Məhkəmə qərarları › İş №2(105)-750/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-750/2021

03.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-750/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, Ərizəçi, maraqlı tərəfin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-6572/2020 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim A.Süleymanova) Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunması, ərizə və ona əlavə edilmiş sənədlərin rəsmi qaydada ərizəçiyə təqdim edilməsi qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Ərizəçi ərizə ilə müraciət edərək, şikayətdən imtina olunması və şikayət üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, qərardaddan verilmiş şikayətdən apellyasiya icraatı zamanı imtina edilməsi birbaşa prosessual qanunvericiliklə tənzimlənmədiyindən, qanunun analogiyasına istinad edilməklə, qərardaddan verilmiş şikayətdən imtina edilməsi məsələsinə apellyasiya şikayətindən imtina ilə bağlı normalara uyğun hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4. maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər (Mülki Prosessual Məcəllənin 369.2. və 369.3. maddələri) Məhkəmə kollegiyası hesab edir ki, məhkəmədə mülki iş tərəfin şikayəti əsasında başlanıldığından və ərizəçi apellyasiya icraatının başlanmasına əsas olan şikayətindən imtina etdiyindən, şikayətdən imtina barədə ərizə qəbul edilməli və şikayət üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1. maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.4. maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264., 369-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi şikayətdən imtina barədə ərizəsi təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar