Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-78/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X23 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə evdən çıxarılma tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-329/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 24 iyun tarixli qərarı ilə X4, X13 və Cavabdeh1 Xaçmaz rayonu Gödəkli kəndində 1.76 hektar pay torpaq sahəsi verilmişdir.
2. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, X4, X13 və Cavabdeh1 Xaçmaz rayonu Gödəkli kəndində 0.10 hektar torpaq sahəsi verilmişdir.
3. Daşınmaz Əmlakın Bağışlanması müqaviləsindən müəyyən olunur ki, X1 rayonu Gödəkli kəndində yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evini qızı İddiaçı bağışlamışdır.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Gödəkli kəndində 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139,8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı, evin yerləşdiyi torpaq sahəsi X6, X19 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Gödəkli kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 135,50 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və xx.xx.2023-cü ildə qeydiyyata alınmışdır.
6. Çaykənarı kənd İƏV-nin xx.xx.2023-cü il tarixli 8 saylı arayışından müəyyən olunur ki, Xaçmaz rayonu Gödəkli kəndində yaşayan Cavabdeh1 Xaçmaz rayon Gödəkli kəndində yaşayır və ailə tərkibi X14, X17 və Cavabdeh2 ibarətdir.
7. Çaykənarı kənd İƏV-nin xx.xx.2023-cü il tarixli 9 saylı arayışından müəyyən olunur ki, Xaçmaz rayonu Gödəkli kəndində yaşayan Cavabdeh1, atası X4 məxsus Gödəkli kəndində yerləşən 0.10 ha topraq sahəsində tikilmiş yaşayış evində qeydiyyatdadır.
8. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-843/2024 nömrəli qərarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-876/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Daştəmirov Balasoltan Camaləddin oğlu tərəfindən İddiaçı adına verilmiş ünvan 1i ünvanında yerləşən evə dair Qusar rayonu Notariat Ofisi tərəfindən aparılmış 18 mart 2022-ci il tarixli, 4Ə-575 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********13-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1727/2023 nömrəli qətnaməsi ilə cavabdeh Daştəmirov Balasoltan Camaləddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 876/2023 nömrəli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Cavabdeh1 cavabdehlər Daştəmirov Balasoltan Camaləddin oğluna və İddiaçı qarşı bağışlama müqaviləsinin və hüquqların dövlət reyestri haqqında çıxarışın etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-843/2024 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1727/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) birinci instansiya məhkəməsindəki icraat
11. İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və yetkinlik yaşına çatmayan oğlu Cavabdeh2 ilə birlikdə 5000 manat kompensasiya ödənilməklə ona məxsus Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixdə reyestrdə qeydə alınmış fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı X6 iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh3 və yetkinlik yaşına çatmayan oğlu Cavabdeh2 ilə birlikdə 14.000 manat kompensasiya ödənilməklə ona məxsus Xaçmaz rayonu Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixdə reyestrdə qeydə alınmış fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Daha sonra iddiaçı X6 ərizə ilə məhkəməyə müraciət edərək Mülki Prosessual Məcəllənin 54-cü maddəsinə əsasən onun əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir.
14. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək onun iddiaçı X6 ilə əvəz edilməsi və iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mülkiyyətində olan yaşayış evinə cavabdehlərə qarşı kompensasiya ödənilməsi və evdən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ilə müraciət etmişdir. Bu iddia hüququnun əsasını Mülki Məcəlləsinin 228.2-ci maddəsi təşkil edir. Ödənilməli olduğu kompensasiya məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan tələblər əsas götürülməlidir. Bu məqsədlə Bakı şəhərindəki qiymətləndirmə mərkəzindən aldığı arayışda qeyd olunmuşdur ki, Xaçmaz rayon, Gödəkli kəndində yerləşən oxşar yaşayış sahəsinin orta aylıq kirayə haqqı 100-120 manat təşkil edir. Həmin prinsipləri əsas götürməklə cavabdehlərdən onun mülkiyyətində olan yaşayış sahəsindən xitam verilməsi müqavilində 14.000 manat kompensasiyanın ödənilməsi, cavabdehə 3-4 il ərzində mülkiyyətçinin hesabına davamlı surətdə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitdə yaşamaq imkanı verir. Həmçinin həmin evin dəyəri 27.000 manatdır və 1989-cu ildə inşa olunmuşdur. Eyni zamanda, cavabdehin həyat yoldaşının evdən çıxarılması barədə qətnamə qanuni qüvvəsini almışdır. Həmçinin cavabdehin kənd ərazisində atası tərəfindən alınmış 0,12 ha həyətyanı, 3 ha, 4 ha, 0.57 ha kənd təsərüfatı sahəsi vardır, yəni cavabdeh özünə şərait qura bilər. Cavabdehlərin niyyətləri başqasının əmlakı əsasında yaşmaq və varlanmaqdır. Bunu ərizə ilə də sübut etmişdir. Sübut olunur ki, cavabdeh valdeynləri sağ olduğu halda, özünü vərəsə hesab edir. Bu da gələcək niyyətini göstərir. 2005-ci ildən təsərüffatın ayrılması barədə arayış, cavabdehin şikayətləri, məhkəmə hökmləri və qərarları bu sənədlərdir. O, dəfələrlə evə gedəndə cavabdehlər hər zaman onu təhqir etmişlər.
16. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-329/2023 nömrəli qətnaməsi qətnaməsi ilə (hakim Vüsalə Qasımova) iddia tələbi təmin edilməmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərin Xaçmaz rayonu Gödəkli kəndində yerləşən evə olan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi müqabilində 14.000 manat məbləğində kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat məbləğ hesab edilə bilməz. Cavabdehlərin 3 nəfər olması nəzərə alınarsa 14.000 manat kompensasiya məbləğinin onlara düşən payı 5000 manata yaxındır. Bundan əlavə, mübahisə predmeti olan evin də yerləşdiyi 0.10 ha torpaq sahəsi cavabdehlərdən Cavabdeh1 da birgə mülkiyyətindədir.
18. Məhkəmə, gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29, Mülki Məcəllənin 228.2-ci maddəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
a) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 18 aprel 1988-ci il tarixə əsasən reyestrdə qeydə alınmış sahəsi 139.8 kv.m. ümumi sahəsi olan, fərdi yaşayış evi atasına məxsus olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 04 iyul 2006-cı il tarixli qətnaməsinə əsasən X15, Cavabdeh1 oqlu və bir uşaqları ilə Daştəmirov Yaşar Balasoltan oğluna məxsus Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixə əsasən reyestrdə qeydə alınmış fərdi yaşayış evindən çıxarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 1-5934/2006 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra icra vərəqəsi icra olunmuş və cavabdehlər akta əsasən əşyalarını da götürüb çıxıb getmişlər. Bir müddət sonra cavabdehlər yenə onun evinə gəlib məcburi girmişlər. Xaçmaz Rayon Məhkəməsinin 13 mart 2012-ci il tarixli 2-(066)- 266/2012 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, X10 Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixə əsasən reyestrdə qeydə alınmış fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 oqlunun Xaçmaz rayonunun Gödəkli kəndində yerləşən 27 nömrəli 18 aprel 1989-cu il tarixə əsasən reyestrdə qeydə alınmış fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması qərara alınmışdır. Atası Yaşara kənd ərazində yaşayış üçün torpaq sahəsi alıb vermişdir. Özünün kənddə torpaq sahəsi vardır. Lakin bu şəxs valideynlərinin pulun, qızılların və başqa əmlakların oğurlayıb satmaqla məşğuldur. Onlar yaşlı olduğundan hədələyir yaşamağa qoymur, söyür və təhqir edirlər. Nə özü nə həyat yoldaşı və uşaqları işləmir, zəhmət çəkmək istəmir, valideynlərinin uzun illər qazandığı əmlakı mənimsəyib satmaq niyyəti ilə yaşayır. Atası mülkiyyətində olan evi 2022-ci ildə ona bağışlamış və mülkiyyətinə keçmişdir. Onu və ailəsini də öz mülkiyyətindən istifadə etməyə Yaşar qoymur daim maaneəciliklər yaradır. Mülkiyyətindən məhrum olunmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı 17 ildir ki, həmin evə gəlmir. 14.000 manat kompensasiya verilməklə evdən istifadə hüquqlarına xitam verilməsinə razı deyildir. Evin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
24. Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
25. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
26. Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. (...)
27. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
28. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (...)
29. Maddə 215. Paylı mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.3. Paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan aşağıdakı səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: 215.3.1. əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; 215.3.2. əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyəti. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
30. Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ (...) 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
35. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
37. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
38. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi baxılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, Xaçmaz rayonu Gödəkli kəndində 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 139,8 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı, evin yerləşdiyi torpaq sahəsi isə X6, X19 və Cavabdeh1 ümumi birgə mülkiyyətindədir. Cavabdeh1 ailə üzvləri X17 və 2007-ci il təvəllüdlü Cavabdeh2 ilə həmin yaşayış evində qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlər mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə hüququna malikdirlər.
41. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-98/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 cavabdehlər Cavabdeh1 və X7rşı payın müəyyən edilməsi və torpaq sahəsinin naturada bölünməsi tələbinə dair iddiası təmin edilməmişdir.
42. Qətnamənin surətindən həmçinin görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz ərazi idarəsinin mütəxəssis rəyinə əsasən müəyyən olunmuşdur ki, X5, cavabdehlər Cavabdeh1 və X9 birgə paylı mülkiyyətdə olan JN-157A.kod 30204028 saylı “Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən iddiaçı X3 payının 1/3 hissədə naturada ayrılması torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri olduğundan və həyətə giriş yalnız bir istiqamətdə olduğu üçün bölgü etmək mümkün deyildir.
43. Həmin işdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7347 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin təsviri hissəsində qeyd olunanlara əsasən və Məhkəmə Tikinti-X16 Metodlarının tələblərinə uyğun olaraq Daştəmirov Balasoltan Caməlaəddin oğluna və cavabdehlər Cavabdeh1 və X9 birgə paylı mülkiyyətdə olan JN- 157A, kod 30204028 saylı “Torpağın mülkiyyyətə verilməsinə dair şəhadətnamə”yə əsasən Xaçmaz rayonu Gödəkli kəndi ərazisində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsindən iddiaçı X2 payının 1/3 hissədə naturada ayrılması torpaq sahəsinin üzərində iki mərtəbəli fərdi yaşayış evi və həyət tikililəri olduğundan və həyətə giriş yanlız bir istiqamətdə olduğu üçün bölgü etmək mümkün deyildir.
44. Göründüyü kimi Cavabdeh1 da mübahisəli evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır. İddiaçının isə mülkiyyət hüququ yalnız onun üzərində yerləşən mübahisəli yaşayış evinə dair qeydə alınmışdır. Torpaq sahəsi üzərində paylar müəyyən edilməmiş və naturada bölünməmişdir.
45. Mülki Məcəllənin 135.4-cü maddəsinə görə torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
46. Kollegiya qeyd edir ki, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.
47. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kompensasiya institunun tətbiq edilərək Cavabdeh1 və onun ailə üzvlərinin mübahisəli evdən çıxarılması və Cavabdeh1 başqaları ilə birlikdə ümumi mülkiyyətində olan torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşdırılması, onun mülkiyyətçi kimi əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilmək, ondan istifadə etməklə bağlı Mülki Məcəllənin 152.5-ci və 215.4cü maddələrində təsbit olunmuş təminatının pozulmasına səbəb olar.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2(067)-329/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.