Məhkəmə qərarları › İş №2(105)-762/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-762/2023

28.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-762/2023 28.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 Qafari və X1 ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(012)-275/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0315898, ******* nömrəli, xx.xx.2021 və xx.xx.2022-ci il tarixli aktlara görə adına hesablanmış 3765,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə göndərərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0315898, 0361432, ******* nömrəli, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlara görə adına hesablanmış 3765,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0315898, 0361432, ******* nömrəli, xx.xx.2021, xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktlar əsasında onun adına ümumilikdə 3765,60 manat məbləğində cərimə yazılmışdır. Hər üç aktın yazılmasına səbəb qeyri-qanuni şəkildə təbii qazdan istifadə edildiyi göstərilmişdir. O, qeyd edilən aktlar ilə qəti şəkildə razılaşmır. Çünki ciddi şəkildə heç bir araşdırılma aparılmadan gözəyarı baxış keçirilərək, ona heç bir məlumat verilmədən ayrı-ayrı vaxtlarda aktlar qəbul edilmişdir. O həmin evə xx.xx.2021-ci il tarixdə azyaşlı övladları ilə birlikdə gələrək yaşamağa başlamışdır. Həmin evdə yaşayış olmamışdır. O həmin evdə 2 gün yaşamış və 2 gün sayğacdan kənar xətdən istifadə etmişdir. Lakin cavabdeh təşkilat tərəfindən yazılan cərimələr həddən artıq şişirdilmişdir. Ona heç bir məlumat vermədən və xəbərdarlıq etmədən xx.xx.2021-ci il tarixdə birinci akt tərtib edilmişdir. Halbuki həmin ərəfələrdə o həmin evə yeni köçmüş və kommunal xəttləri qaydasına salmağa və işıq, su, qaz sayğaclarını yeniləməyə çalışmışdır. Azəriqaz İB-nin Xırdalan İdarəsinin əməkdaşları özləri qanunsuz şəkildə onun evdə olmadığı bir gündə, evdə yaşayış yeni olduğunu bildikləri halda əsassız şəkildə külli miqdarda cərimə pulu ilə yüklü etmişdirlər. O isə həmin evə yeni yerləşdiyi üçün orada olan xətləri yeniləmiş və yeni sayğaclar qoymuşdur. Çünki əvvəlki kommunal xətlər evin əvvəlki sahibinin adına olmuşdur. Həmin pulu ondan məcburi şəkildə tələb edirlər. Hətta təbii qazı istifadə etmək üçün pul yüklədikdə həmin pulun 50% borca çıxılır. O isə həmin pulu ödəmək iqtidarında deyildir. İşsizdir və evində iki azyaşlı övladı var. Uşaqların tələbatlarını güclə ödəməyə çalışır. Bu hadisədən onun sonradan xəbəri olmuşdur. Belə ki, təbii qazı sərf etdiyi üçün pul yükləyən zaman ona məlum olmuşdur ki, həmin pulun 50 % kartdan çıxılır. Bu məsələni aydınlaşdırmaq üçün Azəriqaz İB-nin Xırdalan İdarəsinə yaxınlaşan zaman ona baş idarəyə yəni departamentə müraciət etməli olduğu bildirilmişdir. Ona artıq aktlar qəbul olunduğu, aktları ləğv edə bilmədiklərini, bunun üçün məhkməyə müraciət etməli olduğu bildirilmişdir.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Xanım Tahir qızına məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan sayğaca baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir.

6. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Xanım Tahir qızına məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan sayğaca baxış keçirilən zaman qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edilmişdir.

7. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, Xanım Tahir qızına məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan əraziyə baxış keçirilən zaman sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir.

8. İddiaçı məxsus abonentin saldosundan görünür ki, İddiaçı ümumilikdə 3765,60 manat borc hesablanmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(012)-275/2023 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu **********00047 olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 3765,60 manat borcdan 1416,48 manat saxlanılmaqla, qalan borcun silinməsi qət edilmişdir.

10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1346,40 manat cərimə edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 967,68 manat cərimə edilmiş, həmçinin xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1451,52 manat cərimə edilmişdir. İddiaçı 3765,60 manat əsassız cərimə olunduğunu, həmin cərimənin silinməsini xahiş etsə də, özünün izahatından başqa digər sübut təqdim etmədiyindən, cavabdeh təşkilat tərəfindən təqdim edilən fotoşəkillərin mötəbərliyini şübhə altına alan hər hansı bir mötəbər sübut müəyyən edilmədiyindən, məhkəmə iddiaçının izahatına tənqidi yanaşmışdır. Lakin, cavabdeh təşkilatın nümayəndəsi 3765,60 manat cərimənin hesabat müddətinin 90 gün və 60 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (1346,40 : 3 = 448,80 manat, 967,68 : 2 = 483,84 manat, 1451,52 : 3 = 483,84 manat, cəmi 1416,48 manat). Odur ki, Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00047 olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 3765,60 manat borcdan 1416,48 manat saxlanılmaqla, qalan borc silinməlidir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 14.2.6 və 21.2-ci maddələri, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci bəndi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.3, 216-220, 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayəti və onun dəlilləri

12. Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(012)-275/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndikləri qətnamədə istinad olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, İddiaçı aid olan **********00047 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bildirir ki, iddia tələbinin qismən təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

16. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh tərəf verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Bu baxımdan və eləcə də mübahisənin predmeti bölünməz olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki vəzifələrin əmələ gəlməsi əsaslarından hesab olunur. Maddə 443.7 Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək bu qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(012)-275/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı məxsus Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən abonent kodu **********00047 olan sayğac üzrə Cavabdeh tərəfindən “qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2021-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1346,40 manat cərimə edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 967,68 manat cərimə edilmiş, həmçinin xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında xx.xx.2022-ci il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 1451,52 manat cərimə edilmişdir. İddiaçı ümumilikdə 3765,60 manat cərimə edilmişdir.

23. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçılar tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, cavabdeh təşkilatın nümayəndəsi 3765,60 manat cərimənin hesabat müddətinin 90 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi Cavabdeh vəzifəsi olduğunu nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, cərimənin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğundur, bu baxımdan Cavabdeh tərəfindən İddiaçı yaşadığı abonent kodu-**********00047 olan, Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə xx.xx.2021-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı və xx.xx.2022-ci il tarixli, ******* saylı aktlar üzrə hesablanmış 3765,60 manat borcdan 1416,48 manat saxlanılmaqla, qalan borc silinməlidir.

25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.

31. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(012)-275/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

32. Kollegiya qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh nümayəndəsi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli 2(012)-275/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar