Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-782/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1, onun vəkili Vəkil2, cavabdeh “xxxx” MMC-nin direktoru X12, MMC-nin nümayəndəsi X13 nun iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətçisi kimi tanınması və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı mənzilə dair müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1523/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1523/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında olan xx xxxxxx 2011-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərində Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin, ümumi sahəsi 84 kv.metr olan, 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzilinin İddiaçı təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin qoyulması, ilkin iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 "xxxx” MMC ilə X18 arasında Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin ümumi sahəsi 84 kv.metr olan 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzilinə dair bağlanılmış xx xxxx 2009-cu il tarixli müqavilənin və xx xxx 2009-cu il tarixli arayışın etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tərəflərin özünə aid edilməsi qət edilmişdir (hakim H.Y.Əhmədov). Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1523/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətçisi kimi tanınması və mənzilin təhvil verilməsi tələbinə dair ilkin, Cavabdeh1 cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı mənzilə dair müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1523/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia üzrə İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətçisi kimi tanınması və mənzilin təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı və “xxxx” MMC-yə qarşı mənzilə dair müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilərək “xxxx” MMC ilə İddiaçı arasında Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin ümumi sahəsi 84 kv.metr olan 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzilinə dair bağlanılmış xx xxxx 2009-cu il tarixli müqavilənin və xx xxx 2009-cu il tarixli arayışın etibarsız hesab edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh1 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, tərəflərindən hazırda mübahisə edilən Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin ümumi sahəsi 84 kv.metr olan 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzilinə dair “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Abşeron rayon Məhkəməsində mənzilə daxil olmağa və təmir işlərinin aparılmasına maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırılmış və Cavabdeh1lə cavabdeh arasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli Müqaviləyə və qanuni qüvvədə olan məhkəmə qərarlarına əsasən göstərilən mənzilə daxil olmağa və təmir işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia tələbi ilə bağlı məhkəmə araşdırması uzun müddət müxtəlif səbəblərdən aparılmamış, bir hakimdən digər hakimə, sonradan isə yenə də həmin hakimin icraatına verilmişdir. Uzun fasilədən sonra aparılan məhkəmə araşdırmasında iş üzrə tərəflər izahat vermiş və məhkəmə tərəfindən cavabdehdən müvafiq sənədləri təqdim etmək tələb edilmişdir. Növbəti məhkəmə iclasında 3-cü şəxs qismində İddiaçı nümayəndəsi məhkəməyə ərizə təqdim edərək onların həmin mənzillə bağlı Cavabdeh1lə iş üzrə cavabdeh arasında mənzilə dair bağlanılmış müqavilənin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırdıqlarını bildirərək həmin iş üzrə yekun məhkəmə qərarı çıxarılanadək hazırkı iş üzrə icraatın dayandırılması xahiş edilmişdir. Məhkəməyə bildirilmişdir ki, 2012-ci ildən “xxxx” MMC ilə cavabdeh arasında mübahisəli mənzillə bağlı məhkəmə mübahisəsi getmiş və MMC tərəfindən bu məhkəmə proseslərində mənzilin hər hansı digər bir şəxsə də satılması barədə məlumat verilməmişdir. Hazırda mənzilin ikinci alıcısının məlum olması çox şübhəli məqamlardan xəbər verir. Vəkil kimi prosesdə bildirmişdir ki, 3-cü şəxs bu prosesdə də müstəqil tələb irəli sürən 3-cü şəxs qismində iddia qaldıra bilərdi və vəsatət verərək İddiaçı iddiasının hazırkı iddia ilə bir icraatda birləşdirilməsini xahiş etmiş, vəsatət təmin edilməmiş və iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilmişdir. Yeni məhkəmə prosesində təqdim edilən iddia ərizəsindən məlum oldu ki, İddiaçı cavabdehlər “xxxx” MMC-yə və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi, mənzilin mülkiyyətçisi kimi tanınması və mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh1 qarşı qaldırılmış iddia tələbi ilə əlaqədar məhkəməyə cavabdehlər İddiaçı və “xxxx” MMC-yə qarşı “mənzilə dair müqavilənin və maliyyə arayışının etibarsız hesab edilməsinə dair” qarşılıqlı iddia tələbi təqdim edilərək xahiş edilmişdir ki, cavabdehlər “xxxx” MMC ilə İddiaçı arasında Xırdalan şəhəri, H. Əliyev prospekti 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin ümumi sahəsi 84 kv.metr olan 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzilinə dair bağlanılmış xx xxxx 2009-cu il tarixli müqavilənin və xx xxx 2009-cu il tarixli arayışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə vəsatət verilərək hər iki işin bir icraatda birləşdirilməsi xahiş edilsə də hakim icraatın dayandırılması barədə qərardad çıxarmışdır. Cavabdeh İddiaçı iddia tələbindən həmin məhkəmə prosesində məlumat almışdır. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli müqaviləyə əsasən Cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 67 ünvanda inşa etdiyi 12 mərtəbəli yaşayış binasının İİ blok, ümumi sahəsi 84 kv.metr olan 2 otaqlı 66 nömrəli mənzili Cavabdeh1 məxsusdur. Göstərilən mənzilin alınması üçün müqavilə bağlanan vaxt “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə 21.000 (iyirmi bir min) manat ödənilmişdir və bu barədə xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışı verilmişdir. Sonradan həmin mənzil ilə bağlı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aralarında məhkəmə mübahisəsi olmuş və cavabdehin Cavabdeh1 qarşı “müqavilənin ləğv edilməsi və öhdəliyə xitam verilməsi barədə” iddiası Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(102)-1404/2012 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin qətnamədən hazırda cavabdeh olan “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli, 2(105)-106/2013 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya Məhkəməsinin qətnaməsindən “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli, 2(102)- 2478/l3 saylı qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələri ilə mənzilin dəyərinin tam ödənildiyi öz təsdiqini tapmışdır. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 xx.xx.2011-ci il tarixli müqavilə üzrə “xxxx” MMC qarşısında üzərinə götürdüyü öhdəliklərini tam icra etdiyi halda sonuncu həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınır, həmin müqaviləyə əsasən mənzilin tikintisini başa çatdırmaq və mənzili “Payçı”ya təhvil vermək “icraçı” “xxxx” MMC-nin üzərinə düşür və sonuncu bunu bir vəzifə olaraq öz öhdəsinə götürmüşdür. O, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 2012-ci ildən cavabdeh “xxxx” MMC ilə aramızda mübahisəli mənzillə bağlı məhkəmə proseslərində və eləcə də prosesdən kənar həmin mənzilin 2009-cu ildən hazırda cavabdeh olan İddiaçı satılması barədə Cavabdeh1 və məhkəmələrə hər hansı bir formada məlumat verilməmişdir. Cavabdehlər “xxxx” MMC ilə İddiaçı arasında xx.xx.2009-cu ildə “bağlanılmış” müqavilə barədə məlumat 10 ildən çox vaxt ötdükdən sonra ortaya çıxmışdır. Hesab edir ki, həmin müqavilə “xxxx” MMC tərəfindən qanunauyğun olaraq mənzilin cavabdehə verilməsindən yayınmaq və prosesi uzatmaq məqsədi ilə saxta olaraq arxa tarixlə hazırlanmışdır. Belə olmasaydı 10 ildən artıq müddətdə müqavilə bağlamış şəxs və ya mənzili satan cəmiyyət bu barədə mənzil sahibinə və həmin mənzillə bağlı mübahisə aparan tərəfə hər hansı bir formada məlumat verərdi. Əvvəlki məhkəmə prosesləri üzrə məhkəmə iclas protokolları nəzərdən keçirilərsə müəyyən edilər ki, Cavabdeh1 həmin məhkəmə iclaslarında mübahisəli mənzilin ödənişi ilə bağlı şəriklər arasında gedən mübarizənin qurbanı olmuşdur. Hesab edir ki, iddiaçının göstərdikləri real həqiqəti əks etdirmir və inandırıcı deyildir. Belə ki, Cavabdeh1 2019-cu ilin oktyabr ayında, məhkəmədə iddia qaldırmaq ərəfəsində mübahisəli mənzildə olmuş və hər hansı bir təmir işinin aparıldığını müşahidə etməmişdir. Hətta Cavabdeh1 mənzilə çıxmağı MMC-nin rəhbərliyi tərəfindən böyük səs-küyə səbəb olmuşdur. Onların icazəsi olmadan qanunla özünə məxsus mənzilə çıxdığına görə onu polisə verməklə hədələmişlər. Vəkillik qurumu tərəfindən “xxxx” MMC-yə xx xxxxxxx 2019-cu il tarixli, 508 saylı sorğu göndərilərək MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqaviləyə əsasən dəyəri tam ödənilmiş və vətəndaşın mülkiyyəti hesab edilən Abşeron rayonu, Xirdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda inşa edilmiş 12 mərtəbəli yaşayış binasının 2-ci blok 6-cı mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 84 kv.metr olan 66 saylı mənzilə hansı səbəbdən Cavabdeh1 təmir aparmağa buraxılmamasını səbəbi barədə arayış verilməsi xahiş edilmişdir. “xxxx” MMC tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə vəkil sorğusuna cavab verilməmiş və sorğuya cavab verilməsi ilə bağlı telefon vasitəsi ilə əlaqə saxlanıldıqda sorğuya cavab verilməyəcəyi və ümumiyyətlə MMC tərəfindən Cavabdeh1 mənzil verilməyəcəyi bildirilmişdir. Bütün bu göstərilən hallar cavabdehlər arasında mübahisəli mənzilə dair bağlanılmış xx.xx.2009-cu il tarixli müqavilənin real həqiqətə uyğun olmadığını, uydurma olduğunu və Cavabdeh1 maneəçilik törətmək üçün sonradan planlaşdırılmış bir hərəkət olduğunu bir mənalı sübut edir. Bundan başqa Cavabdeh1lə “xxxx” MMC arasında bağlanılmış xx xxxxxx 2011-ci il tarixli müqavilədə mənzilin hər bir kv.m sahəsi üçün 250 manat müəyyən edilmiş və 84 kv.metr sahəyə görə 21.000 (iyirmi bir min) manat təşkil edən həmin məbləğin tam ödənildiyi barədə maliyyə arayışı da verilmişdir. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, mənzilə görə tərəfindən 25.000 (iyirmi beş min) manat ödənilib. Bu da hardasa hər kv.metr üçün təxminən 300 manat təşkil edir. Cavabdeh1 məhkəmədə də bildirmişdir ki, həmin məbləğin az göstərilməsini “xxxx” MMC vergi ödənişi ilə əlaqələndirmişdir. Hazırda cavabdeh olan İddiaçı ilə “bağlanılmış” xx.xx.2009-cu il tarixli müqavilədə isə mənzilin hər kv.metr sahəsi üçün 500 manat göstərilməklə ümumi məbləğ 42.000 (qırx iki min) manat göstərilmişdir. Müqavilədə göstərilən məbləğ həmin dövr üçün Xırdalan şəhərində yeni tikilən binalarda mənzilin hər kv.metri üçün real deyildir. Həmin vaxtda mənzilin hər kv.metri üçün satış qiyməti Cavabdeh1 mənzili aldığı qiymətdən də aşağı olmuşdur. Bu faktın özü də müqavilənin uydurma olaraq məqsədli şəkildə sonradan tərtib edildiyini göstərir. Qeyd etdikləri ilə müəyyən edilir ki, cavabdehlər “xxxx” MMC ilə İddiaçı arasında mübahisəli mənzilə dair bağlanılmış xx xxxx 2009-cu il tarixli müqavilə uydurma əqd olmaqla görünüş üçün bağlanılmış əqddir. Həmin müqavilə qanunla alınmış mənzilin faktiki olaraq verilməməsinə görə görünüş yaratmaq üçün bağlanan müqavilədir ki, onun da hər hansı bir hüquqi nəticə yaratması qeyri-mümkündür. Hazırda mübahisəli mənzilin Cavabdeh1 məxsus olduğunu təsdiq edən qanuni qüvvədə olan məhkəmə aktları mövcuddur və həmin məhkəmə qərarları hazırkı iş üzrə preyudisial xarakter daşıyır. İşə baxan məhkəmə isə qanuni qüvvədə olan həmin məhkəmə qərarlarını əsas kimi qəbul etməmişdir. Qətnamədə qeyd olunur ki, ilkin iddia üzrə Cavabdeh1 iradə ifadəsi heç də ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-dən mənzil sahəsi əldə etməyə yönəlməmişdir, o, məhz “xxxx” MMC ilə X7 arasında olan “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin şərtində nəzərdə tutulmuş, binanın tikintisi başa çatdıqdan sonra ona çatacaq payın bir hissəsinin təminatı baxımından, T.Ş.Allahverdiyevin xahişi ilə sözügedən xx xxxxxx 2011-ci il tarixli müqavilənin onun adına bağlanmasına razı olmuşdur. Məhkəmə qətnaməsində göstərilir ki, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh “xxxx” MMC-nin nümayəndəsi ilkin iddianı qəbul və etiraf etmiş, qarşılıqlı iddianı isə qəbul etməmiş, əlavə olaraq göstərmişdir ki, Cavabdeh1 MMC-yə nəğd şəkildə pul ödəməmişdir. O, 15000 manat dəyərində sementi və 10000 manat dəyərində bir ədəd K-700 “KON” markalı buldozeri Tale Allahverdiyev və İbrahim Axundov adlı şəxslərə vermişdir. Ona görə də mübahisəli mənzilin Cavabdeh1 satılması barədə müqavilənin və ödənişin olması barədə maliyyə arayışın heç bir qüvvəsi yoxdur, mübahisələndirilən xx xxxxxx 2011-ci il tarixli müqavilə (yalan əqd) görünüş xarakteri daşımaqla, qanuna və hüquqi aktlara uyğun olmadığı, onun bağlanması zamanı hüquq pozuntularına yol verildiyi üçün bu müqavilənin etibarsızlığı ilə bağlı məsələ müzakirə edilməlidir. Göründüyü kimi, “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə (əqd) başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqddir. Daha sonra qətnamədə göstərilir ki, bu əqdlərdən birinin onu bağlayanların həqiqi iradə ifadəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, birinci şərtdə göstərilən şifahi razılığa dair əqdin şərtləri (onu bağlayanların həqiqi iradə ifadəsi), yazılı bağlanmış görünüşdəki xx xxxxxx 2011-ci il tarixli müqavilədə öz əksini tapmamış, faktiki gizlədilmişdir. Bu əqdlərdən digəri olan görünüşdəki əqdin, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, bu hal xx xxxxxx 2011-ci il tarixli müqavilənin tərəflərinə əvvəlcədən məlum olmuşdur, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti olan həqiqi iradə ifadəsi mövcud olmamışdır. İlkin İddiaçı fərqli olaraq qarşılıqlı iddiaçı Cavabdeh1 müəssisəyə pay haqqının ödənilməsini təsdiq edən ciddi hesabat blankı (mədaxil qəbzi) yoxdur. Belə ki, məhkəmə prosesində F.X1 arasında hər hansı bir formada razılaşma olmasına dair məsələ müzakirə edilməmiş və ya cavabdeh “xxxx” MMC tərəfindən məhkəməyə belə bir sənəd təqdim edilməmişdir. Əgər müqavilə bağlanarkən Cavabdeh1 mənzil əldə etmək niyyəti və buna iradə ifadəsi olmasaydı həmin müqavilə ilə bağlı 10 ilə yaxın müddətdə “xxxx” MMC ilə məhkəmə mübahisələrinə və digər mübahisələrə getməzdi. Bu neçə illər ərzində cavabdeh “xxxx” MMC tərəfindən qanuni əldə etdiyi mənzilin ona verilməməsi nəticəsində ailə üzvləri ilə birlikdə kirayədə yaşamaqla ona külli miqdarda zərər vurulmuşdur. Qeyd edilən məsələ ilə bağlı hakim tərəfindən iş materiallarına əlavə edilmiş qanuni qüvvədə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qətnaməsinin hüquqi məsələlər bölməsində göstərilir ki, sifarişçi, hazırkı iş üzrə iddiaçı (qeyd: Cavabdeh1) müqavilədən imtina etməyərək, əksinə müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb edir. Cavabdeh podratçı (qeyd: “xxxx” MMC) müqaviləni mübahisələndirərək onun ləğvini və həmin müqavilə üzrə öhdəliyə xitam verilməsini xahiş edir. İlk iddia üzrə cavabdehin izahatından məlum olur ki, podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə (“xxxx” MMC ilə X7 arasında bağlanmış xx xxxxxxx 2010-cu il tarixli “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin şərtlərinin T.Ş.Allahverdiyev tərəfindən pozulması şəraiti əhəmiyyətli dərəcədə dəyişdiyi üçün) xitam verilməsi nəzərdə tutulur. Daha öncə istinad edilən hüquq normasının məzmunundan göründüyü kimi qanunverici müqaviləyə xitam verilməsini onun sadəcə nəticəsiz ləğvi kimi deyil, sifarişçinin işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilməsi ilə şərtləndirmişdir. xx xxxxxx 2011-ci il tarixli müqavilədən görünür ki, “xxxx” MMC Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti, 67 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 84.00 kvadrat metr olan 2 otaqlı 66 saylı mənzili Cavabdeh1 verməyi, sonuncu isə mənzilin dəyərini tam ödəməyi öz öhdəsinə götürmüşdür. xx xxxxxx 2011-ci il tarixli maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev prospekti 67 ünvanında tikilən 12 mərtəbəli yaşayış binasının 2-ci blokunda 6-cı mərtəbəsində ümumi sahəsi 84.00 kvadrat metr olan 2 otaqlı 66 saylı mənzilin dəyəri Cavabdeh1 tərəfindən tam ödənilmişdir. Həmin qətnamədən “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarında göstərilir ki, işin məhkəmələr tərəfindən müəyyən olunmuş obyektiv halları ilə təsbit edilir ki, Cavabdeh1 bu məbləği birbaşa nəğd pul vəsaiti verməklə “xxxx” MMC-nin hesabına keçirməsə də həmin məbləğin dəyərində olan əşyaları mübahisəli binanın “xxxx” MMC ilə birgə inşa edən X4 vermiş, qeyd edilən fakta əsasən “xxxx” MMC xx.xx.2011-ci ildə verdiyi maliyyə arayışı ilə Cavabdeh1 tərəfindən mənzilin dəyərinin tam ödənildiyini təsdiq etmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, Cavabdeh1 xx.xx.2011-ci il tarixli müqavilə üzrə “xxxx” MMC qarşısında üzərinə götürdüyü öhdəlikləri tam icra etdiyi halda, sonuncu həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasından yayınır. Məhkəmə tərəfindən mənzillə bağlı Cavabdeh1 tərəfindən pay haqqının ödənilməsini təsdiq edən ciddi hesabat blankının (mədaxil qəbzinin) olmadığını əsas kimi göstərməsi “xxxx” MMC ilə İddiaçı arasında bağlanılmış saxta müqaviləyə və ya reallığı əks etdirməyən mədaxil qəbzlərinə hüquqi don geydirməkdən başqa bir şey deyildir. Cavabdeh1 mübahisəli mənzilə görə müqavilədə nəzərdə tutulduğundan da artıq məbləğdə ödəniş etməyi qanuni qüvvədə olan məhkəmə qərarları ilə öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1523/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə etiraz ediərək göstərmişdir ki, iddiaçı xx.xx.2009-cu il tarixli “xxxx” MMC ilə aralarında olan müqaviləyə əsasən “xxxx” MMC-yə 42.000 (qırx iki min) manat ödəniş etməyi müqabilində “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin, ümumi sahəsi 84 kv.metr olan, 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzili tikərək ona təhvil verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli, xx.xx.2009-cu il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən o, müqavilə üzrə öhdəliyini yerinə yetirərək 42.000 (qırx iki min) manatı tam olaraq ödəmiş və “xxxx” MMC-dən mənzili tikib ona təhvil verəcəyini əminliklə bildirmişlər. Mənzilin tikintisi uzun müddət çəkmiş, həmin müddətlər daima Rusiya Federasiyasına gedib gəlmiş, hətta 2011-ci ildən 2015-ci ilədək uzun müddətli Azərbaycanda olmamış, mənzilin tikintisi və ona təhvil verilməsi ilə tam məlumat ala bilməmişdir. 2016-ci ildə Azərbaycan Respublikasında olduğu müddətdə “xxxx” MMC-də ona məxsus mənzilə getmiş, ona həmin mənzili təhvil vermişlər və o, mənzildə təmir işlərini maddi vəziyyəti aşağı olduğu üçün qismən aparmışdır. 2019-cu ilin dekabr ayında yenidən mənzilində təmir işlərini aparmaq istəyəndə “xxxx” MMC ona mənzilinin mübahisəli olduğunu, mənzili ona təhvil verə bilməyəcəklərini, həmin mənzilə dair başqa şəxslə məhkəmə qərarlarına əsasən tanınmış xx xxxxxx 2011-ci il tarixli müqavilə olduğunu, həmin müqaviləyə əsasən mənzili Cavabdeh1 təhvil verilməsi ilə bağlı məhkəmə qərarları olduğunu bildirmişlər. O, “xxxx” MMC-dən bu imtina barədə rəsmi məlumat vermələrini də xahiş etmişdir. “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqavilə etibarsızdır. Belə ki, müqavilədən, qəbzlərdən və maliyyə arayışından göründüyü kimi, “xxxx” MMC ilə aralarında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən öhdəliyi yerinə yetirmişdir və mənzil 2016-ci ildə ona təhvil verilmişdir, hətta qismən təmir işləri aparmışdır. Onun mənzilinə dair “xxxx” MMC ilə Cavabdeh1 arasında olan müqavilədən, həmçinin həmin müqaviləyə dair məhkəmə mübahisələri ilə bağlı məlumatı olmamışdır. Odur ki, “xxxx” MMC ilə Cavabdeh1 arasında olan xx xxxxxx 2011-ci il tarixli müqavilə etibarsız hesab edilməli, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin, ümumi sahəsi 84 kv.metr olan, 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzili onun mülkiyyəti hesab edilərək cavabdeh “xxxx” MMC-nin üzərinə həmin mənzili ona təhvil verməyi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyi qoyulmalıdır. Tərəflər arasında bağlanmış payın verilməsi müqaviləsi formal xarakter daşıyır. İşdə olan xx xxxx 2009-cü il tarixli müqavilədən görünür ki, “xxxx” MMC-nın direktoru digər tərəfdən payçı o, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin, ümumi sahəsi 84 kv.metr olan, 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzillə bağlı pay barədə müqavilə imzalamışlar. Ərizəyə əlavə olan arayışlardan da müəyyən olunur ki, o, həqiqətən mənzilin dəyərini tam ödəmişdir. Cavabdehlər “xxxx” MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2011-ci il tarixli pay barədə müqavilə qanuna zidd bağlanmışdır, MMC tərəfindən onun adına verilmiş maliyyə arayışı etibarsızdır. Çünki həmin mənzilə dair artıq cavabdeh “xxxx” MMC ilə onun arasında müqavilə mövcüd olmuşdur. Həmçinin cavabdeh “xxxx” MMC bu günə kimi həmin mənzili Cavabdeh1 istifadəsinə verməmiş, aralarında oian müqaviləyə əsasən mənzili onun istifadəsinə vermişdir. Odur ki, cavabdehlər “xxxx” MMC ilə Cavabdeh1 arasında xx xxxxxx 2011-ci il tarixli müqavilə etibarsızdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1523/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X13 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, işin əsas mahiyyətini X12 bilir. Həmin o, vaxtlar anbardar idi. Qeyd etmək istəyir ki, Cavabdeh1lə olan müqavilələrin heç biri «xxxx» MMC ilə bağlanmayıb. Cavabdeh1 bütün işlərini Allahverdiyev Talehlə görüb. O, qiymətinə görə birinci müqaviləni qəbul edir. Çünki həmin illərdə qiymət həqiqətən də elə olub. Həmin mənzili “xxxx” MMC bu günə qədər onun bildiyi qədərilə təhvil verməyib, tikinti hal-hazırda bitib. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-1523/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiaysının iclasında cavabdeh “xxxx” MMC-nin direktoru X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, əvvəllər Rusiyada yaşamışdır. Azərbaycana gələndən sonra “xxxx” MMC-ni təsis etmişdir, 2007-ci ildən təsisçisidir. Birinci müqavilə qanuni və əsaslıdır, ikinci müqaviləni qəbul etmir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1523/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, “xxxx” MMC (VÖEN: **********) xx.xx.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış, qanuni təmsilçisi X8r, hüquqi ünvanı Abşeron rayonu, X16, ev 63 ünvanıdır. “xxxx” MMC-nin direktoru X12 ilə İddiaçı arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilədən görünür ki, “İcraçı” Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbə, ümumi sahəsi 84 kv.metr olan, 2 otaqdan ibarət, 2-ci blok, 66 saylı mənzilini tikərək “Sifarişçiyə” verməyi öhdəsinə götürür. Müqavilənin 3.1ci maddəsinə əsasən müqavilə üzrə mənzilin dəyəri bir kvadrat metr sahə üçün 500 manat təşkil edir. Sahəsi 84 kv.metr olan mənzil üçün cəmi 42.000 (qırx iki min) AZN ödənilməlidir. “xxxx” MMC-nin xx.xx.2009-cu il tarixli, 2/66 saylı arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binası “xxxx” MMC-yə məxsusdur. İddiaçı tərəfindən həmin binanın 2-ci girişi, Y/6cı mərtəbəsi, 84 kv.m, 2 otaqlı, 66 saylı mənzilinin 42.000 AZN (kommunal xərcləri: qaz, su, işıq GPS sayğacları və sair xərclər istisna olmaqla) müqavilə dəyəri tam ödənilmişdir. İş materiallarında olan xx xxxx 2009-cu il tarixli, xx xxxxx 2009-cu il və xx xxx 2009cu il tarixli tarixli kassa mədaxil orderinin qəbzlərindən görünür ki, İddiaçı 66 saylı mənzil üçün 20.000 (iyirmi min) manat, 12.000 (on iki min) manat, 10.000 (on min) manat ödəniş etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin direktoru X13 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqavilədən görünür ki, “İcraçı” Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda 12 mərtəbəli yaşayış evinin 6-cı mərtəbə, ümumi sahəsi 84.00 kv.metr olan, 2-ci blok, 2 otaqdan ibarət 66 nömrəli mənzili bir pay kimi “Payçı”ya verməyi öz öhdəsinə götürür. Müqavilənin 3.1-ci maddəsinə əsasən müqavilə üzrə mənzilin dəyəri (ƏDV-siz) bir kvadratmetr sahə üçün 250 manat təşkil edir. Sahəsi 84.00 kv.metr olan mənzil üçün cəmi 21.000 (iyirmi bir min) manat ödənilməlidir. xx xxxxxx 2011-ci il tarixli (qeydiyyat nömrəsi olmayan) maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən kooperativ yaşayış binası “xxxx” MMC-yə məxsusdur. Həmin binanın 2-ci girişi, 6-cı mərtəbəsində 84.00 kv.m olan 2 otaqlı 66 nömrəli mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilib, MMCyə dövlət və kommunal xərclərdən başqa borcu yoxdur. “xxxx” MMC-nin xx xxxxxx 2019-cu il tarixli, 24 saylı məktubundan görünür ki, İddiaçı izah edilmişdir ki, xx xxxx 2009-cu il tarixli “xxxx” MMC ilə aralarında olan müqaviləyə əsasən “xxxx” MMC-yə 42.000 manat ödəniş etməyi müqabilində “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin ümumi sahəsi 84 kv.m olan, 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzili tikərək ona daha əvvəl təhvil vermişdir. Lakin hazırda vətəndaş Cavabdeh1 ilə “xxxx” MMC arasında xx xxxxxx 2011-ci il tarixli “xxxx” MMC tərəfindən tanınmayan müqavilə mövcuddur, bununla bağlı məhkəmə mübahisəsi olduğundan ona məxsus mənzili hazırda təhvil verə bilmirlər. Müəyyən edlilmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(012)-1404/2012 saylı qətnaməsinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən yaşayış evinin tikintisini başa çatdırıb, ümumi sahəsi 84 kv.m olan, İİ blokda yerləşən 66 saylı mənzilin Cavabdeh1 verilməsi vəzifəsi cavabdeh “xxxx” MMC-yə həvalə edilmiş, iddiaçı “xxxx” MMC-nin “müqavilənin ləğv edilməsi və öhdəliyə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2013-cü il tarixli, 2(105)-106/2013 saylı qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx” MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2012-ci il tarixli, 2(012)-1404/2012 saylı qətnaməsi qismən, “Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında yerləşən yaşayış evinin tikintisini başa çatdırıb, ümumi sahəsi 84 kv.m olan, İİ blokda yerləşən 66 saylı mənzilin Cavabdeh1 verilməsi vəzifəsinin cavabdeh “xxxx” MMC-yə həvalə edilməsi” hissəsində ilkin iddianın təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli, 2(102)-2478/13 saylı qərarı ilə cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2013-cü il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 66 saylı arayışından görünür ki, Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanında inşa edilən “xxxx” MMC-yə məxsus binanın 2-ci giriş, Y/6-cı mərtəbəsi, 84 kv.m, 2 otaqlı, 66 saylı mənzili İddiaçı məxsusdur və xx xxxx 2009-cu il tarixli müqaviləsi, tam məxaric qəbzi ilə (mədaxil orderi ilə, 42000 azn ödənilib), xx xxx 2009-cu il tarixli arayışı ilə təsdiqlənib. “xxxx” MMC-nin nəzarətçiləri tərəfindən (komendant) yoxlanma zamanı 2015-2016-cı illərdə mənzilin dəmir qapısı, içəridə gedən elektrik və qismən təmir işləri aparıldığı müəyyənləşdirilmişdir. Bu günkü gün onlara daxil olan məlumatla qismən gedən təmir işləri qarşı tərəfdə mübahisələrin olması ilə bağlı İddiaçı tərəfindən müvəqqəti olaraq dayandırılmışdır. İş materiallarında olan “xxxx” MMC-nin təsisçisi S.A.Məhərrəmovun xx xxxxxxxx 2009-cu il tarixli, 06 saylı əmrindən çıxarışdan görünür ki, X12 öz xahişi ilə həmin tarixdən işdən azad edilmiş, X13 direktor vəzifəsinə təyin edilmişdir. Müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru X12 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqaviləyə əsasən MMC tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti, 67 ünvanda çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbə, ümumi sahəsi 84 kv.metr olan, 2 otaqdan ibarət, 2-ci blok, 66 nömrəli mənzilin tikilərək İddiaçı verilməsi öhdəliyi götürülmüşdür. Bununla yanaşı “xxxx” MMC-nin direktoru X13 ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqaviləyə əsasən MMC tərəfindən Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanda 12 mərtəbəli yaşayış evinin 6-cı mərtəbə, ümumi sahəsi 84.00 kv.metr olan, 2-ci blok, 2 otaqdan ibarət 66 nömrəli mənzilin Cavabdeh1 verilməsi öhdəliyi götürülmüşdür. Hazırda həmin müqavilələrin etibarsız sayılması və digər tələblərlə bağlı məhkəmədə iddia qaldırılmışdır. Müəyyən edilmişdir ki, “xxxx” MMC-nin direktoru X12 ilə İddiaçı arasında müqavilə xx xxxx 2009-cu il tarixdə bağlanmış, lakin həmin müqavilə hal-hazıradək mübahisələndirilməmiş, etibarsız hesab olunmamışdır, qüvvədədir. İlkin iddiaçı ilə olan müqavilənin 2009-cu ildə bağlandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsində nəzərdə tutulurdu ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxxx 2010-cu il tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152-3-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx xxxxxx 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X11 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Müəyyən edilmişdir ki, ilkin iddiaçı mübahisəli mənzilə dair cavabdeh “xxxx” MMC ilə xx xxxx 2009-cu il tarixdə müqavilə bağlayaraq mənzilin pay haqqı kimi müəyyən olunmuş dəyərini tam şəkildə ödəmişdir, hansı ki, bu, tərəflər arasında bağlanmış müqavilə, mədaxil orderlərinin qəbzi və maliyyə arayışı ilə öz təsdiqini tapır və cavabdeh MMC tərəfindən etiraf edilir. Bununla da ilkin iddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir, bundan irəli gələrək isə ilkin iddiaçı əmlakı mülkiyyət hüququ üzrə adına daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq sərəncam vermək hüququ əldə etməklə bağlı “qanuni gözləntiyə” malik olmuşdur. Müəyyən edilmişdir ki, ilkin iddiaçının sözügedən xx xxxx 2009-cu il tarixli müqaviləsi qüvvədə olduğu halda müqavilənin predmeti olan mənzilə dair ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilə xx xxxxxx 2011-ci il tarixli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 342.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İş materialları ilə müəyyən olunmuşdur ki, ilkin iddia üzrə Cavabdeh1 iradə ifadəsi heç də ilkin iddia üzrə cavabdeh “xxxx” MMC-dən mənzil sahəsi əldə etməyə yönəlməmişdir, o, məhz “xxxx” MMC ilə X7 arasında olan “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilənin şərtində nəzərdə tutulmuş, binanın tikintisi başa çatdıqdan sonra ona çatacaq payın bir hissəsinin təminatı baxımından, T.Ş.Allahverdiyevin xahişi ilə sözügedən xx xxxxxx 2011-ci il tarixli müqavilənin onun adına bağlanmasına razı olmuşdur. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən xx xxxxxx 2011-ci il tarixli müqavilə (yalan əqd) görünüş xarakteri daşımaqla, qanuna və hüquqi aktlara uyğun olmadığı, onun bağlanması zamanı hüquq pozuntularına yol verildiyi üçün bu müqavilənin etibarsızlığı ilə bağlı məsələ müzakirə edilməlidir. İş materialları ilə müəyyən olunmuşdur ki, “xxxx” MMC ilə Cavabdeh1 arasında bağlanmış müqavilə (əqd) başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqddir. Hansı ki, yalan əqd görünüş xarakteri daşıyır və əgər pərdələnən əqd qanuna və yaxud başqa hüquqi aktlara uyğun olarsa, yalnız bu halda tərəflər arasındakı münasibətlərə həmin əqdin qaydaları tətbiq edilə bilər, əksinə, əqddə hüquq pozuntusu olarsa, həmin əqd etibarsız hesab edilməlidir. Mülki qanunvericiliyin tələblərinə əsasən sırf görünüş üçün bağlanan və həqiqətdə heç bir hüquqi nəticə (haqq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan edilən iradə ifadəsi nəticəsində bağlanan əqd, uydurma əqddir. Sırf görünüş üçün edilən iradə ifadələri ilə bağlı təçkil edən yalan əqdin mövcudluğunun qəbul edilə bilinməsi üçün uydurma əqdlə bağlı şərtlərin olması ilə yanaşı eyni vaxtda aşağıdakı şərtlərin olması da zəruridir: iki ayrı əqd bağlanmış olmalıdır; bu əqdlərdən biri onu bağlayanların həqiqi iradə ifadəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmalıdır; bu əqdlərdən digəri olan görünüşdəki əqd isə, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmalıdır. Yalan əqdin olduğu hallarda əqdi bağlayanlar əslində bağladıqları əqdin heç hüquqi nəticə əmələ gətirməyəcəyini deyil, başqa mahiyyət və nəticə əmələ gətirməsini istəyirlər. Başqa sözlə, görünüşdəki əqdi ona uyğun hüquqi nəticələri əmələ gətirmək məqsədilə deyil, əsl niyyətlərində tutduqları başqa bir əqdə dair faktiki nəticələrin əmələ gəlməsinə hüquqi şərait yaratmaq məqsədilə bağlayırlar. Beləliklə, sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi əqdlər yalan əqdlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Müəyyən edilmişdir ki, ilkin və qarşılıqlı iddialar üzrə cavabdeh “xxxx” MMC mənzil tikintisini həyata keçirir. “xxxx” MMC ilə X7 arasında isə “Birgə təsərrüfat fəaliyyəti haqqında” müqavilə olmuşdur, həmin müqaviləyə görə binanın tikintisi başa çatdıqdan sonra payın bir hissəsi həmin şəxsə çatmalı idi. Bunun təminatı olaraq isə X4 yaxın olan şəxslərlə, o cümlədən Cavabdeh1 ilə mənzillə bağlı müqavilə bağlanmış, bununla da artıq iki əqd bağlanmış olmuşdur. Bu əqdlərdən birinin onu bağlayanların həqiqi iradə ifadəsini əks etdirməsinə baxmayaraq gizlədilmiş olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, birinci şərtdə göstərilən şifahi razılığa dair əqdin şərtləri (onu bağlayanların həqiqi iradə ifadəsi), yazılı bağlanmış görünüşdəki xx xxxxxx 2011-ci il tarixli müqavilədə öz əksini tapmamış, faktiki gizlədilmişdir. Bu əqdlərdən digəri olan görünüşdəki əqdin, sırf həqiqi iradəyə uyğun əqdi pərdələmək, yəni onu gizlətmək məqsədilə bağlanmış olmasına dair şərtlə bağlı qeyd edilməlidir ki, bu hal xx xxxxxx 2011-ci il tarixli müqavilənin tərəflərinə əvvəlcədən məlum olmuşdur, əqdin varlığı baxımından onun ən əsas qurucu şərti olan həqiqi iradə ifadəsi mövcud olmamışdır. İlkin İddiaçı fərqli olaraq qarşılıqlı iddiaçı Cavabdeh1 müəssisəyə pay haqqının ödənilməsini təsdiq edən ciddi hesabat blankı (mədaxil qəbzi) yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli, 118 saylı qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın 1.4-cü bəndinə əsasən ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən ciddi hesabat blanklarını onlara oxşar rekvizitlərə malik olan, ciddi hesabat blankları sayılmayan ilkin uçot sənədləri ilə əvəz etmək yol verilmir. İş materiallarından görünür ki, mənzilin pay dəyərinin ödənilməsini təsdiq edən, mötəbər sübut qismində qəbul ediləcək xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi, ciddi hesabat blankı mövcud deyildir. Bununla yanaşı pay haqqının ödənilməsini təsdiq edəcək sübut qismində təqdim olunmuş maliyyə arayışı ilə bağlı qeyd olunmalıdır ki, həm xx xxxxxx 2011-ci il tarixli müqavilənin etibarsız olması ilə bağlı əsaslar müəyyən edilmişdir, ona görə etibarsız müqavilə əsasında verilmiş arayışın hüquqi qüvvəsi qalmır, həm də həmin maliyyə arayışı müvafiq qaydada qeydiyyata alınmamışdır, arayışda qeydiyyat nömrəsi də yoxdur. Bütün bunlar mübahisələndirilən xx xxxxxx 2011-ci il tarixli müqavilənin ifadə olunan iradənin müəyyən hüquqi nəticəyə, yəni həqiqi iradə ifadəsini əks etdirməyə yönəlmədiyini (ünvanlanmadığını) göstərir. Əlavə olaraq qeyd edilməlidir ki, mübahisələndirilən müqavilənin predmeti olan mənzil qarşılıqlı iddiaçı Cavabdeh1 təhvil verilməmişdir, onun tərəfindən mənzilin təhvil verilməsi ilə bağlı məhkəmədə iddia qaldırılsa da Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, sırf başqa əqdi gizlətmək məqsədilə edilən və görünüşdəki mənasına uyğun hüquqi nəticələri meydana gətirmək niyyəti olmadan edilən iradə ifadəsinin əmələ gətirdiyi mübahisələndirilən xx xxxxxx 2011ci il tarixli müqavilə (əqd) etibarsız hesab olunmalıdır. Bundan başqa xx xxxx 2009-cu il tarixli müqaviləyə görə mənzilin dəyəri 42.000 manat müəyyən olunaraq ilkin iddiaçı tərəfindən həmin məbləğ tam ödənildiyi halda, xx xxxxxx 2011-ci il tarixli müqavilədə mənzilin dəyərinin 2009-cu ildəki dəyərinin yarısı həddində, 21.000 manat kimi göstərilməsinin özü də onu deməyə əsas verir ki, xx xxxxxx 2011-ci il tarixli müqavilə görünüş üçün bağlanmışdır, mənzilə görə pul ödənişi reallıqda həyata keçirilməmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 2012-ci ildən cavabdeh “xxxx” MMC ilə aralarında mübahisəli mənzillə bağlı məhkəmə proseslərində və eləcə də prosesdən kənar həmin mənzilin 2009-cu ildən X2 barədə ona və məhkəmələrə hər hansı bir formada məlumat verilməməsi, bu müqavilə barədə məlumatın 10 ildən çox vaxt ötdükdən sonra məlum olması, həmin müqavilənin “xxxx” MMC tərəfindən qanunauyğun olaraq mənzilin ona verilməsindən yayınmaq və prosesi uzatmaq məqsədi ilə saxta olaraq arxa tarixlə hazırlandığı barədə dəlili ilə bağlı məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaçı həmin müqavilənin saxta hazırlanmasını təsdiq edəcək sübuta malik deyildir, bu, yalnız əsası olmayan iddiadır. Qarşılıqlı iddiaçı müqavilənin hazırlanma tarixini, onun arxa tarixdə hazırlanıb-hazırlanmadığını müəyyən etmək üçün, imzanın müqavilə tərəflərinə aid olubolmadığını müəyyən etmək üçün məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatət verməmişdir. Hansı ki, belə iddianın əsaslılığını sübut etmək vəzifəsi onu irəli sürən tərəfin üzərinə düşür. Eləcə də məhkəmə tədqiqi zamanı bu iddianı əsaslı edəcək hər hansı hal məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Əksinə, xx xxxx 2009-cu il tarixli müqavilənin hüquqi qüvvəyə malik olmaqla tərəflərin iradə ifadəsini əks etdirdiyi, müqavilə tərəfi olan ilkin iddiaçının öz üzərinə düşən öhdəliyə əməl edib mənzilin pay dəyərini tam olaraq ödədiyi müəyyən edilmişdir. “xxxx” MMC-nin mübahisəli mənzillə bağlı məhkəmə proseslərində və prosesdən kənar həmin mənzilin 2009-cu ildən X2 barədə ona və məhkəmələrə hər hansı bir formada məlumat verməməsi isə ilkin iddiaçı X10 təqsiri üzündən baş verməmişdir, onun iddiasının əsassız olması qənaətinə gəlmək üçün bir əsas kimi qəbul edilə, əleyhinə təfsir oluna bilməz. Ona görə qarşılıqlı iddianın bu dəlili əsassızdır. Qarşılıqlı iddiaçının onunla bağlanmış xx xxxxxx 2011-ci il tarixli müqaviləyə əsasən mənzilin kvadratmetri üçün 250 manat olmaqla 84 kv.m sahəyə görə 21.000 manat təşkil edən məbləği ödəməli olduğunu, lakin mənzilə görə tərəfindən 25.000 manat ödənildiyi, bunun isə hər kvadratmetr üçün 300 manat təşkil etməsi, İddiaçı ilə bağlanmış müqavilədə isə mənzilin hər kvadratmetri üçün 500 manat göstərildiyini, müqavilədə göstərilən məbləğin həmin dövr üçün Xırdalan şəhərində yeni tikilən binalarda mənzilin hər kvadratmetri üçün real olmaması, ona görə də mənzilə dair xx xxxx 2009-cu il tarixli müqavilənin uydurma əqd olmaqla görünüş üçün bağlandığı barədə irəli sürdüyü dəlilin yoxlanılması üçün cavabdeh “xxxx” MMC ilə digər payçılar arasında bağlanmış, vətəndaşlar X5 ilə bağlanmış xx xxxxxxx 2009-cu il tarixli, X3 ilə bağlanmış xx xxxxxx 2008-ci il tarixli və X15 ilə bağlanmış bağlanmış xx xxxxxx 2009-cu il tarixli müqavilələr götürülərək öyrənilmiş, müəyyən edilmişdir ki, “xxxx” MMC-nin həmin şəxslərə satdığı, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən mənzillərin dəyəri bir kvadratmetr sahə üçün müvafiq olaraq 563 manat, 500 manat və 450 manat təşkil etmişdir. Belə olan halda, qarşılıqlı iddiaçının həmin dəlilinin əsası olmadığı müəyyən edilmişdir. Məhkəmə ilkin iddianın mübahisəli mənzilə dair sahiblik, istifadə və sərəncam vermək hüququnun tanınması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, ilkin İddiaçı həmin mənzilə görə cavabdeh “xxxx” MMC ilə bağladığı müqaviləyə əsasən mənzilin pay haqqı kimi müəyyən olunmuş dəyərini tam şəkildə ödəməklə Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə uyğun olaraq əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir, əmlak mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqda isə sərəncam vermək hüququnu əldə edəcəkdir. Belə olan halda sahiblik, istifadə və sərəncam vermək hüququnun məhkəmə qətnaməsi ilə tanınmasına əsaslar yoxdur, ona görə ilkin iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddianın mənzilin İddiaçı təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh “xxxx” MMC-nin üzərinə qoyulması ilə bağlı hissəsinə münasibətdə qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh “xxxx” MMC tərəfindən ilkin iddia etiraf edilməsinə baxmayaraq müvafiq səbəblərdən ilkin iddiaçının mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneələr yaranmışdır, buna görə ilkin iddiaçı mülkiyyəti hesab olunan mənzillə bağlı hüquqlarını həyata keçirə, orada təmir işlərini apara bilmir. Ona görə məhkəmə hesab etmişdir ki, ilkin iddia həmin hissədə əsaslı hesab olunaraq təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, ilkin iddia tələbi qismən təmin edilməli, “xxxx” MMC ilə Cavabdeh1 arasında olan xx xxxxxx 2011-ci il tarixli müqavilə etibarsız hesab edilməli, “xxxx” MMC-nin üzərinə Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin, ümumi sahəsi 84 kv.metr olan, 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzilinin İddiaçı təhvil verilməsi və təmirlə bağlı maneələrin aradan qaldırılması öhdəliyi qoyulmalı, ilkin iddia qalan hissədə təmin edilməməli, Cavabdeh1 “xxxx” MMC ilə X18 arasında Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında çoxmərtəbəli yaşayış evinin 6-cı mərtəbəsinin ümumi sahəsi 84 kv.metr olan 2 otaqdan ibarət, 2-ci blok, 66-cı mənzilinə dair bağlanılmış xx xxxx 2009-cu il tarixli müqavilənin və xx xxx 2009-cu il tarixli arayışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddiaçılar tələb etmədiklərindən, məhkəmə xərclərinə aid olan, iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumları ilkin və qarşılıqlı iddiaçılara aid edilməlidir. İnsan hüquqlarının və X11 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, apelyant şikayətinin dəlillərini əsaslandıra bilməmiş və buna dair hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa onun qeyd etdiyi dəlillər məhkəmə tərəfindən arşdırılaraq qətnamədə qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1523/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-782/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-782/2021
30.03.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver