Məhkəmə qərarları › İş №2(105)-760/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-760/2023

01.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-760/2023 01.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X10 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X11 və üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)-5225/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Regional Qaz Satışı Departamentinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən hesablanmış cəmi 4257,94 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən əsassız hesablanmış ümumilikdə 4257,94 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, döngə 2, ev 21 onun qeydiyyatda olduğu fərdi yaşayış sahəsi olmuşdur. xx.xx.2016-cı il tarixində Abşeron rayonu 1 saylı notariat kontorunda AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə o, əmlakını X2. Həmin ünvanda qaz sayğacı ilə bağlı müqavilə onun adına olduğundan Cavabdeh İB Abşeron RQİİ-nin nümayəndələri tərəfindən quraşdırılmış **********9 nömrəli (**********32410 abonent kodu) sayğacdan istifadə qaydalarının pozulması haqqındakı aktlar həmin ünvanda onun adına hesablanmaqla qanunsuz yazılmışdır. Belə ki, Cavabdeh İB Bakı Regional Qaz Satışı Departamentinin nümayəndələrinin iştirakı ilə xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən 3174,04 manat cərimə məbləği hesablanmışdır. Bundan əlavə, ayrı-ayrı vaxtlarda və tarixlərdə X4 adına hesablanmış cərimə borclarının da ödənişləri onun borcunun üzərinə əlavə edilməklə qanunsuz cərimə borcu hesablanmışdır. Adına hesablanmış cərimənin ümumi məbləği 4257,94 manatdır. İddia ərizəsinə əlavə olunmuş Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, “ünvan 3 ünvanında yerləşən X5 məxsus **********13040 istehlakçı hesabı üzrə xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qeyd olunan ünvana texniki səhv nəticəsində daxil edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, bu aktlar ünvan 4 ünvanında yaşayan İddiaçı evinə yazılmalıdır. Beləliklə, qeyd olunan xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli 0270316, 0265674, ******* və ******* nömrəli aktlar əsasında hesablanmış 1083,9 manat dəymiş ziyanın X1 İddiaçı hesabına yazılması məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunur.” Yuxarıda qeyd olunan məktubda göstərilmiş ünvan səhv olmaqla yanaşı, ayrı-ayrı vaxtlarda tərtib olunmaqla X9 adlı şəxsin adına yazılmış, onun və Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, döngə 2, ev 21 ünvanında yaşayan şəxslərin heç birinin xəbəri və məlumatı olmadan tərtib olunmuşdur. Ümumiyyətlə, bu aktların və hesablanmış borcun ona heç bir aidiyyəti yoxdur. Tərtib olunmuş və iddia ərizəsinə əlavə edilmiş aktların Abşeron rayonu, Quşçuluq massivi ünvanında tərtib olunduğu və istehlakçı olaraq X4 iştirakı ilə tərtib olunduğu qeyd edilmişdir. Əgər bu, hər hansı bir texniki səhv olmuşdursa, o zaman aktı tərtib edən məsul şəxslər ikinci aktı tərtib edərkən həmin aktın texniki səhv nəticəsində tərtib edildiyini bilməli və istehlakçı ilə bu faktı dəqiqləşdirməli idilər. Tərtib olunmuş müxtəlif tarixlərdəki aktlardan görünür ki, həmin cərimə aktları formal olaraq tərtib olunmuş və bu aktlar tərtib olunarkən istehlakçı hüquqları kobud surətdə pozulmuşdur. Bakı Regional Qazın Satışı Departamentinin gəldiyi bu qənaət və mövqe qanunsuz və əsassızdır. Abonentin saldosundan aydın görünür ki, onun təbii qazdan heç bir qanunsuz istifadəsi olmamış, təbii qazdan istifadə aylıq olaraq normal 20-30 manat arası olmuşdur. Yaşayış mənzilində birdən-birə 3174,04 manatlıq təbii qazın istifadəsi mümkünsüzdür. Bundan başqa, heç bir qanuni əsas olmadan X4 adından onun adına keçirilərək yazılmış 1083,9 manat borcla birlikdə ümumilikdə 4257,94 manat borc hesablanmışdır. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)-5225/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən fərdi evinə aid qaz sayğacına (abonent kodu: **********32410) dair hesablanmış 3576,9 manat borcun silinməsi qət edilmişdir ( hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)-5225/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyriqanuni istifadə etməklə Cavabdeh İB-yə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək səhv nəticəyə gəlmiş, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçı aid olan **********32410 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu tərəfindən tam ödənilməlidir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X13 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)-5225/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və üçüncü şəxs X12 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi qismən ləğv edilməli,iş üzrə yeni qətnamə çıxarılmaqla Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən fərdi yaşayış evinə aid İddiaçı abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: **********32410) dair hesablanmış 3467,1 manat məbləğində borc silinməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, Əzizov X6 rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, döngə 2, 21 saylı evi 51000 manata X2. İş materiallarında olan RX ******* saylı xx.xx.2016-cı il tarixli reyestrdən çıxarışın və texniki pasportun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Ə.Vəliyev küçəsi, döngə 2, 21 saylı ev X7 mülkiyyətindədir. İş materiallarında olan bildiriş xəbərdarlığın surətindən görünür ki, **********32410 abonent kodlu İddiaçı Cavabdehnə ümumilikdə 3174,04 manat borcu vardır. İş materiallarında olan Bakı Regional Qaz Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən X5 məxsus **********13040 istehlakçı hesabı üzrə xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar qeyd olunan ünvana texniki səhv nəticəsində daxil edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, bu aktlar ünvan 4 ünvanında yaşayan İddiaçı evinə yazılmalıdır. Beləliklə də, qeyd olunan xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli aktlar əsasında hesablanmış 1083,9 manat dəymiş ziyanın X1 İddiaçı hesabına yazılması məqsədi ilə aidiyyəti üzrə göstəriş verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı X7 Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman qaz sayğacının mənfiyə işləməsi və zavod plomblarının olmaması müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 3456 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 1332 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman qaz sayğacının metrologiya plomblarının olmaması və qazın sərfiyyatını qeyd etməməsi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2020-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 5832 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2022-ci ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 324 kub.metr təbii qazın istehlak edildiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 648 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu ildə tərtib və təsdiq olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktdan görünür ki, istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmişdir. Tələbnamə ilə dəyəri ödənilmədən 324 kub.metr təbii qazın istehlak edilidyi aşkar olunmuşdur. İş materiallarında olan istehlakçı İddiaçı adına tərtib edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən evə aid abonent kodu **********32410 olan abonentin saldosundan görünür ki, 2019-cu il ərzində 5 akta əsasən 1062 manat, 2020-ci il ərzində 1 akta əsasən 583,20 manat, 2022-ci il ərzində 1 akta əsasən 1083,60 manat borc hesablanmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə qeyri-qanuni qoşulma faktları olmuş və bu faktlar 6 ədəd aktla (xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2022-ci il tarixli) qeydə alınmış, qanunsuz qoşulma faktını məhkəmə iclasında iddiaçı da qismən təsdiq etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2022-ci il tarixli aktlar qanuni əsaslarla tərtib edilmişdir. Bununla belə, itirilmiş qazın həcmi hesablanarkən cavabdeh tərəfindən müəyyən qüsurlara yol verilmişdir. Qeyd edilən aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmi məqbul deyildir. Belə ki, cavabdehin tərtib etdiyi müxtəlif tarixli tələbnamələrdə abonentin gün ərzində 18 və ya 24 saat qaz işlədicisindən istifadə etməsi müəyyən edilir. Məhkəmə bu halı qəbul etmir və hesab edir ki, abonentin gün ərzində qaz qurğularından orta hesabla yay-yaz fəslində 4-6, qış-payız fəslində isə 10-8 saat istifadə etməsi qəbul olunarsa, İddiaçı Birliyə xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 48,6 manat (2,7 x 6 x 30 = 486 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 73,8 manat (4,1 x 6 x 30 = 738 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2019-cu il tarixli ******* saylı akt üzrə 32,4 manat (2,7 x 4 x 30 = 324 kub.metr), xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 48,6 manat (2,7 x 6 x 30 = 486 kub.metr), ümumilikdə 235,8 manat ziyan vurması məlum olur. xx.xx.2019-cu il tarixli ******* saylı akta gəlincə məhkəmə qeyd etmişdir ki, həmin akt sayğacın nasazlığı barədədir. Bu akt üzrə abonentdən hər hansı borc tələb edilə bilməz. xx.xx.2022-ci il tarixli ******* saylı akt ilə bağlı məhkəmə qeyd etmişdir ki, bu akt üzrə dəymiş ziyanın hesablanması barədə tələbnamə işdə mövcud olmadığından bu borc da abonentdən tələb edilə bilməz. Həmçinin texniki səhv səbəbindən digər abonentin istehlak etdiyi təbii qaza görə abonentə borcun hesablanması öz təsdiqini tapmadığından məhkəmə hesab etmişdir ki, həmin halda Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı hesabladığı borc əsassızdır. Belə ki, bu məktubdan görünür ki, təbii qazdan qeyriqanuni istifadəyə görə dəymiş 1083,9 manatlıq ziyan xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında hesablanmışdır. Lakin Cavabdeh İB həmin aktları məhkəməyə təqdim edə bilməmişdir, yəni tələbin hüquqi əsası mövcud deyildir. Belə olan halda isə qeyd edilən məktuba əsasən İddiaçı hesablanmış 1083,9 manat borc əsassızdır və silinməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yaşadığı evə (abonent kodu: **********32410) baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilmiş və bu barədə Cavabdeh əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktda tərtib olunmuş və akta əsasən dəyəri ödənilmədən 3456 kub.metr təbii qazın istehlak edildiyi müəyyən olunmuş və akt üzrə 345,60 (üç yüz qırx beş manat altmış qəpik) manat məbləğində borc hesablanmış, daha sonra Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvana xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020 və xx.xx.2022-ci il tarixlərdə təkrar baxış keçirilmiş və baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edildiyindən qeyd edilən tarixlər üzrə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib olunmuş və qeyd edilən aktlar üzrə abonentə ümumilikdə 2728,8 manat borc hesablanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı yaşadığı ünvana baxış keçirilən zaman sayğacdan kənar təbii qazın istehlak edildiyi müəyyən edilərək xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edildikdən sonra Cavabdeh əməkdaşları tərəfindən istehlakçı İddiaçı yaşadığı ünvanda qanunsuz qoşulma halları aradan qaldırılmalı olduğu halda aradan qaldırılmamış, təbii qazdan qeyri-qanuni istifadə davam etmişdir.Yəni qeyd olunan ünvan üzrə xx.xx.2019-cu il tarixli akt əsasında abonentin qaz xətti ümumi xətdən kəsilməli və bu hala son qoyulmaqla müvafiq tədbir görülməli idi. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixdən sonrakı aktlar üzrə hesablanmış 2383,2 manatın (2728,8-345,6=2383,2 manat) iddiaçıdan tələb olunması qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar ünvan 4 ünvanında yaşayan İddiaçı yaşadığı evə yazılmalı olduğu halda, texniki səhv nəticəsində ünvan 3 ünvanında yerləşən X5 məxsus **********13040 istehlakçı hesabı üzrə qeyd olunan ünvanına yazılmış, bu səbəbdən həmin aktlar əsasında hesablanmış 1083,9 manat dəymiş ziyan X1 İddiaçı hesabına yazılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh İB-nin Bakı Regional Qaz Satışı Departamentinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş 1083,9 manatlıq ziyan xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında hesablanmış, lakin Cavabdeh İB tərəfindən həmin aktlar nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə kollegiyası hesab edir ki, İddiaçı xx.xx.2020, xx.xx.2020, xx.xx.2019 və xx.xx.2019 tarixli 0270316, 0265674, ******* və ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar əsasında hesablanmış 1083,9 manat borc əsassızdır və silinməlidir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən fərdi yaşayış evinə aid İddiaçı abonent kodu üzrə adına oian qaz sayğacına (abonent kodu: **********32410) dair hesablanmış 3467,1 (2383,2 manat (2728,8-345,6=2383,2 manat) + 1083,9 manat = 3467,1 manat) manat məbləğində borc silinməlidir. “Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 6- cı bəndinə əsasən qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə və digər hallarda qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)-5225/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli,iş üzrə yeni qətnamə çıxarılmalı, iddia tələbi qismən təmin edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən fərdi yaşayış evinə aid İddiaçı abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: **********32410) dair hesablanmış 3467,1 (2383,2 manat (2728,8-345,6=2383,2 manat) + 1083,9 manat = 3467,1 manat) manat məbləğində borc silinməli,iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli, 2(012)-5225/2022 nömrəli qətnaməsi qismən ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, məhəllə 26 ərazisində yerləşən fərdi yaşayış evinə aid İddiaçı abonent kodu üzrə adına olan qaz sayğacına (abonent kodu: **********32410) dair hesablanmış 3467,1 (2383,2 manat (2728,8-345,6=2383,2 manat) + 1083,9 manat = 3467,1 manat) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar