Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-851/2024 05.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: cərimənin silinməsi, sübutların qiymətləndirilməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “cərimənin silinməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-520/2024 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh « Azəriqaz » İB-yə qarşı iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və (abonent kodu: **********00804) adına hesablanmış 3325 manat cərimə məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən sayğacın kənar xətti aşkarlandığı üçün onun adına ümumilikdə 3329 manat 67 qəpik manat məbləğində cərimə tətbiq edilmişdir. xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edilənlər ilə qəti şəkildə razı deyil. Çünki aktda qeyd edilənlər cəfəngiyyatdan başqa bir şey deyildir. O, İİ Qarabağ müharibəsində iştirak etmişdir və qazidir. Səhhəti ürək açan deyil. Sağlamlığı məhduddur. O, bu ciddi məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət etsə də, müsbət cavab ala bilməmişdir. Azəriqaz İB-nin əməkdaşları özləri ona izah etmişdir ki, məhkəməyə müraciət etsin və adına yazılmış əsassız cərimə ləğv edilsin. Çünki onun adına tərtib edilmiş sənədlərdə belə uyğunsuzluq var. Məhkəmə zamanı iddianı müdafiə edərək, sübutlarını məhkəməyə təqdim edəcək. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur.
3. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır.
5. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 23760 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur.
6. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, İddiaçı məxsus evin yerləşdiyi əraziyə baxış keçirilən zaman sayğacdan əvvəl qeydiyyatsız təbii qazdan istifadə edildiyi aşkar edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır.
7. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 3.5 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, Radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat,orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin cəmi 3960 m3 ödənilməsi qərara alınmışdır. Əsas olaraq xx.xx.2023-cü il tarixli, ******* saylı akt olmuşdur.
8. İddiaçı adına işlənmiş **********000804 kodlu abonentin saldosundan görünür ki, ünvan 1i ünvanında xx.xx.2023-cü il tarixdə Zenner G4T mexaniki tipli **********7 nömrəli sayğac quraşdırılmış, cihazlar: 4 gözlü qaz plitələri (PQ-4)(1/1) abonentin debitor borcuna görə 2023-cü ilə 102.24 manat debitor borcu, aktlara əsasən borc 3326.40 manat, ödəniş 99 manat olmaqla, cəmi borc 3329.64 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
9. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-520/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, « Azəriqaz » İB tərəfindən əsassız olaraq hesablanmış 2918.92 (iki min doqquz yüz on səkkiz manat doxsan iki qəpik) manat borcun abonent kodu **********00804 olan İddiaçı məxsus abunə hesabından silinməsi, « Azəriqaz » İB-dən dövlət rüsumuna görə 49.19 (qırx doqquz manat on doqquz qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ bəndi, İİ bəndi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1, 136.4 və 139.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 430.1 və 442-ci maddələri, «Qazdan istifadə Qaydaları»nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının 2.1.3, 2.1.5, 2.1.10 və 2.1.12-ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.1, 107, 119.1, 124.1, 14.2, 217.4, 220.5 və 238-252-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-520/2024 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv olunması, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğinin abonent hesabından tam silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli, ******* saylı aktda qeyd edilənlər ilə qəti şəkildə razı deyil. Çünki aktda qeyd edilənlər cəfəngiyyatdan başqa bir şey deyildir.
13. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-520/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
14. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, iddianı qiymətləndirməmiş və prosessual hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirdikləri qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarla rəsmiləşdirilmişdir: akt № ******* xx.xx.2023-cü il və akt № ******* xx.xx.2023-cü il. Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir. Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda 1-ci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, eyni zamanda səhv nəticəyə gələrək əsassız qətnamə qəbul etmişdir. Bildiririk ki, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı məhkəmə iddia tələbinin rədd ediməsini qət edərdi. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, İddiaçı aid olan **********00804 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bildirir ki, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə (qeydiyyatsız istifadəyə görə) qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. İddiaçı tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi Birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdir ki, abonent təbii qazı sayğacdan kənar xəttə qoşularaq istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qazpaylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, cavabdehin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki,cavabdeh tərəfindən tərtib edilmiş sənədlər bir-biri ilə uyğunluq təşkil etmir, təqdim edilmiş fotoşəkillərin müvafiq aktlardan xeyli əvvəl tərtib edilmişdir. Onun tərəfindən heç bir müdaxilə olmamışdır.
17. İş üzrə Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı və cavabdeh tərəf verdikləri apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanunu: Maddə 11. 6-cı bənd. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”: 3.2.1 və 3.2.2-ci bənd- qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli və qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. 6.5-ci bənd - qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcısı şəbəkədən ayırmaqla qazın verilişin dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bənd - qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, iddiaçı təbii qazdan istifadə qaydalarının pozulması əsası ilə Azəriqaz İB tərəfindən hesablanmış cərimə məbləğini mübahisələndirərək silinməsinə dair araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
24. Birinci intansiya məhkəməsi tərəfindən iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış 2918.92 (iki min doqquz yüz on səkkiz manat doxsan iki qəpik) manat borcun abonent kodu **********00804 olan İddiaçı məxsus abunə hesabından silinməsi, Cavabdeh İB-dən dövlət rüsumuna görə 49.19 (qırx doqquz manat on doqquz qəpik) manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq, təbii qazdan qeyri-qanuni istifadə etməsi mülki iş materiallarına əlavə olunmuş fotoşəkillər və inventar aktı əsasında öz təsdiqini tapmış və bu barədə abonentə təbii qazdan istifadə qaydalarının pozulması barədə tələbnamə tərtib edilərək xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 30 gün müddəti üçün cərimə hesablanmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, təbii qazdan istifadə qaydalarının tələblərinə uyğun olaraq həmin qaydalara riayət etmək abonent olaraq vətəndaşın vəzifəsi olsa da, sayğacın işlək vəziyyətdə olmasına nəzarət etmək isə qazpaylayıcısının birbaşa vəzifəsi olmaqla həmin vəzifənin icrasını 30 gündən bir həyata keçirməlidir. Lakin göründüyü kimi, Cavabdeh İB-nin nümayəndələri tərəfindən abonentin mənzilinə quraşdırılmış qaz sayğacına vaxtında nəzarət edilməməsi nəticə olaraq, abonentin də qaz sayğacından qeyri-qanuni istifadə etməklə təbii qazı talaması halını istisna etməmişdir. Bununla belə, abonentin təbii qazdan qeyri-qanuni istifadə etməsi, onun evində radiatorun olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə sadə riyazi hesablama üsulu ilə xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnaməyə uyğun olaraq, 2918.92 (1.2x24x30=864, 3.5x24x30=2520, 864+2520=3384, 3384x0.12=406.08, 3325- 406.05=2918.92 manat pul vəsaitinin abonent İddiaçı məxsus abunə hesabından silinməsi qənaətinə gəlir.
26. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-520/2024 nömrəli qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv olunması, Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmış cərimə məbləğinin abonent hesabından tam silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-520/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd edir:
29. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır.
30. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
31. Göründüyü kimi iddiaçı cavabdeh təşkilat tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı və hesablanmış cərimə məbləğini mübahisələndirərək həmin cərimənin əsassız olduğunu, uyğunsuz sübutlara əsaslandığını, cavabdeh təşkilat tərəfindən akta əlavə edilmiş fotoşəkillərin xx.xx.2023-cü ildə çəkildiyini, yəni mübahisələndirilən akta aidiyyatı olmadığını göstərmişdir.
32. Kollegiya ilk növbədə qeyd edir ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı müvafiq aktın ləğv edilməsi tələbini irəli sürsədə, idaçının həmin tələbində ifadə olunmuş iradə ifadəsi əslində bu akt əsasında hesablanmış cərimənin qanunsuz olması və silinməsi ilə bağlıdır. Odur ki, kollegiya qeyd olunan tələbə bu konteksdə qiymət verilməsini əsaslı hesab edir.
33. Kollegiya hesab edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından araşdırılan mübahisə üzrə iddiaçının qaz paylayıcısına zərər vurulmasına yönəlmiş təqsirli hərəkətlərini sübut etmə vəzifəsi cavabdehə aiddir.
34. Cavabdeh tərəf, iddaçının təbii qazı talaması faktına dair təqsirli hərəkətlərinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarla rəsmiləşdirildiyini göstərmiş, digər heç bir mötəbər sübut təqdim edilməmişdir.
35. Kollegiya qeyd edir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlar iddiaçı – abonent tərəfindən imzalanmamış, habelə aktlarda «imtina etdi» qeydi göstərilmişdir.
36. Qazdan istifadə Qaydalarının tələbinə görə istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır.
37. İşin müəyyən edilmiş hallarından göründüyü kimi yol verilmiş pozuntu qaz paylayıcısı tərəfindən müvafiq qaydada foto və videoçəkiliş aparılmaqla qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş fotoşəkillər isə 04 yanvar 2023-cü il tarixə aid olmaqla, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarda əksini tapmış pozuntunun təsdiqi faktı kimi qəbul edilə bilməz.
38. Qeyd olunmalıdır ki, iddiaçı tərəfindən mübahisələndirilən həmin fotoşəkillər mülki işə əlavə edilsə də, həmin fotoşəkillər üzrə məlumatlar diqqətə alınaraq birinci instansiya məhkəməsi tərəfindən müzakirə olunmamışdır.
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları hərtərəfli, tam araşdırmamış, əhəmiyyətli olan bir sıra hallara aydınlıq gətirməmiş, natamam sübutlar əsasında qətnamə qəbul etmişdir.
40. Məhkəmə kollegiyası təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirərək hesab edir ki, araşdırılan mübahisə üzrə toplanmış sübutlar natamam olmaqla, bir-birini təsdiq etmir, istehlakçının təqsirli olmasına dair güvənli nəticəyə gəlməyə əsas vermir.
41. Kollegiya qeyd edir ki, yalnız təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların mövcudluğu abonentin mübahisələndirilən fakt üzrə təqsirliliyini sübut edən birmənalı sübut olaraq qəbul edilə bilməz. Mülki prosessual qanunvericiliyin tələbinə görə güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır və bu sübutlar birlikdə dəyərləndirilməlidir.
42. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
44. Kollegiya mübahisələndirilən hissədə qətnamənin qanuniliyini yoxlayaraq sadalananlara əsasən bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən – iddianın cərimə borcunun silinməsinin təmin olunmayan (406,08 manat) hissəsində ləğv olunmalı, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia bu hissədə (3325-2918,92=406,08) təmin edilərək 406,08 manat cərimə silinməli, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan rədd edilməlidir.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(012)-520/2024 nömrəli qətnaməsi qismən – cərimə borcunun silinməsinin təmin olunmayan (406,08 manat) hissəsində ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İB tərəfindən hesablanmış 406,08 (dörd yüz altı manat səkkiz qəpik) manat borc abonent kodu **********00804 olan İddiaçı məxsus abunə hesabından silinsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.