Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-747/2024 17.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərı̇ qaz” İstehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X8 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İ̇stehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(067)-348/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tərəfindən Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT-a əsasən dəymiş ziyanın bərpası üçün hesablanmış 4127.20 manat məbləğində borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə “Azəriqaz" X4 X11 İdarəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanına “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli AKT tərtib edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən itirilmiş qazın həcmi hesablanmış və ünvanına 34560m3, buda 0.12 qəpikdən hesablandığı üçün 4127 manat 20 qəpik borc yazılmışdır. Onun tərəfindən həmin ünvanında qaz xəttinə heç bir qoşulma halı olmamışdır və onun tərəfindən heç bir qeyri qanuni xətt çəkilərək qazdan qeyri-qanuni istifadə edilməmişdir. Bu halı Xaçmaz X11 İdarəsinin əməkdaşları özləri də gördülər. Bundan əlavə, "Qazdan istifadə Qaydaları”nın haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarına əsasən 2023-cü ildən etibarən qeyri-qanuni qoşulma hallarında hesabat mövsümü olaraq hesablanır. Yəni bu hesabat 3 aya uyğun olaraq hesablanmalıdır. Hesabat aparılarkən bu məbləğ itirilmiş qaz sərfiyyatının bərpası üçün hüsablanır. Amma Cavabdeh İB tərəfindən elə bir hesabat aparılmışdır ki, bu hesabat həmin qanuna tam olaraq ziddir. Mənzilində 1 odun sobası, hamamda 1 odun sobası var, evdə isə 2 nəfər yaşayırlar. Cavabdeh İB isə mənzilində və hamamda olan odun sobalarını də qazla işləyən avadanlıq kimi hesabata yazmışdır.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktda “sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuşdur” qeyd olunmuşdur.
5. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, qaz sayğacının nominal qaz sərfi 4x24x360 qəbul edilməklə 34560 m3 həcmində qaz itkisi olduğu göstərilmişdir.
6. İş materiallarından olan abonentin saldosundan görünür ki, akt əsasında 4127,20 manat borc müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
7. Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(067)-348/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddianın qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xaçmaz rayon, Xudat şəhəri, 28 May küçəsi ev 27 ünvanına hesablanmış 4055.20 manat borcun silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-cü maddəsi, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 6-cı və 13-cü maddəsinin 8-ci bəndləri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydaları haqqında qərarının 4.2, 4.8, 4.9, 6.5 və 6.7-ci bəndləri, «Normativ-hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 1.0.6-cı, 85.1 və 85.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 14.2, 77.1, 217.4, 216-220, 233, 360-cı maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(067)-348/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları iddiaçının iddia ərizəsində şərh etdiyi kimi deyildir. Belə ki, Xaçmaz RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin və Xaçmaz XS-nin satış xidmətinin işçiləri xx.xx.2023-cü il tarixdə həmin ünvana gələrək İddiaçı qanunsuz yolla təbii qazdan istifadə halını abonentin iştirakı ilə aşkar etmişlər. Belə ki, abonentin 76 mm-lik daşıyıcı qaz xəttindən birbaşa sayğacdan kənar qaz xəttini evinə çəkərək təbii qazdan istifadə etdiyini müəyyən etmişlər. Bu hal video çəkilişlə müşayət olunmuşdur. Cavabdeh İB hesab edir ki, məhkəmənin iddia tələbinin təmin edildiyi hissədə gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Göründüyü kimi, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Quba XS-nin işçiləri abonent İddiaçı sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etdikdə qanunvericiliyə uyğun hərəkət etmişlər. Belə ki, İddiaçı özü də qanunsuz halın aşkar edilməsində iştirak etmişdir. Bu vaxt qanunsuz təbii qazdan istifadə halı video çəkilişlə müşayət olunmuşdur. İddia ərizəsində də iddiaçı qanunsuz, sayğacdan kənar xəttin olduğunu etiraf edir. Qazpaylayıcı şəbəkəyə (qaz xəttinə) qeyri-qanuni qoşulma, qaz sayğacına müdaxilə və ya digər qanunsuz istehlak hallarında paylayıcıya dəyən zərər SOCAR-ın Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalari”na uyğun olaraq hesablansır. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin işçiləri həmin Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın hesabatına uyğun ziyan hesablamışlar. “Qazdan qanunsuz istifadə halları nəticəsində qazpaylayıcıya dəymiş zərərin hesablanması üzrə Təlimat”ın 3.6-cı bəndində göstərilir ki, sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma hallarında qanunsuz xətt dərhal qazlaylayıcı şəbəkədən ayrılmaqla qazın verilişini dayandırmalı, etibarlılığının və təhlükəsizliyinin müəyyən edilməsi məqsədi ilə qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxiş tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyərini qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və qaz sayğacının markası nəzərə alınmaqla məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qətnamədə Şuranın qərarının X10 reyestrindən keçmədiyi qeyd edilmişdir. Lakin İddiaçı üçün itirilmiş qazın bərpası ilə əlaqədar ziyan məbləği hesablanarkən sayğacın saatlıq qaz keçirmə qabiliyyəti əsas götürülmüşdür. Qətnamənin məzmununda aparılmış hesablamada 720 m3 sərfiyyatın, bu sərfiyyata uyğun 72 manat ziyan məbləğinin (qazın 1 m3 limit daxilində 0,12 manatdır.) heç bir hüquqi əsası yoxdur. Mülki hüquq pozuntusu(delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) bir başa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyn normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki-hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxs tərəfindən vurulmuş zərər tam həcmdə zərər vurulan şəxsə ödənilməlidir. İddiaçı delikt törətməsi məhkəməyə təqdim edilmiş sübutlarla, video çəkilişlə tam sübuta yetirilmiş, lakin Xaçmaz Rayon Məhkəməsi bu fakta heç bir münasibət bildirməmiş, iddiaçının artıq sübut olıunmuş əməlini delikt kimi qiymətləndirməmişdir. Belə ki, 1-ci instansiya məhkəməsi abonentin qanunsuz qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması nəticəsində Cavabdeh İB-nə dəymiş ziyanı heç bir hüquqi normativ akta əsaslanmayan, öz subyektiv mülahizəsinə uyğun 72 manat hesablaması heç bir məntiqə uyğun gəlmir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi hal onun sayğacdan kənar xətlə qazdan cəmi iki ay istifadə etməsi barədə fikridir. Lakin iddiaçı bu halı sübut etmək üçün heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iddiaçının söylədiyi mülahizəyə görə qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
13. İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
16. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 20. Müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir. Maddə 21. Müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Müvafiq icra hakimiyyəti orqanı qanunvericiliklə müəyyən olunmuş hallarda cərimələr tətbiq edə bilər. Maddə 6.2. Bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir.
20. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın əməkdaşları iddiaçının yaşadığı ünvana aid qaz sayğacına baxış keçirmiş, abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi barədə xx.xx.2023-cü il tarixli akt tərtib olunmuş və həmin akt əsasında 4147.20 manat cərimə hesablanmışdır, iddiaçı sayğacdan kənar qoşulmanı qəbul etmir, akt əsasında hesablanmış 4127,20 manat borcu mübahisələndirmişdir.
21. İş materialları ilə həqiqətən də iddiaçının qaz xəttinə saygacdan kənar qanunsuz qoşulma faktı təsdiqini tapır, bununla bağlı aidiyyəti orqan həmin qoşulma faktının qarşısının alınması (xəttin kəsilməsi, dayandırılması və s.) ilə bağlı tədbir görməklə, müvafiq Aktlar tərtib etmişdir.
22. Mübahisənin bu hissəsi iş materiallarına əlavə edilmiş müvafiq sənədlərlə (dəymiş ziyanın bərpasına dair tələbnamə və Aktla, videgörüntü ilə) sübut olunur.
23. Kollekiya həmçinin hesab edir ki, iddiaçı məhkəmə qətnaməsini mübahisələndirməməklə qaz xəttinə qanunsuz qoşulma faktını qəbul etdyini nümayiş etdirmşdir.
24. Birinci intansiya məhkəməsi tərəfindən iddianın qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Xaçmaz rayon, Xudat şəhəri, 28 May küçəsi ev 27 ünvanına hesablanmış 4055.20 manat borcun silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
25. Məhkəmə iddianın qismən təmin edilməsi ilə bağlı gəldiyini nəticəni belə əsaslandırmışdır ki, iddiadan və ona əlavə olunmuş sənədlərdən görünür ki, cavabdeh təşkilat tərəfindən itirilmiş qazın bərpası üçün 360 gün hesabat müddəti qəbul edilmiş və iddiaçıdan həmin dövr ərzində vurulmuş ziyan tələb edilmişdir. Tərtib edilmiş tələbnamələrdə abonentin gün ərzində 24 saat ərzində qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, iddiaçının Birliyə xx.xx.2023-cü il tarixli akt üzrə 72 manat (4 x 6 x 30 = 720 kub.metr) məbləğində ziyan vurması məlum olur. Eyni zamanda abonentin saldosundan görünür ki, xx.xx.2023-cü il tarixli akt əsasında 4147.20 manat borc hesablana qədər iddiaçının 2022-ci il üçün il ərzində ən yüksək sərfiyyatı 221 m3, akt tərtib edildikdən sonra isə aprel ayı üçün 34560 m3 hesablanmışdır. İl ərzində istifadə edilmiş sərfiyyat aylar üzrə ən yüksək hesablanmış sərfiyyatla, yəni 221 m3 ilə hesablansa belə il ərzində istifadə edilmiş sərfiyyatın həcmi aktda qeyd edildiyi kimi 34560 m3 həcmində müəyyən edilməsi ağlabatan hesab edilə bilməz. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, itirilmiş təbii qazın bərpası ən çox ödənişin 30 günə (1 aya) müvafiq hesablanması məqsədəmüvafiqdir. Məhkəmə belə qənaətə gəlir ki, qeyd olunan qaydada hesablanmaqla iddiaçının cavabdehə vurduğu ziyan 72 manat (4x6x30=720 kub/metr) təşkil edir.
26. Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(067)-348/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə tam razılaşmır və bununla bağlı aşağıda şərh olunanları qeyd edir:
28. xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında Cavabdeh İB dəymiş ziyan həcminin hesablanması barədə tələbnamə adlı sənədinə əsasən abonentə məxsus qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş təbii qazın həcmi 34560 m3 müəyyən edilmişdir.
29. Kollegiya bu qaydada hesabatla da razılaşmır və qeyd edir ki, cavabdeh təşkilat sözügedən tələbnamədə qaz işlədicilərinin hesabat müddətinin hansı əsasdan 24 saat və 360 gün müddətlə aparıldığını əsaslandıra bilməmişdir.
30. Apellyasiya kollegiyası hesab edir ki, PQ4-ün maksimal saatlıq qaz sərfi üçün orta hesabat müddəti, Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq 90 gün olmaqla hesablanmalıdır.
31. Cavabdeh xidmət sahələrində işlərin səmərəli, təhlükəsiz təşkili və icrası, itkilərin azalması və xidmət səviyyəsinin yüksəlməsi üzrə” Təlimata uyğun olaraq İddiaçı Birliyə 90 gün üçün xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə (4 x 12 x 90=4320 kub.metr x 0,12 = 518,40; 4127,20-518,40=3608,80) 518,40 manat ziyan vurması müəyyən edilir ki, bu məbləğ abonentdən tutulmalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.
33. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
34. Sadalananlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi yaranmış borc məbləğinin əsası barədə düzgün nəticəyə gəlməmişdir. Odur ki, apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən - İddiaçı yaşadığı ünvan 3 ünvanına hesablanmış 4055,20 manat borcun silinməsi hissədə ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, həmin silinməli borcun miqdarı 3608,80 manat məbləğində müəyyən edilməlidir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il tarixli, 2(067)-348/2024 nömrəli qətnaməsi qismən - İddiaçı yaşadığı ünvan 3 ünvanına hesablanmış 4055,20 manat borcun silinməsi hissədə ləğv olunsun. Həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia qismən təmin edilsin. İddiaçı (abonent kodu-**********000000) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış borcdan 3608,80 (üç min altı yüz səkkiz manat səksən qəpik) manat silinsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəsini alır. Qətnamədən kassasiya şikayəti verilə bilməz.