Məhkəmə qərarları › İş №2(105)-758/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-758/2023

06.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-758/2023 06.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X4 və X2 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikili və qurğuların çıxarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli, 2(012)-51/2023 nömrəli qərardadından iddiaçı X5 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) İddiaçı Cavabdeh qarşı özbaşına tikili və qurğuların çıxarılması tələbi barədə mülki iş ərazi məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə göndərməsi qərara alınmışdır. İddiaçı X5 qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron rayon Məhkəməsinin 2(012)-51/2023 saylı, 13 yanvar 2023-cü il tarixli qərardadından İddiaçı vəkili-nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı özbaşına tikili və qurğuların çıxarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, Seriya MH ******* saylı çıxarış əsasında xx.xx.2004-cü ildən başlayaraq 99 il müddətinə iddiaçının icarəsinə verilmiş Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha. torpaq sahəsində yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğuların onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixli, Seriya MH ******* saylı çıxarış əsasında xx.xx.2004-cü ildən başlayaraq 99 il müddətinə iddiaçının icarəsinə verilmiş Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha. torpaq sahəsində yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğuların onun öz hesabına sökülməsi, cavabdeh tərəfindən iddiaçıya vurulmuş zərərin əvəzi olaraq 210 000 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yenidən İddiaçı iddia ərizəsinə əlavə verərək, İddiaçı Cavabdeh qarşı “xx.xx.2008-ci il tarixli, Seriya MH ******* №-li çıxarış əsasında xx.xx.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə İddiaçı icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində, yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğular Cavabdeh hesabına sökülməsi, Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 210000 (iki yüz on min) manat pul alınıb İddiaçı verilməsi və Abşeron rayon İcra Hakimiyyətindən, Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi xx.xx.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə İddiaçı icarəyə verilməsinə dair 19 noyabr 2004-cü il tarixli 281 №-li sərəncam, rəy, akt və İcarə müqaviləsinin surətləri və həmin sahədə tikinti işlərinin aparılması üçün Cavabdeh hər hansı icazə verilib-verilməməsi barədə, yaxud da tikinti işlərinin razılaşdırılıb-razılaşdırılmaması barədə məlumat, müsbət halda bunu təsdiq edən sənədlərin surətləri tələb edilməsi” tələbinə dair 2(012)-174/2022 №-li mülki işə Abşeron Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq həll edilməsini xahiş etmişdir Cavabdehin nümayəndəsi Vəkil1 mülki işin baxılması üçün ərazi aidiyyatı üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsinə dair vəsatət verərək, iddia ərizəsi iddiaçıya məxsus Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsinın boşaldılması ilə bağlı olduğunu, inzibati ərazi kimi həmin ərazi Sabunçu Rayon Məhkəməsinə aid olduğundan işin baxılması üçün həmin məhkəməyə göndərilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı X1 Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli qərardadından şikayət verərək, İddiaçı Cavabdeh qarşı “xx.xx.2008-ci il tarixli, Seriya MH ******* №-li Çıxarış əsasında xx.xx.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədiləİddiaçı icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində, yəni tikinti tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğular Cavabdeh hesabına sökülməsi; Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 210000 (iki yüz on min) manat pul alınıb İddiaçı verilməsi və Abşeron rayon İcra Hakimiyyətindən, Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi xx.xx.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə İddiaçı icarəyə verilməsinə dair 19 noyabr 2004-cü il tarixli 281 №-li sərəncam, rəy, akt və İcarə müqaviləsinin surətləri və həmin sahədə tikinti işlərinin aparılması üçün Cavabdeh hər hansı icazə verilib-verilməməsi barədə, yaxud da tikinti işlərinin razılaşdırılıb-razılaşdırılmaması barədə məlumat, müsbət halda bunu təsdiq edən sənədlərin surətləri tələb edilməsi” tələbinə dair 2(012)-51/2023 №-li mülki işə Abşeron Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq həll edilməsi, əks təqdirdə şikayət, işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddia tələbi cavabdehin nümayəndəsinin izahatında göstərildiyi kimi torpaq sahəsinin boşaldılması, eləcə də məhkəmə qərardadında qeyd olunduğu kimi özbaşına tikili və qurğuların çıxarılması barədə yox, özbaşına tikililərin sökülməsi, vurulmuş ziyanın tələbi və Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə verilib-verilməmsinə dair sənədlərin tələb olunması barədədir. Bundan başqa mülki işin aidiyyəti üzrə göndərilməsinə dair qərardadda, bunun üçün Konstitusiyanın 62-cimaddəsinə istinad olunması həmin hüquqi normaya ziddir. Belə ki, həmin maddədə açıq şəkildə qeyd olunur ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Maddənin mənasından da göründüyü kimi, həmin hüquqi norma hazırkı iş üzrə yalnız cavabdehə deyil, hər kəsə, xüsusilə də hazırkı iş üzrə iddiaçıya aiddir və işə yalnız qanunla müəyyən edilmiş məhkəmədə baxıla bilər. 12. Qərardadda qeyd olunan MPM-nin 44.2.2, 45.1 və 45.2-ci maddələri dəümumi normalardır və təəssüflər olsun ki, məhkəmənin qərardadında MPM-nin 39.1-cimaddəsinə istinad olunmasına baxmayaraq məhkəmə özü, imperativ xarakterli həmin hüquq normasının tələbini pozur. Belə ki, hazırkı mülki iş üzrə iddia tələbi “xx.xx.2008-ci il tarixli, Seriya MH 0021449№-li Çıxarış əsasında xx.xx.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə İddiaçı icarəsində olan Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsində, yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğular Cavabdeh hesabına sökülməsi; Cavabdeh vurulmuş ziyanın əvəzi olaraq 210000 (iki yüz on min) manat pul alınıb İddiaçı verilməsi və Abşeron rayon İcra Hakimiyyətindən, Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha torpaq sahəsi xx.xx.2004-cü ildən başlayaraq 99 (doxsan doqquz) il müddətinə fermer təsərrüfatı yaratmaq məqsədilə İddiaçı icarəyə verilməsinə dair 19 noyabr 2004-cü il tarixli 281 №-li sərəncam, rəy, akt və İcarə müqaviləsinin surətləri və həmin sahədə tikinti işlərinin aparılması üçün Cavabdeh hər hansı icazə verilibverilməməsi barədə, yaxud da tikinti işlərinin razılaşdırılıb-razılaşdırılmaması barədə məlumat, müsbət halda bunu təsdiq edən sənədlərin surətləri tələb edilməsi”dir. Həmin iş üzrə ilkin iddia ərizəsi 19 aprel 2021-ci il tarixdə məhkəməyə təqdim olunaraq icraata qəbul edilmiş, 07 may 2021-ci il tarixdə də iddia ərizəsinə əlavə təqdim olunmuşdur.Hazırkı iş üzrə də Məcəllədə qeyd olunan hallardan heç biri mövcud deyildir və məhkəmə qərardadında MPM-nin 44.2.2-ci maddəsinə istinad olunaraq guya, işin həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edilməsinin aşkar olunduğu barədə deyilənlər cavabdehin fərziyyəsinə əsaslanan bəhanədir, bununla belə cavabdehin izahatında da açıq şəkildə qeyd olunur ki, həmin torpaq sahəsi məhz Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşir. Mübahisə predmeti olan özbaşına tikililərin yerləşdiyi torpaq sahəsinin Bakı şəhərinin Sabunçu rayon ərazisində yerləşməsinə dair heç bir sənəd, sübut mövcud deyil və iş materiallarına da əlavə edilməmişdir. Eləcə də, işin aidiyyəti ilə əlaqədar məsələlər Abşeron rayon məhkəməsi tərəfindən MPM-nin 45.1-ci maddəsinə əsasən, ərizənin icraatına qəbul edilməsi zamanı yoxlanılmış və aidiyyət qaydalarına uyğun olaraq Abşeron Rayon Məhkəməsinin icraatına qəbul edilərək mahiyyəti üzrə baxılır. Mülki iş icraata qəbul olunaraq mahiyyəti üzrə baxılmağa başlandıqdan 1 il 10 aya da yaxın müddət keçəndən sonra məhkəmə tərəfindən ərazi aidiyyət məsələlərinin müzakirəsi, olduqca şübhəli və eləcə də Mülki-prosessual qanunvericiliyin tələblərinə zidd haldır. Ona görə də hazırkı mülki işin baxılması üçün Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsinə, yaxud da hər hansı başqa birinci instansiya məhkəməsinə göndərilməsi üçün heç bir hüquqi əsas yoxdur və işə, MPM-nin 39.1-ci maddəsinə əsasən, 44.1-ci maddəsinin tələbinə görə aidiyyət qaydalarına riayət edilməklə icraatına qəbul etdiyi Abşeron Rayon Məhkəməsində də mahiyyəti üzrə baxılıb həll edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi vəsatətin təmin edilməsini özbaşına tikili və qurğuların çıxarılması tələbinə dair mülki iş mübahisəli torpaq sahəsi ərazi Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşdiyindən mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməli olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Baxılan iş üzrə İddiaçı Cavabdeh qarşı özbaşına tikili və qurğuların çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi Vəkil1 ərizə ilə müraciət edərək, mübahisə predmeti olan torpaq sahəsinin Abşeron rayonu, Maştağa subtropik sovxozu ərazisində yerləşdiyini nəzərə alaraq, mülki işin aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir (Mülki Prosessual Məcəllənin 39.1. maddəsi). Prosessual normanın məzmuna görə hər bir kəs qanunla qorunan hüquqlarının və azadlıqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı şəxs digər şəxs tərəfindən onun hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət edirsə, onda iddia tələbi tələbin yönəldiyi şəxsin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə müraciət edilməlidir. Lakin bəzi kateqoriya işlər üzrə müstəsna aidiyyat qaydalarında riayət edilməklə tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara baxılması üçün müstəsna aidiyyat müəyyən edilmişdir. Belə kateqoriya mübahisələrə daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxılır. Hazırkı işdən görünür ki, iddiaçı Abşeron rayonu Maştağa subtropik sovxozu ərazisində yerləşən 1,0 ha. torpaq sahəsində yəni tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla Cavabdeh tərəfindən tikilmiş bina və qurğuların onun öz hesabına sökülməsini mübahisələndirmişdir. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr ağlabatan müddətdə ədalətli məhkəmə araşdırılmasını təmin etməklə tələb üzrə yekun hüquqi nəticəyə gəlməlidir. Bunun üçün mülki işlər üzrə icraatın taleyi mübahisə obyekti olan əmlakın yerində müayinəsindən, həmin əmlaka dair sənədlərin vaxtında toplanmasından, mövcud olduğu halda şahidlərin hamısının cəlb edilərək dindirilməsindən asılı olur ki, bu da prosesual müddət daxilində həyata keçirilməsi və mübahisə predmeti olan daşınmaz əmlakın olduğu inzibati ərazi vahidi üzrə məhkəmə tərəfindən mülki işə baxılması tərəflərin ədalətli məhkəmə araşdırılmasından ötrü zəruridir. Mülki Prosessual Məcəllənin 44.1. maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki Prosessual Məcəllənin 44.2.2. maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ təsbit edilmişdir. Bu normada qeyd edilən “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydaları, qanuni məhkəmə tərkibinin mövcudluğu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli və onunla bağlı 10 fevral 2023cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı X3 şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 yanvar 2023-cü il tarixli və onunla bağlı 10 fevral 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar