Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-793/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, İddiaçı Cavabdeh (üçüncü şəxs DƏDRX-nın 4 saylı X4) qarşı mülkiyyət hüququnun tanınması və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hissəvi ləğvi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-742/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (üçüncü şəxs DƏDRX-nın 4 saylı X4) qarşı mülkiyyət hüququnun tanınması və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin hissəvi ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xırdalan Bələdiyyəsinin xx xxxxxxxx 2012-ci il tarixli 03 saylı Qərarı ilə ona satılmış 360 kv.m torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması, cavabdehin adına olan JN-542A KOD 30800106 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ona satılmış 360 kv.m torpaq sahəsi ilə üstüstə düşən hissədə etibarsız sayılması, üçüncü şəxsin üzərinə iddiaçıya ayrılmış 360 kv.m torpaq sahəsinin yeni planı və ölçüsünün verilməsi vəzifəsinin qoyulması, habelə həmin torpaq sahəsi və onun üzərində inşa etdirdiyi 1 ədəd 2 mərtəbəli fərdi yaşayış evi üzərində vahid əmlak kimi iddiaçının xüsusi mülkiyyət hüququnun DƏDRX-da qeydiyyata alınması və iddiaçıya reyestrdən müvafiq çıxarışın verilməsi vəzifəsini üçüncü şəxsə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh adına olan JN-542A KOD 30800106 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Xırdalan Bələdiyyəsinin xx xxxxxxxx 2012-ci il tarixli 03 saylı Qərarı ilə ona satılmış 360 kv.m torpaq sahəsinin 320 kv.m üst-üstə düşən hissədə etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-742/2020saylı qərardadı ilə İddiaçı Cavabdeh (üçüncü şəxs DƏDRX-nın 4 saylı X4) qarşı Cavabdeh adına olan JN-542A KOD 30800106 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Xırdalan Bələdiyyəsinin xx xxxxxxxx 2012-ci il tarixli 03 saylı Qərarı ilə ona satılmış 360 kv.m torpaq sahəsi ona satılmış 360 kv.m torpaq sahəsinin 320 kv.m üst-üstə düşən hissədə etibarsız sayılması barədə iddia ərizəsi üzrə işin icraatına xitam verilməsi və iddiaçının bununla bağlı inzibati məhkəməyə müraciət etməsi ona izah olunması qərara alınmışdır. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-742/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(012)-742/2020saylı qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, bir ilə yaxın müddətdə süründürməçiliyə yol verilmişdir. İş üzrə cavabdeh fiziki şəxsdir, cavabdehin adına olan və formal xarakter daşıyan 0,12 ha torpaq sahəsinin şəhadətnaməsinin 320 kv.metr hissəsi onun torpaq sahəsi ilə üst-üstə düşən hissədə etibarsız sayılması barədə iddia ərizəsində göstərilmişdir. Mübahisələndirilən şəhadətnamə üçüncü şəxsə, DƏDRX 4 saylı Ərazi idarəsinə məxsus deyil, Cavabdeh məxsusdur. Bu səbəbdən mübahisə iki fiziki şəxs arasındadır. Ona görə də, işin baxılması Abşeron Rayon Məhkəməsinə aiddir. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, iddia ərizəsinə etiraz verməmişdir. İddianın təmin edilməsinə heç bir maneə olmadığı halda məhkəmə iddianı təmin etmək əvəzinə icraata xitam vermişdir. Odur ki, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-742/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(012)-742/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi hazırkı iddiaya ümumi məhkəmədə baxılmalı olmadığından MPM-nin 261.0.1 maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi və iddiaçıya hüquqlarının müdafiəsi üçün müvafiq inzibati məhkəməyə müraciət etməsi izah olunması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara İnzibati məhkəmə icraatı qaydasında baxılır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı Cavabdeh adına olan JN-542A KOD 30800106 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin Xırdalan Bələdiyyəsinin xx xxxxxxxx 2012-ci il tarixli 03 saylı Qərarı ilə ona satılmış 360 kv.m torpaq sahəsinin 320 kv.m üstüstə düşən hissədə etibarsız sayılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı ilə inzibati orqan olan DƏDRX arasında yaranan münasibətlərlə əlaqədar olaraq iddiaçı qeyd olunan torpaq sahəsi üzəriində mülkiyyət hüququnu qeydə aldıra bilmir. Eyni zamanda iş materiallarından görünür ki, iddiaçının həmin orqana müraciətindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-742/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-742/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-793/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-793/2021
02.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver