Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-746/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Sumqayıt şəhər 3 saylı notariat ofisinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini üçünçü şəxs qismində cəlb etməklə vərəsəlik şəhadətnamələrinin ləğvi, mirasın qəbulu müddətinin uzadılması, miras əmlakın bölünməklə payların müəyyən olunması və çıxarışın ləğvi tələbinə dair iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbulu müddətinin uzadılması, miras əmlakın bölünməklə payların müəyyən olunması və çıxarışın ləğvi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X1 (sədrlik edən və məruzəçi), X11 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı1, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Sumqayıt şəhər 3 saylı notariat ofisinə qarşı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini üçünçü şəxs qismində cəlb etməklə vərəsəlik şəhadətnamələrinin ləğvi, mirasın qəbulu müddətinin uzadılması, miras əmlakın bölünməklə payların müəyyən olunması və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6590/2022 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Dadaş Hacıağa oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. AZ-İ seriyalı 752653 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Dadaş Hacıağa oğlu 01 yanvar 1985-ci ildə Sumqayıt şəhərində ölmüşdür. İİ-JQ seriyalı 325685 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 18 oktyabr 1981-ci ildə Sumqayıt şəhərində ölmüşdür. X12 ilə X6 nikah haqqında xx.xx.1940-cı il tarixdə 05 №li akt qeydi Sumqayıt şəhər Corat qəsəbə icra nümayəndəliyində tərtib olunmuşdur. V-JQ seriyalı, 429976 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.1963-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Dadaş Hacıağa oğlu, anası X8r. İ-JQ seriyalı, 266513 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əzizə Dadaş qızı xx.xx.1946-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Dadaş Hacıağa oğlu, anası X8r. AZ seriyalı, 483559 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Sədəf Dadaş qızı xx.xx.1940-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, atası Dadaş Hacıağa oğlu, anası X8r. Corat qəsəbə icra nümayəndəliyinin xx.xx.2015-ci il tarixli arayışının məzmunundan görünür ki, Corat qəsəbəsi 279 saylı fərdi yaşayış evi mərhum Dadaş Hacıağa oğlunun adına qeydiyyata alınmışdır, ünvanda Cavabdeh2 qeydiyyatdadır, X20 qeydiyyatda olub, 2014-cü ildə vəfat edib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 Saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayit Şəhər 1 Saylı Vəkil Bürosuna verilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz əmlakın hüquqi rejimi barədə məlumatdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi üzərində Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2017-ci il tarixli, 2V-239, 2V-240, 2V-241 və 2V-242 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında 1/5 hissədə İddiaçı1, 1/5 hissədə İddiaçı2, 1/5 hissədə Əzizə Dadaş qızının, 1/5 hissədə İddiaçı3 və 1/5 hissə açıq pay olmaqla mülkiyyət hüququ qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105)-2507/2018 saylı icra vərəqəsi əsasında Sumqayıt şəhər 3 saylı dövlət notariat kontorunun təsdiq etdiyi xx.xx.2017-ci il tarixli, 2V-239, 2V-240, 2V- 241 və 2V-242 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv olunması və Dadaş Hacıağa oğlunun hüquqlarının bərpa olunması barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Sonradan Sumqayıt şəhər 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 2V- 193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh2, 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Sumqayıt şəhər 3 saylı notariat ofisinə qarşı iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlundan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə dair Sumqayıt şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən X2 adına xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə dair Cavabdeh3 adına xx.xx.2020-ci il tarixli 2v-208 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh2, 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılması barədə xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 xx.xx.1985-ci ildə ölmüş X17ndan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinə dair mirasın qəbulu müddətinin buraxılmasının üzrlü sayılması və müddətin uzadılması, xx.xx.1985-ci ildə ölmüş Dadaş Hacıağa oğlundan miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin və 0,05094 ha torpaq sahəsinin miras əmlak kimi bölünməklə paylarının müəyyən olunması və paylara uyğun dövlət reyestrindən mülkiyyət hüququ üzrə çıxarışların verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar iddia tələbini belə əsaslandırmışlar ki, onlar mərhum miras qoyan X3 doğma övladlarıdırlar. Anaları, X16 1981- ci ildə, ataları, X13 isə xx.xx.1985-ci ildə ölmüşdür. İddiaçılar miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evdə anadan olmuş və valideynləri ölən günə kimi miras əmlak olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evdə yaşamışlar. X17 öldükdən sonra da onlar qardaşları X9 ikinci həyat yoldaşı olan X14 ilə miras əmlakda yaşamağa icazə vermişlər. X22 ölən günə, 2014-cü ilə kimi o və bacıları atalarının evinə gəlib- getmişlər. Mərhum X22 sağlığında ata evinin bütün vərəsələrin adına sənədləşdirilməsinə maddi imkanı olmadığını bidirərək bir müddət gözləmələrini xahiş etmişdir. 12 noyabr 2014-cü il tarixdə qardaşı X18 öldükdən sonra, onlar ata və analarından miras qalan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evinin miras əmlak kimi qəbul olunması üçün Cavabdeh2 da pay verməklə iddialı olmuş, lakin onunla aralarında razılıq əldə olunmamışdır. Bundan sonra Cavabdeh2 bu evdə yaşamasından istifadə edərək evin sənədlərini onlardan gizlədərək miras əmlakın adlarına vərəsələr kimi sənədləşdirilməsinə mane olmuşdur. Qardaşı İddiaçı1 miras əmlakı qəbul etmək üçün əvvəlcə Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş, ondan hüquqmüəyyənedici sənədlər istənildikdən sonra isə, mülkiyyət sənədlərini əldə etmək üçün aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə, idarədə onlarda mübahisəli evin atasına məxsusluğu barədə sənədlərin olmaması cavabını aldıqdan sonra isə məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 23 dekabr 2015-ci il tarixli, 2(060)- 12854/2015 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evin İddiaçı1 hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evin İddiaçı1 mərhum atası Dadaş Hacıağa oğluna məxsus olması faktı müəyyən edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, (060)- 18322/2016 saylı qətnaməsi ilə İddiaçı1 mənzilə istifadə hüquqnun tanınması barədə iddia ərizəsi təmin edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1818/2017 saylı, 26 may 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və X4rşı mənzilə istifadə hüququnun tanınması barədə Sumqayıt şəhər Məhkəməsinin 09 dekabr 2016-ci il tarixli, 2(060)- 18322/2016 saylı qətnaməsi ləğv edilmişdir. Həmin qətnamənin ləğv edilməsi səbəbi kimi iş üzrə Sumqayıt şəhər Polis İdarəsinin Qeydiyyat və X7 cavabdeh qismində ola bilməməsi ilə əlaqələndirilmişdir. Bu qətnamələrdən sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05094 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Dadaş Hacıağa oğlunun adına 18 oktyabr 2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmış ******* RX seriyalı, ********** saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış birinci növbə vərəsə kimi onlara verilmişdir. Bunun əsasında da Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 279 saylı evə dair Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı1, İddiaçı3, İddiaçı2 və Əzizə Dadaş qızının adlarına 24 oktyabr 2017-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı1, İddiaçı3, İddiaçı2 və Əzizə Dadaş qızının adlarına 26 oktyabr 2017-ci il tarixli çıxarış verilmişdir. Lakin, halhazırda Apellyasiya Məhkəməsinin iş 2(105)-2507/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsindən belə məlum olur ki, onlar birinci növbə vərəsələr kimi faktiki mirası qəbul etməmiş, qanunla müəyyən edilən müddət ərzində notariat orqanına müraciət etməmiş və qanunla müəyyən edilən müddətin keçməsi səbəblərinin üzrlü hesab edilməsi üçün məhkəməyə müraciət etməmiş, həmin müddət məhkəmə tərəfindən uzadılmamışdır. Bu səbəbdən Apellyasiya Məhkəməsinin iş 2 (105)-2507/2018 saylı, 19 iyul 2018-ci il tarixli qətnaməsi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 279 saylı evə dair Sumqayıt şəhəri 3 saylı dövlət notariat kontoru tərəfindən İddiaçı1, İddiaçı3, X5 və Əzizə Dadaş qızının adlarına 24 oktyabr 2017-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı1, İddiaçı3, İddiaçı2 və Əzizə Dadaş qızının adlarına verilmiş 26 oktyabr 2017- ci il tarixli çıxarış ləğv edilmişdir. Onlara savadsızlıq və miras əmlaka aid sənədlərin cavabdeh X14 tərəfindən gizlədilməsi səbəbindən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 279 saylı evə dair vərəsəlik hüquqlarını müəyyən olunmuş müddətdə reallaşdırmaq imkanından məhrum olmuşlar. Cavabdeh X14 bu evdə yaşamasından istifadə edərək evin sənədlərini onlardan gizlədərək miras əmlaka sahiblik etmələrinə və adlarına vərəsələr kimi sənədləşdirilməsinə qərəzli olaraq qəsdən mane olmuşdur. Nəticədə mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti göstərilən üzürlü səbəbdən ötürmüşlər. Ancaq göstərilən hallar müəyyən etmədən Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 23 yanvar 2019-cu il tarixli qərarının məzmununa və mahiyyətinə nəzər salmadan cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisi müddətin üzrlü sayılması və miras qoyanın 1-ci növbə vərəsələrini nəzərə almayaraq qanuni əsaslar olmadan vərəsəlik şəhadətnamələri vermişdir. Belə ki, cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2, 1/3 hissəsinə Cavabdeh3 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir. Bunun əsasında isə Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli 2v-208 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh2 adına, 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavbdehlərdən Cavabdeh3 qanunla müəyyən edilmiş müddətdə notariat orqanına mirasın qəbulu üçün müraciət etməmiş və mirası əmlakda ümumiyyətlə yaşamamışdır. Bu barədə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxtın üzrlü səbəbdən ötürülməsi və bu vaxtın uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Lakin, cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin notariusu bu halı da nəzərə almayaraq və onların qanunla müəyyən edilən müddətin keçməsi səbəblərinin üzrlü hesab edilməsi barədə iddiaçı olmalarına baxmayaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh3 xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh3 xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, Cavabdeh2 1/3 pay müəyyən etmişdir. Bu isə Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 23 yanvar 2019-cu il tarixli qərarının mövqeyinə ziddir. Bütün yuxanda qeyd olunanlar əsas götürülərək cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh2 xx.xx.2020-ci il tarixli 2v-208 reyestr nömrəli və Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh3 xx.xx.2020-ci il tarixli 2v-193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və Daşınmaz Əmlakın Dövlət Reyestyri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli 2v- 208 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında fərdi yaşayış evinin 1/3 hissəsi üzərində Cavabdeh2 adına, 2/3 hissəsi isə açıq pay olmaqla hüquqların dövlət qeydiyyatı aparılaraq xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6590/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçılar qeyd edilən miras əmlaka nə faktiki sahiblik etmiş, nə də əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün hərəkətlər etməmiş, eləcə də qanunla nəzərdə tutulmuş müddətdə mirasın qəbulu üçün müraciət etməmişlər. İddiaçılar qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməmiş, bununla da həmin hüququ itirmişlər. Miras əmlakın qəbul edilmə müddətinin ötürülməsinin üzrlü hesab olunaraq uzadılması üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir. İddiaçılar, subyektiv vərəsəlik hüququnu itirdiyindən digər iddia tələblərinə münasibətdə də müvafiq subyektiv hüquqa malik deyildirlər. Odur ki, məhkəmə həmin hissədə iddia tələblərinin araşdırılaraq qiymət verilməsinə zərurət görmür və bu qənaətə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1.1, 1321.1, 1321.2, 1322, 1325, 1246, 1248.1-ci maddələrinə, G.Qəhrəmanovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarına istinad etmişdir. İddiaçı1 həmin qətnamədən apellyasiya şikayəti verərək, onun tamamilə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlara məlum olur ki, savadsızlıq və miras əmlaka aid sənədlərin Cavabdeh2 tərəfindən gizlədilməsi səbəbindən Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 279 saylı evə dair vərəsəlik hüquqlarını müəyyən olunmuş müddətdə reallaşdırmaq imkanından məhrum olmuşlar. Cavabdeh2 bu evdə yaşamasından istifadə edərək evin sənədlərini onlardan gizlədərək miras əmlaka sahiblik etməklərinə və adlarına vərəsələr kimi sənədləşdirilməsinə qərəzli olaraq qəsdən mane olmuşdur. Nəticədə mirasın qəbule dilməsi üçün müəyyən edilmiş müddəti göstərilən üzürlü səbəbdən ötürmüşlər. Bundan sonra Cavabdeh2 bu evdə yaşamasından istifadə edərək evin sənədlərini onlardan gizlədərək miras əmlakın adlarına vərəsələr kimi sənədləşdirilməsinə mane olmuşdur. Belə olduqda onlar məcbur olaraq miras əmlakın sənədləşdirilməsini ona tapşırmışlar. O miras əmlakı qəbul etmək üçün əvvəlcə Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə müraciət etmiş ondan hüquq müəyyənedici sənədlər istənildikdən sonra isə mülkiyyət sənədlərini əldə etmək üçün aidiyyatı üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsindən onlarda mübahisəli evin atalarına məxsus olması barədə sənədlərin olmaması cavabını aldıqdan sonra isə sonda məhkəməyə müraciət etmişlər. Cavbdehlərdən Cavabdeh3 qanunla müəyyən edilmiş müddətdə notariat orqanına mirasın qəbulu üçün müraciə etməmiş və mirası əmlakda ümumiyyətlə yaşamamışdır. Bu barədə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxtın üzürlü səbədən ötürülməsi və bu vaxtın uzadılması barədə məhkəməyə müraciət etməmişdir. Lakin, cavabdeh Sumqayıt şəhər 3 saylı Notariat Ofisinin notariusu bu halı da nəzərə almayaraq və onların qanunla müəyyən edilən müddətin keçməsi səbəblərinin üzürlü hesab edilməsi barədə iddialı olmaqlarına baxmayaraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh3 xx.xx.2020-ciil tarixli 2v-193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə Sumqayıt şəhəri, Corat qəsəbəsi, 279 saylı evə və 0,05094 ha torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh3 xx.xx.2020-ciil tarixli 2v-193 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr Cavabdeh2 1/3 pay müəyyən etmişdir. Bu isə Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 23 yanvar 2019-cu il tarixli qərarının mövqeyinə ziddir. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı1 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 (xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edərək) və Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdilər. İddiaçılar İddiaçı2 və İddiaçı3, cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisi, üçünçü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasına gəlməmişlər, cavabdeh Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu məhkəməmə kollegiyasına məktubla müraciət edərək işlərin sıxlığını nəzərə alaraq, onların iştirakı olmadan məhkəmə iclasına baxılmasını xahiş etmişlər, üçünçü şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətlərinə işdə iştirak edən digər şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və ya bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1246.Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1322.Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Mülki Məcəllənin Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Maddə 1325. Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti məhkəmə aktının ləğvinə yönədliyindən, apellyasiya baxışının həddini apellyasiya şikayəti verən şəxsə münasibətdə qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki mülki iş üzrə mübahisə predmeti olan əmlakla bağlı qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyul 2018-ci il tarixli qətnaməsi və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında müəyyən edilmişdir ki, miras qoyan Dadaş Hacıağa oğlu 1985-ci ildə vəfat edərkən qanun üzrə vərəsələrdən olan İddiaçı1 miras əmlak olan (hazırki iş üzrə mübahisə predmeti olan əmlak) Sumqayıt şəhəri, Corat qəsəbəsi,279 saylı fərdi yaşayış evində yaşamamış, Sumqayıt şəhəri, 9-cu məhəllə, Puşkin küçəsi 10 saylı evin 10 saylı mənzilində yaşamış, digər vərəsələrdən İddiaçı2 1962-ci ildə ailə həyatı quraraq mübahisəli evdən köçmüş, ərinin evində yaşamış, 1974-cü ildən isə Bakı şəhərində yaşayır,İddiaçı3 1973-cü ildən ailə həyatı quraraq, evdən köçmüş, ərinin evində yaşamışdır,göründüyü kimi qeyd edilən şəxslər mirası faktiki qəbul etməmiş, qanunla müəyyən eidlmiş müddət ərzində də mirasın qəbulu üçün müraciət etməmişlər. Həmçinin, həmin qətnamələrdə müəyyən olunmuşdur ki, qeyd edilən şəxslər mirası faktiki qəbul etməmiş, qanunla müəyyən edilmiş müddət ərzində notariat orqanına müraciət etməmiş, müddətin keçməsi səbəblərinin üzrlü hesab edilməsiüçün məhkəməyə müraciət edilməmiş, həmin müddət məhkəmə tərəfindən uzadılmamışdır, miras qoyan Dadaş Hacıağa oğlunun övladı X18 atası ilə birlikdə mübahisə predmeti olan fərdi yaşayış evində yaşamış, 07 avqust 1991-ci ildə X19 ilə nikaha daxil olaraq, ailə qurmuş və Zeynəb Xanalı qızı həmin evə köçərək əri Hacıağa Dadaş oğlu ilə birlikdə orada yaşamışdır, X18 atası öləndən sonar mirası faktiki qəbul etmiş, 12 noyabr 2014-cü il tarixdə ölmüş, bundan sonar həmin evdə ancaq Cavabdeh2 yaşamışdır, fərdi yaşayış evinin iddiaçının atasına məxsus olması faktının müəyyən edilməsi heç də İddiaçı1 32 ildən sonar mirası qəbul etməsi faktı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd edir ki, iddiaçıların hazırki halda mübahisə predmeti olan miras əmlakı faktiki qəbul etməməsi, bununla bağlı hər hansı hərəkət etməmələri, habelə qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu üçün müraciət etməmələri halları artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmiş hal olmaqla, həmin hallar hazırki mülki iş üzrə preyudisial əhəmiyyət daşımaqla, həmin halların yenidən mübahisələndirilməsinə yol verilmir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıların miras əmlakı qanunla müəyyən edilmiş müddətdə qəbul etməməklə, bununla da həmin hüququ itirmişlər (bu hal artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir), habelə miras əmlakın qəbul edilmə müddətinin üzrlü səbəbdən ötürülməsi halının müəyyən edilməsi də mümkün olmamışdır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə haqlı olaraq mirasın qəbul edilmə müddətinin ötürülməsinin üzrlü hesab edilərək uzadılması üçün qanuni əsaslar müəyyən edilmədiyindən, iddia tələbinin mirasın qəbulu üçün ötürülmüş müddətin bərpa edilməsi hissəsində təmin etməmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə qeyd olunan digər tələblər məhz əsas tələb olan miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpası tələbindən törəmə tələb olduğundan, əsas tələb üzrə iddia tələbi təmin edilmədiyindən, qeyd eidlən hissədə də iddia tələbi təmin edilməməlidir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən hissədə də işin hallarına düzgün hüquqi qiymət verərək, həmin tələblərin araşdırılmasına zərurət görmədən, həmin hissədə də iddia tələbini haqlı olaraq təmin etməmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, iddiaçı apellyasiya şikayətində miras əmlakın qəbulu üçün müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü səbəbi kimi Cavabdeh2 tərəfindən miras əmlaka sahiblik edilməsi və sənədləşdirilməsinə qərəzli olaraq qəsdən mane olması, savadsızlıq kimi halına istinad etsə də, həmin hallar heç bir dəlilə əsaslanmamış, öz təsdiqini tapmamış, habelə qeyd edilən hallar özlüyündə miras əmlakın qəbulu üçün müvafiq notariat orqanına müraciət etməklə bağlı müəyyən edilmiş müddətin ötürülməsi üçün (miras əmlakın qeyd edilən iddiaçı tərəfindən faktiki qəbul edilməməsi halı artıq iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal kimi çıxış etdiyindən) üzrlü hesab edilməsi kimi qiymətləndirilməsinə təsir edən hallar kimi çıxış etmir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, qeyd eidlən hissədə apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin digər halları ilə bağlı onu qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi digər hallar artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallarla bağlı olduğundan, həmin halların yenidən mübahisələndirilməsi və yenidən sübut edilməsi yol verilməz olduğundan, həmin hallara yenidən qiymət verilməsi mülki prosessual qanunvericiliyin tələbinə zidd olduğundan, həmin hissədə də apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmış, gəldiyi nəticə işin hallarına uyğun olmuşdur, qətnamənin ləğvi üçün heç bir əsas yoxdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti təmin olunmadığından, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-6590/2022 nömrəli qətnaməsi İddiaçı1 apellyasiya şikayəti üzrə ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-746/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-746/2023
03.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver