Məhkəmə qərarları › İş №2(105)-845/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-845/2021

16.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-845/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-1755/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-1755/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh-nin, Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyan həcminin hesablanmasına dair tələbnaməqərarın ləğv edilməsi, Quba rayonu, 1-ci Nügədi kəndində 0,6 ha torpaq sahəsində yerləşən evə dair İddiaçı adına hesablanmış 487.80 (dörd yüz səksən yeddi manat 80 qəpik) manat pul vəsaitinin abonent bazasından silinməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İlqar Məmmədov) Qətnamədən Cavabdeh İstehsalat Birliyi apelyasiya şikayəti Quba Rayon Məhkəməsinin 2(027)-1755/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh-nin əməkdaşları tərəfindən qanunsuz hesablanmış 1111 manat məbləğində borcun hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq, iddianın dəqiqləşməsi barədə ərizə təqdim etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı qərarına əsaslanaraq Cavabdeh-nin, əməkdaşları tərəfindən qanunsuz tərtib olunmuş qərarın ləğv olunmasını və həmin qərar əsasında hesablanmış 641 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında Cavabdeh İstehsalat Birliyinin nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, qətnamə qanunsuz və əsassızdır. Qətnamə iddiaçının əsassız mülahizələri əsasında qəbul edilmişdir. Təşkilat tərəfindən təqdim olunmuş sübutlar qiymətləndirilməmişdir. “ Cavabdeh “ X1 RQİİ-nin ilə İddiaçı arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. Xaçmaz RQİİ-nin Quba rayon XS-nin əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxilə olunduğu müəyyən edilərək növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarmışlar. Bu barədə akt tərtib edilmil, abonent heç bir irad bildirməmişdir. xx.xx.2019-cu il tarixli, ******* saylı saylı akta əsasən qaz işlədicilərinin saatlıq qaz Sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmış və itirilmiş qazın miqdarı 4878 m3 həcmində və ya 487,80 məbləğində müəyyən edilərək ziyanın əvəzinin ödənilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci madəsinə əsasən, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazm alqf-satqısı barədə “müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞnin Şurasının xx xxxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalarına uyğun olaraq tənzimlənir. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin 2(027)-1755/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən ona əsassız olaraq borc hesablanıb. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan abonentin dəymiş ziyanın bərpasına dair Cavabdeh-nin Xaçmaz RQİİnin əməkdaşları tərəfindən tərtib olunmuş aktdan görünür ki, İddiaçıqaz işlədicilərinin istifadəsinə əsasən 0.8x6x90=432 m3, 1,5x18x90=2430 m3, 2,8x8x90=2016 m3 cəmi 4878 m3 qaz sərfiyyatı göstərilir. İşdə olan abonentin dəymiş ziyanın bərpasına dair Cavabdeh-nin Xaçmaz RQİİ-nin xx.xx.2019-cu il tarixli tələbnamədən görünürki, xx.xx.2019-cu il tarixində ******* nömrəli akt tərtib olunmuş və həmin akta əsasən 4878 m3 qaz sərfiyyat hesablanmışdır. İşdə olan Qaz paylayıcısı və məişət qaz qurğusu istifadəçisi arsında qazın alqısatqısı barədə müqaviləyə əsasən Cavabdeh- yi ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixli 24555-01.19 nömrəli müqavilə bağlanmışdır. İşdə olan abonent saldosundan görünür ki, **********00410 nömrəli saldo Quba rayonu 1-ci Nügədi kəndində yaşayan İddiaçı adına qeydə alınıb. İşdə olan Kod 30319018 JN-1213F saylı Torpağın mülkiyyətə veilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Quba rayonu, İ Nügədi kəndində İddiaçı adına Quba rayon X2 xx.xx.1997- ci il tarixli, 06 saylı qərarı ilə 0,18 ha fərdi yaşayış məqsədilə torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarına istinad edərək iddia tələbini qismən, akt əsasında yazılmış 487,80 manat hissəsində təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydaları haqqında qərarına istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərinin yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydaları haqqında qərarının 4.2-ci bəndində qeyd olunmuşdur ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-ci bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 560.1-cimaddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Müəyyən edilmişdir ki, Cavabdeh-nin, Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyan həcminin hesablanmasına dair tələbnamə-qərara əsasən Quba rayonu, 1-ci Nügədi kəndində 0,6 ha torpaq sahəsində yerləşən evə dair İddiaçı adına 487.80 manat borc hesablanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli, 80 saylı qazdan istifadə qaydalarının tələblərinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən). Həmçinin həmin qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Bundan başqa qaz sayğacının zədələnməsində istehlakçı iddiaçı X3 təqsiri heç bir sənədlə və ya sübutla təsdiq olunmur və onun həmin sayğaca müdaxilə etməsi əsaslandırılmamışdır. Sonradan isə Cavabdeh X1 X5 İdarəsi tərəfindən itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2019-cu il tarixli qərarı ilə 1668 kub metr qaz itkisi hesablanmışdır. Oeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Cavabdeh X1 X5 İdarəsinin itirilmiş qazın bərpası üzrə dəymiş ziyanın hesablanmasına dair komissiyanın xx xxxxxx 2019-cu il tarixli qərarı əsasında iddiaçı X4 hesablanmış 486 manat borc silinməlidir. Məhkəmə hesab etmişdir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac iddiaçının yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 487,70 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin tələblərinə görə iddiaçı fiziki şəxs olaraq qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki,birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini qalan hissədə təmin etməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Cavabdeh-nin, Xaçmaz RQİİ tərəfindən tərtib edilmiş xx xxxxxx 2019-cu il tarixli dəymiş ziyan həcminin hesablanmasına dair tələbnamə-qərara əsasən Quba rayonu, 1-ci Nügədi kəndində 0,6 ha torpaq sahəsində yerləşən evə dair İddiaçı adına 487.80 manat borc əsassız hesablansa da, qalan borc məbləği iddiaçının qazdan istifadəsinə görə yaranmış dövrü borcdur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini əsaslandıra bilməmiş, buna dair sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci 14.2.6-cı maddələrinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-1755/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar