Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-780/2022 06.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, İddiaçı-Cavabdeh3 Təbiyət oğlunun nümayəndəsi və vəkli Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 Təbiyət oğluna və Cavabdeh2 qarşı müqavilələrin və maliyyə arayışlarının etibarsız hesab edilməsi, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi və iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1nə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi üzrə Abşeron Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(012)-2259/2021 saylı qətnaməsindən Cavabdeh3 Təbiyət oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(012)-2259/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh3 Təbiyət oğluna və Cavabdeh2 qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiasının təmin edilməsi, Cavabdeh1 ilə Cavabdeh2 arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 06 iyul 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışının, Cavabdeh1 ilə Cavabdeh3 Təbiyət oğlu arasında Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin müqavilə əsasında Cavabdeh1 tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi, iddiaçı Cavabdeh3 Təbiyət oğlunun Cavabdeh1nə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddiasının isə təmin edilməməsi qət edilmişdir. (hakim M.Abbasova) Qətnamədən Cavabdeh3 Təbiyət oğlu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(012)-2259/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh3 Təbiyət oğlu və Cavabdeh2 Şəmsəddin oğluna qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddiasının tamamilə rədd edilməsi, Cavabdeh3 Təbiyət oğlunun cavabdeh "xxxx" MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.metr qeyriyaşayış sahəsinin Cavabdeh3 təhvil verilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, cavabdeh "xxxx" MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında bağlanmış 10.09.2019-cu il tarixli, 009 nömrəli "Qeyri-yaşayış tikintisi haqqında" müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsinin cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh3 Təbiyət oğluna qarşı əqdin etibarsız hesab edilməsi və əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh3 Təbiyət oğlu arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli müqavilənin və həmin tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra o, iddia tələbinin həcminin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında imzalanmış 06 iyul 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında imzalanmış 10 sentyabr 2019-cu il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh1 MMC tərəfindən verilmiş 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 04 aprel 2016-cı il tarixdə Cavabdeh1 MMC (əvvəlki "xxxx" MMC) ilə İddiaçı arasında “qeyri yaşayış tikintisi haqqında” müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən iddiaçı ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini ödəyərək almışdır. "xxxx" MMC (əvvəlki "xxxx" MMC) ilə X4 arasında 17 fevral 2016-cı il tarixli müqavilələr imzalanmışdır. Tərəflər arasında imzalanmış müqavilə şərtlərinə əsasən 7 ədəd mənzilin tikilərək X3 verilməsi göstərilmişdir. X13 tərəfindən həmin mənzillərə görə "xxxx" MMC-yə hər hansı pul vəsaiti ödənilməmişdir. "xxxx" MMC-nin keçmiş rəhbərliyi tərəfindən mənimsənilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə "xxxx" MMC-nin keçmiş rəhbəri X11 məhkum olunmuşdur. Həmin hökmdə X2 mülki iddiası təmin olunmuş və Qasım Məmmədovdan 156.000 manat pul vəsaitinin alınaraq ona verilməsi göstərilmişdir. Cəmil İbadullayev ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında olan razılaşmaya əsasən 7 mənzilin əvəzi olaraq 156.000 manat pulun 15 oktyabr 2019-cu il tarixə qədər veriləcəyi bildirilmişdir. X13 təminat istəmişdir. Tərəflər arasında razılaşmaya əsasən 156.000 manat pul vəsaitinin təminatı olaraq İddiaçı məxsus Cavabdeh1 MMC-dən aldığı ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri yaşayış sahəsinin 100 kv.m hissəsi Cəmil İbadullayevin qohumu Cavabdeh2 adına rəsmiləşdirilməli idi. İddiaçı əvəzsiz olaraq "xxxx" MMC-nin nümayəndəsi qismində bu razılaşmada iştirak etmişdir. Halbuki, Araz X1rşısında hər hansı bir vəsaitin ödənilməsi ilə bağlı öhdəliyi olmamışdır. 06 iyul 2019-cu il tarixdə Cavabdeh2 da iltizam yazaraq 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat pul vəsaiti ona və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin sənədlərini İddiaçı geri qaytarmağı öhdəsinə götürmüşdür. Bütün bu danışıqlar barəsində, yəni həmin müqavilənin Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq bağlanılması, həqiqəti əks etdirməməsi və pərdələnmiş əqd olması barədə Cavabdeh1 MMC-nin məlumatı olmuşdur. 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında inşa edilən yaşayış binasının 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m olan hissəsi formal olaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. 2019-cu ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində İddiaçı aralarında olan razılaşmanın şərtlərinə əməl edərək 156.000 manat pulu Cəmil İbadullayevə verərək mənzillərin və Cavabdeh2 adına formal olaraq rəsmiləşdirilmiş ona məxsus qeyri-yaşayış sahəsinin sənədlərinin təhvil verilməsini istəmişdir. Lakin hər dəfə cavabdehlər aralarında olan razılaşmaya əməl etməkdən yayınmışlar. Sonradan isə məlum olmuşdur ki, Cavabdeh2 iltizam üzrə üzərinə götürdüyü öhdəliyin şərtlərinə əməl etməyərək, öhdəlik müddətini gözləmədən İddiaçı məxsus qeyri-yaşayış sahəsini 10 sentyabr 2019-cu il tarixdə digər Cavabdeh3 Təbiyət oğluna satmışdır. “FAM-88’' MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında həmin qeyriyaşayış sahəsinə dair müqavilə imzalanmışdır. Halbuki, 15 oktyabr 2019-cu il tarixə qədər Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq Cavabdeh2 adına rəsmiləşdirilmiş həmin qeyri-yaşayış sahəsi digər şəxsə satıla bilməzdi. Halbuki, İddiaçı Cavabdeh1 MMC-yə Cəmil İbadullayevə ödəniləcək 156.000 manat pul vəsaitinin təminatı üçün qeyri-yaşayış sahəsinin Cavabdeh2 adına rəsmiləşdirilməsinə razılıq verməsi barədə məlumat vermişdir. Cavabdeh2 tərəfindən İddiaçı həmin qeyri-yaşayış sahəsinə görə heç bir pul vəsaiti ödənilməmiş, müqavilə formal xarakter daşımış və İddiaçı həqiqi iradə ifadəsini əks etdirməmişdir. Belə ki, Cavabdeh2 tərəfindən verilmiş iltizam bir daha təsdiq edir ki, formal olaraq Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında imzalanmış 06 iyul 2019-cu il tarixli müqavilə və onun əsasında verilmiş 06 iyul 2019-cu il tarixli maliyyə arayışı da pərdələnmiş əqd olaraq Cəmil İbadullayev ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında imzalanmış müqavilə üzrə mənzillərin əvəzi olaraq ödənilməli olan 156.000 manat pul vəsaitinin təminatı olduğu üçün heç bir hüquqi nəticə yaratmır və etibarsız hesab edilməlidir. Həmçinin İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3ovun adına keçirilməsini müəyyən etdikdən dərhal sonra, yəni 29.12.2020-ci il tarixdə Cavabdeh1 MMC-nin rəhbərliyinin və Cavabdeh3 ünvanlarına pretenziya məktubu ilə müraciət edərək Cavabdeh1 MMC-nin rəhbərliyindən 10 gün müddətində Cavabdeh3 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının əslinin qaytarılmasının tələb edilərək ləğv edilməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Sadalanan hallar əsasında iddia tələbi təmin edilməlidir. Cavabdeh3 Təbiyət oğlu Cavabdeh1 MMC-yə qarşı müqavilə öhdəliyinin icra edilməsi, daşınmaz əmlaka istifadə hüquqlarının təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanda, 4-cü blok, 1-ci mərtəbədə ümumi sahəsi 100 kv.m qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını, Cavabdeh1 MMC ilə onun arasında bağlanmış 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin 2-ci bəndinin 2-ci yarımbəndi ilə müəyyən edilən öhdəliklərin icra edilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh3 Təbiyət oğlu ilə Cavabdeh1 MMC arasında 10 sentyabr 2019-cu il tarixli, 009 nömrəli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci və 3.1-ci bəndlərinə əsasən Cavabdeh1 MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçı Cavabdeh3 vermişdir. 10 sentyabr 2019-cu il tarixli maliyyə arayışına görə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında, 4-cü blok, 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri payçı qismində çıxış edən iddiaçı Cavabdeh3 tərəfindən 156.000 manat tam ödənilmiş, MMC-yə borcu yoxdur. Müqavilənin 2.1-ci bəndinin 2-ci yarımbəndinə görə bina tikilib başa çatdıqdan sonra payçıya məxsus qeyriyaşayış sahəsinin heç bir hörgü və suvaq işləri görülmədən payçıya verilməsini təmin etmək Cavabdeh1 MMC-nin vəzifəsidir. Qanunun tələbinə və müqaviləyə əsasən Cavabdeh3 qeyd olunan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnu əldə etmişdir. Lakin Cavabdeh1 MMC iddiaçı Cavabdeh3 mülkiyyətində olan sözügedən qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına, sahəyə sahiblik və istifadə etməsinə məhdudiyyət yaratmışdır. Cavabdeh1 MMC iddiaçı Cavabdeh3 mülkiyyətində olan qeyd olunan qeyriyaşayış sahəsində təmir işlərinin aparılmasına maneələr yaradır. İddiaçı iddia tələbi ilə əlaqədar isə aşağıdakıları qeyd edir. Belə ki, İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanarkən Cavabdeh2 iltizam yazaraq 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat vəsaitin ona və ya Cəmil İbadullayevə ödənildikdə 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin sənədlərini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 MMC-nin isə həmin müqavilənin Cəmil İbadullayevə ödənilməli olan 156.000 manat pulun təminatı olaraq bağlanmasından, həqiqəti əks etdirmədiyindən və pərdələnmiş əqd olmasından məlumatlı olduğunu qeyd edir. Yəni Cavabdeh3 Təbiyət oğlu artıq 06 iyul 2019-cu il tarixdə bilmişdir ki, 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilə başqa əqdi pərdələmiş, 156.000 manat pulun qaytarılmasının təminatı olmuşdur. İddiaçı Mülki Məcəllənin 337.3-cü maddəsinə istinad edərək 06 iyul 2019-cu il tarixdə Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanan müqavilənin əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Mübahisəli əmlak olan sözügedən qeyri-yaşayış sahəsi 2016-cı ildən İddiaçı məxsus olan 128 kv.m qeyriyaşayış sahəsi daxilində olmuşdur. 2019-cu ilin iyul ayında İddiaçı razılıq ərizəsini imzası ilə təsdiq edərək Cavabdeh1 MMC-dən xahiş etmişdir ki, həmin əmlakın 100 kv.m hissəsini Cavabdeh2 adına rəsmiləşdirsin. Həmin vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlanmasını bilmişdir. Bundan əlavə, müqavilənin əhəmiyyətsiz olmasına əsas hesab etdiyi iltizam İddiaçı 06 iyul 2019-cu ildən mövcud olmuşdur. İddiaçı qeyd olunan iddia ərizəsini isə 2021-ci ilin may ayında məhkəməyə təqdim etmişdir. Bununla İddiaçı qanunla müəyyən edilmiş 1 (bir) illik iddia müddətini ötürmüşdür. Sadalanan hallar əsasında Cavabdeh3 iddia tələbi təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 2(012)-3817/2021 saylı qərardadı ilə iki mülki iş bir icaatda birləşdirilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı-Cavabdeh3 Təbiyət oğlunun apellyasiya şikayəti onun iddia ərizəsi ilə təxminən eyni məzmun daşıyır. Cavabdeh3 apellyasiya şikayətində qeyd edir ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Mübahisəli əmlak olan Abşeron rayonu, Xırdalan şəhəri M. Hüseynzadə 1 ünvanda 4-cü blok 1-ci mərtəbədə ümumi sahəsi 100 kvadrat metr qeyri-yaşayış sahəsi 2016-cı ildən X5 məxsus olan 128 kv metr qeyri-yaşayış sahəsi daxilində olmuşdur. 2019-cu ilin iyul ayında X9 razılıq ərizəsini imzası ilə təsdiq edərək Cavabdeh1 MMC-dən xahiş etmişdir ki, həmin əmlakın 100 kv metr hissəsini Cavabdeh2 adına rəsmiləşdirilsin. Həmin vaxtdan, yəni 06 iyul 2019-cu il tarixdən X9 Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilənin bağlanmasını bilmişdir. İddia müddəti 06.07.2019-cu il tarixdən başlanmışdır. Məhkəmə isə hesab etmişdir ki, guya X9 hüquqlarının pozulmasını, müqavilənin əhəmiyyətsiz olmasını 2020-ci ilin dekabr ayında bilmiş, dərhal pretenziya vermiş və 25 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, buna görə bir il müyyən edilən iddia müddətini ötürməmişdir. Lakin məhkəmə Cavabdeh2 06.07.2019-cu il tarixli iltizamında (əlyazma) İddiaçı aldığı mənzili İddiaçı 15.10.2019-cu il tarixdə 156000 manat vəsaiti Cavabdeh2 və ya Cəmil İbadullyevə verdikdən sonra 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin bütün sənədlərini İddiaçı qaytarmağını öhdəsinə götürmüşdür. İddia müddətinin başlanmasına bu halın böyük əhəmiyyəti vardır. “Əlyazma”dan görünür ki, İddiaçı 15.10.2019-cu il tarixdə 156000 manat pul verməklə mübahisəli qeyri-yaşayış sahəsini geri ala bilmək hüququ vardır. Yəni, son müddəti 15.10.2019-cu il tarix göstərilmiş, aralarında müəyyən etmişlər. İddiaçı 15.10.2019-cu il tarixə və ümumiyyətlə bu günə kimi Cavabdeh2 və Cəmil İbadullayevə pul verməmişdir. İddiaçı bilmişdir ki, onun əmlakı geri qalmaq müddəti 15.10.2019-cu il tarixdə bitir, yəni bu müddətdən İddiaçı bir il müddətində qeyd olunan iddianı qaldırmaq hüququ vardır. İddiaçı iddia ərizəsi verməsinin son müddəti 15.10.2020-ci il tarix olmalı idi. İddiaçı isə pretenziyanı dekabr 2020-ci ildə iddia ərizəsini 25.02.2021-ci il tarixdə məhkəməyə vermişdir. Yəni İddiaçı iddia müddətini ötürmüş, məhkəmə bunu tətbiq etməli olduğu halda tətbiq etməmişdir. Hesab edir ki, hazırkı iddiaya iddia müddəti mütləq tətbiq edilməli və İddiaçı iddia rədd edilməlidir. Sadalanana xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış və nəticə etibarı ilə əsassız, qanunsuz qətnamə qəbul edilmişdir. Beləliklə apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı Cavabdeh3 Təbiyət oğlunun nümayəndəsi Nümayəndə1 məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək, məhkəmə qətnaməsinin qanunsuz və əsassız olduğunu bildirdi və şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı şikayəti qəbul etməyərək bildirdi ki, mübahisəli qeyri-yaşayış sahəsini dostu Azər Tğıyevə görə formal girov qoyub. Həmin sahə faktiki onun sahibliyindədir, hazırda "xxxx" MMC-yə icarəyə verib. Mübahisəli qeyri-yaşayış sahəsinin təhvil verilməsi olmayıb, cavabdehlər ora heç vaxt gəlməyiblər. Cavabdeh2la Cavabdeh3 qohumdur, məsələni bitirmək üçün onun adına keçirib. Cavabdeh3 həmin əmlakla bağlı heç bir vəsait ödəməyib. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iştirak etdiyi iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 şikayətin dəlillərini qəbul etmədi və onun təmin olunmamasını xahiş etdi. Əlavə etdi ki, İddiaçı hazırda mübahisələndirdiyi müqavilələrin əhəmiyyətsiz olduğunu bilir. Lakin məqsəd həmin əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsdiq edilməsidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə digər tərəflər Cavabdeh1 MMC-yə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan “İcraçı” "xxxx" MMC ilə “Payçı” İddiaçı arasında bağlanan 04 aprel 2016-cı il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 5 ünvanı 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə 192.000 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışının surətindən müəyyən edilir ki, İddiaçı tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olan 192.000 manat tam ödənilmişdir, borcu yoxdur. Yenə də iş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin direktoru X10 ünvanlanmış 06 iyul 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı 04 aprel 2016-cı ildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 1 ünvanında yerləşən "xxxx" MMCyə məxsus çoxmərtəbəli yeni yaşayış binasında 4-cü blok, 1-ci mərtəbə, 128 kvadrat metr qeyriyaşayış sahəsinə ümumilikdə 192.000 manat ödəniş etməklə payçı olmuşdur. İddiaçı ona məxsus olan qeyri-yaşayış sahəsinin 100 kvadrat metr olan hissəsinin Cavabdeh2 adına dəyişdirilməsini xahiş etmişdir. Hər kvadratın qiyməti 1.560 manat, qeyri-yaşayış sahəsinin ümumi qiyməti isə 156.000 manat təşkil edir. İddiaçı 4-cü blok, 1-ci mərtəbə, 128 kvadrat metr olan qeyri-yaşayış sahəsindən 100 kvadrat metr sahəsinin Cavabdeh2 adına keçirilməsinə heç bir etirazı yoxdur. Şirkətin "xxxx" MMC-nin adından Cavabdeh1 MMC-nin adına dəyişdirilməsindən xəbərdardır və müqavilənin Cavabdeh1 MMC-nin adına yazılmasına etirazı yoxdur. İş materiallarına əlavə edilmiş 06 iyul 2019-cu il tarixli Cavabdeh2 tərəfindən verilmiş iltizamın surətindən görünür ki, Cavabdeh2 qohumu X2 adına Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvanda yerləşən 7 ədəd 2 otaqlı mənzillərin əvəzində Cavabdeh1 MMC-yə ("xxxx" MMC-yə) məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa edilən 4-cü blokun 1-ci mərtəbəsindən 100 kv.m qeyri-yaşayış sahəsini almışdır. İddiaçı 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat vəsaiti ona və yaxud Cəmil İbadullayevə verdikdən sonra yuxarıda qeyd olunan 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin bütün sənədlərini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “İcraçı” Cavabdeh1 MMC ilə “Payçı” Cavabdeh3 Təbiyət oğlu arasında bağlanan 10 sentyabr 2019-cu il tarixli “Qeyri-yaşayış tikintisi haqqında” müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “İcraçı” Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 5 ünvanı 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini “Payçı”ya təhvil verməyi, “Payçı” isə 156.000 manat məbləğində pulu Cavabdeh1 MMC-yə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür. Yenə iş materiallarında olan Cavabdeh1 MMC tərəfindən verilmiş maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh3 Təbiyət oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı, 4-cü blok, 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri olan 156.000 manat tam ödənilmişdir, borcu yoxdur. İşə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-68/2015 saylı, 08 sentyabr 2015-ci il tarixli hökmünün surətindən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2 və 308.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə 8 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə X8 qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, X2 mülki iddiasının təmin edilərək X6 X2 xeyrinə 134.160 manat pulun tutulması hökm edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh1 MMC-nin rəhbərliyinin və Cavabdeh3 Təbiyət oğlunun ünvanına ünvanlanmış 29.12.2020-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh1 MMC-nin rəhbərliyindən 10 gün müddətində Cavabdeh3 Təbiyət oğlundan dərhal 10 sentyabr 2019-cu il tarixli müqavilə və həmin tarixli maliyyə arayışının əslinin qaytarılmasının tələb edilərək ləğv edilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(012)- 2259/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iş üzrə Cavabdeh1 MMC-nin hüquqi varisi olduğu "xxxx" MMC ilə İddiaçı arasında bağlanan 04 aprel 2016-cı il tarixli, “Qeyri-yaşayış tikintisi haqqında” müqaviləyə əsasən Abşeron rayon İH Başçısının 14.03.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə MMC-nin inşa etdiyi ünvan 5 ünvanı 4-cü blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsi İddiaçı verilmiş, sahənin dəyəri olaraq 192.000 manat məbləğində pul vəsaiti "xxxx" MMCyə ödənilmişdir. Bundan sonra Cəmil İbadullayev ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında olan razılaşmaya əsasən 156.000 manat pul vəsaitinin təminatı olaraq İddiaçı məxsus ümumi sahəsi 128 kv.m olan qeyri-yaşayış sahəsinin 100 kv.m hissəsi onun 06 iyul 2019-cu il tarixli ərizəsi əsasında Cəmil İbadullayevin qohumu Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Öz növbəsində Cavabdeh2 06 iyul 2019-cu il tarixdə yazılı surətdə, qohumu X2 adına Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, ev 1 ünvanda yerləşən 7 ədəd 2 otaqlı mənzillərin əvəzində Cavabdeh1 MMC-yə ("xxxx" MMC-yə) məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa edilən 4-cü blokun 1-ci mərtəbəsindən 100 kv.m qeyriyaşayış sahəsini aldığını bildirərək, İddiaçı 15 oktyabr 2019-cu il tarixdə 156.000 manat vəsaiti ona və yaxud Cəmil İbadullayevə verdikdən sonra yuxarıda qeyd olunan 7 ədəd mənzilin və qeyri-yaşayış sahəsinin bütün sənədlərini İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Daha sonra isə Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında bağlanan 10 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən mübahisəli qeyri-yaşayış sahəsi sonuncunun adına rəsmiləşdirilmiş və ona sahənin dəyərinin ödənilməsi barədə maliyyə arayışı verilmişdir. Hazırda İddiaçı qeyd olunan qeyri-yaşayış sahəsinin onun tərəfindən öhdəliyin təminatı olaraq girov qoyulduğunu, bununla bağlı görünüş üçün müqavilə bağlandığını, lakin bundan sonra onun iradəsinə zidd olaraq və ondan xəbərsiz həmin sahəyə dair Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında müqavilə bağlandığını, bu müqavilələrin əhəmiyyətsiz olduğunu bildirərək etibarsız hesab edilməsini tələb edir. Cavabdeh3 Təbiyət oğlu isə mübahisəli 100 kv.m qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin Cavabdeh1 MMC-nin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə ümumən razılaşan məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, daha öncə qeyd olunduğu kimi Cavabdeh1 MMC-yə ("xxxx" MMC-yə) məxsus Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda inşa edilən 4-cü blokun 1-ci mərtəbəsində yerləşən 100 kv.m qeyri-yaşayış sahəsinə dair ilkin müqavilənin İddiaçıla bağlanması və onun tərəfindən həmin sahənin pulunun ödənilməsi, sonradan həmin sahənin onun ərizəsi əsasında öhdəliyin təminatı olaraq ipoteka kimi Cəmil İbadullayevin qohumu Cavabdeh2 adına rəsmiləşdirilməsi, bundan sonra isə həmin sahəyə dair Cavabdeh3 Təbiyət oğlu ilə müqavilə bağlanması işin mübahisəsiz halıdır. Tərəflər arasında əsas mübahisə sonuncu müqavilələrin görünüş üçün bağlanıbbağlanmaması ilə bağlıdır. İddiaçı hər iki müqavilənin formal, görünüş üçün bağlandığını, borc öhdəliyinin təminatı olaraq həmin qeyri-yaşayış sahəsini girov (ipoteka) qoyduğunu, istər Cavabdeh2, istərsə də Cavabdeh3 tərəfindən, maliyyə arayışlarının verilməsinə baxmayaraq, pul ödənilməməsini, mübahisəli qeyri-yaşayış sahəsinin həmin şəxslərin heç birinə təhvil verilmədiyini, onun faktiki sahibliyində olduğunu və onun tərəfindən icarəyə verildiyini bildirir. Cavabdeh3 isə mübahisəli qeyri-yaşayış sahəsinin dəyərini ödədiyini, buna görə də ona maliyyə arayışı verildiyini bildirir. Mülki münasibətlərdən hüquq və vəzifələrin əmələ gəlməsi bilavasitə müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) olmalıdır. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin daha öncə istinad edilən normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Yuxarıda qeyd edildiyi kimi işin tədqiq olunan faktiki hallarından görünür ki, mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı məxsus olmuş və sahənin dəyəri onun tərəfindən ödənilmişdir. O, həmin qeyri-yaşayış sahəsini Cəmil İbadullayev adlı şəxs ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında olan 156.000 manat borc öhdəliyinin təminatı olaraq Cəmil İbadullayevin qohumu Cavabdeh2 adına rəsmiləşdirilməsi üçün ərizə vermiş, əslində həmin qeyri-yaşayış sahəsini ipotekaya qoymaq niyyətində olmuşdur. İşin halından göründüyü kimi Cavabdeh2 həmin əqd üzrə heç bir ödəniş etməmişdir. Bu fakt onun tərəfindən verilmiş yazılı öhdəliklə, mübahisəli qeyri-yaşayış sahəsinin təhvil verilməməsi, İddiaçı sahibliyində və istifadəsində qalması, onun tərəfindən icarəyə verilməsi ilə də öz təsdiqini tapır. Həmin müqavilənin bağlanmasına əsas olmuş şərait və motivin, müqaviləyə qədərki danışıqlar və tərəflər arasındakı münasibətlərin təhlili onu deməyə əsas verir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış mübahisələndirilən müqavilə yalan əqd olaraq daha öncə qeyd edildiyi kimi başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il Qərarında ifadə olunmuş mövqeyinə görə yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilmişdir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Qeyd edildiyi kimi Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 iyul 2019-cu il tarixində hazırda mübahisələndirilən müqavilə bağlanarkən əslində həmin müqavilə üzrə İddiaçı da subyekt tərkibinə daxil olmuşdur. Tərəflər daha öncə qeyd olunduğu kimi müqaviləni Cəmil İbadullayev adlı şəxs ilə "xxxx" MMC (əvvəlki "xxxx" MMC) arasında olan 156.000 manat borca görə təminat vermək məqsədilə, yəni başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlamışlar. Bu zaman isə daşınmaz əmlakla bağlı əqdlərin bağlanması üçün qanunvericilikdə tələb olunan qaydalara əməl edilməmişdir. Eyni qaydada Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında 10 sentyabr 2019-cu il tarixdə “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə bağlanarkən də həmin tələblərə əməl edilməmişdir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır, etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il Qərarında məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə baxışı zamanı iddiaçı tərəf bildirdi ki, mübahisələndirdikləri müqavilələrin əhəmiyyətsizliyini bilirlər, məqsədləri həmin əqdlərin əhəmiyyətsizliyinin məhkəmə qaydasında təsdiq edilməsidir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 06 iyul 2019-cu il tarixində bağlanmış müqavilə əhəmiyyətsizdir, ona görə də bağlandığı andan etibarsızdır. Onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Belə olan halda isə Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında 10 sentyabr 2019-cu il tarixdə bağlanmış “Qeyri-yaşayış tikintisi haqqında” müqavilə də etibarsızdır. Cavabdeh1 MMC əslində ona məxsus olmayan əmlak barəsində sərəncam vermiş və həm də bu zaman Mülki Məcəllənin daha öncə sadalanan normalarının tələblərini pozmuşdur. İddiaçı-Cavabdeh3 Təbiyət oğlu apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Onun nümayəndəsi və vəkili Nümayəndə1 iddia müddətinin keçməsinə istinad edərək İddiaçı iddiasının rədd edilməli olması dəlilini məhkəmə əsassız hesab edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmasından yalnız 2020-ci ilin dekabr ayında xəbəri olmuş və iş materiallarından göründüyü kimi, bundan bir qədər sonra - 25 fevral 2021-ci il tarixdə İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, yəni iddiaçı hazırki iddia tələbi üzrə qanunda nəzərdə tutulan bir illik iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası, işə baxan məhkəmənin gəldiyi nəticə ilə razılaşır. İşin tədqiq olunan faktiki hallarından da görünür ki, mübahisəli qeyriyaşayış sahəsi İddiaçı sahibliyində və istifadəsində olmuş, onun tərəfindən də icarəyə verilmişdir. Həmin qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh3 iddianı 31.05.2021-ci ildə vermişdir. Başqa sözlə, İddiaçı Cavabdeh1 MMC ilə Cavabdeh3 Təbiyət oğlu arasında 10 sentyabr 2019-cu il tarixdə bağlanmış müqavilədən həmin vaxtdan məlumatlı olması barədə Cavabdeh3 dəlili əsassızdır. Belə ki, Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Göründüyü kimi Cavabdeh3 məhkəməyə öz tələbinin və apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı iddiasının təmin edilməsi və Cavabdeh3 iddiasının rədd edilməsi barədə düzgün hüquqi nəyticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh3 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli, 2(012)- 2259/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu X7 özünə aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-780/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-780/2022
06.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver