Məhkəmə qərarları › İş №2(105)-823/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-823/2023

04.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-823/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: gediş-gəliş yolunun açılması, yolun üzərinə qoyulmuş dəmir darvazanın sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X10 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(027)-2520/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları :

1. İş materiallarında olan fotoşəkillərdən görünür ki, mübahisəli ərazi dəmir barmaqlıqlarla əhatə olunmuşdur.

2. Cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh, İddiaçı Quba şəhəri aşağı qəbristanlıqda yaxınlarına məxsus məzara gedən yolun bağlanması və məzarın ətrafında olan dəmir barmaqlığın qanunsuz sökülərək digər məzarın ətrafına qaynaq etməsi faktında heç bir hüquqpozmanın əlamətləri yoxdur. Belə ki, tərəflər arasında məzar yerinin qapısı ilə bağlı mübahisə mülki xarakterlidir, mülkimühakimə icraatı qaydasında həll edilməlidir. İddiaçı müraciətində göstərdiyi xüsusatlarda hər hansı bir cinayət əməlinin və ya inzibati xətanın tərkibi yoxdur. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda heç bir cinayət hadisəsivə ya inzibati xəta aşkar olunmadığından, cinayət işinin başlanması rədd edilmişdir.

3. Birinci instansiya məhkəməsinin iclasında şahid X3 ifadəsində göstərmişdir ki, 15 ildir ki, bələdiyyədə fəhlə işləməklə həmin qəbiristanlığa təhkim olunmuşdur. Yalçını tanıyır, Raufu tanımır. Yalçının qohumlarına məxsus məzarlarının yerləşdiyi əraziyə indiki mübahisəli yerdən yol olmuş, əvvəllər həmin yerdə dəmir barmaqlıqlar olmayıb məftil var idi. Rauf Yalçının qohumlarının məzarının olduğu yerdən darvazanı çıxarıb dəmir barmaqlıqlar qoymuşdur.

4. Apellyasiya icraatı zamanı təqdim edilmiş Quba Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 243 nömrəli məktubdan görünür ki, İddiaçı ailə üzvlərinə məxsus məzarların yerləşdiyi əraziyə gediş-gəliş yolu cavabdeh (Cavabdeh) tərəfindən tutulmuşdur. İddiaçı ailə üzvlərinə məxsus məzarların yerləşdiyi əraziyə digər yerdən əlverişli gediş-gəliş yolu mövcud deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, onun ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə gediş-gəliş yolunun açılması, sökülmüş dəmir hasarların Cavabdeh hesabına quraşdırılması və gələcəkdə ona, ailələrinə məxsus məzarlara yaxınlaşması və hasarların sökülməsinə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba şəhəri, Aşağı qəbiristanlıqda 1998-ci ilin oktyabr ayında vəfat etmiş və dəfn olunmuş qardaşı X5 qəbrini xx.xx.2022-ci il tarixdə ziyarət edərkən xoşagəlməz hal ilə rastlaşmışdır. Belə ki, qardaşının və digər ailə üzvlərinin məzarına gedən yolun zəbt olunmasını, onların ailəsinə məxsus məzar yerinin dəmir hasar ilə hasarlandığını və giriş qapısının yerinin dəyişdirilərək qaynaqlanmasının şahidi olmuşdur. Bu barədə AR DİN-nin 102 xidmətinə zəng vuraraq bildirmiş, qısa müddətdən sonra Quba RPŞ-nin təhqiqatçısı baş leytenantı X8 onu yanına çağıraraq təhqiqat işinin ona həvalə olunduğunu bildirmişdir. Faktla bağlı 09 iyun 2022-ci il tarixində qəbiristanlıqda qardaşı və atasının dəfn olunduğu əraziyə hal şahidlərinin iştirakı ilə baxış keçirilmiş və müvafiq protokol tərtib edilərək, fotoşəkillər çəkilərək işə əlavə olunmuşdur. Araşdırma zamanı bu işin Cavabdeh və X4 tərəfindən törədildiyi məlum oldu. Araşdırma zamanı izahatı alınmış Cavabdeh verdiyi izahatında həmin ərazinin ona məxsus olduğunu bildirmişdir. Qeyd edir ki, ərizəsinə əlavə etdiyi məzar daşlarının fotoşəkillərindən də aşkar olur ki, onun qardaşı və atası cavabdehin qohumlarından əvvəl həmin ərazidə dəfn olunmuşlar, sonradan cavabdehin ailə üzvləri orada dəfn olunmuşdur. O, ailələrinə məxsus gürgahı cavabdehlərdən çox-çox əvvəl hasarlamışdır, cavabdehlər isə onlara məxsus gürgahın hasarlarını sökərək özlərinə məxsus gürgahı hasarlayaraq, onların qəbrlərini ziyarət etmək imkanlarını məhdudlaşdırmaqla və hasarları sökməklə onlara həm də maddi ziyan vurmuşdur. Tərəfindən edilmiş şikayət mülki xarakterli olduğundan, Quba rayon Polis Şöbəsi tərəfindən cavabdehin hərəkətlərində cinayət tərkibinin olmadığı və bununla əlaqədar məhkəməyə mülki qaydada müraciət etməyi izah olunduğundan, məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də hesab edir ki, məhkəmə qətnaməsinə əsasən onun ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə gediş-gəliş yolunun açılması, sökülmüş dəmir hasarların cavabdehin hesabına quraşdırılması və gələcəkdə bu kimi qanunsuz hərəkətlərinə qadağa qoyulmalıdır. Həmçinin iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu olan 100 manatı tələb edir.

7. Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(027)-2520/2022 nömrəli qətnaməsi ilə (hakim V.Seyidov) iddia qismən təmin edilib, İddiaçı ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə Cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması, sökülmüş dəmir barmaqlıqların Cavabdeh hesabına quraşdırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 29-cu maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Mülki Məcəllənin 152.1, 157.2, 157.8, 158.2, 180.1, 180.4cü maddələri, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 110, 111.2, 111.3-cü maddələrinə, “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18.2-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

9. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Ona görə ki, hər bir iddia tələbinə baxılarkən iddia tələbi müvafiq qiymətləndirmə testindən keçirilməlidir. Kim, kimdən, nəyi, hansı qanuna istinadən istəyir. Hal-hazırkı iddia tələbinin əsası ondan ibarətdir ki, iddiaçı onun ailə üzvlərinə məxsus məzarların yerləşdiyi əraziyə gediş-gəliş yolunun açılmasını, sökülmüş dəmir hasarların quraşdırılması, gələcəkdə ona, və ailə üzvlərinə məxsus məzarlara yaxınlaşması və hasarların sökülməsinə qadağa qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qəbirstanlıqların salınması və idarə olunması qaydalarına” əsasən qəbiristanlıq torpaqları bələdiyyə mülkiyyətinə aiddir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində mübahisəni yalnız müvafiq bələdiyyə və ya onun müvafiq qanunla verdiyi hüquqmüəyyənedici sənəd əsasında şəxslər çıxış edə bilər. Hal-hazırkı iddia tələbində isə belə bir hal aşkar edilməmişdir. Həmçinin müəyyən edilməlidir ki, ümumiyyətlə iddiaçının ailə üzvlərinə məxsus məzarların yerləşdiyi əraziyə gediş-gəliş yolu bağlanmışdırmı? Bağlanma ilə bağlı mötəbər sübut varmı? Məhkəmə cavabdehin maneə yaratması barədə iş materiallarında heç bir mötəbər sübut olmadan, şahidin ifadəsinə istinad edərək belə qənaətə gəlmişdir ki, maneə vardır. Lakin məhkəmənin özünün istinad etdiyi iş materiallarında olan 19 iyun 2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərardan, “X1 izahatından görünür ki, cavabdeh iddiaçının yaxınlarına məxsus məzarlara gedən yolu hasarlamamışdır. Bundan başqa şikayətə əlavə edilmiş fotoşəkillərdən videodan da göründüyü kimi iddiaçının yaxınlarına məxsus məzarlara gedən yol vardır, məzarlığın qapısı vardır, sərbəst surətdə maneəsiz gedib-gələ bilər. Hər bir halda məhkəmə iddiaçının qohumlarının məzarına gedən yolun bağlanması faktını təsdiq etmək üçün “əgər belə bağlanma ilə bağlı kifayət qədər əhəmiyyətli sübut olarsa” iş üzrə ekspertiza keçirməli və bu faktın mövcud olub-olmamasını aydınlaşdırmalı idi. Lakin məhkəmə kifayət qədər zəruri araşdırma aparmadan iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli yerə əvvəldən qoyduğu mərz iddiaçı tərəfindən çıxarılaraq tutulmuşdur. O, da iddiaçı tərəfindən çəkilmiş dəmir hasarı yerindən çıxardaraq, mübahisəli yerin əvvəlki vəziyyətini bərpa etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

13. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, əvvala iddiaçının hazırki iddia ilə məhkəməyə müraciət üçün subyektiv hüququ yoxdur, bu hüquq bələdiyyəyə məxsusdur. İkincisi belə hüquq olsa belə iddiaçının hansı hüquqları pozulub və maneə nədən ibarətdir. Hesab edir ki, bələdiyyə tərəfindən verilmiş arayış bu iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə də iş üzrə ekspertiza tədqiqatı aparılmalıdır. Cavabdehin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

14. Məhkəmə iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək izahatında bildirmişdir ki, 1998-ci ildə vəfat etmiş qardaşının və digər ailə üzvlərinin məzarlarına gedən yol cavabdeh tərəfindən zəbt olunmuş, həmin yol dəmir hasarla hasarlanmışdır. Məzarlığı ziyarət etməyə gedərkən bunun şahidi olmuşdur. Halbuki qohumları daha əvvəl həmin yerdə dəfn olunublar.Cavabdeh isə onlara məxsus “gurgahın” hasarlarını sökərək, özünə “gurgah” yeri hazırlamış, qəbirləri ziyarət etmək imkanlarını məhdudlaşdırmışdır. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

15. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

16. “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən; Qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə (bu Qaydaların 18.2-ci bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) yol verilmir Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir. Qəbiristanlığın müdiriyyəti rezervasiya olunmuş qəbir yeri və onu rezervasiya etmiş ər (arvad) barədə məlumatı (soyadı, adı, atasının adı və olduğu halda fərdi idenfikasiya nömrəsi) dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrə daxil etməlidir. 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş ər (arvad) sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra onların qohumları, qanuni nümayəndələri və ya onların dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar. 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə 5 (beş) gün müddətində məlumat göndərməlidir

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(027)-2520/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsa da, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlsə də, tətbiq edilməli olan maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

21. Ona görə də apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün tam hüquqlu məhkəmə kimi qanunvericiliyin ona verdiyi bütün mümkün vasitələrdən istifadə etmiş, işi hərtərəfli, tam, və obyektiv araşdırmağa çalışmışdır.

22. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasını xahiş edir.

23. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusunun qarşısını almaqla yanaşı, mövcud hüquqların bərpa olunmasından ibarətdir.

24. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

25. Araşdırılan işdən müəyyən edilir ki, İddiaçı yaxınlarına məxsus məzarların yerləşdiyi əraziyə gedən gediş-gəliş yolu Cavabdeh tərəfindən bağlanmışdır.

26. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etməyərək, iddiaçının yaxınlarına məxsus olan qəbirlərə digər hissədən gediş-gəliş yolunun mövcudluğunu bildirsə də, iş materiallarında olan fotoşəkillərdən, həmçinin birinci instansiya məhkəməsində icraat zamanı mübahisəli əraziyə yerində baxışın protokundan, məzarın ətrafında olan dəmir hasarının sökülməsi, beləliklə də iddiaçının yaxınlarına məxsus məzarlarına gediş-gəlişinə mane olması sübuta yetirilir.

27. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdehin apellyasiya şikayətinin iki əsas dəlili vardır ki, həmin dəlillər biri-digərini ziddi olmaqla cavabdehin izahatında və şikayətində qeyd etdiyi halları təkzib edir. Belə ki, cavabdeh şikayətində bir tərəfdən iddiaçının ailə üzvlərin məxsus olan məzarlığa gedən yolun onun tərəfindən zəbt edilmədiyini, bu halın sübuta yetirilməsi üçün məhkəmə tikinti – texniki ekspertizasının təyin edilməsini xahiş edir, şikayətin digər dəlilində isə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmamasına istinad edir ki, kollegiya bu dəlillə bağlı qeyd edir ki, cavabdeh sözügedən yolun zəbt edildiyini dolayısıyla etiraf edir, lakin belə bir tələblə müraciət etməyə iddiaçının subyektiv hüququnun olmamasını irəli sürərək mübahisənin qanuni həllindən yayınmağa çalışır.

28. Apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlillərini qəbul etməyən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olan “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının 14-cü bəndinin ümumi məzmununa əsasən ziyarətçilərin qəbiristanlığın ərazisində ictimai qaydaya və təmizliyə riayət etmək; bu Qaydalarla müəyyən edilmiş tələblərə riayət etməklə, qəbirüstü tikililər quraşdırmaq və ya onları dəyişdirmək, təmir etmək; qəbir yerini səliqəli saxlamaq, gül və digər yaşıllıqlar əkmək; qəbiristanlığın müdiriyyətindən qəbir yerinə qulluq göstərilməsini tələb etmək kimi hüquq və vəzifələri vardır. Hazırkı halda cavabdeh tərəfindən iddiaçının (ziyarətçinin) mərhum ailə üzvlərinin məzarlarına gedən ümumi yolu bağlaması, iddiaçının ziyarət hüququnun məhdudlaşdırılmasına səbəb olduğundan, qeyd olunan qaydaların tələbinin pozulması kimi qiymətləndirilməlidir.

29. Apellyasiya məhkəməsi bununla belə qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, yaranmış mübahisəyə maddi hüquq normalarının təbiq edilməsində səhvə yol vermişdir. Belə ki, məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 158.2 maddələrinə istinadla əsaslandırmışdır ki, kollegiya bu barədə məhkəmənin hüquqi mövqeyini qəbul etmir. Sadalanan maddi hüquq normaları mülkiyyət hüququnun təsbiti, bu və ya digər formada iqtisadi dəyərə malik olan əmlakla bağlı hüquqların həyata keçirilməsi zamanı yaranan ictimai münasibətləri tənzimləyir. Hazırkı mübahisə predmetini mülkiyyətlə eyniləşdirmək düzgün hesab edilmir.

30. Sadalananların davamı kimi apellyasiya kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən, qanun səhv təfsir edildiyindən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

31. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

32. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 386 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(027)-2520/2022 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı ailə üzvlərinə məxsus məzarlarının yerləşdiyi əraziyə Cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolu açılsın, sökülmüş dəmir barmaqlıqlar Cavabdeh hesabına quraşdırılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq, İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar