Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-77/2024 08.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: daşınmaz əmlakın geri alınması və özbaşına tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Qulı̇ yev Azad Meyralı̇ oğlunun, onun nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi və özbaşına tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2016cı il tarixli çıxarışından görünür ki, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,29 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017ci il tarixli çıxarışından görünür ki, Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,10 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli, 10/2938 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iş materialında olan çıxarışlar (2015-ci il, 2016-cı il və 2017-ci il tarixli) əsasında iddiaçıya məxsus olan 0.39 ha, 0.10 ha və 0.29 ha torpaq sahələrinin koordinatları (ölçüləri) ilə xx.xx.2021-ci il tarixliçıxarışa əsasən üçüncü şəxs X5 məxsus olan 583.4 kv.m qeyri-yaşayış sahəsinin 1.054 ha torpaq sahəsi ilə 0.153 ha hissəsi üst-üstə düşür (sxem əlavə olunur). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, üçüncü şəxs X5 məxsus olan 583.4 kv qeyri-yaşayış sahəsi iddiaçıya yuxanda qeyd edilən Çıxarışlar əsasında məxsus olan 0,39 ha (0,10 ha+0,29 ha) torpaq sahəsinin hüdudları daxilində yerləşir(sxemdə əks olunur). Cavabdeh və üçüncü şəxs X6 tərəfindən iddiaçıya məxsus həmin torpaq sahəsində xx.xx.2017-ci il tarixli Seriya RX ******* №li Çıxarışa məxsus həmin torpaq sahəində xx.xx.2017-ci il tarixli Seriya RX ******* №li Çıxarışa əsasən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0.10 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 11x9 metrə ölçüdə talvar quraşdırılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli qətnaməsi ilə etibarsız hesab edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-0987 KOD30219088, 13 Yanvar 2005-ci il tarixli Dövlət Aktına əsasən iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsinin koordinatları ilə yuxarıda qeyd edilən Çıxarışlar (2015-ci il, 2016-cı il və 2017-ci il tarixli) əsasında iddiaçıya məxsus olan 0,39 ha sahəsinin, 0,10 ha və 0,29 ha torpaq sahəsinin koordinatları eynilik təşkil edir. Torpaq sahələrinin plan-ölçüsündəki olan koordinatlarda sürüşmə mövcuddur. Həmin sürüşmələrin dəqiqləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Rərmanına əsasən işlənmiş “Torpaqların elektron kadastrı uçotu informasiya sistemində” (TEKUİS) uyğun işlənmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi S.Abbasovun mütəxəssis rəyində qeyd edilir ki, iddiaçının iddia etdiyi torpaq sahələrinin koordinatları və ölçüləri Torpağa mülkiyyət hüququna dair JN-0987 KOD30219088, 13 yanvar 2005-ci il tarixli Dövlət Aktına əsasən iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi və yuxarıda qeyd edilmiş çıxarışlar əsasında iddiaçıya məxsus 0.39 ha (0,10 ha və 0,29 ha) torpaq sahəsi üst-üstə düşür. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyindən 0.39 ha torpaq sahəsinin alınaraq ona geri qaytarılması və 0.39 ha torpaq sahəsində inşa etdiyi tikililərin sökülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Seriya RX № ******* qeydiyyat nömrəli ********** çıxarış ilə onun mülkiyyətinə Xaçmaz rayon Köhnə Xaçmaz kəndi ərazisində, Qudyalçay çaynın yaxınlığından 0.39 ha torpaq sahəsi verilmişdir. 0.39 ha torpaq sahəsi onun mülkiyyətinə verilməsinə baxmayaraq Cavabdeh onun mülkiyyətini əsassız və qanunsuz olaraq bugünki günədək istifadə edir. Odur ki, cavabdehin əsassız olaraq onun 0,39 ha torpaq sahəsində apardığı tikintilərlə əlaqədar olaraq Xaçmaz rayon PŞ-də ərizəsi ilə 2005-ci ildə müraciət etmiş, 2005-ci ildə cavabdehin barəsində cinayət işidə açılmışdır və zəbt olunmuş 0,39 ha torpağın boşaldılması cavabdehə tövsiyyə olunmuşdur, lakin cavabdeh 2005-ci ildən bugünki günədək onun torpağından qanunsuz olaraq istifadə edir. Odur ki, cavabdehin yanına dəfələrlə gedərək cavabdehə bildirmişdir ki, ona məxsus mülkiyyətini boşaltsın və orada qanunsuz tikilmiş tikintilərini söksün lakin cavabdeh ona müxtəlif vədlər verərək onun mülkiyyətindən bugünki günədək istifadə edir. Cavabdeh onun mülkiyyətində olan əmlakını könüllü olaraq ona qaytarmadığı üçün onu məhkəməyə, müraciət etməyə məcbur etmişdir Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim Sərxan Səmədzadə). Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı Meyralı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin giriş hissəsində xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0,39 ha torpaq sahəsinin onun mülkiyyətində olmasını və həmin torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edilməsini bildirməklə, ərizəsinin xahiş hissəsində 0,39 ha torpaq sahəsinin cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Meyralı oğlu şifahi izahatında iddia ərizəsində göstərdiyi 0,39 ha torpaq sahəsinin hal-hazırda 0,10 ha və 0,29 ha hissələrə bölünməsini qeyd etsə də, bununla bağlı iddianın dəqiqləşdirilməsini aparmaqdan imtina etmiş və cavabdehin qanunsuz sahibliyində olan 0,39 ha torpaq sahəsinin geri tələb olunmasına dair iddiasını müdafiə etmişdir. İddiaçının izahatından və iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli Çıxarışlardan müəyyən olunur ki, İddiaçı Meyralı oğlunun mülkiyyətində iddia tələbində göstərilən Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində 0,39 ha torpaq sahəsi halhazırda mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Meyralı oğlunun iddia tələbində cavabdehdən tələb etdiyi Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən 0,39 ha torpaq sahəsi faktiki olaraq mövcud olmadığından, iddiaçının mövcud olmayan torpaq sahəsinin cavabdehdən tələb etməsi əsassızdır. Bundan başqa, tərəflərin izahatları və iş materialları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçının mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin xx.xx.2016-cı il tarixli çıxarışı ilə 0,29 ha və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin xx.xx.2017-ci il tarixli çıxarışı ilə 0,10 ha torpaq sahələri əvvəllər 0,39 ha sahəli vahid torpaq qismində olmuşlar və İddiaçı Meyralı oğlunun həmin 0,39 ha torpaq sahəsinə olan xüsusi mülkiyyət hüququ Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2015-ci il tarixli Çıxarışla təsdiq olunmuşdur. Lakin iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunan “Torpaq sahəsinin planı və ölçüsü haqqında” A№034249 nömrəli sənəddən görünür ki, İddiaçı Meyralı oğlunun xüsusi mülkiyyətində olmuş 0,39 ha torpaq sahəsinin verilməsinə olan əsas DTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktıdır. Həmin DTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı isə Xaçmaz rayon məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. İddiaçı Meyralı oğlunun xüsusi mülkiyyətində olmuş və mülkiyyət hüquqları 2015-ci ildə rəsmiləşdirilmiş Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,39 ha torpaq sahəsi ona DTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verildiyindən məhkəmə bu sənəd əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışları mötəbər hesab edə bilməz. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152, 157.2, 178.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarına istinad etmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilərək, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamədə qeyd olunmuşdur ki, "İddiaçının izahatından və iş materiallarında olan HüquqlarınDövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrin xx.xx.2016-cı il tarixli və xx.xx.2017-ci il tarixli Çıxarışlardan müəyyən olunur ki, İddiaçı Meyralı oğlunun mülkiyyətində iddia tələbində göstərilənXaçmaz rayonu Köhnə-Xaçmaz kəndində 0,39 ha torpaq sahəsi halhazırda mövcud deyil. Qeyd olunanları nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, onun iddia tələbində cavabdehdən tələb etdiyi Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yerləşən 0,39 ha torpaq sahəsi faktiki olaraq mövcud olmadığından, onun mövcud olmayan torpaq sahəsinin cavabdehdən tələb etməsi əsassızdır." Bununla bağlı qətnamədə göstərilənlərlə razı deyil. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2016-cı il tarixli, ******* nömrəli və xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışlardan da görünür ki, mübahisəli torpaq sahəsi 0,29 və 0.10 ha ümumilikdə 0,39 ha olmaqla onun adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Bundan başqa qətnamədə qeyd olunmuşdur ki, "İddiaçı Meyralı oğlunun xüsusi mülkiyyətində olmuş 0,39 ha torpaq sahəsinin verilməsinə olan əsas DTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktıdır. HəminDTXK Xaçmaz rayon şöbəsi xx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı isə Xaçmaz Rayon Məhkəməsinin 06 sentyabr 2005-ci il tarixli 2-310,2005 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Beləliklə məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, onun xüsusi mülkiyyətində olmuş vəmülkiyyət hüquqları 2015-ci ildə rəsmiləşdirilmiş Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yerləşən 0,39 ha torpaq sahəsi ona DTXK Xaçmaz rayon şöbəsixx.xx.2004-cü il tarixli JN-987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verildiyindən məhkəmə bu sənəd əsasında verilmiş Dövlət Reyestrindən Çıxarışları mötəbər hesab edə bilməz." Mübahisəli torpaq sahəsinə dair DTXK Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli JN- 987 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi səbəbindən həmin torpaq sahəsi ilə bağlı ona verilmiş çıxarışların etibarsız olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmuşdur. Belə ki, Torpağa mülkiyyət hüququna dair dövlət aktının etibarsız hesab edilməsi özü-özlüyündə həmin torpaq sahəsi ilə bağlı İddiaçı Meyralı oğlunun adına rəsmiləşdirilmiş Hüquqların Dövlət Qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın etibarsızlığına səbəb ola bilməz. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə iclasında iddiaçı Qulı̇ yev Azad Meyralı̇ oğlu və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər. Maddə 240.2. Torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Maddə 240.3. Mülkiyyətçinin özünə mənsub torpaq sahəsində özbaşına tikinti aparmasının nəticələri bu Məcəllənin 180-ci maddəsi ilə müəyyənləşdirilir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Apellyasiya baxışının həddi Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti müvafiq məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya baxışının həddini qətnamənin tam qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı sözügedən torpaq sahəsinin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olması, cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilməsi və orada özbaşına tikinti ucaldılması halına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, 240.3-cü maddəsinə əsasən isə mülkiyyətçi özünə məxsus torpaq sahəsində özbaşına tikinti aparılması ilə bağlı tələb hüququ vardır. Məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı sözügedən torpaq sahələri ilə bağlı mülkiyyət hüququna malik olması halını məhz onun adına qeyd edilən əmlaklara bağlı daşınmaz əmlakın dövlət resyetrində müvafiq çıxarışların tərtib edilməsi və hazırda da həmin qeydiyyatın qüvvədə olması və ləğv edilməməsi halı ilə əsaslandırır. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, işin müəyyən edilmiş halları əsasında iddiaçının adına sözügedən torpaq sahələri ilə bağlı müvafiq Çıxarışların tərtib edildiyi, həmin Çıxarışların tərtib edilməsinə əsas müvafiq Dövlət Aktının çıxış etdiyi, həmin Dövlət Aktının isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi müəyyən edilmişdir. Buna baxmayaraq, həmin torpaq sahələri ilə bağlı iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatı ləğv edilməmiş, müvafiq reyestrdən çıxarış sənədləri qüvvədə olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 05 dekabr 2021-ci il tarixli notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən cavabdeh özünə məxsus olan müvafiq qeyri-yaşayış sahəsini iş üzrə üçüncü şəxs qismində çıxış edən X3 mülkiyyətinə vermiş, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Üçüncü şəxs X7 iddiaçıya məxsus olan çıxarışların etibarsız hesab edilməsi və qeydiyyatın silinməsi il bağlı inzibati məhkəmə icraatı qaydasında iddia tələbi irəli sürmüş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmiş, daha sonra apellyasiya instansiya məhkəməsi məhkəməsinin qərardadı ilə həmin məhkəmə qərarı qismən- üçüncü şəxsə xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməyən hissədə çıxarışların etibarsız hesab edilməsi və qeydiyyatın silinməsinə aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi mümkün sayılmamış, qeyd edilən məhkəmə qərarı və məhkəmə qərardadı qüvvəyə minmişdir. Həmçinin, qeyd edilməlidir ki, həmin məhkəmə qərardadında, habelə iş materiallarında olan müvafiq ekspert rəyi və mütəxəssis rəyində üçüncü şəxsə məxsus olan torpaq sahəsinin hazırki iddiaçının adına tərtib edilmiş Çıxarışlarda qeyd edilmiş torpaq sahələrinin üst-üstə düşən hissəsinin 0,153 ha olduğu qeyd edilmişdir. Nəticə etibarilə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının adına tərtib edilmiş müvafiq Çıxarışların həmin hissədə etibarsız sayılması və dövlət qeydiyyatının silinməsi qərara alınmışdır. Nəticə etibarilə iddiaçının adına tərtib edilmiş müvafiq Çıxarışlar məhz üçüncü şəxsəs məxsus olan 0,153 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə etbarsız hesab edilmiş və həmin hissədə dövlət qeydiyyatı silinmişdir. Göründüyü kimi, iddiaçının həmin hissədə müvafiq Çıxarışlara və dövlət qeydiyyatına istinad etməklə, həmin hissədə iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. Digər hissədə isə məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda müvafiq Çıxarışın verilməsinə əsas olan sənəd etibarsız hesab edilsə də, həmin torpaq sahələrinə dair hüququn dövlət qeydiyyatı ləğv edilmədiyindən və müvafiq çıxarışlar qüvvədə olduğundan, iddiaçının digər hissədə hazırki iddia tələbi üzrə subyektiv hüququ mövcud olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, digər hissədə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşür. Belə ki, məhz iddiaçı onun adına tərtib edilmiş Çıxarışlarda qeyd edilmiş torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikili ucaltması ilə bağlı halları sübutetmək vəzifəsini daşıyır. İddiaçı tərəfindən həmin hala dair heç bir sübut vasitəsi məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının adına tərtib edilmiş müvafiq çıxarışlarda qeyd edilmiş torpaq sahələrinin digər hissələrinin cavabdeh tərəfindən zəbt edilməsi və orada özbaşına tikili inşa etdirməsi ilə bağlı halın müəyyən edilməsi mümkün olmamış, iddiaçı tərəfindən həmin hala dair heç bir sübut vasitəsi təqdim edilməmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçı həmin torpaq sahəsində inşa edilən tikili kimi məhz üçüncü şəxsə məxsus olan tikilini nəzərdə tutduğunu qeyd etmişdir, həmin tikili isə xüsusi mülkiyyət hüququ əsasında üçüncü şəxsə məxsus olmuş və onun yerləşdiyi torpaq sahəsinə dair iddiaçının adına tərtib edilmiş Çıxarış isə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edilmiş və həmin hissədə müvafiq dövlət qeydiyyatı ləğv edilmişdir. Bu baxımından iddiaçının həmin tikilinin sökülməsi ilə bağlı iddia tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. Nəticə etibarilə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbi onun qanuni əsası qismində çıxış edən müvafiq qanunvericilik normasının dispoztiv şərtləri uzlaşmamışdır. Göründüyü kimi hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarına düzgün hüquqi qiymət verilməmiş, işin halları tam araşdırılmamışdır. Eyni zamanda bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının iddia tələbi üzrə bir hissədə bu tələbi irəli sürmək üçün subyektiv hüququ mövcud olmadığından, bir hissədə isə iddia tələbinin əsaslılığı sübut olunmadığından, iddia tələbi əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki,birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən bütün hallar tam araşdırılmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddiaçının apellyasiya şikayəti həmin hissədə təmin edilməli, iddia tələbi təmin edilmədiyindən, apellyasiya şikayəti iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə qətnaməsi ləğv edilərək, iddia təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq, dövlət büdcəsinə köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-184/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu İddiaçı özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-77/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-77/2024
08.10.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver