Məhkəmə qərarları › İş №2(105)-808/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-808/2021

06.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-808/2021 06.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin və maliyyə arayışının etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1602/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı Mənzil Tikinti Kooperativi və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1602/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1602/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən İddiaçı Mənzil Tikinti Kooperativi apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1602/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı Mənzil Tikinti Kooperativi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında tikilən yaşayış binasının 3-cü mərtəbəsində, ümumi sahəsi 135,8 kv.metr olan 127 saylı, 3 otaqlı mənzilin Cavabdeh2 verilməsinə dair İddiaçı Mənzil Tikinti Kooperativi ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, iddia tələbi ilə yanaşı xx.xx.2020-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi və habelə həmin müqavilə əsasında tərtib edilmiş maliyyə arayışının etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə göstərib ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, həmin müqavilənin və bunun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından, iddiaçının müqavilənin və bunun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi barədə tələbi əsassızdır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, onunla iddiaçı şirkət arasında razılaşmaya əsasən ünvan 2 ünvanında yeni tikilməkdə olan yaşayış binası üçün iddiaçı şirkətə beton verməli, şirkətsə bunun əvəzində 95060 manat məbləğində pulu ona ödəməli idi. Razılaşmanın təminatı olaraq şirkət həmin tikilməkdə olan yaşayış binasında yerləşən mənzillərdən birini ona verməyi öhdəsinə götürmüşdür. O, da həmin mənzili formal olaraq digər Cavabdeh2 adına rəsmiləşdirilməsinə razılaşmışdır. Cavabdeh2 tərəfindən şirkətə həmin mənzilə dair hər hansı pul ödənilməyib, onlar arasındakı müqavilə formal olaraq bağlanılıb və formal maliyyə arayışı verilib. Həmin müqavilə uydurma əqd olduğundan etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 340.1 -ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. İddiaçı şirkətlə Cavabdeh2 arasında xx xxxxxx 2020-ci il tarixdə bağlanmış müqavilə uydurma əqddir. Belə ki, o, iddiaçı şirkətə beton verməyi öhdəsinə götürmüş və aralarında olan razılaşmanın təminatı kimi 65060 manat dəyərində yeni tikilməkdə olan mənzili Cavabdeh2 adına rəsmiləşdirilməsinə razılıq vermişdir. Şirkət tərəfindən xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışı verilsə də, Cavabdeh2 tərəfindən şirkətə hər hansı məbləğdə pul ödənilməyib və onlar arasında bağlanmış müqavilənin hüquqi nəticəsi yoxdur. Buna görə də həmin müqavilə etibarsız hesab edilməlidir. Abşeron Rayon Məhkəməsində iddiaçı şirkətin iddiasını qəbul etdiyini və iddia ərizəsində yazılanların həqiqət olduğunu desə də, məhkəmə qətnaməsində onun iddianı qəbul etmədiyini qeyd edilib. Buna görə də məhkəmə iclas protokoluna qeyd vermişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Mənzil Tikinti Kooperativinin nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edəırək göstərdi ki, iddiaçı şirkətlə Cavabdeh1 arasında ünvan 3 ünvanında tikilməkdə olan yaşayış binası üçün beton verilməsi ilə bağlı razılaşma əldə edilib. Razılaşmaya görə Cavabdeh1 iddiaçı şirkətə beton verməli, iddiaçı şirkətsə betonun dəyəri olan 95060 manat pulu Cavabdeh1 verməli idi. Razılaşmanın təminatı olaraq həmin pulun əvəzinə tikilməkdə olan yaşayış binasında olan mənzillərdən biri Cavabdeh1 verilməli idi. Həmin mənzilin digər Cavabdeh2 verilməsinə dair xx xxxxxx 2020-ci ildə müqavilə bağlanılır və həmin tarixli maliyyə arayışı verilir. Maliyyə arayışında N. Sadıqova tərəfindən 95060 manat pulun iddiaçı şirkətə ödənilməsi göstərilsə də əslində həmin pul Cavabdeh2 tərəfindən ödənilməyib və müqavilə formal olaraq bağlanılıb. Müqavilə bağlandıqdan sonra Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib, yəni iddiaçı şirkətə beton verməyib və N. Sadıqova ilə şirkət arasında bağlanan müqavilə və maliyyə arayışını geri qaytarmayıb. Buna görə də iddiaçı şirkət Abşeron Rayon Məhkəməsinə müraciət edib. Abşeron Rayon Məhkəməsi iddianı rədd edərkən göstərib ki, iddiaçı həmin müqavilənin formal olaraq bağlandığını, uydurma əqd olduğunu, ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqd olduğunu, buna görə də əhəmiyyətsiz əqd olduğundan müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini tələb etsə də, bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Qeyd edir ki, iddiaçı şirkət iddia tələblərini əsaslandıran hallarla bağlı sübutları məhkəməyə təqdim edib. Bu sübutlardan ən əsası Cavabdeh1 izahatı olub. Belə ki, Cavabdeh1 məhkəmə iclasında verdiyi izahatında iddianı qəbul etdiyini, iddiaçı şirkətlə aralarında beton verilməsinə dair razılaşmanın olduğunu, betonun dəyəri olan 95060 manatın əvəzinə tikilməkdə olan yaşayış binasından mənzilə dair N. Sadıqova ilə iddiaçı şirkət arasında formal müqavilə bağlandığını, formal maliyyə arayışı verildiyini, sövdələşmənin baş tutmadığını, lakin Cavabdeh2 müqavilə və maliyyə arayışını iddiaçıya qaytarmadığını bildirib. R. Əliyev məhkəmədə iddianı qəbul etməsini bildirsə də, məhkəmə qətnaməsində onun iddianı qəbul etmədiyi qeyd edilib. Məhkəmə iddianı rədd etmək üçün bu cür yollara əl ataraq Cavabdeh1 izahatını saxtalaşdırıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Abşeron Rayon Məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməyərək qeyri-mötəbər, ziddiyyətli sübutlar əsasında iddianı rədd edib. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək göstərdi ki, İddiaçı MTK ilə Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2020- ci il tarixli müqaviləyə əsasən, ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının B girişi 3-cü mərtəbəsində ümumi sahəsi 135,8 kv.m. olan 3 otaqlı 127 saylı mənzil sonuncuya satılıb. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh2 tərəfindən mənzilin dəyəri olan 95060 (doxsan beş min altmış) manatı tam şəkildə İddiaçı MTK-ya ödənilməsi təsdiq edilib. Bununla da Cavabdeh2 mənzilin qanuni sahibi olub. xx xxxxxxxx 2020-ci il tarixində X1 Nuranə Məmmədtağı qızı ilə notarial qaydada ünvan 4 ünvanında inşa edilmiş yaşayış binasının B girişi 3-cü mərtəbəsində ümumi sahəsi 135,8 kv.m. olan 3 otaqlı 127 saylı mənzilin ilkin alqı-satqısına dair müqavilə bağlanmış, mənzilin dəyərini tam şəkildə ona ödəyərək mənzilə sahib olmuşdur. 2021-ci ilin yanvar ayında təsadüfən ona məlum olub ki, İddiaçı MTK Cavabdeh2 qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldıraraq maliyyə arayışını mübahisələndirib və məhkəmənin qətnaməsi ilə iddia təmin edilməyib, hesab edir ki, hər iki apelyasiya şikayəti əsassızdır. İlkin olaraq Cavabdeh2, sonradan isə X7 mübahisəli mənzilə qanuni əsaslarla sahibdirlər və istifadə hüquqları əldə etdiklərindən İddiaçı MTK-nın irəli sürdüyü iddia tələbi və birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti tamamilə əsassızdır. Odur ki, apelyasiya şikayətlərinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh Sadıqov Nuranə Məmmədtağı qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Cavabdeh2 tikinti materiallarının satışı ilə məşğul olan şəxs kimi tanımışdır. Onlar arasında tikinti materiallarının alqı-satqısı ilə bağlı razılaşma olsa da, lakin sonradan hazırki mübahisə predmeti olan ev məsələsi ortaya düşdüyündən, razılaşmaları baş tutmamışdır. İşdə olan “kooperativ” İddiaçı Mənzil Tikinti Kooperativi ilə “payçı” Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, ünvan 4 ünvanında tikilən binanın başa çatdıqdan sonra, həmin binanın B girişi, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 135,8 kv.metr olan 127 saylı, 3 otaqlı mənzili “payçı”ya təhvil verməyi “kooperativ” öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 3-cü bəndindən görünür ki, göstərilən mənzilin ümumi dəyəri 135,8 kv.metr x 700 manat=95060 manat məbləğində müəyyən olunmuşdur. Payçı müqavilə imzalandığı tarixdə mənzilin ümumi qiymətinin tam ödəniş məbləğində ilk haqqı ödəyir. Kooperativ payçıya ödənilən məbləğə görə qəbz verir. Təhvil veriləcək mənzilin ümumi dəyərinin qalan hissəsini payçı proporsional qaydada tam ödəniş ərzində kooperativin hesablaşma hesabına və ya xəzinəsinə nağd şəkildə ödəməlidir. İşdə olan Cavabdeh2 tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinin ünvan 1 ünvanında tikilən yaşayış binasının 3-cü mərtəbəsində, 127 saylı, ümumi sahəsi 135,8 kv.metr olan 3 otaqlı mənzilin dəyərindən 95060 manat İddiaçı Mənzil Tikinti Kooperativinə ödəmişdir. Qalıq borcu yoxdur. Birinci instansiya məhkəməsi müqavilənin bağlanmasının müqavilə tərəflərinin heç bir məcbur etmə hallarına məruz qalmayan iradə ifadəsi nəticəsində baş tutması, mübahisələndirilən müqaviləyə dair hüquqi proseslər barəsində müqavilə tərəflərinin azadlığı olmasını, müqavilənin və onun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsini təsdiq edəcək hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389, 390, 405.1, 324, 337, 340.1, 421, MPM-nin 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389 və 390-cı maddələrinin ümumi məzmunundan məlum olur ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun Mülki Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsində müəyyən edilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 324-cü maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlərin etibarsız sayılması üçün əsaslar Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Mülki Məcəllənin 337.4-cü maddəsi ilə müəyyən edilir ki, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Hazırki işdən görünür ki, mübahisələndirilən xx.xx.2020-ci il tarixli müqavilə sadə yazılı müqavilə olmaqla müqavilə tərəfləri “kooperativ” və “payçı” kimi göstərilmişdir. Cavabdeh2 İddiaçı Mənzil Tikinti Kooperativinə mənzil tikintisini sifariş etmiş, MTK sifarişi qəbul etmiş, razılaşdırılmış məbləği ödəmiş, məbləğin tam ödənilməsinə dair maliyyə arayışı verilmişdir. Göründüyü kimi, tərəflər öz idarə ifadələri nəticəsində müqavilə bağlamış, onlar heç bir məcbuetmə halına məruz qalmamışlar. İddiaçı, eləcə də digər Cavabdeh1 müqavilənin etibarsız hesab edilməsinə əsas olaraq “xxxx” MTK ilə digər Cavabdeh1 arasında olan razılaşmanın təminatı olaraq Cavabdeh2 ilə formal xarakterli alqı-satqı müqaviləsi bağlanmasını, həmin razılaşmaya əsasən Cavabdeh1 tərəfindən ünvan 1 ünvanında yerləşən yeni tikilməkdə olan yaşayış binası üçün İddiaçı MTK-ya beton verməli olmasını, İddiaçı MTK-nın isə əvəzində həmin betonun haqqı olan 95060 manat məbləğində pulu Cavabdeh1 ödəməli olmasını, lakin razılaşmanın baş tutmadığını göstərmiş, bunu təsdiq edəcək sübutlər təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə Cavabdeh2 arasıdna bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə də yuxarda sadalanan hallara dair hər hansı şərt göstərilməmişdir. Eyni zamanda İddiaçı MTK ilə Cavabdeh1 arasında sadalanan faktlara dair həır hansı başqa müqavilənin mövcud olması müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 403.1-ci maddəsinə əsasən üçüncü şəxsin xeyrinə öhdəliyin icrasını borcludan tələb etməyi müəyyən edən razılaşma ayrıca qaydada bağlanılan üçüncü şəxsin xeyrinə müqavilə ilə tənzimlənməlidir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh2 arasında müqavilə xx.xx.2020-ci ildə bağlanmış, bundan sonra Cavabdeh2 mənzilin tam dəyərini ödəmişdir ki, bu da MTK tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə təsdiqini tapmışdır. Beləliklə iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə qanunvericiliyin tələblərinə uyğun şəkildə bağlandığından, həmin müqavilənin və bunu əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, eləcə də ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Eyni zamanda iddiaçı təşkilat tərəflər arasında bağlanmış müqavilənn və maliyyə arayışının etibarsız hesab edilməsinə dair iddiasının əsası kimi sadaladığı halların təsdiqi üçün mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni və əsaslı olan qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-1602/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1 və 393, 405və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1602/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı Mənzil Tikinti Kooperativi və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar