Məhkəmə qərarları › İş №2(3-8)-55/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-55/2026

26.02.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(3-8)-55/2026 26.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1, Cavabdeh2 nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2(060)-3289/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, Saray Bağlar massivi 3057 ünvanında yerləşən 0,103 ha olan torpaq sahəsi ilə bağlı bağlanmış alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini, həmçinin proses iştirakçılarının əməllərində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün xüsusi qərardad çıxarılaraq prokurora məlumat verilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2(060)-3289/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia ərizəsinin təmin olunmaması və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamə ilə razı olmayan İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 06 noyabr 2025-ci il tarixli, 2(060)- 3289/2025 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(3-8)-55/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətinin baxılması mümkün hesab edilmişdir. Cavabdeh2 nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, apellyasiya şikayətində iddiaçı qismində İddiaçı yox, X3 göstərilmişdir. Mülki iş materiallarında İddiaçı X2 etibarnamə verməsi də öz əksini tapmamışdır. Həmçinin apellyasiya şikayəti verən və imzalayan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 vəkil orderi Sumqayıt Apellyasiya Məhkəməsi üçün yox, Bakı Apellyasiya Məhkəməsi üçün qeydiyyatdan keçmişdir. Göstərilən bu hallar AR MPM-nin 357-ci və 361 -ci maddələrinin tələblərini pozur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayəti verən şəxsin adının, soyadının və ata adının düzgün göstərilməməsini yanlışlıq kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil mülki işin apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq işdə iştirak edən Sumqayıt şəhər 4 saylı Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq onun iştirakı olmadan baxılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsindən appellyasiya şikayəti verən şəxs iş üzrə tərəf olmayan X1 adı göstərilmişdir. Lakin buna baxmayaraq Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair xx.xx.2026-cı il tarixli, 2(3-8)-55/2026 nömrəli qərardadında səhvən birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verdiyi qeyd olunmuşdur.Buna görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin mümkünlüyü barədə həmin qərardad ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı və apellyasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Həmin maddəyə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.6 və 402.2.5-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Sumqayıt Apellyasiya Məhkəməsinin 2(3-8)-55/2026 nömrəli, xx.xx.2026-cı il tarixli tarixli apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 4 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş apellyasiya baxışından çıxarılsın və apellyasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar