Məhkəmə qərarları › İş №2(105)-822/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-822/2021

27.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-822/2021 27.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı vəkili Vəkil1, cavabdehlər xxxx” MMC-nin nümayəndəsi Nümayəndə1, “X1 Bankının” vəkili Vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5433/2020 saylı qərardadından cavabdeh “X1 Bankı”, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC və“xxxx” MMC tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı nümayəndəsi Vəkil1 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsinin (özgəninkiləşdirmənin qeydə alınmasının) qadağan olunmasına dair iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim G.Tanrıverdiyeva) şikayətin təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(060)-5433/2020 saylı qərardadının ləğv edilməsi, İddiaçı nümayəndəsi Vəkil1 iddianı təmin etmə tədbiri barədə ərizəsinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsi, o cümlədən özgəninkiləşdirilməsinin qadağan olunması qərara alınmışdır. Cavabdeh “xxxx” MMC qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh “X1 Bankı” və müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət vermişlər. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehlər “xxxx” MMC, Cavabdeh3, “X1 Bankı”na, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” MMC və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşənmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X1 Bankı” ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3M-1382 reyestr nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, RX 12187073 nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 həmçinin ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsinin (özgəninkiləşdirmənin qeydə alınmasının) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırdı ki, mübahisə predmeti olan əmlakın, yəni Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binasının ipoteka qoyan və ipoteka saxlayanın razılığı ilə özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu isə mübahisənin uzanmasına, eləcə də iddia təmin ediləcəyi təqdirdə qətnamənin icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Bu halların aradan qaldırılması üçün iddianın təmini tədbiri görülməlidir. Vəkil əlavə olaraq bildirdi ki, Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən yaşayış binasının üzərinə həbs qoyulsa da, hesab edir ki, hazırki iş üzrə də iddianın təmini tədbiri qismində həmin əmlakın özgəninkiləşdirilməsi qadağan edilməlidir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdehlər “X1 Bankı”, “xxxx” MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv olunması, iddianın təmin tədbiri barədə ərizənin rədd edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh “X1 Bankının” vəkili Vəkil2 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə2 şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı vəkili Vəkil1 şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, şikayətlərin dəlillərini araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayəti qismən təmin edilməli və Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadının Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsi hissəsində ləğv edilməsi və qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qərardad qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünüdüyü kimi, iddiaçı iddia tələbinin təmin tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsinin (özgəninkiləşdirmənin qeydə alınmasının) qadağan olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə hal-hazırda mübahisəli əmlak üzərində həbs olduğundan, əmlakın üzərinə həbs qoyulması isə həm də onun özgəninkiləşdirilməsinin qadağan edilməsini özündə ehtiva etdiyindən bu barədə iddianın təmini tədbirinin tətbiq edilməsinə hazırki iş üzrə zərurətin olmaması əsası ilə ərizəni təmin etməmiş, iddiaçı bu nəticədən narazı qalaraq nəticəni mübahisələndirmiş, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilməsi qərara alınmış, iddianın təmini barədə ərizənin təmin edilməsini işin qeyd olunan hallarından göründüyü kimi, mübahisəli əmlakın özgəninkiləşdirilməsi imkanları və ehtimallarının yaranması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (Mülki Prosessual Məcəllənin 157.1. və 157.2. maddələri). İddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etmək üçün tədbirlər görə bilər. (Mülki Prosessual Məcəllənin 158.1.2., 158.1.3 maddələri). Maddənin məzmunundan göründüyü kimi, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbirdir və bu zaman məhkəmə hansı hərəkətlərin cavabdehə qadağan etməsinin, eləcə də mübahisə predmetinə aid müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edilməsi təşkil etməlidir. Buna görə də məhkəmə iddianın təmin edilməsinə dair ərizəyə baxarkən əmin olmalıdır ki, bu və ya digər iddia tədbirinin tətbiq edilməməsi gələcəkdə qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər. İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olubolmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2018-ci il tarixli qərarı). Lakin ərizəni bu hissədə təmin edən birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan hallara əhəmiyyət verməmiş və nəticədə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsi hissəsində ərizəni təmin etməklə düzgün nəticəyə gəlməmişdir. İddianın təmin tədbirinin Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində özgəninkiləşdirmənin qadağan olunması hissəsinə gəldikdə isə məhkəmə kollegiyası ərizəni bu hissədə təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsi hissəsində ləğv edilməli, qalan hissədə qərardad dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdehlər “X1 Bankı”, “xxxx” MMC, müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” MMC-nin şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 22, 22A ünvanında yerləşən ümumi sahəsi 0.4358 ha olan torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 58116.3 kv.m olan 24 mərtəbəli 2 girişli yaşayış binası barəsində hər hansı bir hərəkətin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə ərizə təmin edilməsin. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar