Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-785/2025 14.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 975/2025 nömrəli qərardadından İddiaçı1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü ildə vəfat etmiş X2 qalmış mirasın qəbulundan imtina etmə müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İş üzrə məhkəmə iclası xx.xx.2025-ci il tarixə, saat 10:15-ə təyin edilsə də, tərəflər məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-975/2025 saylı, 27 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması tələbi”nə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır (hakim Elmir Hüseynov). İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək mülki iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə hava şəraiti kəskin dəyişdiyindən, şəhərə güclü qar yağdığından və ürək-damar çatışmazlığından əziyyət çəkən İddiaçı1 vəziyyəti ağırlaşdığından məhkəmə iclasında iştirak edə bilməmişlər. Ona görə də məhkəmə iclasında iştirak etməmələrini üzürlü hesab edərək iş üzrə icraatın təzələnməsini xahiş edirlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-975/2025 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-975/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. İddiaçı1 xəstə olduğundan və həmin gün şəhərə güclü qar yağdığından, İddiaçı2 isə gəmidə, dənizdə işlədiyindən məhkəmə iclasına gedə bilməmişlər. Dənizdə işlədiyindən məhkəmədə iştirak etmək üçün qardaşı Nümayəndə etibarnamə vermişdir. xx.xx.2025-ci il tarixdə erməni əsilli təqsirli şəxslərin məhkəmə iclasında iştrak etməsi üçün qardaşı ebarnamə üzrə nümayəndəsi xx.xx.2025-ci il tarixdə səhər saat 10.00-da Bakı şəhərinə dəvət edildiyindən məhkəmə iclasında iştirak edə bilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 29060)-975/2025 nömrəli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Ərizə ilə məhkəməyə müraciət edərək baxılmamış saxlanılmış işi qaldırıb yenidən baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə xx.xx.2025-ci il tarixdə işə baxaraq iş üzrə icraatın təzələnməsi barədə ərizəni təmin etməmişdir. xx.xx.2025-ci il tarixli qərardadla razı deyil. Hesab edir ki, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişlər, işə onların iştirakı olmadan baxılmasını xahiş etməyə imkanları olmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-975/2025 nömrəli qərardadı ilə İddiaçı2 nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməsi və baxılması üçün işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 975/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 9.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi mülki prosessual qanunvericilikdə yalnız tərəflərin məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim edildiyi halda ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğvinin mümkün olduğu nəzərdə tutulur. İddiaçılar isə məhkəmə iclasında iştirak etməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında hər hansı bir sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyası məhkəməsində təqdim etməmişlər. Qeyd olunan Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-975/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-785/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-785/2025
14.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver