Məhkəmə qərarları › İş №2(105)-78/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-78/2023

31.05.2023 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-78/2023 31.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçı X4 nümayəndəsi Vəkil1, Cavabdeh1, onun vəkili Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(027)-95/2021-022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı çıxarışların ləğv edilməsi və alqı-satqı müqaviləsinin etibarsız hesab olunması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışın ləğv olunması, cavabdeh Quba Şəhər Bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış 04 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X5 21 dekabr 2017-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşının mülkiyyətində JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı” ilə Quba şəhərində 0.62 ha torpaq sahəsi mövcud olmuşdur. Həmin torpaq sahəsinə onlar 2006-cı ildən heç bir etiraz olmadan sahiblik etmişlər və qeyd edilən torpaq istifadələrində olmuşdur. Ancaq 2018-ci ildə həmin torpaq sahəsində yeni bir tikilinin tikildiyinin şahidi olub. Bununla bağlı araşdırdıqda həmin torpaq sahəsinin bələdiyyə tərəfindən satılğını öyrənmişlər. Bundan sonra müvafiq qurumlara sorğu ünvanlanmış və mübahisə predmeti olan torpaq sahəsinə dair həm Quba Şəhər Bələdiyyəsindən, həm də Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən aldıqları cavablara əsasən Cavabdeh1 adına hüquqların dövlət reyestrindən çıxarış olduğunu öyrənmişlər. Belə ki, Quba Şəhər Bələdiyyəsinin 31 avqust 2018-ci il tarixli iclasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışa əsasən Quba şəhər Bələdiyyəsinə məxsus olan 0.04 ha torpaq sahəsi Cavabdeh1 satılması qərarlaşdırılmışdır. Bundan sonra 04 sentyabr 2018-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışa əsasən Quba Şəhər Bələdiyyəsinə məxsus olan 0.04 ha torpaq sahəsi Cavabdeh1 satılmışdır. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* saylı, **********23 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsi əslində onlara aiddir və bununla bağlı dövlət aktları vardır. Ancaq cavabdehlərdən Quba şəhər bələdiyyəsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini pozaraq onların mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq Cavabdeh1 sataraq onun mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 31 may 2023-cü il tarixli qərardadı ilə X4 cavabdehlər Cavabdeh1, Quba şəhər Bələdiyyəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Quba Regional “Asan Xidmət” mərkəzinə qarşı 15 avqust 2018-ci il tarixli ********** saylı **********72 reyestr nömrəli çıxarışın ləğv olunması tələbinə mülki mühakimə icraat qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini maddi hüquq norması olaraq yalnız Azərbaycan Respublikasının 373-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəməyə görə Cavabdeh1 tərəfindən verilmiş iddia müddətinin ötürülməsi ilə bağlı ərizə əsasında iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Burada da məhkəmə qətnaməsini əsaslandırmayıb. Məhkəmə hansı əsasla iddia müddəti tətbiq etdiyini bildirməyib. Məhkəmə ümumi olaraq mülki qanunvericiliyin tələbi əsası ilə 1 illik iddia müddətinin tətbiq edilməsini bildirib. Qətnamədə məhkəməyə təqdim etdiyi sübutlara heç bir qiymət verilməmiş, çıxarışların hansı əsasla ləğv edilmədiyi bildirilməmişdir. Məhkəmə yalnız (o da əsassız şəkildə) iddia müddətini tətbiq etməklə iddianı təmin etməmişdir. Quba Rayon Məhkəməsində iş araşdırılarkən məhkəmə ona aid 0.62 ha torpaq sahəsinin satılmasını araşdırmamışdır. Belə ki, onunla Quba Bələdiyyəsi arasındakı 0.62 ha torpaq sahəsinin alınması ilə bağlı hissədə qarşılıqlı hüquq münasibətlərinə ümumiyyətlə münasibət bildirilməmişdir. Daha sonra onlara məxsus olan torpaq sahəsinin Cavabdeh1 satılması ilə onun pozulmuş hüquqlarıyla bağlı da heç bir münasibət bildirilməmişdir. Məhkəmənin iddia müddəti tətbiq etməsi də cavabdehlərlə aradakı münasibətlərdə səhv nəticəyə gəlməsinin səbəbidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı X4 nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh2nə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini mülki qanunvericilikdə müəyyən edilmiş 1 (bir) illik müddətin ötürülməsi ilə əsaslandırmış, gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 373-cü maddələrinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X11rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X8 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (Mülki Prosessual Məcəllənin 386-cı maddəsi). Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddia tələbi daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 339.2-ci maddəsi təşkil edir. Baxılan iş üzrə Quba şəhərində 0.62 ha torpaq sahəsinin JN-1097 (kod ********) saylı “Torpağın mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən həyat yoldaşı X3 müıkiyyətində olması, sonuncunun 21 dekabr 2017-ci ildə vəfat etməsi işin mübahisəsiz halıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli çıxarış hissəsində iş üzrə icraata xitam verilməklə həmin çıxarışın inzibati qaydada mübahisələndirilməsi qərara alındığından, həmin hüquqi aktın nəticəsi hazırkı mövcud əqdə təsir etdiyindən, mövcud halda alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin edilə bilməz. Lakin o da nəzərə alınmalıdır ki, həmin çıxarışın nəticəsindən asılı olaraq iddiaçının yenidən bu əqdi mübahisələndirmək hüququ istisna deyil. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab olunması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar