin qət etdiyi məbləğin əsassızlığı qeyd edilsə də, uyğun olaraq hər iki apellyator tərəfindən bu məbləğdən daha az, yaxud daha çox məbləğin sərf edilməsinə dair tutarlı sübut məhkəməyə təqdim edilməmişdir. Məhz bu səbəbdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir

42. Kollegiya sonda qeyd edir ki, hər iki apellyatorun mübahisələndirdiyi məbləğ 5000 manatdan az olduğundan (9679-4937,67=4741.33) hazırkı qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. (İlk iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbində mübahisəli mənzilin təmir xərci kimi 15000 min manat məbləğində pulun cavabdeh İddiaçı alınıb ona verilməsini xahiş etsə də, apellyasiya şikayətində bu məbləğin ekspert rəyində qeyd olunan həddə (9679 manat) müəyyən edilməsini xahiş etmişdir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli, 2(060)-53/2023 nömrəli qətnaməsi mübhisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar