Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-743/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-335/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim S.Səmədzadə) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* №-li akt və (xx.xx.2023-cü il tarixli tələbnamə (qərar)) əsasında İddiaçı hesablanmış 3147,20 manat məbləğində pul (borc) abonentin hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh İB-nin İddiaçı məxsus Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsi ünvanda yerləşən evinə təbii qazdan istifadə qaydalarının pozulmasına görə əsassız hesablanmış 4147,20 manat “qalıq borc” pulun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz RQİİ-nin əməkdaşları iddiaçıya məxsus Xaçmaz rayonu, Yeni Həyat qəsəbəsində yerləşən evə gələrək sayğacdankənar xətti aşkar etmişlər və xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında həmin tarixli, ******* saylı akt tərtib etmişlər. Aktda göstərilir ki, abonent sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə edir, qeyriqanuni qoşulma ləğv edilsin. Dəymiş ziyan tam ödənilsin. Dəymiş ziyanın bərpasına dair 31 yanvar 2023-cü il tarixli tələbnamədə göstərilir ki, qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 4 x 24 x 360= 34560 m3 Cəmi: 34560 m3. Ona görə də iddiaçıya 4147,20 manat qaz sərfiyyatına görə qalıq borcu hesablanmışdır. Hesab edirlər ki, iddiaçıya hesablanmış həmin qalıq borcu düzgün hesablanmamışdır. Belə ki, iddiaçının evində cəmi 2 ədəd qaz cihazı vardır-1 ədəd xörək peçi və 1 ədəd su qızdırıcı. Xörək peçi ümumiyyətlə kənar xəttə qoşulmamış, kənar xəttə qoşulmuş yalnız 1 ədəd su qızdırıcısı olmuşdur. Kənar qaz xətti də 2022-ci ilin dekabr ayının əvvəllərində çəkilmiş və cəmi 2 ay müddətində həmin kənar xətdən istifadə olunmuşdur. Belə olan halda dəymiş ziyan su qızdırıcının həcminə görə hesablanmalı idi. Cavabdeh isə dəymiş ziyanın bərpasına dair tələbnamədə ziyanın hesablanması üçün qaz sayğacının nominal qaz sərfini, onun 24 saat iş rejimini və 360 gün müddəti əsas götürməklə iddiaçıya 4147,20 manat qaz sərfiyyatma görə qalıq borcu hesablamışdır. Kənar xətt sayğacdan kənar çəkildiyi üçün qaz sərfiyyatının qaz sayğacının nominal qaz sərfinə görə hesablanması məntiqsizdir. Cavabdeh idarənin əməkdaşları kənar qaz xətti aşkar etdikdə həmin xəttə qoşulmuş qaz cihazlarını müəyyən etməli və müvafiq aktla rəsmiləşdirilməli idilər. Lakin bunu etmədən cavabdeh idarə tam qanunsuz olaraq iddiaçıya qaz sayğacının nominal qaz sərfinə görə məbləğ hesablamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsində apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilməsi hissəsində ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, göründüyü kimi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı özü də qanunsuz halın aşkar edilməsində iştirak etmişdir. Bu vaxt qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşaiyət olunmuşdur. İddia ərizəsində də iddiaçı qanunsuz, sayğacdan kənar xəttin olduğunu etiraf edir. Xaçmaz Rayon Məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji məsələlərini tənzimləmə X1 nümayəndəsi Nümayəndə2 AR NK-nin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-1.3-ci bəndinə əsaslanan rəyinə istinad etmişdir. Həmin rəyin hüquqi bazası olan AR NK-nin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-1.3-ci bəndi AR NK-nin 25 iyun 2023-cü il tarixli, 218 №li Qərarı ilə təsdiq edilmiş və həmin tarixdən qüvvəyə minmişdir. Abonent İddiaçı barəsində “Təbii qazdan istifadə Qaydalari”nın pozulması haqqında akt isə xx.xx.2023-cü il tarixdə, yəni düz altı ay əvvəl tərtib edilmişdir. Tələbnaməni tərtib edən işçilər qaydaların altı aydan sonra dəyişəcəyini necə bilməlidilər. İddiaçı qanunsuz təbii qazdan istifadə etdiyinə görə qətnamənin əsaslandığı rəyi verən orqan-AR EN EMT Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixli MN № ******* saylı Qərarla AR İXM-nin 282.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Lakin Xaçmaz Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. İddianın təmin edilməyən hissəsi yalnız ona görə təmin edilməmişdir ki, artıq abonent ziyan məbləğinin bu hissəsini ödəmişdir. Birinci instansiya məhkəməsində baxış iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, həmin iclasın bildirişi isə “opentex”lə xx.xx.2024-cü il tarixdə verilmişdir. Cavabdeh tərəf kimi məhkəmə baxışı mərhələsində iştirak etmədiyindən Cavabdeh sübut kimi LCD diskə köçürülmüş video çəkilişi məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin qərar qəbul etdiyi zaman əsas istinad sənədi olan rəyin qanunsuz sübut olduğunu bildirməmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun sayğacdan kənar xətlə qazdan cəmi iki ay istifadə etməsi barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi 1-ci instansiya məhkəməsi cavabdehə öz sübutlarını təqdim etmək üçün onun məhkəmədə iştirakını təmin etməmiş, iş üzrə mövcud sübutlara, öz təsdiqini tapmış faktlara və reallıqlara yox, iddiaçının şəxsi fikrinə, ehtimallara istinadən verdiyi izahata uyğun qətnamə qəbul etmişdir. Məhkəmənin qərar qəbul edərkən istifadə etdiyi rəydə “Təbii qazdan istifadə Qaydaları”nda xx.xx.2023-cü il tarixli, ******* saylı akt tərtib edildikdən altı ay sonra edilmiş dəyişikliklərə istinad edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, onun zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnaməni iddianın təmin edilən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İddia tələbi akt əsasında hesablanmış borcun silinməsi barədədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 5.2.bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5- 3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 6.5-ci bəndində qeyd edilmişdir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, fakt üzrə cavabdeh tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablansa da, iddiaçıya əlavə sərfiyyatın hesablanması zamanı uzun müddət üçün aparılması barədə gəldiyi nəticə işin hallarını və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsinə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-743/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-743/2024
17.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver