Azərbaycan Respublikası adından Əlavə qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-55/2026 03.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər Serebryakova İrina Valeryevna və Sumqayıt şəhər * saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə məhkəmə xərclərinin həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi:
1. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddianın təmin edilməsi, AN-İ ******* nömrəli, ##.##.2021-ci il tarixli satıcı İddiaçı ilə alıcı Serebryakova İrina Valeryevna arasında bağlanmış Sumqayıt şəhər ərazi idarəsi tərəfindən ##.##.2011ci il tarixdə verilmiş ************ reyestr nömrəli, ********** nömrəli dövlət reyestridən çıxarışa əsasən 0,103 ha torpaq sahəsi üzrə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında sonuncunun, yəni alıcı Serebryakova İrina Valeryevnanın adına verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir (sədrlik edən hakim İlqar Dəmirov, hakimlər Zahid Məmmədov və Rəşadət Ağayev).
Apellyasiya icraatı iştirakçılarının izahatları
2. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası əlavə qətnamənin çıxarılması ilə bağlı işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
3. Belə ki, Azərbaycan Respublikası MPM-nin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur.
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər. 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər.
Apellyasiya baxışının hədləri
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin əlavə qətnaməsi Mülki Prosessual Məcəllənin 229-cu maddəsi ilə müəyyən edilmiş hallarda və qaydada çıxarılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz ) manat və apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat cavabdeh Serebryakova İrina Valeryevnadan tutularaq iddiaçıya ödənilməlidir.
7. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi qət edilsə də ödənilmiş dövlət rüsumunun kimdən tutulması məsələsinə münasibət bildirilməmişdir.
8. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən hesab edir ki, iddia təmin olunduğundan ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumu cavabdeh Serebryakova İrina Valeryevnadan tutularaq iddiaçıya ödənilməlidir.
9. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulduğundan, hazırkı əlavə qətnamədən ayrılıqda kassasiya şikayəti verilə bilməz.
10. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
11. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 229 və 392-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 100 (bir yüz ) manat və apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumu olaraq ödənilmiş 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat cavabdeh Serebryakova İrina Valeryevnadan tutularaq iddiaçıya ödənilsin. Əlavə qətnamədən ayrılıqda kassasiya şikayəti verilə bilməz.