Məhkəmə qərarları › İş №2(105)-834/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-834/2023

27.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-834/2023 27.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülkiyyətin müdafiəsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X2 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-42/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli **********10 saylı məktubdan görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.15 ha torpaq sahəsinin məhkəmə qətnaməsi əsasında qeydiyyata alınması məqsədilə ərizəyə baxılmışdır. Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən mülkiyyətdə olan torpaq sahəsinə müayinə baxışı (inventarlaşdırma, çöl-ölçmə) keçirilmiş, arxiv sənəd əsasları və idarənin elektron baza məlumatları araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sənəd üzrə torpaq sahələrinin yerləşməsi ilə naturada torpaq sahələrinin yerləşməsi arasında fərq mövcuddur, həmçinin, göstərilən faktiki (0.1191 ha) torpaq sahəsinin 0.025 ha hissəsi (**********25 reyestr nömrəli), 0.025 ha hissəsi (**********24 reyestr nömrəli), 0.025 ha hissəsi (**********33 reyestr nömrəli), 0.025 ha hissəsi (**********32 reyestr nömrəli) və 0.0191 ha hissəsi isə Cavabdeh2 (**********31 reyestr nömrəli) mülkiyyətində olan hüquqları dövlət qeydiyyatına alınmış torpaq sahələri ilə üst-üstə düşür.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.15 ha torpaq sahəsi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1067 saylı reyestr kitabının 47 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********38 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 027323 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas xx.xx.2014-cü il tarixli 4Ə-4494 nömrəli alqı-satqı müqaviləsi, 132 saylı şəhadətnamə olmuşdur.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 114 saylı reyestr kitabının 61 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********84 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029183 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 55 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********31 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029179 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 48 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********25 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029181 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 50 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********33 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029182 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 56 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********32 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli № AA 029180 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış olmuşdur.

14. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən kənd təsərrüfat təyinatlı 0.025 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 51 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********24 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

15. Bölgü eskizindən görünür ki, Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən Cavabdeh2 məxsus olan torpaq sahəsinin bölgüsü aparılmışdır.

16. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(085)- 16/2019 saylı qərarından görünür ki, iddia təmin edilmiş, xx.xx.2007-ci il tarixdə DƏDRXnin Abşeron Ərazi İdarəsi tərəfindən MH seriyalı ******* nömrə ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınan Abşeron rayonu Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.13 ha torpaq sahəsinə dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi idarəsinin üzərinə qoyulması qət edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh2 və 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 adına Abşeron rayon Ərazi İdarəsi tərəfindən verilmiş **********25 reyestr nömrə, **********24 reyestr nömrə, **********33 reyestr nömrə, **********32 reyestr nömrə və **********31 reyestr nömrə ilə qeydə alınmış çıxarışların etibarsız hesab edilməsi, qeydlərin dövlət reyestrindən çıxarılması, mülkiyyət hüquqlarının bərpa edilərək torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.15 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ olaraq İddiaçı məxsusdur. Torpaq Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində **********38 nömrə ilə qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Lakin bir müddət əvvəl məlum olmuşdur ki, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə Cavabdeh2 adına fərqli reyestr nömrələri ilə bir neçə çıxarış verilmişdir. Eyni torpaq sahəsinə, yəni, iddiaçının mülkiyyətində olan torpaq sahəsinə dair başqa şəxsə çıxarış verilə bilməzdi. Bu səbəbdən də, hesab edir ki, sözügedən çıxarışlar ləğv edilərək onun mülkiyyət hüququ bərpa edilməli və torpaq sahəsi ona geri qaytarılmalıdır

19. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-42/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Habil Əhmədov).

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152, 157.2, 157.4, 139.1, 139.3, 146.2, Mülki Prosessual Məcəllənin 14.2, 17.4, 78.1, və 217.4-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

21. İddiaçı apellyasiya şikayəti verib Abşeron Rayon Məhkəməsinin 2(012)- 42/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətinin onunla əsaslandırmışdır ki, iddia tələbinin rədd edilməsi üçün əsas hesab edilmiş, mülki iş üzrə məhkəməyə daxil olmuş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/5128 saylı rəyi ilə düzgün verilməmişdir. Daşınmaz əmlakın Dövlət Reyestrinin nümayəndəsi Azər müəllim iki dəfə rəy verərək mübahisəli torpaq sahəsinin yerinin müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Daha sonra, Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən torpaq sahəsinin faktiki naturada üstüstə düşməsi barədə rəy verilmişdir. Məhkəmə tərəfindən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Ədliyyə Nazirliyinin mütəxəssisi əraziyə gəlmiş, o, mübahisəli torpaq sahəsini səlahiyyətli nümayəndəyə göstərmək istəmiş, lakin nümayəndə ona koordinatlar verilmədiyindən torpaq sahəsinin yerini müəyyən etməyin çətinlik yaratdığını bildirmişdir. Bu səbəbdən də, ekspert həmin məzmunlu rəy vermişdir. Halbuki sonrakı baxış zamanı ekspert iddiaçıya koordinatları müəyyən etdiyini bildirmiş, torpaq sahəsinə kordinatlar əsasında gəlib çıxdığını bildirmişdir. Ekspertiza rəyi verilməsindən imtina edilməsi qəbul edilə bilməz və məhkəmə tərəfindən bütün sənədlər təqdim edilməklə təkrar ekspertiza təyin edilməli idi.

23. Beləliklə, cavabdeh öz hüquq və vəzifələrindən sui-istifadə etmiş, qanunvericiliyin tələblərini pozmuş və nəticədə iddiaçıya ziyan vurulmuş və o, əmlak hüquqlarını tam həyata keçirə bilməmişdir. Cavabdehin hazırda iddiaçıya məxsus torpaq sahəsinə dair çıxarış alması və onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır və Azərbaycan Respublikası Konstitusiya və Mülki Məcəllə ilə qorunan hüquqları kobud surətdə pozulur.

24. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza zamanı mütəxsis tərəfindən torpaq sahəsinin yeri və kordinatları müəyyən edilsə də, ekspert tərəfindən guya müəyyən edilməsi mümkün olmadığı halı məhkəmə tərəfindən aydınlaşdırılmamış, təkrar ekspertiza keçirilməmiş və ya iş üzrə rəy vermiş ekspert qeyd olunan hala aydınlıq gətirmək üçün məhkəmə iclasına dəvət edilməmişdir. Halbuki iddiaçı tərəfindən belə bir vəsatət təqdim edilmiş və ekspertin dindirilməsi xahiş olunmuşdur.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

25. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

28. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.

29. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

30. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

31. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

32. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

36. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

37. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir.

38. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

Mülki Prosessual Məcəllə

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

44. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

47. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin 2(012)-42/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin 2(012)-42/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/3650 nömrəli ekspert rəyinə əsasən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-32/2-8646/2023 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışala İddiaçı məxsus 0.15 ha torpaq sahəsinin sənəd üzrə və iddia etdiyi torpaq sahəsinin koordinatlarının naturada yerləşməsi arasında fərq mövcud olduğu müəyyən edilmişdir. Bu səbəbdən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli çıxarışala İddiaçı məxsus 0.15 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilməsi, eləcə də həmin torpaq sahəsinin Cavabdeh2 tərəfindən istifadə edilib-edilməməsini, eləcə də Cavabdeh2 məxsus hər hansı torpaq sahəsi üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır.

51. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı, **********31 reyestr nömrəli çıxarışala Cavabdeh2 məxsus 0.025 ha torpaq sahəsinin, 07.11,2014-cü il tarixli, RX seriyalı ******* saylı, **********25 reyestr nömrəli çıxarışla Cavabdeh2 məxsus 0.025 ha torpaq sahəsinin, xx.xx.2014- cü il tarixli, RX seriyalı ******* saylı, **********33 reyestr nömrəli çıxarışla Cavabdeh2 məxsus 0.025 ha torpaq sahəsinin, xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı, **********32 reyestr nömrəli çıxarışla Cavabdeh2 məxsus 0.025 ha torpaq sahəsinin və xx.xx.2014-cü il tarixli, RX seriyalı ******* saylı, **********24 reyestr nömrəli çıxarışla Cavabdeh2 məxsus 0.025 ha torpaq sahəsinin naturada koordinatları müəyyən edilmişdir.

52. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********24, **********25, **********31, **********32, **********33 reyestr nömrəli çıxarışlarla Cavabdeh2 məxsus torpaq sahələrinin faktiki olaraq öz koordinatlarının hüdudlarında yerləşdiyi müəyyən edilmişdir.

53. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

54. Məhkəmə kollegiyası əvvəla İddiaçı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, ekspert rəyi ilə iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən sahiblik və faktiki istifadə edilməsi müəyyən olunmadığından, iddiaçının apellyasiya şikayəti təmin oluna bilməz.

55. Belə olan halda apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələr kimi qiymətləndirilməlidir, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

56. Beləliklə, şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

57. Eyni zamanda məhkəmə kollegiyası hedab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-42/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 50 (əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar