Məhkəmə qərarları › İş №2(105)-776/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-776/2022

05.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-776/2022 05.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi X6 və Cavabdeh nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-736/2021 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-736/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Elman Məmmədov) İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilmiş, İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-736/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X8 İddiaçı Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-736/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirib, apellyasiya şikayətindən imtina barədə ərizənin təmin edilərək, apellyasiya şikayətindən imtinanın qəbul edilib İddiaçınə münasibətdə apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclasında İddiaçı Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-736/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinasının qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də Cavabdeh məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və İddiaçınə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyasına daxil olmuş İddiaçı 21.04.2022-ci il tarixli ərizəsindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)- 736/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası sadalanan mülki prosessual hüquq normalarının tələblərini əsas tutub, İddiaçı Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)- 736/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtinası qanuna zidd deyildir, hər hansı bir şəxsin hüququnu və ya qanunla qorunan mənafeyini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilməli, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və İddiaçınə münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264 və 369-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRAR A A L D İ: İddiaçı Abşeron Rayon Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2(012)-736/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, onun apellyasiya şikayətindən imtinası qəbul edilsin və İddiaçınə münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar