Məhkəmə qərarları › İş №2(105)-802/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-802/2021

03.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-802/2021 03.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X27, iddiaçılar İddiaçı1 və İddiaçı5, Cavabdeh nümayəndəsi və vəkili X22 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1186/2020 saylı qətnaməsindən iddiaçıların birgə qaydada verdikləri apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1186/2020 saylı qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Əjdər qızı və İddiaçı5 Cavabdeh qarşı Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi, 9 saylı ünvanda X3 adına mülkiyyət hüququ əsasında yaşayış evinin X15 verilməsi barədə Abşeron rayon Saray qəsəbə XDS İK-nin təsdiq etdiyi vəsiyyətnamənin etibarsız edilməsi, həmin vəsiyyətnamə əsasında Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və həmin yaşayış evinə dair paylarının müəyyən edilməsi tələbinə dair birgə iddiaları təmin edilməmiş və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı1, İddiaçı3, C.Ə.İsmayılova və İddiaçı5 birgə qaydada apelyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)- 1186/2020 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin təmin edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Əjdər qızı və İddiaçı5 birgə qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, ataları X8 anaları X24 ilə birgə nikaha daxil olub ailə həyatı qurmuşlar və birgə nikahlarından onlar anadan olmuşlar. Onların nikahı 1982-ci ildə pozulmuş və 1983-cü ildə X8 cavabdehin bibisi X25 ilə nikaha daxil olmuşlar. X8 xx xxxx 1989-cu ildə vəfat etmiş və vəsiyyətnamə üzrə vərəsə X4 rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi, 9 saylı ünvanda yerləşən yaşayış evinə dair vərəsəlik şəhadətnaməsi alaraq evin bütün hissəsini öz adına sənədləşdirmişdir. X2 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin ləğvi və vərəsəlik üzrə payların müəyyən edilib bölünməsi” tələbinə dair iddia ərizələri Abşeron Rayon Xalq Məhkəməsinin 252 saylı, xx xxxx 1990-cı il tarixli qətnaməsi ilə qismən təmin edilib, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi, 9 saylı ünvanda yerləşən evə dair paylarının müəyyən olunması qət edilmişdir. Həmin qətnamədən prokuror tərəfindən protest verilmiş və Azərbaycan SSR Ali Məhkəməsinin 3d-148 saylı, xx xxxxxxx 1990-cı il tarixli qərardadına əsasən protest təmin edilərək Abşeron Rayon Xalq Məhkəməsinin 252 saylı, xx xxxx 1990-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən başqa tərkibdə baxılması üçün Abşeron Rayon Xalq Məhkəməsinə göndərilmişdir. Hazırda Abşeron Rayon Xalq Məhkəməsinin 252 saylı, xx xxxx 1990-cı il tarixli qətnaməsinin Aşeron Rayon Xalq Məhkəməsində yenidən baxılıb-baxılmaması barədə Abşeron Rayon Məhkəməsindən heç bir məlumat əldə etmək mümkün olmamışdır. Cavabdeh Abşeron Rayon Məhkəməsinə onlara və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı icra vərəqəsinin hüquqi nəticələrinin ləğv edilməsi və texniki pasportun etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilərək, Abşeron Rayon Xalq Məhkəməsinin xx xxxx 1990-cı il tarixli ləğv edilmiş qətnaməsi əsasında xx xxxxxx 2013-cü il tarixdə təkrarən verilmiş icra vərəqəsinin hüquqi nəticələrinin ləğv edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi, 9 saylı ünvanda yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair İddiaçı1 Məlikəjdər qızı, X17, X9, Həsənbəyova Gülçöhrə Məlikəjdər qızı və X5 hər birinə 1/5 hissədə payların müəyyən edilməsinə dair tərtib edilmiş texniki posport Abşeron Rayon Məhkəməsinin 2(012)1796/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə etibarsız hesab edilməsi qət edilmişdir. Həmin məhkəmə prosesində onlara məlum olmuşdur ki, X26 etibarsız hesab edilmiş Qeydiyyat vəsiqəsi əsasında xx xxxxxxxx 2014-cü ildə mübahisəli fərdi yaşayış evini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilərək reyesterdə 2v/-159 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə ilə Cavabdeh vəsiyyət etmişdir. Abşeron Rayon Xalq Məhkəməsinin 252 saylı, xx xxxx 1990-cı il tarixli qətnaməsi ilə Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi, 9 saylı ünvanda yerləşən evə dair X12 adına verilmiş Abşeron rayon DNK-nın xx xxxxxx 1990-cı il tarixli, 1/1-86 reyester nömrəli vərəsəlik şəhadətnaməsi və onun əsasında Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastırı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi etibarsız hesab edilmişdir. X26 isə həmin etibarsız hesab edilmiş Qeydiyyat Vəsiqəsi əsasında xx xxxxxxxx 2014-cü ildə mübahisəli fərdi yaşayış evini Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilərək reyesterdə 2v/-159 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə ilə Cavabdeh vəsiyyət etmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin 3d-148 saylı xx xxxxxxx 1990-cı il tarixli qərardadına əsasən prokuror tərəfindən verilmiş protest təmin edilərək Abşeron Rayon Xalq Məhkəməsinin 252 saylı, xx xxxx 1990-cı il tarixli qətnaməsi ləğv edilərək iş yenidən başqa tərkibdə baxılması üçün Abşeron Rayon Xalq Məhkəməsinə göndərilsə də, Abşeron Rayon Xalq Məhkəməsinin 252 saylı, xx xxxx 1990-cı il tarixli qətnaməsinin Abşeron Rayon Xalq Məhkəməsində yenidən baxılıb baxılmaması barədə Abşeron Rayon Məhkəməsindən heç bir məlumat əldə etmək mümkün olmadığına görə həmin işə yenidən baxılıb Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi, 9 saylı ünvanda X3 adına mülkiyyət hüququ əsasında yaşayış evinin X15 verilməsi barədə Abşeron rayon Saray qəsəbə XDS İK-nin təsdiq etdiyi vəsiyyətnamənin etibarsız edilməsi, həmin vəsiyyətnamə əsasında Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli vərəsəlik şəhadətnaməsi ləğv edilməli və həmin yaşayış evinə dair payları müəyyən edilməlidir. Ona görə də, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi, 9 saylı ünvanda X3 adına mülkiyyət hüququ əsasında yaşayış evinin X15 verilməsi barədə Abşeron rayon Saray qəsəbə XDS İK-nin təsdiq etdiyi vəsiyyətnamənin etibarsız edilməsi, həmin vəsiyyətnamə əsasında Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və həmin yaşayış evinə dair paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçılar İddiaçı1, İddiaçı1, İddiaçı3, C.Ə.İsmayılova və İddiaçı5 birgə qaydada verdiklərini apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Abşeron Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29, 60, 71-ci maddələrinin, 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528, 532, 538, 1193, 1225.1, 1225.2, 1226.1-ci maddələrinin və Azərbaycan Respublikası MPM-nin 4.1, 385.1.2, 384.0.2-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı5 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili X29 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Müstəqil tələb irəli sürməyən Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu ərizə ilə məhkəməyə müraciət edib, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçılar, X6, İddiaçı3 və İddiaçı4 Əjdər qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1, İddiaçı3 və C.Ə.İsmayılovanın iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və apelyasiya şikayətini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İ-JQ seriyalı 341402 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X13 nikahlarının pozulması xx xxxx 1982-ci il tarixdə qeydə alınmışdır. Doğum şəhadətnamələrinin surətindən görünür ki, İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Əjdər qızı və İddiaçı5 ataları X8, anaları X10 qeydə alınmışdır. Abşeron rayonlararası X21 tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi ev 9-da yerləşən yaşayış sahəsi-34 kv.m, köməkçi sahəsi 26.0 kv.m olan yaşayış evi Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1988-ci il tarixli 08/108 nömrəli qərarı ilə X3 adına qeydə alınmışdır. İİİ-JQ seriyalı 370023 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Həsənbəyova (Tahirova) Rəfiqə Qəhrəman qızı xx xxxxxx 1983-cü il tarixdə nikahlarını bağlamışlar. Abşeron rayonu Saray qəsəbə XDS İcraiyyə Komitəsinin xx xxxxxx 1989-cu il tarixli 3696 nömrəli arayışından görünür ki, X1 rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsindəki 16 nömrəli, özünə məxsus evdə həyat yoldaşı X26 ilə birlikdə yaşamışdır. X8 tərəfindən xx xxxx 1989-cu il tarixdə verilmiş və imzası Abşeron rayonu Saray qəsəbə XDS İK-nın sədri tərəfindən təsdiqlənmiş vəsiyyətnamənin surətindən görünür ki, o, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsindəki özünə məxsus 16 nömrəli evi və bütün şəxsi əmlakını həyat yoldaşı X16 vəsiyyət etmişdir. Abşeron rayon XDS Maliyyə Şöbəsinin xx xxxxxx 1989-cu il tarixli 136 nömrəli arayışından görünür ki, X8 1989-cu ildə vəfat etdiyindən Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsindəki 16 nömrəli ünvandakı təsərrüfat müvəqqəti olaraq həyat yoldaşı X12 adına yazılmışdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 1990-cı il tarixli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Saray qəsəbə XDS İK tərəfindən təsdiqlənmiş xx xxxx 1990-cı il tarixli vəsiyyətnaməyə əsasən X3 vəsiyyət etdiyi Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsindəki 34.0 kv.m yaşayış sahəsi, 26.0 kv.m köməkçi sahəsi olan 16 nömrəli evə dair X12 adına vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi ev 16-da yaşayan X12 xx xxxxxxxx 2004-cü il tarixdə 1 saylı Abşeron rayon dövlət notariat kontorunda təsdiqlənərək reyestrdə 2V/- 159 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surətindən görünür ki, ölən günədək ona məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi ev 9-da yerləşən yaşayış sahəsini-31,3 kv.m köməkçi sahəsi, 24,5 kv.m olan 2 otaqdan ibarət evi Tahirov Rövşən Məhəmməd oğluna vəsiyyət etmişdir. Abşeron rayon Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi ev 9-da yerləşən yaşayış sahəsi-31,3 kv.m, köməkçi sahəsi 24,5 kv.m olan 2 otaqdan ibarət yaşayış evi X12 adına mülkiyyət hüququ əsasında Abşeron rayon DNK-nın xx xxxxxx 1990-cı il tarixli 1/1-86 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi əsasında qeydə alınmışdır. İİİ-JQ seriyalı 476729 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx xxxx 1989-cu il tarixdə ölmüşdür. Abşeron rayon İHB-nın Saray qəsəbəsi üzrə icra nümayəndəliyinin xx xxxxxxxx 2004-cü il tarixli 3110 nömrəli arayışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsindəki 9 nömrəli ev X16 məxsus olmaqla evdə onun özü qeydiyyatdadır. Abşeron rayon Dövlət notariat kontorunun xx xxxxxx 1990-cı il tarixli 347 nömrəli mıəktubunun surətindən görünür ki, Həsənbəyova Ruqiyyə, Elmira, Rəhilə, Gülçöhrə və Cəmilə Məlikəjdər qızı bacılarına izah edilmişdir ki, vərəsəlik payı tələb etmək istədikləri halda məhkəməyə müraciət edə bilərlər. Həmin məktub poçt vasitəsilə göndərilmişdir. Abşeron Rayon Xalq Məhkəməsinin xx xxxx 1990-cı il tarixli 2-252 nömrəli qətnaməsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyeva küçəsi, 9 saylı ünvanda X3 adına şəxsi mülkiyyət hüququ əsasında yaşayış evinin X15 verilməsi barədə Abşeron rayon Saray qəsəbə XDS İK-nin təsdiq etdiyi vəsiyyətnamə qismən etibarsız hesab edilmiş, həmin vəsiyyətnamə əsasında Abeşton rayon dövlət notariat kontoru tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli vərəsəlik şəhadətnaməsi ləğv edilmiş, yaşayış evinin 17 kv.m-dən ibarət yaşayış sahəsi, 17,5 kv.m mətbəx və balkondan ibarət yaşayış evi X15 verilmiş, evin 17 kv.m yaşayaış sahəsi və 17,5 kvm yardımçı sahəsi İddiaçı1 Məlikəjdər qızı, X18, X9, Həsənbəyova Gülçöhrə Məlikəjdər qızı və X5 hər birinə beşdə bir pay müəyyən edilmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin xx xxxxxxx 1990-cı il tarixli 3d-148 nömrəli qərardadının surətindən görünür ki, Abşeron Rayon Xalq Məhkəməsinin xx xxxx 1990-cı il tarixli 2-252 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən başqa tərkibdə baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2-252/1990 nömrəli qərardadının surətindən görünür ki, ərizəçilər İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Əjdər qızı və İddiaçı5 itirilmiş icraatın bərpa edilməsinə dair ərizələri üzrə icraata xitam verilmiş, mübahisə ilə bağlı iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(012)-1796/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, Abşeron Rayon Xalq Məhkəməsinin xx xxxx 1990-cı il tarixli ləğv edilmiş qətnaməsi əsasında xx xxxxxx 2013-cü il tarixdə təkrarən verilmiş icra vərəqəsinin hüquqi nəticələri ləğv edilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə dair İddiaçı1 Məlikəjdər qızı, X18, X9, Həsənbəyova Gülçöhrə Məlikəjdər qızı və X5 hər birinə 1/5 hissədə payların müəyyən edilməsinə dair tərtib edilmiş texniki pasport etibarsız hesab edilmişdir; Abşeron Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(012)-54/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı1 Məlikəjdər qızı, X9, Qədirova (Budaqova) Elmira Məlikəjdər qızı, İddiaçı5 Məlikəjdər qızı və İsmayılova Gülçöhrə Məlikəjdər qızının Cavabdeh qarşı “cavabdehin adına verilmiş xx xxxxxxxx 2004-cü ildə Abşeron rayon 1 saylı notariat kontorunda təsdiq edilərək reyestrdə 2v/-159 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları təmin edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qey etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2001-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsində hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarının müdafiəsi üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdi. Həmin Məcəllənin 82-ci maddəsinin 2-ci hissəsinə görə məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzürlü hesab etdikdə pozulmuş hüququ müdafiə edirdi. Həm fiziki, həm də hüquqi şəxslərə münasibətdə iddia müddətinin bərpasına yol verilirdi. Həmin Məcəllənin 82-ci maddəsinin 1-ci hissəsində isə müəyyən olunmuşdu ki, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə xx xxxxxxx 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx xxxx 2013-cü il tarixli qərarına əsasən şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. X14 onun adına vəsiyyətnamənin verilməsindən sonra əmlaka dair mülkiyyət hüququnu müəyyən edən sənədi əldə edərək sonra ona dair müvafiq hərəkətləri yerinə yetirməsini, habelə özünün də həmin əmlaka dair vəsiyyətnamə verməsini nəzərə alındıqda, məhkəmə qeyd edir ki, həmin hərəkətlər xx xxxx 1990-cı il tarixli vəsiyyətnamə əsasında həyata keçirilmişdir, nə qədər ki, həmin vəsiyyətnamənin etibarsız sayılmalı olmadığı müəyyən edilməmişdir, ona münasibətdə digər tələblər, yəni vəsiyyətnamə əsasında Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və yaşayış evinə dair payların müəyyən edilməsi törəmə (əlavə) tələb hesab edilir, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddətinin keçməsi prinsipi ilə məhkəmə hesab edir ki, əlavə tələblər üzrə iddia müddəti tətbiq olunmaqla iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar iddia müddətini ötürdükləri, bunun üzrlü səbəbi barədə vəsatət vermədikləri, cavabdeh tərəf isə iddia müddətinin tətbiqinə dair ərizə verdiyi üçün iddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4 Əjdər qızı və İddiaçı5 Cavabdeh və üçüncü şəxs Xırdalan şəhəri 1 saylı dövlət notariat kontoruna qarşı “Abşeron rayonu, Saray qəsəbəsi, S.Qazıyev küçəsi, 9 saylı ünvanda X3 adına mülkiyyət hüququ əsasında yaşayış evinin X15 verilməsi barədə Abşeron rayon Saray qəsəbə XDS İK-nin təsdiq etdiyi vəsiyyətnamənin etibarsız edilməsi, həmin vəsiyyətnamə əsasında Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx xxxxxx 1990-cı il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və həmin yaşayış evinə dair paylarının müəyyən edilməsi” tələbinə dair birgə iddiaları təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin hüquqi əsası kimi hesab etmişdir ki, iddiaçıların mübahisələndirdikləri və etibarsız hesab olunmasını istədikləri vəsiyyətnamə xx xxxx 1990-cı il tarixdə verilmişdir, hansı ki, hazırkı iddiaçılar vəsiyyətnaməni verən X3 ilk nikahından olan uşaqları olmuşlar, vəsiyyətnamənin verilməsi ilə tərəflər arasında hüquq münasibətləri həmin dövrdə yaranmış hesab olunmalı və mübahisəyə 1964-cü il sentyabrın 11-də qəbul olunmuş və 2000-ci il sentyabrın 1-dən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməli, həmin Mülki Məcəllənin 73-cü maddəsində nəzərdə tutulmuş müddət ötürüldüyündən iddia müddəti tətbiq edilməklə iddia təmin olunmamalıdır. Bu zaman nəzərə alınmalıdır ki, Abşeron rayon Dövlət notariat kontoru tərəfindən xx xxxxxx 1990-cı il tarixli 347 nömrəli məktubla hazırkı iddiaçılara, vərəsəlik payını tələb etmək istədikləri halda məhkəməyə müraciət edə bilmək hüquqları izah edilməklə yanaşı, iddiaçılar iddia müddətinin keçməsi səbəbinin üzürlü hesab edilməsi ilə bağlı vəsatət və bu üzürlü səbəblərə dair müvafiq sübutlarını təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı1, İddiaçı3, C.Ə.İsmayılova və İddiaçı5 birgə qaydada verdikləri apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(012)-1186/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar