Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-858/2024 19.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 Əhliman oğlunun və qeyrilərinin cavabdehlər Cavabdeh1 Əhliman oğluna və Cavabdeh2 qarşı yaşayış evinin mülkiyyətçilər arasında paylara uyğun naturada bölünməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2389/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qərardadından İddiaçı1 Əhliman oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərardadı ilə (hakim Ə.Ələkbərov) iddiaçılar İddiaçı1 Əhliman oğlunun və qeyrilərinin cavabdehlər Cavabdeh1 Əhliman oğluna və Cavabdeh2 qarşı yaşayış evinin mülkiyyətçilər arasında paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi, ərizəçiyə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixdə ********** №-li qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılması, qərardadın icrası rüsumun qaytarılması hissəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İddiaçı1 Əhliman oğlu qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 mart 2024-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2389/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı5 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçılar İddiaçı1 Əhliman oğlu, İddiaçı2 Əhliman qızı, Məmmədova (Şirinova) Nailə Əhliman qızı, X2 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Perkeşkül küçəsində yerləşən ümumi mülkiyyətdə olan 11 saylı yaşayış evinin payçılar arasında narurada bölünməsi, iddiaçılara məxsus ümumi mülkiyyətdən hər birinə düşən payların İddiaçı1 Əhliman oğluna, İddiaçı2 Əhliman qızına, Məmmədova (Şirinova) Nailə Əhliman qızına, X1, İddiaçı5 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı1 Əhliman oğlu Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli qərardadından şikayət verərək, iddia ərizəsinin mahiyyəti üzrə baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin bu mövqeyi və gəldiyi nəticə qanuni və əsaslı deyildir. Düzdür, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-244/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 noyabr 2010-cu il tarixli, 2(060)-3199/2010 nömrəli qətnaməsi ilə iddiaçı N.Ə.Şirinovanın və qeyrilərinin Cavabdeh2 qarşı evin həyətindən küçəyə olan qapıdan istifadə hüququnun tanınması və qapının ümumi istifadə üçün açılması barədə iddiası təmin edilmiş, iddiaçılar N.Ə.Şirinova, K.Ə,Şirinov və İddiaçı1 Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Kiçik Perekuşkül qəsəbəsi 11 saylı evin həyətindən küçəyə olan darvazasından istifadə hüquqları tanınmış və həmin darvazanın ümumi istifadə üçün açılması qət edilmişdir. Lakin həmin qətnamədə iddia miras əmlakdan payın ayrılması və qeyri tələblər hissəsində təmin edilməmiş sözü yoxdur və belə bir qeyri tələblər həmin mülki iş üzrə qaldırılmamışdır. Məhkəmə bu qərardadı qəbul edərkən qeyri- tələblərin nə olduğunu və hansı qətnamə ilə belə bir iddia tələbinin təmin edilmədiyi barədə qeyrimüəyyənliyi aradan qaldırmamışdır. Görünür ki, məhkəmə qəradadında hələ bu əmlak iddiaçıların mülkiyyətində olmadığı vaxtlar hələ miras əmlak olan vaxt iddiaçıların və Cavabdeh1 Əhliman oğlunun üçüncü şəxs olan X3 qarşı 2007-ci il tarixdə miras əmlaka hüququnun tanınması və miras əmlakda payların müəyyən olunması, cavabdehin (indiki iddiada üçüncü şəxs) miras əmlakdan payın naturada ayrılması barədə iddia ərizəsinə əsaslanmış, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsinə düzgün istinad etsə də, Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2007-ci il tarixli qətnaməsini diqqətə almamışdır. Həmin iddia ərizəsinə əsasən 15 mart 2007-ci il tarixli qətnaməyə əsasən miras əmlakda onların və indiki iddia ərizəsi üzrə cavabdeh olan qardaşı Cavabdeh1 Əhliman oğlunun üçüncü şəxs X3 münasibətdə iddiası payın narurada bölünməsi deyil, payın müəyyən olunması təmin olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 15 mart 2007-ci il tarixli qətnamə isə məhkəməyə təqdim edilməmişdir. 15 mart 2007-ci il tarixli qətnaməsi ilə yaşayış evi üçüncü şəxs X4 və üç az yaşlı övladına münasibətdə bölünmüşdür. İddiaçılarla cavabdehin payları müəyyən olunmuşdur. İndiki Cavabdeh1 Əhliman oğlunun payı müəyyən olunmuşdur. Həmin iddia üzrə indiki cavabdehlərdən biri olan Cavabdeh1 Əhliman oğlunun həyat yoldaşı Cavabdeh2 həmin 2007-ci il tarixli mülki iş üzrə ümumiyyətlə tərəf olmamışdır. Həmin qətnamə əsasında da iddiaçıların və cavbdeh və üçüncü şəxs olan şəxslərin 1/7 pay və müvafiq olaraq üçüncü şəxslərin 1/28 hissədə payları müəyyən olunmuşdur. Bu paylı mülkiyyət hüquqları 15 mart 2007-ci il tarixli Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi əsasında yaranmış və qeydiyyata alınmışdır. 2007-ci ildə üçüncü şəxslərin iddiaçılarla və indiki iddia üzrə cavabdehlə aralarında vərəsəlik mübahisəsi olduğu üçün payı ayrılmışdır. Bu tarixdən sonra paylı mülkiyyətçilər olan indiki iddiaçıların və cavabdehin arasında mülkiyyətçilərin paylarının naturada bölgüsü olmamışdır. Hazırda üçüncü şəxslərlə hər hansı mübahisə yoxdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. İş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi yenidən müzakirə edilməsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin qəbulundan imtina edərkən hazırki iddia tələbi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin qəbul edildiyini və qüvvəyə mindiyi ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi MPM-nin 153.2.2-ci maddəsinə istinad etmişdir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (M.Hüseynovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı). İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2014-cü il tarixli qərarı). Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (MPM-nin 153.2.2. maddəsi). Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsini hazırki iddia tələbi üzrə artıq qüvvəyə minmiş məhkəmə qətnamələrinin olması ilə əsaslandırsa da, istinad etdiyi məhkəmə qətnamələrinin hazırkı tələblə bağlı olmaması (mövcud tələbin yaşayış evinin paylarına uyğun naturada bölünməsi) hallarına diqqət yetirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi məsələsi tərəflərin iştirakı təmin edilməklə yenidən müzakirə edilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.2., 399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 Əhliman oğlunun şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 fevral 2024-cü il tarixli və onunla bağlı 13 mart 2024-ci il tarixli qərardadları ləğv edilsin. İddiaçılar İddiaçı1 Əhliman oğlunun və qeyrilərinin cavabdehlər Cavabdeh1 Əhliman oğluna və Cavabdeh2 qarşı yaşayış evinin mülkiyyətçilər arasında paylara uyğun naturada bölünməsi tələbinə dair iddia ərizəsinin icraata götürülməsi məsələsi tərəflərin iştirakı təmin edilməklə müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-858/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-858/2024
19.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver