Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-812/2024 09.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Siyəzən Rayon Dövlət Notariat Ofisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi tələbinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və X4) dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Siyəzən Rayon Dövlət Notariat Ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab olunması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Siyəzən rayon Dövlət Notariat Kontorunun dövlət notariusu tərəfindən 19 may 2008-ci il tarixdə reyestrdə 4Ə-218 nömrə ilə qeyd edilmiş X3 ilə X2 arasında Şabran rayonunun Sincanboyad kənd ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin sonuncunun dövlət reyestrində bu torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ********** qeydiyyat, **********25 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsi ilə (hakim B.Ələkbərov) iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən аpellyаsiyа şikayəti verib, Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, hazırkı tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi və Siyəzən Rayon Dövlət Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, qeyd olunan şəxslər məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə kolllegiyası apellyasiya şikayətinin mümkünlüyü məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri- mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası öz mövqeyinin hüquqi əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 363.1. Bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. 365.1.1. etibarnamənin müddətinin bitməsi etibarnaməyə xitam verilməsinə əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. 73.2. Fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicəprofilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. 73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Apellyasiya şikayəti hazırkı mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edilərkən müəyyən edilmişdir ki, şikayət elektron qaydada tərtib edilmiş və yalnız Vəkil tərəfindən imzalanmışdır. İş materiallarında iddiaçı tərəfindən vəkilinə (Vəkil) verilən etibarnamənin surətindən ( iş vərəqə nömrəsi 16) görünür ki, bu etibarnamə iki il müddətinə verilmiş və etibarnamənin qüvvədə olma müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Başqa sözlə hazırkı apellyasiya şikayəti Vəkil tərəfindən onu imzalama səlahiyyəti olmadan imzalanmışdır. Nə apellyasiya şikayətinə əlavə edilmiş sənədlər sırasında, nə də ki, iş materiallarında iddiaçı tərəfindən verilən və hazırda qüvvədə olan etibarnamə aşkar edilməmişdir. Belə olan halda hazırkı apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 363.1 və 363.1.3-cü maddələrinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti mülki işlə birlikdə Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 361, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrааldı: Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Siyəzən Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 2(059)-524/2023 nömrəli qətnaməsindən İddiaçı vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə mülki iş birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə).
Məhkəmə qərarları › İş №2(105)-812/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-812/2024
09.04.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver