Məhkəmə qərarları › İş №2(105)-840/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-840/2023

15.03.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-840/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və X1 ibarət tərkibdə İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli 2(012)-4034/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1la bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və onun əsasında Abşeron rayonu, Masazır kəndində inşa edilən X3ndəki 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair cavabdehlər Cavabdeh1 və Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun adından etibarnamə üzrə nümayəndəsi Akim Rəcəbov tərəfindən Cavabdeh1la bağlanmış malmaterialların mənzillə əvəzləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli, _04.2021 saylı müqavilənin və həmin müqavilə əsasında Abşeron rayonu, Masazır kəndində inşa edilən (şərti adı – X3) 1 otaqlı, sahəsi 58,7 kv.metr mənzilə dair onun adından etibarnamə üzrə nümayəndəsi Akim Rəcəbov tərəfindən cavabdehlər Cavabdeh1 və Ramiz Yariyevlə bağlanmış xx.xx.2021-ci il tarixli, 0128 və 0129 saylı müqavilələrin və mənzil üzrə borcun olmaması barədə eyni tarixli 617 saylı arayışların etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4034/2022 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbi barədə iddiasının təmin edilməmişdir (hakim Cəmilə Səfiyeva). Həmin qətnamədən İddiaçı vəkili və nümayəndəsi kimi qeyd edilmiş Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4034/2022 nömrəli qərardadı ilə apellyasiya şikayətinin səlahiyyətsiz şəxs tərəfindən verilməsi əsası ilə şikayət geri qaytarılmışdır (hakim Cəmilə Səfiyeva). Vəkil1 Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4034/2022 nömrəli qətnaməsindən təkrar apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4034/2022 nömrəli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti vəkilin orderinin əlavə olunmaması əsası ilə geri qaytarılmışdır (hakim Cəmilə Səfiyeva). Vəkil1 Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4034/2022 nömrəli qətnaməsindən təkrar apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4034/2022 nömrəli qərardadı ilə qətnamədən verilmiş apellyasiya şikayəti yenidən vəkilin orderinin əlavə olunmaması əsası ilə geri qaytarılmışdır (hakim Cəmilə Səfiyeva). Vəkil1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4034/2022 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsini və iş üzrə qətnamədən verilmiş apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə apellyasiya şikayətinin vəkil tərəfindən imzalanmasını göstərsə də, e-mehkeme portalına elektron kabinet vasitəsi ilə əlavə edilmiş və İddiaçı tərəfindən imzalanmış apellyasiya şikayətinə əhəmiyyət verməmişdir. Çünki həmin apellyasiya şikayəti məhz N.Rəcəboba tərəfindən imzalanmış və evdar qadın olması, özünün elektron kabineti olmadığı üçün vəkilin elektron kabinetindən məhkəməyə təqdim edilmişdir. Məhkəmə isə qərardad qəbul edərkən məhz bu sənədə əhəmiyyət verməmiş, onu ört-basdır etməyə çalışmışdır. Bununla yanaşı ıməhkəmə daha da irəli gedərək apellyasiya şikayətinə vəkil orderinin də əlavə edilməli olduğunu göstərmişdir. Halbuki məhkəmə qərarlarından yalnız kassasiya şikayətinə vəkil orderinin əlavə edilməsi tələbi var. Tərəfin imzaladığı apellyasiya şikayətinə vəkil orderinin əlavə edilməsi tələbi qanunvericilikdə yoxdur. Vəkil təbii olaraq apellyasiya məhkəməsinin iclasında order təqdim etməlidir, lakin şikayəti məhkəməyə təqdim etmək və ya onu yola salmaq, poçta təqdim etmək üçün order tələb edilmir. Hazırkı halda vəkil yalnız tərəfin imzaladığı apellyasiya şikayətini məhkəməyə təqdim etmişdir. Bununla yanaşı icra edilməli prosessual hərəkət, yəni apellyasiya şikayətinin verilməsi məhz 1-ci instansiya məhkəməsində həyata keçirilməli olduğu üçün vəkilin 1-ci instansiya məhkəməsinə təqdim etdiyi order bu mərhələdə kifayətdir. Eyni zamanda Apellyasiya Məhkəmələrində artıq formalaşmış təcrübəyə əsasən tərəfin imzaladığı şikayət məhkəməyə elektron məhkəmə portalı vasitəsi ilə təqdim edilərkən order və etibarnamə əlavə edilməsə belə, şikayətlər icraata qəbul edilir, süni maneələr yaradılmır. Məhkəmə apelyasiya şikayətini MPM-nin 361.2-ci maddəsinə əsaslanmaqla və həmin maddəni rəhbər tutmaqla qaytarsa da, maddədə göstərilən tələbə əhəmiyyət verməmişdir. Belə ki, həmin maddədə göstərilir ki, vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi əlavə edilməlidir. Göründüyü kimi qanunverici vəkil orderinin əlavə edilməsinini vacibliyini işdə olmadığı halda qeyd etmişdir. Hazırkı halda isə başqa vəziyyətdir, vəkil orderi işdə var və apelyasiya şikayəti kasasiya şikayəti deyil ki, ona vəkil orderi mütləq qaydada əlavə edilsin. Qeyd edilənlərdən aydın olur ki, məhkəmə MPM-nin 361.2-ci maddəsini düzgün tətbiq etməmişdir, onu təhrif etmişdir. Məhkəmə yuxarıda qeyd edilən suni əngələri yaratmaqla, həmçinin qərardadı əsaslandırarkən “təkrar müraciət edildikdə qətnamədən apellyasiya şikayəti vermə müddətinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edilməlidir” sözlərini yazmaqla iddiaçının məhkəməyə müraciət etmək, apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4034/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Cəmilə Səfiyeva). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4034/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadında göstərmişdir ki, apellyasiya şikayətindən görünür ki, İddiaçı adından apellyasiya şikayətini nümayəndəsi Vəkil1 imza etmişdir, iddiaçının adından ona imza etmək səlahiyyəti verən etibarnamə məhkəmənin elektron sisteminə yüklənsə də, onun vəkil orderi apelyasiya şikayətinə əlavə edilməmişdir. İş materiallarında olan vəkil orderi Abşeron rayon Məhkəməsində vəkil kimi iştirak etmək üçün verilmişdir, apellyasiya şikayəti vermək üçün onun etibarnamə ilə yanaşı vəkil orderi də olmalıdır. Ona görə də, məhkəmə hesab edir ki, vəkilin qətnamədən apellyasiya şikayətini imza etmək səlahiyyəti onun adına verilmiş orderlə birlikdə səlahiyyətli olduğundan, onun tərəfindən elektron qaydada verilmiş apellyasiya şikayəti MPM-nin 361.2 maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 363.1-ci maddəsində apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılması halları konkret olaraq sadalanmışdır. Həmin hallar sırasında vəkil orderinin şikayətə əlavə olunmaması nəzərdə tutulmamışdır. Bundan başqa iş materiallarından da görünür ki, Abşeron Rayon Məhkəməsində baxılan hazırkı işlə bağlı İddiaçı hüquqi yardım göstərilməsinə dair order iş materiallarına əlavə edilmişdir. Bu baxımdan Vəkil1 iddiaçının adından apellyasiya şikayəti vermək səlahiyyəti olmayan şəxs hesab edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə kollegiyası işin faktiki hallarına və işdəki mötəbər sübutlara əsaslanaraq hesab edir ki, hazırkı halda Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)- 4034/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin vəkil orderinin əlavə olunmaması əsası ilə geri qaytarılmasına heç bir zərurət yoxdur, apellyasiya şikayətinin bu əsasla geri qaytarılması ədalətli yanaşma hesab edilə bilməz. Eləcə də bu hal hər hansı ciddi zərurət olmadan iddiaçı tərəfin prosessual hüquqlarının məhdudlaşmasına xidmət etdiyindən kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyini qəbul etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4034/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə görə, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vаrdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-4034/2022 nömrəli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(012)-4034/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeydə alınaraq icraata verilməsi və mahiyyəti üzrə baxılması üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar