Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-766/2025 27.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-131/2025 nömrəli, 14 fevral 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2022-ci il tarixli akt əsasında X1yə görə hesablanmış 138 (yüz otuz səkkiz) manat, 50 (əlli qəpik) məbləğində borc **********00027 saylı abunə hesabından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 11-ci mikrorayon, Yarımçıq bina, **********00027 saylı abonent kodu üzrə hesablanmış 836,66 manat məbləğində pulun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Kəlbəcər rayonunun Əsrik kəndindən məcburi köçkündür. O, 1993-cü ildən etibarən Sumqayıt şəhərində yaşayır. 2004-cü ildən isə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Yarımçıq binada məskunlaşmışdır. İddiaçı məcburi köçkün olduğuna görə onun bütün kommunal xərcləri dövlət tərəfindən ödənilmişdir. 2018ci ildə onun yaşadığı ünvana elektrik sayğacı quraşdırılmışdır. Ödənişlər dövlət tərəfindən ödənildiyinə görə heç vaxt qəbz təqdim edilməmişdir. 18 noyabr 2022-ci ildə gecə saat 02 radələrində iddiaçının yaşadığı ünvana elektrik enerjisinin nəqli kəsilmişdir. O, dərhal problemlə bağlı 199 saylı qaynar xəttə məlumat vermişdir. Səhər saat 9 radələrində cavabdeh "xxxx" ASC-nin əməkdaşları ünvana gələrək, baxış keçirmişdir. Məlum olmuşdur ki, sayğacın giriş və çıxışında xəttin qızması nəticəsində sayğac yararsız vəziyyətə düşmüşdür. Cavabdeh qurumun əməkdaşları - aparıcı mühəndis Kərimov R. və mühəndis Mediyev H. -in tərtib etdiyi 18 noyabr 2022-ci il tarixli NDM 030484 saylı Akta əsasən, “sayğaca baxış keçirilən zaman məlum olmuşdur ki, mənzilə məxsus elektrik sayğacının giriş və çıxış xəttində yaranmış qızma nəticəsində sayğac ərimişdir və göstəricisi oxunmur”. Aktda daha sonra qeyd edilir ki, X1 Qaydalarına uyğun olaraq elektrik sayğacı yenisi ilə əvəz olunmalıdır. Həmin gün ünvana yeni elektrik sayğacı quraşdırılmışdır. Həmin gün elektrik sayğacının yenisi ilə əvəz edilməsi, həmçinin uçot pozulana qədər və ya uçot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfi nəzərə alınmadan akta əsasən 77 gün müddətində hesablaşma aparılaraq 1291 kvts (dəyəri 138,50 manat) elektrik enerjisi sərfiyyatı hesaba əlavə edilmişdir. Yeni sayğac quraşdırıldıqdan sonra iddiaçının elektrik enejisindən istifadəyə görə aylıq yüksək məbləğdə borcları hesablanmağa başlanmışdır. Təqdim edilən Abonent kartında (abonent kodu **********00027) iddiaçının yaşadığı ünvana yeni sayğac quraşdırıldıqdan sonra yaranan borcları belə göstərilmişdir: xx.xx.2022-ci il üzrə 34,80 manat, xx.xx.2023-cü il üzrə 69,60 manat, xx.xx.2023-cü il üzrə 64,88 manat, xx.xx.2023-cü il üzrə 71,44 manat, xx.xx.2023-cü il üzrə 26,80 manat, xx.xx.2023-cü il üzrə 24,88 manat, xx.xx.2023-cü il üzrə 11,68 manat, xx.xx.2023-cü il üzrə 22,80 manat, xx.xx.2023-cü il üzrə 24,48 manat, xx.xx.2023-cü il üzrə 27,12 manat, xx.xx.2023-cü il üzrə 14,40 manat, xx.xx.2023-cü il üzrə 10,88 manat, xx.xx.2023-cü il üzrə 26,88 manat, xx.xx.2024-cü il ürə 57,92 manat, xx.xx.2024-cü il üzrə 79,76 manat, xx.xx.2024-cü il üzrə 52,00 manat, xx.xx.2024-cü il üzrə 48,48 manat, xx.xx.2024-cü il üzrə 14,16 manat, xx.xx.2024-cü il üzrə 15,20 manat. Cəmi 698,16 manat. İddiaçı dəfələrlə cavabdehin nümayəndələrindən, o cümlədən Sumqayıt RETSİ Sumqayıt Elektrik Şəbəkəsinin rəisi Ramil Məmmədova müraciət edərək, əsassız hesablanmış borcun silinməsini tələb etsə də, cavabdeh borcu silməkdən imtina edib, hesablanmış borcu ödəməyini tələb etmişdir. Azərbaycan Respublikası Eneregetika Nazirliyi Enereji Məsələlərini Tənzimlənmə Agentliyi Sumqayıt Filialının 28 mart 2023-cü il tarixli məktubunda qeyd edilir ki, “NDM 030484 nömrəli akt əsasında aparılmış hesablaşmaya yenidən baxılması məqsədi ilə "xxxx" ASC-yə göndərilən məktuba, Qaydaların hər hansı bəndinə istinad edilmədən, məsələyə mahiyyəti üzrə baxılmadan borcun düzgün hesablandığı bildirilmişdir. Elektrik enerjisinə görə hesablanmış borcla bağlı enerji təchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, Sumqayıt şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli, 2(060)-131/2025 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və iddia tələblərinin tamamilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı məhkəmə qətnaməsini iddianın təmin edilməyən hissəsində qanunsuz və əsassız hesab edir və buna görə də onun qismən ləğv edilməsini, iddianın qalan hissədə də təmin edilməsini xahiş edir. ddiaçının məhkəməyə təqdim etdiyi sübutlar, oğlunun hərbi xidmətdə olması, qızının ölkə ərazisindən kənarda yaşaması, xüsusi hallarda, səhhətinə görə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xəstəxanada olduğuna və həmin ilin dekabrın 31-dən 2025-ci ilin yanvarın 4-nə kimi həyat yoldaşı ilə birlikdə Xankəndində olmasına və beləcə bir ayın 15 gününü evdə olmamasına baxmayaraq, həmin ay üçün 35 manat sərfiyyatın qeydə alınması ağlabatan deyil. Məhkəmə bu sübutları görməzdən gəlib və nəticədə mübahisənin obyektiv və ədalətli həlli üçün qiymətli olan bu məlumatlara ya hər hansı bir münasibət bildirməyib, yaxud da obyektiv münasibət bildirməyib. Bundan başqa, iddiaçının məhkəmə iclasında bildirdiyi kimi, o, dəfələrlə cavabdehə mənzilə quraşdırılmış sayğacda texniki qüsur və yaxud da nasazlıq olması ilə bağlı müraciətlər etsə də, "xxxx" ASC-yə sayğaca baxış keçirilməsi və yoxlanılmasını həyata keçirməyib. Məhz bütün bunlara görə də, onun yazılı müraciəti əsasında 2025-ci ilin yanvarı ayının 31-də mənzilə qurşadırılmış sayğac dəyişdirilərək, kartla olan yeni sayğac quraşdırılıb. Məhkəmənin sayğacın texniki vəziyyəti və bunun sərfiyyata təsiri ilə bağlı təyin etdiyi kompleks məhkəmə-mühəndistexniki və məhkəmə mühasibatlıq ekpertizasının baş tutumamasının neqativ nəticələri iddiaçının üzərinə qoyulub ki, bu da qanunsuz və əsassızdır. Sumqayıt şəhər Məhkəməsi nəyə görə, cavabdeh müəssisənin iddiaçının sayğacın texniki qüsurunun olubolmamasının yoxlanılması ilə bağlı müraciətlərinə cavab verməməsinin səbəblərini aydınlaşdırmayıb, bu və digər ziddiyyətli məqamlara aydınlıq gətirməyib, iddiaçının təqdim etdiyi sübutları nəzərə almadığını əsaslandırmayıb. Bununla da məhkəmə istinad edilən maddi hüquq normalarını pozub. Bu da məhkəmə qətnaməsinin Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən apellyasiya qaydasında iddianın təmin olunmayan hissəsində, qismən ləğv olunması üçün əsasdır. İddiaçı mənzildə yaşayanların sayı və sayğacın sərfiyyatı arasındakı aşkar uyğunsuzluq fərqinə, daha dəqiq, sərfiyyatın həddən artıq olmasına dair sübutları məhkəməyə təqdim edib. Lakin məhkəmə bu sübutları nəzərə almayıb, ümumiyyətlə onları rədd etməsini əsaslandırmayıb. Bununla da məhkəmə qərarın əsaslandırılmasına dair tələbə cavab verməyib. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini iddiaçı tərəfindən məhkəməyə istifadəsində olan sayğacda hər hansı texniki qüsurun olması və bunun nəticəsində X1yə görə sərfiyyatı çox yazmasını təsdiq edən hər hansı sübut təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə uyğun qiymət verilməsini zəruri hesab edir. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi borcun silinməsi barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, iddiaçının yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon ünvanında olan elektrik sayğacına baxış keçirilən zaman xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən kənar xəttdən istifadə ilə bağlı NDM 030484 nömrəli akt tərtib olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. İstehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr üçün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enerjisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır (Həmin Qaydaların 8.2., 8.4., 8.9-cu bəndləri). İşdən görünür ki, iddiaçı tərəfindən silinməsi xahiş edilən 698,16 manat borc məbləği iddiaçı tərəfindən X1 ilə əlaqədar yaranmış borcdur və həmin borc sayğacın göstəricilərinə əsasən hesablanmışdır. İddiaçının elektrik enerjisi sərfiyyatının artıq hesablanması dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin hazırki işdə iddiaçı elektrik enerjisi sərfiyyatının artıq hesablanmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-766/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-766/2025
27.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver