Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-788/2021 15.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X6, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili X8 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(012)-124/2020 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(012)-124/2020 saylı qətnaməsi ilə (hakim E.M.Kazımov) "xxxx" ASC-nin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı borcun ödənilməsi, tələbin ipoteka predmetlərinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun satılmış əmlaklat nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilib, "xxxx" ASC və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 29.10.2012-ci il tarixili 178/F saylı kredit müqaviləsi, "xxxx" ASC və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 12.08.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi, "xxxx" ASC və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 08.06.2016-cı il tarixli 130/KTN saylı kredit müqaviləsi və "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış 24.11.2015-ci il tarixi, 086/KTN saylı kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 12.08.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.500.000,00 manat (bir milyon beş yüz min manat) kredit borcu, 205 487.87 manat faiz borcu, 27.168.75 manat dəbbə pulu məbləği olmaqla, ümumilikdə 1.732.656,62 manat (bir milyon yeddi yüz otuz iki min altı yüz əlli altı manat. 62 qəpik) tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsindən 29.10.2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsi üzrə 4.000.000,00 manat əsas kredit borcu, 358.736,69 manat faiz borcu, 43.021.14 manat dəbbə pulu məbləği olmaqla, ümumilikdə 4.401.757,83 manat (dörd milyon dörd yüz bir min yeddi yüz əlli yeddi min manat, 83 qəpik) tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsindən 130/KTN saylı, 08.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 495.000,00 manat, 61162 manat faiz borcu, 5.002.594 manat dəbbə pulu məbləği olmaqla, ümumilikdə 561.164,59 manat (beş yüz altmış bir min yüz altmış dörd manat, əlli doqquz qəpik) tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh1 086/F saylı, 24.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 494.000,00 manat kredit borcu, 81 536,49 manat faiz borcu, 8.812,06 dəbbə pulu məbləği olmaqla, ümumilikdə 584 348,55 manat (beş yüz səksən dörd min üç yüz qırx səkkiz manat, 55 qəpik) tutularaq "xxxx" ASC-yə ödənilməsi, ilkin iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub, "xxxx" ASC-yə ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 580 (beş yüz səksən) manat məbləğində ekspertiza xərci ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq, dövlət nəfinə keçirilməsi, tələbin 130/KTN saylı, 08.06.2016-cı il tarixli, 24.11.2015-ci il tarixi 086/KTN saylı, 12.08.2015-ci il tarixli 061/F saylı və 29.10.2012-ci il tarixili 178/F saylı kredit müqavilələrinin təminatı olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi, 12.08.2015-ci il tarixli 061/F saylı və 10.2012-ci il tarixili 178/F saylı kredit müqavilələrinin təminatı olan Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi və 10.2012-ci il tarixili 178/F saylı kredit müqavilələrinin təminatı olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarəsində olan 3.0 ha torpaq sahəsində yerləşən 5617.5 kv.metr ümumi, 3722 kv.metr əsas, 1895.5 kv.metr köməkçi sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin 12.08.2015-ci il tarixli 061/F saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nə olan 1.732.656,62 manat (bir milyon yeddi yüz otuz iki min altı yüz əlli altı manat. 62 qəpik), 29.10.2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsi üzrə 4 401 757,83 manat (dörd milyon dörd yüz bir min yeddi yüz əlli yeddi min manat, 83 qəpik) və 130/KTN saylı, 08.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 561 164,59 manat (beş yüz altmış bir min yüz altmış dörd manat, əlli doqquz qəpik) məbləğində kredit borcu və Cavabdeh1 086/F saylı, 24.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASCnə olan 584 348,55 manat (beş yüz səksən dörd min üç yüz qırx səkkiz manat, 55 qəpik) məbləğində kredit borcu, 580 (beş yüz səksən) manat ekspertiza xərci və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin ilkin satış qiyməti 2 226 000 (iki milyon iki yüz iyirmi altı min) manat, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin ilkin satış qiyməti 2 226 000 (iki milyon iki yüz iyirmi altı min) manat və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 8 500 000 (səkkiz milyon beş yüz min) manat məbləğində müəyyən edilməsi və "xxxx" ASC-nə ödənilməli olan kredit borcu, ekspertiza xərci və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılması, Cavabdeh1, Z.M.Mahmudovun, N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 "xxxx" ASC-yə qarşı ipoteka müqavilələrinin ləğv edilməsi və ******* (üç milyon səkkiz min altı yüz altmış) manat vəsaitin "xxxx" ASC-dən tutulub "xxxx" KTMİEM-nə ödənilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilməmiş və qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddiaçıların özlərinə aid edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(012)-124/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 29.10.2012-ci il tarixili 178/F saylı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 12.08.2015-ci il tarixli 061/F saylı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 08.06.2016-cı il tarixli 130/KTN saylı kredit müqaviləsinin ləğv edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.11.2015-ci il tarixi 086/KTN saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsindən 061/F saylı kredit müqaviləsi üzrə ümumilikdə 1 977 175.37 manat (bir milyon doqquz yüz yetmiş yeddi min bir yüz yetmiş beş manat. 37 qəpik), 1 500 000 manat (bir milyon beş yüz min manat) kredit borcu, 205 487.87 manat (iki yüz beş min dörd yüz səksən yeddi manat. 87 qəpik) faiz borcu, 271 687.5 manat (iki yüz yetmiş bir min altı yüz səksən yeddi manat. 5 qəpik) dəbbə pulu məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsindən 038/F saylı kredit müqaviləsi üzrə ümumilikdə 108 115.15 manat (bir yüz səkkiz min bir yüz on beş manat. 15 qəpik), 59 023.15 manat (əlli doqquz min iyirmi üç manat. 15 qəpik) faiz borcu, 49 092 manat (qırx doqquz min doxsan iki manat) dəbbə pulu məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsindən 178/F saylı kredit müqaviləsi üzrə üzrə ümumilikdə 4 819 428.46 manat (dörd milyon səkkiz yüz on doqquz min dörd yüz iyirmi səkkiz manat. 46 qəpik), 3 985 000 manat (üç milyon doqquz yüz səksən beş min manat) kredit borcu, 404 217.06 manat (dörd yüz dörd min iki yüz on yeddi manat. 06 qəpik) faiz borcu, 430 211.4 manat (dörd yüz otuz min iki yüz on bir manat. 4 qəpik) dəbbə pulu məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsindən 130/KTN saylı kredit müqaviləsi üzrəümumilikdə 606 187.94 manat (altı yüz altı min bir yüz səksən yeddi manat. 94 qəpik), 495 000 manat (dörd yüz doxsan beş min manat) kredit borcu, 61162 manat (altmış bir min bir yüz altmış iki manat) faiz borcu, 50 025.94 manat (əlli min iyirmi beş manat. 94 qəpik) dəbbə pulu məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, Cavabdeh1 086/F saylı kredit müqaviləsi üzrə ümumilikdə 663 657.09 manat (altı yüz altmış üç min altı yüz əlli yeddi manat. 09 qəpik), 494 000 manat (dörd yüz doxsan dörd min manat) kredit borcu, 81 536.49 manat (səksən bir min beş yüz otuz altı manat. 49 qəpik) faiz borcu, 88 120.6 manat (səksən səkkiz min bir yüz iyirmi manat. 6 qəpik) dəbbə pulu məbləğinin tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin 130/KTN, 086/KTN, 061/F və 178/F saylı kredit müqavilələrinin təminatı olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinə yönəldilməsi, tələbin 061/F saylı, 038/F saylı və 178/F saylı kredit müqavilələrinin təminatı olan Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinə yönəldilməsi, tələbin 038/F saylı və 178/F saylı kredit müqavilələrinin təminatı olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarəsində olan 3.0 ha torpaq sahəsində yerləşən 5617.5 kv.metr ümumi, 3722 kv.metr əsas, 1895.5 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinə yönəldilməklə, göstərilən daşınmaz əmlakların açıq hərracdan satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması, daşınmaz əmlaklarının açıq hərracdan satılması nəticəsində əldə olunan vəsait hesabına "xxxx" ASC-yə borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında 28.03.2012-ci il tarixində 038/F saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və X2 Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 (altı) % hesablanmaqla, 5 (beş) il müddətinə, 30 ay güzəşt müddəti olmaqla 500 000 (beş yüz min) manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında 29.10.2012-ci il tarixində 178/F saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və X2 Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 (altı) % hesablanmaqla, 10 (on) il müddətinə, 60 ay güzəşt müddəti olmaqla 4 000 000 (dörd milyon) manat kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında 12.08.2015-ci il tarixində 061/F saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və X2 Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 (altı) % hesablanmaqla, 7 (yeddi) il müddətinə, 42 ay güzəşt müddəti olmaqla 1 500 000 (bir milyon beş yüz min) manat kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında 08.06.2016-cı il tarixində 130/KTN saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və X16 X1 Gücləndirilməsi Layihəsinin vəsaiti hesabına üzən faiz dərəcəsi ilə hesablanmaq şərti ilə illik 7 (yeddi) %, 60 (altmış) ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 495 000 (dörd yüz doxsan beş min) manat kredit verilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında 24.11.2015-ci il tarixində 086/KTN saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh1 Kənd X1 Gücləndirilməsi Layihəsinin vəsaiti hesabına üzən faiz dərəcəsi ilə hesablanmaq şərti ilə illik 7 (yeddi) %, 60 (altmış) ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 494 000 (dörd yüz doxsan dörd min) manat məbləğində kredit verilmişdir. 130/KTN saylı kredit müqaviləsinin təminatı kimi 08.06.2016-cı il tarixində 049/FN nömrəli ipoteka müqaviləsinə 2 saylı Əlavə bağlanaraq, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0864500, reyestr kitabı 149, vərəq 41, reyestr nömrəsi-**********02, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi 09.06.2016-cı il). 061/F saylı Kredit müqaviləsinin təminatı kimi 13.08.2015-ci il tarixində ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0720442, reyestr kitabı 149, vərəq 41, reyestr nömrəsi-**********02, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi 14.08.2015-ci il). 086/KTN saylı kredit müqaviləsinin təminatı kimi 24.11.2015-ci il tarixində 086/KTN saylı Sonrakı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0777647, reyestr kitabı 149, vərəq 41, reyestr nömrəsi-**********02, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi 25.11.2015-ci il). 038/F saylı və 178/F saylı kredit müqavilələrinin təminatı kimi 15.11.2012-ci il tarixində İpoteka müqaviləsinə (08.05.2008-ci il tarixli) 2 nömrəli Əlavə bağlanaraq, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarəsində olan 3.0 ha torpaq sahəsində yerləşən 5617.5 kv.metr ümumi, 3722 kv.metr əsas, 1895.5 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0073471, reyestr kitabı 1, vərəq 69, reyestr nömrəsi-**********78-12301, qeydiyyat nömrəsi**********, qeydiyyat tarixi 19.11.2012-ci il). 178/F saylı kredit müqaviləsinin təminatı kimi 29.10.2012-ci il tarixində 049/F saylı ipoteka müqaviləsinə (04.02.2011-ci il tarixli) 1 nömrəli Əlavə bağlanaraq, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0074260, reyestr kitabı 149, vərəq 41, reyestr nömrəsi-**********02, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi 06.11.2012ci il). 061/F saylı Kredit müqaviləsinin təminatı kimi 13.08.2015-ci il tarixində ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0720439, reyestr kitabı 149, vərəq 42, reyestr nömrəsi-**********01, qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi 14.08.2015ci il). 038/F saylı və 178/F saylı Kredit müqavilələrinin təminatı kimi 06.03.2013-cü il tarixində 178/F saylı ipoteka müqaviləsi bağlanaraq, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir (Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış, seriya RX №0144419, reyestr kitabı 149, vərəq 42, reyestr nömrəsi-**********01, qeydiyyat nömrəsi**********, qeydiyyat tarixi 13.03.2013-cü il). Lakin kredit müqavilələrinin müddəaları pozularaq, öhdəliklər icra edilmir. 04.04.2018-ci il tarixinə 061/F saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASCyə ümumilikdə 1 977 175.37 manat (bir milyon doqquz yüz yetmiş yeddi min bir yüz yetmiş beş manat. 37 qəpik), 1 500 000 manat (bir milyon beş yüz min manat) kredit borcu, 205 487.87 manat (iki yüz beş min dörd yüz səksən yeddi manat. 87 qəpik) faiz borcu, 271 687.5 manat (iki yüz yetmiş bir min altı yüz səksən yeddi manat. 5 qəpik) dəbbə pulu) təşkil edir. 04.04.2018-ci il tarixinə 038/F saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə ümumilikdə 108 115.15 manat (bir yüz səkkiz min bir yüz on beş manat. 15 qəpik), 59 023.15 manat (əlli doqquz min iyirmi üç manat. 15 qəpik) faiz borcu, 49 092 manat (qırx doqquz min doxsan iki manat) dəbbə pulu) təşkil edir. 04.04.2018-ci il tarixinə 178/F saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə ümumilikdə 4 819 428.46 manat (dörd milyon səkkiz yüz on doqquz min dörd yüz iyirmi səkkiz manat. 46 qəpik), 3 985 000 manat (üç milyon doqquz yüz səksən beş min manat) kredit borcu, 404 217.06 manat (dörd yüz dörd min iki yüz on yeddi manat. 06 qəpik) faiz borcu, 430 211.4 manat (dörd yüz otuz min iki yüz on bir manat. 4 qəpik) dəbbə pulu) təşkil edir. 04.04.2018-ci il tarixinə 086/F saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-yə ümumilikdə 663 657.09 manat (altı yüz altmış üç min altı yüz əlli yeddi manat. 09 qəpik), 494 000 manat (dörd yüz doxsan dörd min manat) kredit borcu, 81 536.49 manat (səksən bir min beş yüz otuz altı manat. 49 qəpik) faiz borcu, 88 120.6 manat (səksən səkkiz min bir yüz iyirmi manat. 6 qəpik) dəbbə pulu) təşkil edir. 04.04.2018-ci il tarixinə130/KTN saylı kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASCyə ümumilikdə 606 187.94 manat (altı yüz altı min bir yüz səksən yeddi manat. 94 qəpik), 495 000 manat (dörd yüz doxsan beş min manat) kredit borcu, 61 162 manat (altmış bir min bir yüz altmış iki manat) faiz borcu, 50 025.94 manat (əlli min iyirmi beş manat. 94 qəpik) dəbbə pulu) təşkil edir. Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 cavabdeh "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin tam rədd edilməsini, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,0 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi (borc alan) arasında bağlanmış 13.08.2015-ci il tarixli ipoteka müqaviləsinin və Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,0 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair, "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi (borc alan) arasında bağlanmış 13.08.2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və 462750 (dörd yüz altmış iki min yeddi yüz əlli) manat vəsaitin "xxxx" ASC-dən tutulub "xxxx" KTMİEM-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 daha sonra qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək,ilkin iddia tələbinin tam rədd edilməsini, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,0 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi (borc alan) arasında bağlanmış 13.08.2015-ci il tarixli ipoteka müqaviləsinin və Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,0 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsinə dair "xxxx" ASC (ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi (borc alan) arasında bağlanmış 13.08.2015-ci il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi və ******* (üç milyon səkkiz min altı yüz altmış) manat vəsaitin "xxxx" ASC-dən tutulub "xxxx" KTMİEM-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh1, Z.M.Mahmudovun, N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia tələbi onunla əsaslandırmışlar ki, "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 28.03.2012-ci il tarixli 038/F saylı kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən müqavilə 60 ay müddətinə bağlanılır və bitmə vaxtınadək - 28.03.2017ci il tarixədək borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə ödənilməlidir. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 29.10.2012-ci il tarixli 178/F saylı kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən müqavilə 120 ay müddətinə bağlanılır və bitmə vaxtınadək - 29.10.2022-ci il tarixədək borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə ödənilməlidir. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 12.08.2015-ci il tarixli 061/F saylı kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən müqavilə 84 ay müddətinə bağlanılır və bitmə vaxtınadək - 12.08.2022-ci il tarixədək borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə ödənilməlidir. "xxxx" ASC ilə fərdi sahibkar Cavabdeh1 arasında bağlanmış 24.11.2015-ci il tarixli 086/KTN saylı kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən müqavilə 60 ay müddətinə bağlanılır və bitmə vaxtınadək - 24.11.2020-ci il tarixədək borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə ödənilməlidir. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 08.06.2016-cı il tarixli 130/KTN saylı kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən müqavilə 60 ay müddətinə bağlanılır və bitmə vaxtınadək - 08.06.2021-ci il tarixədək borcun məbləği və ona hesablanmış faizlər borc alan tərəfindən borc verənə ödənilməlidir. Müqavilələrin şərtlərindən göründüyü kimi, 29.10.2012-ci il tarixli 178/F saylı, 12.08.2015-ci il tarixli 061/F saylı, 24.11.2015-ci il tarixli 086/KTN saylı və 08.06.2016-cı il tarixli 130/KTN saylı kredit müqavilələrinin qüvvədə olma müddətləri, müvafiq olaraq 29.10.2022-ci il, 12.08.2022-ci il, 24.11.2020-ci il və 08.06.2021-ci il tarixədək müəyyən edilmişdir. Həmin müqavilələrin vaxtından əvvəl ləğv edilməsi üçün heç bir əsas mövcud deyil. İddia tələbinin kredit müqavilələri üzrə əsas borcun, faizlərin və dəbbə pulunun ödənilməsi, tələbin ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsi hissələri rədd edilməlidir. Həmçinin müqavilələr qüvvədə olduğu üçün və müqavilələrə əlavə edilmiş ödəniş cədvəllərindən görünür ki, müqavilələr üzrə öhdəliklərin icrası müddəti bitməmişdir. Bəzi müqavilələrdə, hətta, güzəşt müddəti bitməmişdir. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 29.10.2012-ci il tarixli 178/F saylı kredit müqaviləsinə əsasən 65.0000 (altmış beş min) manat kredit 06.12.2012-ci il tarixdən verilmiş, müqavilə üzrə güzəşt müddəti 60 ay müəyyən edilmiş, kreditin qaytarılmasının 61-ci aydan başlayaraq həyata keçirilməsi barədə razılıq əldə edilmişdir. Yəni həmin müqavilə üzrə əsas məbləğin qaytarılması öhdəliyi 2019-cu ilin yanvar ayından başlamalıdır. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 12.08.2015-ci il tarixli 061/F saylı kredit müqaviləsinə əsasən ******* (bir milyon beş yüz min) manat kredit 14.08.2015-ci il tarixdən verilmiş, müqavilə üzrə güzəşt müddəti 42 ay müəyyən edilmiş, kreditin qaytarılmasının 43-cü aydan başlayaraq həyata keçirilməsi barədə razılıq əldə edilmişdir. Yəni həmin müqavilə üzrə əsas məbləğin qaytarılması öhdəliyi 2019-cu ilin mart ayından başlamalıdır. "xxxx" ASC ilə fərdi sahibkar Cavabdeh1 arasında bağlanmış 24.11.2015-ci il tarixli 086/KTN saylı kredit müqaviləsinə əsasən 494000 (dörd yüz doxsan dörd min) manat kredit 24.11.2015-ci il tarixdən verilmiş, müqavilə üzrə güzəşt müddəti 24 ay müəyyən edilmiş, kreditin qaytarılmasının 25-ci aydan başlayaraq həyata keçirilməsi barədə razılıq əldə edilmişdir. Yəni həmin müqavilə üzrə əsas məbləğin qaytarılması öhdəliyi 2017-ci ilin dekabr ayından başlamalıdır. "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 08.06.2016-cı il tarixli 130/KTN saylı kredit müqaviləsinə əsasən 495000 (dörd yüz doxsan beş min) manat kredit 08.06.2016-cı il tarixdən verilmiş, müqavilə üzrə güzəşt müddəti 24 ay müəyyən edilmiş, kreditin qaytarılmasının 25-ci aydan başlayaraq həyata keçirilməsi barədə razılıq əldə edilmişdir. Yəni həmin müqavilə üzrə əsas məbləğin qaytarılması öhdəliyi 2018-ci ilin iyul ayından başlamalıdır. Göründüyü kimi ləğv edilməsi tələb olunan 4 müqavilədən 3-ü üzrə güzəşt müddəti başa çatmamış və əsas borc üzrə öhdəliyin icrasının axımı başlamamışdır. 24.11.2015-ci il tarixli 086/KTN saylı kredit müqaviləsi üzrə isə əsas borc üzrə öhdəliyin ödəniş cədvəlinə uyğun olaraq hissə-hissə icrası cəmi 5 aydır ki, başlanmışdır. Bank tərəfindən beş kredit müqaviləsi üzrə ümumilikdə89136 (səkkiz yüz səksən doqquz min yüz otuz altı) manat 09 qəpik dəbbə pulu hesablanmışdır. İlkin iddia ərizəsi ilə ödənilməsi tələb olunan dəbbə pulu, ödəmə müddəti çatmış və çatmamış əsas borc öhdəliyinə, hətta, əsas borc öhdəlikləri bitmiş kredit müqavilələri üzrə faiz borclarına da hesablanmışdır. İddiaçı "xxxx" ASC tərəfindən icra müddəti çatmamış öhdəliklərə görə tənasübsüz surətdə yüksək məbləğdə hesablanmış dəbbə pulunun əsası yoxdur. Həmin məbləğdə dəbbə pulu mülki qanunvericiliyin xarakterinə və işgüzar adətlərə uyğun deyildir. Bu səbəbdən dəbbə puluna dair tələb tamamilə rədd edilməlidir. Göstərilən kredit müqavilələri üzrə bu günədək əsas borcdan 4 015000 (dörd milyon on beş min manat), faiz borcundan 1 697840 (bir milyon altı yüz doxsan yeddi min səkkiz yüz qırx) manat, cəmi 5 712840 (beş milyon yeddi yüz on iki min səkkiz yüz qırx) manat ödənilmişdir. Hal-hazırki günə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə 061/F saylı kredit müqaviləsi üzrə əsas borcdan vaxtı çatmış öhdəliyi yoxdur, faiz borcu 238500 (iki yüz otuz səkkiz min beş yüz) manat təşkil edir. Hal-hazırki günə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə 038/F saylı kredit müqaviləsi üzrə əsas borcu bağlanmışdır, faiz borcu 59023 (əlli doqquz min iyirmi üç) manat təşkil edir. Hal-hazırki günə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASCyə 0178/F saylı kredit müqaviləsi üzrə əsas borc üzrə vaxtı çatmış öhdəliyi 333333 (üç yüz otuz üç min üç yüz otuz üç) manat 50 qəpik, faiz borcu 1 297 612 (bir milyon iki yüz doxsan yeddi min altı yüz on iki) manat 67 qəpik təşkil edir. Hal-hazırki günə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə 130/KTN saylı kredit müqaviləsi üzrə əsas borcdan vaxtı çatmış öhdəliyi yoxdur, faiz borcu 63140 (altmış üç min yüz qırx) manat təşkil edir. 061/F və 130/KTN saylı kredit müqavilələri üzrə əsas borc olmadığı halda faiz borcunun olmağı ziddiyyətli məqamdır. Çünki bank fəaliyyətini tənzimləyən qanunvericiliyə əsasən ödənilən vəsait birinci növbədə faiz borcunun, sonra isə dəbbə pulunun ödənilməsinə yönəldilir. Hal-hazırki günə fərdi sahibkar Cavabdeh1 "xxxx" ASC-yə 086/KTN saylı kredit müqaviləsi üzrə əsas borc üzrə vaxtı çatmış öhdəliyi 54 888 (əlli dörd min səkkiz yüz səksən səkkiz) manat 80 qəpik, faiz borcu 82 848 (səksən iki min səkkiz yüz qırx səkkiz) manat təşkil edir. Həmin borc məbləği iddiaçının cavabdehlər "xxxx" KYMİEM və fərdi sahibkar Cavabdeh1 qarşı qanunsuz və təqsirli davranışları səbəbindən yaranmışdır. Şərh olunanlardan aydın olur ki, iddia tələbinin müqavilələrin ləğv edilməsi və öhdəliyin vaxtından əvvəl icrası ilə bağlı hissəsi də əsassızdır və mülki qanunvericiliyin prinsiplərinə uyğun gəlmir. Öhdəliyin vaxtından əvvəl icrası ilə bağlı tələblər əsaslı olmadıqları üçün, borc tələbin ipoteka predmetləri olan daşınmaz əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması, satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması barədə iddia tələbləri də əsassızdır və təmin olunmamalıdır. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən istifadədə olan 3,0 ha torpaq sahəsinin üzərindəki 5617,5 kv.metr, ümumi, 3722 kv.metr əsas, 1895,5 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi, "xxxx" ASC(ipoteka saxlayan), Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (ipoteka qoyanlar) və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi (borc alan) arasında bağlanmış 15.11.2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,0 ha torpaq sahəsi, "xxxx" ASC(ipoteka saxlayan), Cavabdeh1 (ipoteka qoyan) və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi (borc alan) arasında bağlanmış 13.08.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,0 ha torpaq sahəsi, "xxxx" ASC(ipoteka saxlayan), Cavabdeh4 (ipoteka qoyan) və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi (borc alan) arasında bağlanmış 13.08.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. İddia tələbinin yönəldilməsi tələb olunan ipoteka predmetlərinin dəyəri, bankın cavabdehlərə qarşı irəli sürdüyü tələbin həcmindən xeyli artıqdır. Belə ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən Cavabdeh1 və Cavabdeh4 mülkiyyətində olan cəmi 6,0 ha torpaq sahəsində inşa edilmiş “Xəzər” damazlıq broyler quşçuluq fabrikinin 15.01.2014-cü il tarixə real bazar dəyəri “Azintellektservis” Konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən verilmiş 15.01.2014-cü il tarixli AİS-009 saylı rəyə və qiymətləndirmə hesabatına əsasən 10 574000 (on milyon beş yüz yetmiş dörd min) manat təşkil edir. Abşeron rayonu Ceyranbatan qəsəsində yerləşən "xxxx" KTMİEM-nə məxsus quşçuluq təsərrüfatı müəssisəsinin 12.11.2014-cü il tarixə olan real bazar dəyəri, “Azintellektservis” Konsaltinq və qiymətləndirmə şirkəti tərəfindən verilmiş 12.11.2014-cü il tarixli AİS-5869 saylı rəyə və qiymətləndirmə hesabatına əsasən 8 295 000 (səkkiz milyon iki yüz doxsan beş min) manat təşkil edir. Beləliklə tələbin yönəldilməsi iddia olunan daşınmaz əmlakların cəmi dəyəri 18 869 000 (on səkkiz milyon səkkiz yüz altmış doqquz min) manat təşkil edir ki, bu məbləğ cavabdehlərin banka olan borclarından dəfələrlə artıqdır. Halhazırda həmin əmlaklardan birinin ipotekada qalması, cavabdehlərin iddiaçıya borcunun təminatı üçün kifayətdir. Bu səbəbdən hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,0 ha torpaq sahəsi və Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3,0 ha torpaq sahəsi ipotekadan azad edilməli və həmin əmlakların ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqavilələri ləğv edilməlidir. Cavabdehlər "xxxx" KTMİEM və fərdi sahibkar Cavabdeh1 iddiaçıya borcları, iddiaçı "xxxx" ASC-nin təqsiri üzündən yaranmışdır. Belə ki, "xxxx" ASC tərəfindən dəfələrlə, Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin həmin bankda açılmış hesablaşma hesabına daxil olan vəsaitlər, müştərinin ödəniş tapşırığı olmadan özbaşına olaraq kreditlər üzrə öhdəliklərə silinmişdir. Nəticədə müəssisənin dövriyə vəsaitləri formalaşmamış, istehsal gücü dəfələrlə aşağı düşmüş və rentabelliyi əhəmiyyətli dərəcədə azalmışdır. Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-də açılmış 506162 H/H AZ33MUGA**********00057AZM00 saylı bank hesabından çıxarışdan görünür ki, həmin hesaba, tərəflər arasında bağlanmış 12.08.2015-ci il tarixli 061/F saylı kredit müqaviləsinə əsasən 1 500 000 (bir milyon beş yüz min) manat vəsait daxil olmuş, həmin vəsaitdən 225 000 (iki yüz iyirmi beş min) manatı kredit üzrə borcun ödənilməsinə yönəldilmişdir. Halbuki bu barədə müəssisənin sərəncamı (ödəniş tapşırığı) banka daxil olmamışdır. Halbuki 12.08.2015-ci il tarixli 061/F saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən müqavilənin 1.2-ci bəndində ayrılmış kredit məbləği borc alanın “Abşeron rayonu, Məmmədli kəndində mövcud olan quşçuluq təsərrüfatı fəaliyyətinin təşkili və damazlıq yumurtalarının istehsalı” yönümlü investisiya layihəsinə əsasən avadanlıqların və dövriyyə vəsaitlərinin alınması üçün nəzərdə tutulmuşdur. Lakin yuxarıda göstərildiyi kimi bank tərəfindən kredit məbləğinin təyinatı üzrə xərclənməsinə maneə yaradılmışdır. "xxxx" ASC-nin bu kimi qanunsuz hərəkətlərə yol verməməsi barədə"xxxx" KTMİEM tərəfindən bankın rəhbərliyinə 29.12.2016-cı il tarixli 34 saylı və 16.08.2017-ci il tarixli məktublarla müraciət olunmuş, dövriyyə vəsaitlərinə xərclənməli olan və müəssisənin fəaliyyəti üçün zəruri olan pul vəsaitlərinin müəssisənin sərəncamı olmadan digər təyinat üzrə köçürülməməsi xahiş olunmuşdur. Bank tərəfindən müştərinin mülkiyyətində olan pul vəsaitlərinə özbaşına sərəncam verməsi mülki qanunvericiliyin prinsiplərinə ziddir. "xxxx" KTMİEM-nin mülkiyyətinə keçmiş pul vəsaitlərinin, onun iradə sərbəstliyinə zidd olaraq başqa hesablara köçürülməsi, yuxarıda göstərilən prinsiplərin kobud pozulması kimi qiymətləndirilməlidir. Göstərilən əsaslardan 12.08.2015-ci il tarixdə "xxxx" ASC tərəfindən qanunsuz tutulmuş 225000 (iki yüz iyirmi beş min) manat vəsait, 2015-ci ilin avqust ayından bu günədək olan dövr üçün faizlər və vurulmuş zərərlə birlikdə təyinatı üzrə xərclənməsi və müəssisənin rentabelliyinin yüksəldilməsi üçün "xxxx" KTMİEM-nin hesablaşma hesabına qaytarılmalıdır. 2015, 2016 və 2017-ci illər üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi illik 13 % təşkil edir. 3 illik dövr üçün 225000 manatın faiz ödənişi 39%, yəni 87750 (səksən yeddi min yeddi yüz əlli) manat təşkil edir. 225000 (iki yüz iyirmi beş min) manat "xxxx" ASC tərəfindən qanunsuz olaraq tutulmasaydı, "xxxx" KTMİEM 3 il ərzində adi mülki dövriyyə şəraitində 150000 (yüz əlli min) manat əldə edə bilərdi. Beləliklə "xxxx" ASC tərəfindən "xxxx" KTMİEM-nə cəmi 462750 (dörd yüz altmış iki min yeddi yüz əlli) manat qaytarılmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsi 02 oktyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 vəkili N.Ə.Eldarova apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi A.N.İmamverdiyev apellyasiya şikayətinə etiraz edib, birinci instnsiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada ilk iddia üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, lakin aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən əmlak kompleksinin K/M saylı, 026/KTN saylı, 10 aprel 2008ci il tarixli kredit müqaviləsi üzrə 08.05.2008-ci il tarixdən 5 il müddətinə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 15.05.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində 30.11.2010-cu il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. "xxxx" ASC və borc alan Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 038/F saylı, 28 mart 2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən damazlıq yumurta istehsalı sahəsinin təşkil olunması yönümlü layihəsinə əsasən avadanlıqların alınması məqsədləri üçün borcalana Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6% dərəcəsi ilə, 5 il müddətinə 30 ay güzəşt müddəti olmaqla 500 000 (beş yüz min) manat məbləğində krediti verməyi öhdəsinə götürümüşdür. "xxxx" ASC tərəfindən verilmiş M/03-5697 saylı, 05 aprel 2018-ci il tarixli arayışdan görünür ki, 28.03.2012-ci il tarixli, 038/F saylı kredit müqaviləsinə əsasən "xxxx" X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə 04.04.2018-ci il tarixə cəmi borcu 108 115.15 manat (bir yüz səkkiz min bir yüz on beş manat), o cümlədən 59 023.15 manat (əlli doqquz min iyirmi üç manat, 15 qəpik) faiz borcu, 49 092 manat (qırx doqquz min doxsan iki manat) dəbbə pulu təşkil edir. Borc verən "xxxx" ASC ilə borc alan Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 178/F saylı, 29 oktyabr 2012-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən damazlıq yumurta istehsalı sahəsinin təşkil olunması əlavə yönümlü layihəsinə əsasən tikinti işlərinin həyata keçirilməsi və avadanlıqların alınması, xammalın alınması və cari ödəmələr məqsədləri üçün borcalana Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 % ilə, 10 il müddətinə, 60 ay güzəşt müddəti olmaqla 4 000 000 (dörd milyon) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyanlar Cavabdeh3, Cavabdeh2, Cavabdeh1, Cavabdeh1, Cavabdeh2 və borclana N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında 15 noyabr 2012-ci il tarixdə bağlanmış “08 may 2008-ci il tarixli ipoteka müqaviləsinə 2 saylı əlavədən görünür ki, borcalanın ipotekasaxlayanın qarşısında əsas öhdəliyinin icrasının təmini məqsədilə MH seriyalı, ******* saylı Çıxarışla ipoteka verənlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 mülkiyyətində olan Cavabdeh1 icarəsində olan 3.0 ha torpaq sahəsində yerləşən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus olan Abşeron rayonu, Ceyranbatan qəsəbəsində istifadədə olan 5617,5 kv.metr, ümumi 3722 kv.metr əsas, 1895,5 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksi təkrar ipotekaya qoyulmuşdur. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyanlar Cavabdeh1, X13 arasında bağlanmış 04 fevral 2011-ci il tarixli 049/F saylı ipoteka müqaviləsinə 29 oktyabr 2012-ci il tarixli 1 saylı əlavədən görünür ki, borc verən ilə borc alan arasında bağlanmış 29 oktyabr 2012-ci il tarixli 178/F saylı kredit müqaviləsi üzrə öhdəliyinin icrasının təmini məqsədilə MA seriyalı ******* saylı Çıxarışa əsasən X10 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və MA seriyalı ******* saylı Çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipotekaya qoyulmuşdur. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyanlar Cavabdeh4 və borc alan Cavabdeh1, Cavabdeh2 və Y.N.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 06 mart 2013-cü il tarixli 178/F saylı ipoteka müqaviləsindən görünür ki, borc verən ilə borc alan arasında bağlanmış 18 avqust 2010-cu il tarixli, 049 F saylı, 14 iyul 2011-ci il tarixli 167/F saylı, 28 mart 2012-ci il tarixli 038/F saylı və 29 oktyabr 2012-ci il tarixli 178/F saylı kredit müqavilələri üzrə öhdəliklərin icrasının təmini məqsədilə RX seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh4 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipotekaya qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 04.12.2012-ci il tarixdə Cavabdeh4 adına 149 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh4 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 29.10.2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsi üzrə 29.10.2012-ci il tarixdən 29.10.2022-ci il tarixədək "xxxx" ASC-də ipoteka ilə yüklü edilməsi 13.03.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh4 əri X14 tərəfindən verilmiş 13 avqust 20105-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, ərizəçi Cavabdeh4 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsinin banka ipotekaya qoyulmasına etiraz etməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3 ha torpaq sahəsinin 29.10.2012-ci ildən başlayaraq 10 il müddətinə 29.10.2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-nin xeyrinə yüklü edilməsi barədə 06.11.2012-ci il tarixdə ipotekanın əlavə qeydiyyatı aparılmışdır. "xxxx" ASC tərəfindən verilmiş M/03-5698 saylı, 05 aprel 2018-ci il tarixli arayışdan görünür ki, 29.10.2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsinə əsasən "xxxx" X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə 04.04.2018-ci il tarixə cəmi borcu 4 819 428.46 manat (dörd milyon səkkiz yüz on doqquz min dörd yüz iyirmi səkkiz manat. 46 qəpik), o cümlədən 3 985 000 manat (üç milyon doqquz yüz səksən beş min manat) kredit borcu, 404 217.06 (dörd yüz min iki yüz on yeddi manat, 06 qəpik) faiz borcu, 430 211.4 manat (dörd yüz otuz min iki yüz on bir manat.4 qəpik) dəbbə pulu təşkil edir. İşdə olan borc verən "xxxx" ASC ilə borc alan Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 061/F saylı, 12 avqust 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən Abşeron rayonu, Məmmədli kəndində mövcud olan quşçuluq təsərrüfatı fəaliyyətinin təşkili və damazlıq yumurtalarının istehsalı yönümlü investisiya layihəsinə əsasən avadanlıqların və dövriyyə vəsaitlərinin alınması məqsədləri üçün borcalana Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına illik 6 % ilə, 7 il müddətinə, 42 ay güzəşt müddəti olmaqla 1 500 000 (bir milyon beş yüz min) manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. "xxxx" ASC və ipoteka qoyan Cavabdeh1 və borc alan Cavabdeh1, Cavabdeh2 və borclana N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 13 avqust 2015-ci il tarixli 061/F saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Cavabdeh1 MA seriyalı, ******* saylı Çıxarışa əsasən xüsusi mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3 ha torpaq sahəsini Cavabdeh1, Cavabdeh2 və borclana N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin 12 avqust 2015-ci il tarixli 061/F saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini məqsədilə ipotekaya qoymuşdur. "xxxx" ASC tərəfindən verilmiş M/03-5696 saylı, 05 aprel 2018-ci il tarixli arayışdan görünür ki, 12.08.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsinə əsasən "xxxx" X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə 04.04.2018-ci il tarixə cəmi borcu 1 977 175.37 manat (bir milyon doqquz yüz yetmiş yeddi min bir yüz yetmiş beş manat. 37 qəpik), o cümlədən 1 500 000 (bir milyon beş yüz min manat) kredit borcu, 205 487.87 manat (iki yüz beş min dörd yüz səksən yeddi manat. 87 qəpik) faiz borcu, 271 687,5 (iki yüz yetmiş bir min altı yüz səksən yeddi manat. 5 qəpik) dəbbə pulu təşkil edir. "xxxx" ASC və borc alan Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 130/KTN saylı, 08 iyun 2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borcverən Abşeron rayonunda quşçuluq təsərrüfatının genişləndirilməsi yönümlü investisiya layihəsinə əsasən tikinti işlərinin görülməsi və avadanlıqların alınması məqsədi üçün borcalana Kənd X1 Gücləndirilməsi Layihəsinin vəsaiti hesabına üzən faiz dərəcəsi ilə hesablanmaq şərti ilə illik 7% (Azərbaycan Mərkəzi Bankının 01.01.2016-cı il tarixinə olan uçot faiz dərəcəsi üstəgəl 4% bank marjası), 60 ay müddətinə, 24 ay güzəşt müddəti olmaqla 494 000 (dörd yüz doxsan dörd min) manat məbləğində krediti verməyi öhdəsinə götürümüşdür. İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan Cavabdeh1 və borc alan Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında 08 iyun 2016-cı il tarixdə bağlanmış 04.02.2011-ci il tarixli, 049/FN saylı ipoteka müqaviləsinə 2 saylı əlavədən görünür ki, borc verən ilə borc alan arasında bağlanmış 08 iyun 2016-cı il tarixli, 130/KTN saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini məqsədilə MA seriyalı, ******* saylı Çıxarışa əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. X5 tərəfindən verilmiş 08 iyun 2016-cı il tarixli ərizədən görünür ki, 08 iyun 2016-cı il tarixli əlavənin təminatı üçün Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndinə yerləşən 3 ha torpaq sahəsinin "xxxx" ASC-yə təkrar ipotekaya qoyulmasına etiraz etməmişdir. "xxxx" ASC tərəfindən verilmiş M/03-5700 saylı, 05 aprel 2018-ci il tarixli arayışdan görünür ki, 04.04.2018-ci il tarixli, 130/KTN saylı kredit müqaviləsinə əsasən "xxxx" X3 İstehsalı və Emalı Müəssisəsinin "xxxx" ASC-yə 04.04.2018-ci il tarixə cəmi borcu 606 187.94 manat (altı yüz altı min yüz səksən yeddi manat. 94 qəpik) , o cümlədən 495 000 (dörd yüz doxsan beş min) kredit borcu, 61 162 (altmış bir min yüz altmış iki) manat faiz borcu, 50 025.94 (əlli min iyirmi beş manat. 94 qəpik) manat dəbbə pulu təşkil edir. Borc verən "xxxx" ASC ilə borc alan Cavabdeh1 arasında bağlanmış 086/KTN saylı, 24 noyabr 2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən Abşeron rayonu Məmmədli kəndində damazlıq yumurta istehsalının genişləndirilməsi məqsədi üçün borcalana Kənd X1 Gücləndirilməsi Layihəsinin vəsaiti hesabına üzən faiz dərəcəsi ilə hesablanmaq şərti ilə illik 7%(Azərbaycan Mərkəzi Bankının 01.01.2016-cı il tarixinə olan uçot faiz dərəcəsi üstəgəl 4% bank marjası), 60 ay müddətinə 24 ay güzəşt müddəti olmaqla 494000 (dörd min doxsan dörd min) manat məbləğində krediti verməyi öhdəsinə götürümüşdür. İpoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan və borc alan Cavabdeh1 arasında bağlanmış 086/KTN saylı, 24 noyabr 2015-ci il tarixli sonrakı ipoteka müqaviləsindən görünür ki, borc verən ilə borc alan arasında bağlanmış 24 noyabr 2015-ci il tarixli 086/KTN saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmini məqsədilə MA seriyalı, ******* saylı çıxarışa əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu Məmmədli kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini banka ipotekaya qoyulmuşdur. "xxxx" ASC tərəfindən verilmiş M/03-5699 saylı, 05 aprel 2018-ci il tarixli arayışdan görünür ki, 24.11.2015-ci il tarixli, 086/KTN saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" ASC-yə 04.04.2018-ci il tarixə cəmi borcu 663 657.09 manat (altı yüz altmış üç min altı yüz əlli yeddi manat. 09 qəpik), o cümlədən 494 000 (dörd yüz doxsan dörd min) kredit borcu, 81 536.49 (səksən bir min beş yüz otuz altı manat, 49 qəpik) manat faiz borcu, 88 120.6 (səksən səkkiz min bir yüz iyirmi manat. 6 qəpik) manat dəbbə pulu təşkil edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi 12.08.22015-12.08.2022-ci il tarixədək 061/F saylı kredit müqaviləsi üzrə "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində 14.08.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məxsus Abşeron rayonu Ceyranbatan qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə 29.10.201229.10.2022-ci il tarixədək 178/F saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində 19.11.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi 29.10.2012-ci il tarixdən 10 il müddətinə 178/F saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində 06.11.2012-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh4 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi 12.08.2015-12.08.2020-ci il tarixədək 061/F saylı kredit müqaviləsi üzrə "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində 14.08.2015-ci il tarixdə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi 24.11.2015-24.11.2020-ci il tarixədək 086/KTN saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində 149 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində 25.11.2015-ci il tarixdə qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərdən görünür ki, bank tərəfindən borcalan və ipoteka qoyan şəxslərə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin 5 iş günü ərzində icra edilməsi, əks halda ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə verilmiş 02.03.2018-ci il tarixli, **********62 saylı məktubdan görünür ki, ərizə əsasında Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə verilmiş 02.03.2018-ci il tarixli, **********61 saylı məktubdan görünür ki, ərizə əsasında Cavabdeh4 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə verilmiş 02.03.2018-ci il tarixli, **********600 saylı məktubdan görünür ki, ərizə əsasında Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu Ceyranbanat qəsəbəsində yerləşən əmlak kompleksi kimi müəssisə üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə verilmiş 02.03.2018-ci il tarixli, **********69 saylı məktubdan görünür ki, ərizə əsasında Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə verilmiş 02.03.2018-ci il tarixli, **********13 saylı məktubdan görünür ki, ərizə əsasında Cavabdeh4 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən "xxxx" ASC-yə verilmiş 02.03.2018-ci il tarixli, **********15 saylı məktubdan görünür ki, ərizə əsasında Cavabdeh1 məxsus Abşeron rayonu Məmmədli kəndində yerləşən 3 ha torpaq sahəsi üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19358 saylı, 02.05.2019-cu il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən "xxxx" KTMİEM və "xxxx" ASC arasında bağlanmış 12.05.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu 01.05.2018-ci il tarixə əsas kredit borcu 1.500.000,00 manat, faiz borcu 212.237,87 manat, "xxxx" KTMİEM ilə "xxxx" ASC arasında bağlanmış 29.10.2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu 01.05.2018- ci il tarixə əsas kredit borcu 4.000.000,00 manat, faiz borcu 358.736,69 manat, "xxxx" KTMİEM ilə "xxxx" ASC arasında bağlanmış 08.06.2016-cı il tarixli, 130/KTN saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu 01.05.2018-ci il tarixə əsas kredit borcu 495.000,00 manat, faiz borcu 63.724,75 manat, "xxxx" KTMİEM ilə "xxxx" ASC arasında bağlanmış 24.11.2015-ci il tarixli, 086/KTN saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu 01.05.2018-ci il tarixə əsas kredit borcu 494.000,00 manat, faiz borcu 84.129,98 manat müəyyən olunmuşdur. 12.08.2015-ci il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" KTMİEM-dən tutulmuş 1.000.000 (bir milyon) manat vəsaitə görə 12.08.2015-ci il tarixdən 10.07.2018-ci il tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi illik 13% uçot dərəcəsi nəzərə alınmaqla 378.444,44 manat məbləğində faiz hesablanır. 08.06.2016-cı il tarixdə "xxxx" ASC tərəfindən "xxxx" KTMİEMdən tutulmuş 491.000,00 (dörd yüz doxsan bir min) manat vəsaitə görə 08.06.2016-cı il tarixdən 10.07.2018-ci il tarixədək Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi illik 13% uçot dərəcəsi nəzərə alınmaqla 133.333,78 manat məbləğində faiz hesablanır. Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsinə uyğun olaraq, "xxxx" ASC tərəfindən tutulmuş 1.000.000,00 (bir milyon) manat üçün 12.08.2015-ci il tarixdən 10.07.2018-ci il tarixədək 316.722,22 manat məbləğində faiz, 491.000,00 (dörd yüz doxsan bir min) manat üçün 08.06.2016-cı il tarixdən 10.07.2018-ci il tarixədək 137.752,78 manat məbləğində faiz hesablanır. Ekspertiza tədqiqatının dəyəri 580 (beş yüz səksən) manat təşkil edir. “X11” MMC tərəfindən verilmiş 028/19 saylı, 12 mart 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 2 226000 (iki milyon iki yüz iyirmi altı min) manat təşkil edir. Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 2 226000 (iki milyon iki yüz iyirmi altı min) manat təşkil edir. “X11” MMC tərəfindən verilmiş 029/19 saylı, 13 mart 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin hazırki dövrə olan orta bazar qiyməti 8 500000 (səkkiz milyon beş yüz min) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2021-ci il tarixli, 9/2311 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən "xxxx" KTMİEM və "xxxx" ASC arasında bağlanmış 12.08.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu 01 may 2018-ci il tarixə əsas borcu 1.500.000 manat və faiz borcu 212.237,87 manat, 29 oktyabr 2012-ci il tarixli, 178/F saylı kredit müqviləsi üzrə 01 may 2018-ci il tarixə əsas borcu 4.000.000 manat və faiz borcu 358.736,69 manat, 08.06.2016-cı il tarixli, 130/KTN saylı kredit müqaviləsi üzrə 01 may 2018-ci il tarixə əsas borcu 495.000 manat və faiz borcu 63.724,75 manat, 24 noyabr 2015-ci il tarixli, 086/KTN saylı kredit müqaviləsi üzrə 01 may 2018-ci il tarixə əsas borcu 494.000 manat və faiz borcu 84.129,97 manat təşkil edir. “PATRON-L MMC”-nin 16 may 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 2.492.000 (iki milyon dörd yüz doxsan iki min) manat və likvid dəyəri 2.367.000 (iki milyon üç yüz altmış yeddi min) manat təşkil edir. Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə olan orta bazar qiyməti 2.492.000 (iki milyon dörd yüz doxsan iki min) manat və likvid dəyəri 2.367.000 (iki milyon üç yüz altmış yeddi min) manat təşkil edir. “PATRON-L MMC”-nin 16 may 2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin hazırki dövrə olan orta bazar qiyməti 9.150.000 (doqquz milyon yüz əlli min) manat və likvid dəyəri 8.880.000 (səkkiz milyon səkkiz yüz səksən min) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İş materiallarından göründüyü kimi iddiaçı "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 29 oktyabr 2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsi,iddiaçı "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 12 avqust 2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.11.2015-ci il tarixli, 086/F saylı kredit müqaviləsi və iddiaçı "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 08 iyun 2016-cı il tarixli, 130/KTN saylı kredit müqaviləsi üzrə bankdan tələb olunan məbləğdə pul götürmüşlər və borc götürən zaman imzaladıqları kredit müqavilələrinə əsasən həmin məbləğləri qaytarmağı öhdələrinə götürmüşlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, borclu Cavabdeh1, Cavabdeh2 və Y.N.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin 29 oktyabr 2012-ci il tarixli, 178/F saylı, 12 avqust 2015-ci il tarixli, 061/F saylı və 08 iyun 2016-cı il tarixli, 130/KTN saylı kredit müqavilələri üzrə, borclu Cavabdeh1 24.11.2015-ci il tarixli, 086/F saylı kredit müqaviləsi üzrə bank qarşısında öhdəlikləri yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2021-ci il tarixli, 9/2311 saylı təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyinə əsasən "xxxx" KTMİEM və "xxxx" ASC arasında bağlanmış 12.08.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu 01 may 2018-ci il tarixə əsas borcu 1.500.000 manat və faiz borcu 212.237,87 manat, 29 oktyabr 2012-ci il tarixli, 178/F saylı kredit müqviləsi üzrə 01 may 2018ci il tarixə əsas borcu 4.000.000 manat və faiz borcu 358.736,69 manat, 08.06.2016-cı il tarixli, 130/KTN saylı kredit müqaviləsi üzrə 01 may 2018-ci il tarixə əsas borcu 495.000 manat və faiz borcu 63.724,75 manat, 24 noyabr 2015-ci il tarixli, 086/KTN saylı kredit müqaviləsi üzrə 01 may 2018-ci il tarixə əsas borcu 494.000 manat və faiz borcu 84.129,97 manat təşkil edir. Göründüyü kimi ekspertin "xxxx" KTMİEM və "xxxx" ASC arasında bağlanmış 12.08.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit üzrə faiz borcu 212.237,87 manat, 08.06.2016-cı il tarixli, 130/KTN saylı kredit müqaviləsi üzrə faiz borcu 63.724,75 manat, 24 noyabr 2015-ci il tarixli, 086/KTN saylı kredit müqaviləsi üzrə faiz borcu 84.129,97 manat məbləğləri iddiaçının tələb etdiyi məbləğdən yüksək olduğu üçün qeyd olunan müqavilələr üzrə faiz borc dəyişdirilmədən iddiaçının tələb etdiyi məbləğdə, müəyyən edilməlidir. Əks təqdirdə ekspertin rəyi ilə əsas borc hissəsində razılaşan məhkəmə kollegiyası iddia tələbindən kənara çıxmış olar. Bu isə məhkəmə kollegiyasının qənaətinə görə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərinə zidd olardı. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqavilələri üzrə tələb edilən əsas və faiz borcu hissələrində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi iddiaçı "xxxx" ASC-nin 29 oktyabr 2012-ci il tarixli, 178/F saylı kredit müaviləsinə əsasən hesablanmış dəbbə pulunu azaltmaqla 43.021,14 manat, 12 avqust 2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunu azaltmaqla 27.168,75 manat, 08 iyun 2016-cı il tarixli, 130/KTN saylı kredit müqaviləsi üzrə hesablanmış dəbbə pulunu azaltmaqla 5.002,594 manat və 24.11.2015-ci il tarixli, 086/F saylı kredit müqavilə üzrə hesablanmış dəbbə pulunu azaltmaqla 8.812,06 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan qaydada cərimə borcunun müəyyən edilməsi qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İddia ərizəsi üzrə tələb edilən borc məbləğinin ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi və Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksə yönəldilməsi barədə nəticəyə hüquqi münasibət bildirən birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəliklərə dair ipoteka predmeti olan əmlakın Bank qarşısında öhdəliklərin icrası kimi qəbul edərək həmin münasibətlərin tənzimlənməsini əsaslandıran halları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1; 269.4; 270.1; 276.1; 297; 298; 317; 319.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33; 34; 39.3.3, 41.2, 47.5, 49 və 59.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Həmin Məcəllənin 269.4-cü maddəsinə əsasən İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.6-cı maddəsinə əsasən Əşyaya girov və ipoteka hüququ əşyaya mülkiyyət hüququna aid olan hər şeyə şamil edilir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İş materiallarından göründüyü kimi iş üzrə tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün iş üzrə məhkəmə qiymətləndirmə ekspertizaları təyin edilmiş, ipoteka predmeti olan əmlakların orta bazar qiyməti müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə “PATRON-L MMC”-nin 16 may 2021-ci il tarixli qiymətləndirmə hesabatlarında olan əmlakların dəyərinin reallığını özünə əks etdirdiyinə görə, həmin rəylər əsas götürülməklə digər rəylərə tənqidi yanaşaraq Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə likvid dəyəri 2.367.000 (iki milyon üç yüz altmış yeddi min) manat, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə likvid dəyəri 2.367.000 (iki milyon üç yüz altmış yeddi min) manat, və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin hazırki dövrə likvid dəyəri 8.880.000 (səkkiz milyon səkkiz yüz səksən min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə məhkəmə qətnaməsi apelyasiya qaydasında dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi – «ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin ilkin satış qiyməti 2 226 000 (iki milyon iki yüz iyirmi altı min) manat, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin ilkin satış qiyməti 2 226 000 (iki milyon iki yüz iyirmi altı min) manat və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 8 500 000 (səkkiz milyon beş yüz min) manat məbləğində müəyyən edilsin» hissəsində dəyişdirilib, Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə likvid dəyəri 2.367.000 (iki milyon üç yüz altmış yeddi min) manat, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə likvid dəyəri 2.367.000 (iki milyon üç yüz altmış yeddi min) manat, və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin hazırki dövrə likvid dəyəri 8.880.000 (səkkiz milyon səkkiz yüz səksən min) manat məbləğində müəyyən edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməli və qətnamə-qalan hissələrində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 verdiyi apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2(012)-124/2020 saylı qətnaməsi – «ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin ilkin satış qiyməti 2 226 000 (iki milyon iki yüz iyirmi altı min) manat, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin ilkin satış qiyməti 2 226 000 (iki milyon iki yüz iyirmi altı min) manat və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin ilkin satış qiyməti 8 500 000 (səkkiz milyon beş yüz min) manat məbləğində müəyyən edilsin» hissəsində dəyişdirilsin. Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə likvid dəyəri 2.367.000 (iki milyon üç yüz altmış yeddi min) manat, Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsinin hazırki dövrə likvid dəyəri 2.367.000 (iki milyon üç yüz altmış yeddi min) manat, və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarədə olan 3.0 ha torpaq sahəsində yerləşən 5617,5 kv.metr ümumi sahədən ibarət əmlak kompleksinin hazırki dövrə likvid dəyəri 8.880.000 (səkkiz milyon səkkiz yüz səksən min) manat məbləğində müəyyən edilsin. Qətnamə – «"xxxx" ASC və Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 29.10.2012-ci il tarixili, 178/F saylı kredit müqaviləsi, "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 12.08.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi, "xxxx" ASC ilə Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 08.06.2016-cı il tarixli, 130/KTN saylı kredit müqaviləsi və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.11.2015-ci il tarixi, 086/KTN saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsi arasında bağlanmış 12.08.2015-ci il tarixli, 061/F saylı kredit müqaviləsi üzrə ümumilikdə 1.500.000,00 manat (bir milyon beş yüz min manat) kredit borcu, 205 487.87 manat faiz borcu, 27.168.75 manat dəbbə pulu məbləği olmaqla, ümumilikdə 1.732.656,62 manat (bir milyon yeddi yüz otuz iki min altı yüz əlli altı manat. 62 qəpik) tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsindən 29.10.2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsi üzrə 4.000.000,00 manat əsas kredit borcu, 358.736,69 manat faiz borcu, 43.021.14 manat dəbbə pulu məbləği olmaqla, ümumilikdə 4 401 757,83 manat (dörd milyon dörd yüz bir min yeddi yüz əlli yeddi min manat, 83 qəpik) tutularaq "xxxx" ASCyə ödənilsin. Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsindən 130/KTN saylı, 08.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 495.000,00 manat, 61162 manat faiz borcu, 5.002.594 manat dəbbə pulu məbləği olmaqla, ümumilikdə 561 164,59 manat (beş yüz altmış bir min yüz altmış dörd manat, əlli doqquz qəpik) tutularaq "xxxx" ASC-yə ödənilsin. Cavabdeh1 086/F saylı, 24.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 494.000,00 manat kredit borcu, 81 536,49 manat faiz borcu, 8.812,06 dəbbə pulu məbləği olmaqla, ümumilikdə 584 348,55 manat (beş yüz səksən dörd min üç yüz qırx səkkiz manat, 55 qəpik) tutularaq "xxxx" ASC-yə ödənilsin. İlkin iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutulub, "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 580 (beş yüz səksən) manat məbləğində ekspertiza xərci ilkin iddia üzrə cavabdehlərdən müştərək qaydada tutularaq, dövlət nəfinə keçirilsin. Tələb 130/KTN saylı, 08.06.2016-cı il tarixli, 24.11.2015-ci il tarixi, 086/KTN saylı, 12.08.2015-ci il tarixli, 061/F saylı və 29.10.2012ci il tarixili, 178/F saylı kredit müqavilələrinin təminatı olan Cavabdeh1 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi, 12.08.2015-ci il tarixli, 061/F saylı və 10.2012-ci il tarixili, 178/F saylı kredit müqavilələrinin təminatı olan Cavabdeh4 məxsus Abşeron rayonu, Məmmədli kəndində yerləşən 3.0 ha torpaq sahəsi və 10.2012-ci il tarixili 178/F saylı kredit müqavilələrinin təminatı olan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məxsus Abşeron rayonu, Ceyranbatan qəsəbəsində icarəsində olan 3.0 ha torpaq sahəsində yerləşən 5617.5 kv.metr ümumi, 3722 kv.metr əsas, 1895.5 kv.metr köməkçi sahəsinə yönəldilsin. Həmin əmlaklar açıq hərracda satılsın və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1, Cavabdeh2 və N.Y.X18 Nəzər X3 İstehsalı və Emalı Müəssisəsinin 12.08.2015-ci il tarixli 061/F saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-nə olan 1.732.656,62 manat (bir milyon yeddi yüz otuz iki min altı yüz əlli altı manat. 62 qəpik), 29.10.2012-ci il tarixli, 178/F saylı kredit müqaviləsi üzrə 4 401 757,83 manat (dörd milyon dörd yüz bir min yeddi yüz əlli yeddi min manat, 83 qəpik) və 130/KTN saylı, 08.06.2016-cı il tarixli kredit müqaviləsi üzrə 561 164,59 manat (beş yüz altmış bir min yüz altmış dörd manat, əlli doqquz qəpik) məbləğində kredit borcu və Cavabdeh1 086/F saylı, 24.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə "xxxx" ASCnə olan 584 348,55 manat (beş yüz səksən dörd min üç yüz qırx səkkiz manat, 55 qəpik) məbləğində kredit borcu, 580 (beş yüz səksən) manat ekspertiza xərci və iş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi ödənilsin. "xxxx" ASC-nə ödənilməli olan kredit borcu, ekspertiza xərci və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qaytarılsın. Qarşılıqlı iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin» hissələrində dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 alınıb AZ.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-788/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-788/2021
15.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver