Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-799/2022 16.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair ilk və iddiaçı Cavabdeh İB-nin cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-677/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-677/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borcun silinməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Şamaxı şəhəri, H.Cavid küçəsi, ev 19 A, mənzil 2 ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 3226,18 manat pul və dövlət rüsumunun əvəzi kimi ödənilmiş 30,40 manat pulun tutularaq Cavabdeh hesabına ödənilməsi qət edilmişdir. (hakim N.İsmayılov) İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin təmin və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİNHALLARİ İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış borc məbləğinin silinməsi tələbinə dair” iddia tələbi ilə məhkəməyə müraciət edərək, qanunsuz hesablanmış 3477,58 manat pulun iddia müddəti buraxıldığı üçün hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, Ağdam rayonundan məcburi köçkün düşərək Şamaxı rayonunda məskunlaşmışdır. Həmçinin yaşadığı mənzildə qazdan istifadə etmişdir. Qaz istehlakçısıdır. İstifadə etdiyi qazın dəyərini həmişə ödəmişdir. Qazın abunə kodu **********01570 olmaqla onun adındadır. Qaza görə olan borcunu dövlət qaçqınkom idarəsi tərəfindən həmişə ödənilmişdir. Sonradan isə qaza görə ödənişlərin hər bir vətəndaş özü tərəfindən ödənilməsinə başlanılmışdır. O, hər ay istifadə etdiyi qazın borcunu ödəmiş, qaza görə heç vaxt borcu olmayıb. Bir neçə ay qabaq ona məlum olmuşdur ki, onun qaz abunə kodunda 3477,58 manat debitor borc vardır. Halbuki, onun o qədər borcu olmayıb. Heç vaxt ona borcla bağlı bildiriş verilməyib. Bundan sonra o, qaz idarəsinə getmiş, orada borcun əsasən 2010-2017-ci illərdə yarandığı bildirilmişdir. O, borcun əsassız olduğunu bildirib və onun hesabında olan borcu silmələrini xahiş etmişdir. Lakin bir nəticə olmayacağını, yalnız bu işin məhkəmə qaydasında həlinin mümkün olmasını ona bildirmişlər. O, borcla bağlı **********01570 nömrəli saldosunu əldə etmişdir. Saldoda onun 2017-ci ilin mart ayına 3477,58 manat borcunun olduğu açıq aydın görünür. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İB qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yaşayan İddiaçı mənzilində istifadə edilmiş təbii qazdan istifadəyə görə yaranmış 3226,18 manat borc məbləğinin və iddia ərizəsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, ümumilikdə isə 3256,58 manatın tutularaq Cavabdeh hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yaşayan İddiaçı ''Azəriqaz" İstehsalat Birliyinə qarşı Şamaxı Rayon Məhkəməsində iddia qaldıraraq əsassız hesablanaraq abonent koduna vurulmuş 3477,58 manat məbləğin silinməsini xahiş etmişdir. ünvan 3 ünvanda yaşayan İddiaçı iddia ərizəsi rədd edilməli və Cavabdeh qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Cavabdeh Ağsu X7 idarəsinin Şamaxı XS-də abonent kimi qeydiyyatda olan İddiaçı mənzilinə xx.xx.2017-ci il tarixdə SMART-kart tipli qaz sayğacı quraşdırılmışdır. 2017-ci il tarixdən hazırkı vaxta kimi abonent tərəfindən hər dəfə kartla ödəniş edildiyi zaman həmin məbləğin 50%-i həcmində tutularaq abonent bazasında olan borcdan silinmişdir. Cavabdeh 2017-ci il tarixdən aparmış olduğu ödənişlərdən tutulmaların aparılmasından məlumatlı olmuş və borcun həmin formada tutulmasına razı olmuşdur. Belə ki, cavabdeh tərəfindən 2017-ci ilin əvvəlindən başlayaraq keçən 3 il 9 ay ərzində borcundan aparılan tutulmalarla bağlı hər hansı bir narazılıq olmamışdır. Cavabdehin hazırkı vaxta yaranmış 3226,18 manat borcu vardır ki, həmin borc real sayğac göstəricisi əsasında yaranmışdır. Cavabdeh İddiaçı mənzilinə 2010-cu ilin oktyabr ayında sayğac quraşdırımış, abonentin qaçqın statusu olduğundan abonentə 2017-ci il tarixə kimi qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010- cu ildən 2017-ci il tarixə kimi dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. 2010-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün 63 manat, 2011-çi il üçün 181 manat, 2012-ci ili üçün 168 manat, 2013-cü il üçün 132 manat, 2014-cü ili üçün 150 manat 2015ci ili üçün 168 manat və 2016-cı il üçün 168 manat ayrılmışdır. Lakin abonent İddiaçı ayrılmış İimitdən artıq istifadə edərək 2017- ci ilin fevral ayına kimi 3477 manat borcu yaranmış və yaranmış borc İddiaçı abonent bazasında öz əksini tapmışdır. Ağsu RQİİ-nin Şamaxı XS tərəfindən cavabdehə hər ay təbii qazdan istifadə ilə bağlı borcunun olması ilə bağlı bildiriş təqdim edilmişdir. Cavabdehə sayğac quraşdırıldığı tarixdən etibarən cavabdeh istifadə etdiyi təbii qaza görə bir dəfə olsun belə könüllü ödəniş aparmamışdır. Eyni zamanda cavabdeh qazdan istifadə ilə bağlı müvafiq qaydada müqavilə bağlamaqdan imtina etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi mənzilinə “Smart-kart” tipli qaz sayğacı quraşdırılandan sonra onun tərəfindən qazdan istifadəyə görə ödənişləri tam ödənilmişdir. Bu əsasla da, cavabdeh ondan əsassız ödənişi tələb edə bilməzdi və məhkəmə də qarşılıqlı iddianı təmin edə bilməzdi. Məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli, 1206 nömrəli Fərmanına qədər məcburi köçkünlərə aid kommunal xərcləri dövlət ödəmişdir. Ona görə ondan 2010-2017-ci illərə görə pul tutulması əsassızdır. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən onun məcburi köçkün kimi kommunal ödənişlərdən azad olunmağını, sayğaclar üzrə borcunun olmamasını, icarə öhdəlikləri üzrə pul tələbinə dair iddia müddətinin ötürülübötürülməməsini, borcun olması barədə ona hər hansı bildirişin göndərilibgöndərilməməsini araşdırmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı şikayəti müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı, xx.xx.2017-ci il tarixli aktın surətindən görünür ki, ünvan 4 ünvanında İddiaçı fərdi yaşayış evinə verilən qaz xətti üzərində quraşdırılmış “Elestr G4T” nömrəsi 10044399 saylı qaz sayğacı çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Yenə işdə olan xx.xx.2021-ci il tarixli, 42 nömrəli Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Şamaxı rayon bölməsinin arayışından görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür və Şamaxı şəhəri, H.Cavid küçəsi ev 19 A mənzil 2 ünvanında müvəqqəti məskunlaşır. Yenə də işdə olan abonentin saldosundan görünür ki, cavabdeh İddiaçı təbii qazın istifadə limiti 2010-cu ilin oktyabr, noyabr və dekabr ayları üçün 63 manat, 2011-çi il üçün 181,50 manat, 2012-ci ili üçün 168 manat, 2013-cü il üçün 132 manat, 2014-cü ili üçün 150 manat, 2015-ci ili üçün 168 manat və 2016-cı il üçün 168 manat ayrılmışdır. İşə əlavə edilmiş Şamaxı şəhəri, H.Cavid küçəsi ev 19 A mənzil 2 ünvanında yaşayan abonentin saldosundan görünür ki, abonent hesabına ümumilikdə 3477,58 manat borc hesablanmışdır. Yenə işə əlavə edilmişxx.xx.2017-ci il tarixli qaza görə debitor borcun ödənilməsinə dair razılaşdırma protokolundan, Cavabdeh İB-nin yerli qurumuna ünvanlanmış xx.xx.2017-ci il tarixli ərizədən belə məlum olur ki, İddiaçı onun qazdan istifadəyə görə yaranmış 3477,58 manat debitor borcunun hər ay ödəniş kartından 50% tutulmasına etiraz etmir. Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəməsi Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli, 4/806 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş İddiaçı adına olan17 fevral 2017-ci il tarixli ərizədə “İmza” qrafasında imza, İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor ödənilməsi barədə 17 fevral 2017-ci il tarixli razılaşdırma protokolunda “İstehlakçı” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. İşə əlavə edilmiş qazın alqı-satqı müqaviləsindən görünür ki, xx.xx.2021-ci ildə Ağsu regional Qaz İstismar İdarəsi ilə İddiaçı arasında qaz alqı-satqısına dair müqavilə imzalanmışdır. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-677/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, ilk iddia üzrə İddiaçı Ağdam rayonundan məcburi köçkün düşərək Şamaxı rayonunda məskunlaşmışdır. Qaz istehlakçısı olaraq yaşadığı mənzildə qazdan istifadə etmişdir. Abonent saldosuna əsasən ondan tələb edilən borc məbləği 2010-cu ildən başlayaraq xx.xx.2017-ci il tarixinədək, yəni ona məxsus mənzilə yeni, Smart G-4 tipli sayğac quraşdırılan dövrədək hesablanmışdır. İlk iddiaçı iddiasını onunla əsaslandırır ki, istifadə etdiyi qazın dəyərini həmişə ödəmişdir. Belə ki, həmin məbləğ məcburi köçkün olduğu üçün dövlət büdcəsi hesabına ödənilmişdir. Hesab edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Ona heç vaxt qaz borcuna dair bildiriş verilməyib. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qarşılıqlı iddia isə onunla əsaslandırılır ki, qarşılıqlı iddia üzrə cavabdeh məcburi köçkün olduğu üçün müəyyən edilmiş limit həcmində istifadə etdiyi qazın dəyəri dövlət büdcəsi hesabına ödənilir. Qarşılıqlı iddia üzrə cavabdeh limitdən artıq qaz sərfiyyatına yol verdiyi üçün tələb edilən 3228,18 manat borcu yaranmışdır. Beləliklə, tələb edilən borc məbləğinin 2010-2017-ci illər üçün hesablanması işin mübahisəsiz halıdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hər şeydən əvvəl, məhkəmə kollegiyası nəzərə alır ki, 2010-2017-ci illər üçün qazdan istifadəyə görə yaranmış borc məbləğinin istehlakçıdan, hazırki halda ilk iddia üzrə iddiaçıdan tələb edilməsi ilə bağlı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən dəlillərinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 80№-li qərarının 5.2-ci bəndinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 6.1 və 6.1.4-cü maddələrinə əsasən qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə qazın verilməsini dayandıra bilər. Qaydaların 3.1.4-cü maddəsinə görə isə qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməlidir. Başqa sözlə, əgər istehlakçı olaraq İddiaçı doğrudan da, keçən yeddi il ərzində istehlak etdiyi qazın dəyərini ödəmirdisə, onda ona məxsus ünvana qaz verilişi dayandırılmalı, bununla bağlı bildiriş verilməli, xəbərdarlıq edilməli idi. Daha öncə qeyd olunduğu kimi ilk iddia üzrə cavabdeh, qarşılıqlı idia üzrə iddiaçı bununla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Yenə də həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 553.1 və 553.1.1-ci maddələrinin tələblərinə görə mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə müddətin axımı kəsilir. Qeyd edildiyi kimi tələb edilən borc məbləğinin 2010-cu ildən yarandığı iddia edilir və saldoda da bu hal görünür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, qazdan istifadəyə görə ödənişlər vaxtaşırı ödənişlərdir və həmin ödənişlər haqqında tələblər, öz təsdiqini tapmış olsaydı belə, beş il keçdiyi üçün qüvvəsini itirmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi sənədlər təqdim edərək bildirdi ki, İddiaçı özü Qaz idarəsinə ərizə ilə müraciət edərək yaranmış borcun hissə-hissə tutulmasını xahiş etmiş və bununla bağlı tərəflər arasında xx.xx.2017-ci ildə razılaşma protokolu tərtib edilmişdir. İddiaçı bu faktı inkar edərək həmin sənədlərdən xəbərsiz olduğunu, imzaların ona məxsus olmadığını bildirdiyi üçün məhkəmə kollegiyası tərəfindən məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Məhkəməsi Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli, 4/806 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş İddiaçı adına olan17 fevral 2017-ci il tarixli ərizədə “İmza” qrafasında imza, İstehlak olunmuş qaz sərfinə görə yaranmış debitor ödənilməsi barədə 17 fevral 2017-ci il tarixli razılaşdırma protokolunda “İstehlakçı” qrafasındakı imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, ilk iddia üzrə iddiaçı dəlillərini əsasən sübut edə bilmiş, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisə üzrə tutarlı əsas gətirilməmiş, istehlakçı İddiaçı tələb olunan məbləğdə qazdan istifadəyə görə borcunun olması sübut edilə bilinməmişdir və hər hansı mötəbər, əsaslı şübhələrdən kənar sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası ilk iddianı qismən təmin edərkən onu nəzərə alır ki, ilk iddia tələbində silinməsi tələb olunan məbləğ 3477,58 manat olsa da, qarşılıqlı iddiada tələb olunan borc məbləği 3226,18 manatdır. İlk iddia üzrə iddiaçı da artıq apellyasiya şikayətində silinməli məbləğin 3226.18 manat olmasını göstərir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB-nin İddiaçı tələb etdiyi məbləğ, yənin onun borcu 3226,18 manat göstərildiyi üçün ilk iddia həmin məbləğdə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)- 677/2021 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməli, ilk iddia üzrə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün ödənilməli 30 manat və 15 manat, cəmi 45 manat dövlət rüsumu ilk iddia üzrə cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalı, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 manat pul Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(074)-677/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh İB-nə qarşı iddiası qismən təmin edilsin. Şamaxı şəhəri, H.Cavid küçəsi, ev 19 A, mənzil 2 ünvanda yaşayan İddiaçı təbii qazdan istifadəyə görə hesablanmış 3226,18 manat pul silinsin. Cavabdeh qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. İlk iddia üzrə İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün, ödənilməli 30 manat və 15 manat, cəmi 45 manat dövlət rüsumu ilk iddia üzrə Cavabdeh İB-dən tutularaq dövlət gəlirlərinə alınsın, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 127 manat pul Cavabdeh İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖİN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-799/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-799/2022
16.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver