Məhkəmə qərarları › İş №2(105)-860/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-860/2020

08.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-860/2020 08.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X34 və X7 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdehlər Cavabdeh1, onun vəkili X40 və Cavabdeh4 iştirakı ilə, İddiaçı Müsayib oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Musayib oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və 3-cü şəxslər Quba Regional ASAN Xidmət X31 və Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X35rşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onların əsasında verilmiş çıxarışların etibarsız hesab edilməsi və miras qalmış əmlak üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli, reyestr 2V-126-li Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Quba rayon Notariat Kontoru tərəfindən X23 verilmiş xx xxxxxx 2017-ci il tarixli, reyestr 2V-127 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onların əsasında verilmiş çıxarışın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, X2 qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə dair mirasın İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, ünvan 3ində yerləşən ümumi sahəsi 127,6 kv.m olan X2 və X8 miras qalmış fərdi yaşayış evinin 20/32 hissəsinə vəsiyyət üzrə İddiaçı, həmin fərdi yaşayış evinin 12/32 hissəsinə qanun üzrə Cavabdeh1 vərəsəlik paylarının müəyyən edilməsi, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-305F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən 0,13 ha torpaq sahəsindən miras qoyanlar X5 və X13 düşən hissədən 21/140 hissə İddiaçı vəsiyyət və qanun üzrə vərəsəlik payının, 49/140 hissədən isə Cavabdeh1 qanun üzrə vərəsəlik payının müəyyən edilməsi qət edilmişdir (hakim Zamin Tahirov) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)- 399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Musayib oğluna, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Quba Regional ASAN Xİdmət X31 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 xx xxxxxx 2017-ci il tarixli reyestr 2V-126 nömrəli Qanun üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə və Quba rayon Notariat Kontoru tərəfindən Cavabdeh1 verilmiş xx xxxxxx 2017-ci il tarixli reyestr 2V-127 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onların əsasında verilmiş Çıxarışlar, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın etibarsız hesab edilməsi, atası X9 xx xxxxxx 2014-cü il tarixində öldükdən sonra miras qalmış əmlakı faktiki olaraq qəbul etməsi və atasının onun xeyrinə vəsiyyətnamə qoymasını nəzərə alaraq onun tərəfindən mirası qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, mərhum atası X9 xx xxxxxx 2014-cü il tarixdə vəfat etmişdir. O, həyat yoldaşı və oğlu Cavad həmişə atasına məxsus evdə qeydiyyatda olmuş və mərhum atasına məxsus yaşayış evinin yerləşdiyi 0,13 ha torpaq sahəsi mərhum atası Musayib, anası Yamər, həyat yoldaşı Sənubər Əhmədxanovanın, Cavadın və onun mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul olunmuş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Mirasın açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İddiaçı olan qardaşı İddiaçı, atası öldükdən sonra nəinki həmin evdə yaşamamış və mirası qəbul etməmişdir, hətta o, əlində olan vəsiyyətnamə ilə vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat orqanına belə müraciət etməmişdir. Digər vərəsələr məhkəmədə təsdiq etmişlər ki, iddianı qəbul etmirlər və öz paylarından onun xeyrinə imtina etmişlər. Digər vərəsələr olan bacı-qardaşları kimi, o, mirası qəbul edərkən, notarius iddiaçı olan qardaşı Əsədullanı da, digər vərəsələr ilə birlikdə notariat orqanına dəvət etmiş, ona məlumat göndərilmiş, lakin o, notariat orqanına gəlib vərəsəliyə dair öz fikrini bildirməkdən imtina etmişdir. İddiaçı məlumat verilsə də, notariata gəlməmiş və gəlməməsinin səbəbini bildirməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat İdarəsinin rəisi tərəfindən imzalanmış və İddiaçı ünvanlanmış cavabda qeyd edilir ki, «müəyyən edilmişdir ki, Quba rayonu Notariat Kontorunda 2014-cü il tarixdə vəfat etmiş M.Əhmədxanovdan miras qalmış rayonun Digah kəndində yerləşən əmlaka dair vərəsəlik işi açılmış (xx.xx.2016-cı il) və oğlu Elşad Əhmədxxanov notariat kontoruna mirasın qəbuluna dair ərizə təqdim edərək, vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. O, ərizəsində miras qoyanın vərəsələri, o cümlədən onun barəsində məlumat vermişdir. Digər vərəsələr mirasdan imtina etsələr də, o, notariat kontoruna müraciət edərək miras əmlaka münasibətinizi bildirməmişdir. Qətnamədə qeyd edilir ki, güya digər vərəsələr onlara qarşı qaldırılmış iddianı qəbul edərək, iddianın təmin edilibedilməməsini məhkəmənin mülahizəsinə buraxmışlar. Qeyd etmək istəyir ki, bu əsla belə deyildir, digər vərəsələr iddianı qəbul etməmişlər və onlar ancaq son qərarın məhkəmənin mülahizəsinə buraxdıqlarını məhkəmədə izahat verərkən bildirmişlər. Yəni digər vərəsələr məhkəmədə deyirdilər ki, qardaşı Elşadın xeyrinə öz paylarından imtina etmilər. Qətnamədə digər vərəsələrin güya məhkəmədə iddianı qəbul etmələri barədə saxtakarlıq onunla təkzib olunur ki, Cavabdeh1 vərəsəlik işində digər vərəsələrin atalarından miras qalmış Quba rayonu, Digah kəndində yerləşən yaşayış evindən və 0,13 ha torpaq sahəsindən qardaşları Elşadın xeyrinə imtina edirlər. O, atasından qalan mirası bütün vərəsələrin, Əsədulla istisna olmaqla razılığı əsasında qəbul etmiş və bunun əsasında da vərəsəlik şəhadətnaməsi və onun da əsasında Reyestr Çıxarışı əldə etmişdir. İddiaçı vərəsəliyə çağırılarkən buna məhəl qoymamış, bununla qanunda nəzərdə tutulmuş vərəsəliyin qəbulu ilə əlaqədar müddətləri bilərəkdən qəsdən pozmuşdur. Məhkəmə onun vərəsəlik şəhadətnaməsini və onun əsasında əldə etdiyi Reyestr Çıxarışını ləğv edərkən, nədənsə digər vərəsələrin paylarının taleyinin sonunun necə olacağını düşünməmiş və bununla da, Mülki-Prosessual və Mülki Məcəllənin tələblərini kobud surətdə pozmuşlar. Bacı və qardaşları öz paylarını o, mirası qəbul edərkən ona bağışlamışlar. Məhkəmə isə onların da payını onun əlindən alıb qardaşı Əsədulla ilə bölür. Əgər onun vərəsəlik şəhadətnaməsi ləğv edilirsə, məntiqi və qanuni olaraq digər bacı və qardaşları olan vərəsələrin də payları özlərinə çatmalı və ya onlar öz paylarını onun və Əsədullanın xeyrinə imtina etməlidirlər. İddiaçı olan qardaşı İddiaçı, yaşamaq üçün birdəfəlik xx xxxxxx 2015-ci il tarixdə həyat yoldaşının doğulub boya-başa çatdığı Kürdəmir rayonuna köçmüşdür. Bundan sonra o, yenidən yaz aylarında kəndə qayıtmış, özünə məxsus həyətyanı torpaq sahəsini sataraq pulunu cibinə qoyub Kürdəmir rayonuna qayıtmışdır. Atası öldükdən sonra qardaşı İddiaçı dəfn mərasiminə gəlmiş, dəfn mərasimi xərclərində iştirak etməmiş və sonradan qayıdıb yenidən Kürdəmir rayonuna getmişdir. Anası öləndə iddiaçı olan qardaşı İddiaçı heç dəfn mərasiminə də gəlməmiş və heç özünə də əziyyət verməmişdir. Bundan sonra qardaşı İddiaçı 2018-ci ildə həyat yoldaşı ilə peyda olaraq, onu məhkəməyə vermişlər ki, qanunsuz vərəsəlik əldə edib. Qeyd olunanlara əsasən Quba Rayon Məhkəməsinin 2(027)- 399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətinin dəlillərini müdafiə edib, dəlillərə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunması və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili X40 apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 Musayib oğlu apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh6 apellyasiya şikayətini müdafiə edərək apelyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı hüquqi varisi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdiki, mərhum əri AR ƏMDK yanında DƏDRX-in 5 saylı Ərazi İdarəsinə müraciət etdikdən sonra məlum olmuşdur ki, qanun üzrə vərəsəlik şəhadətnamələrinə əsasən atasından və anasından miras qalmış əmlak Cavabdeh1 Müsayib oğlunun adına rəsmiləşdirilmişdir. Bundan sonra mərhum əri notariat kontoruna müraciət etmiş və məlum olmuşdur ki, Quba rayon Notariat Kontorunun xüsusi notariusu X41 tərəfindən xx.xx.2017-ci il tarixində atası X4 miras qalmış əmlakına 2V-126 nömrəli işi üzrə və anası X11 miras qalmış əmlakına vərəsəlik işi üzrə Cavabdeh1 qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmişdir. Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və onların əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X54 tərəfindən verilmiş çıxarışlar etibarsız sayılmalıdır. Ona görə ki, Cavabdeh1 və bacı-qardaşları, eləcə də anası bilirdilər ki, atası ölməmişdən əvvəl əmlakını iddiaçıya vəsiyyət etmişdir. Bunun səbəbi ondan ibarət idi ki, onun bütün qardaş və bacılarının, o cümlədən Elşadın öz evləri və ayrı təsərrüfatları var, həmçinin atası və anası onun iki gözünün kor olduğunu nəzərə alaraq, valideyn kimi onun gələcəyini düşünüb təmin etmək istəyirdilər. Lakin Cavabdeh1 onun müvəqqəti olaraq Digah kəndində olmamasından istifadə edərək, notariusdan bu faktı gizlətmişdir. İddiaçının atası X9 xx xxxxxx 2014-ci il tarixində, anası X24 xx xxx 2015-ci il tarixində ölmüşdür. Qaynatası ölməmişdən əvvəl xx xxxxx 2000-ci il tarixində vəsiyyətnamə qoymuş, həmin vəsiyyətnamə Quba rayonu X49 dairəsi üzrə nümayəndəsi tərəfindən xx xxxxx 2000-ci il tarixində təsdiq edilmişdir. Qaynatası tərəfindən qoyulmuş vəsiyyətnamədə 13 sot həyətyanı torpaq sahəsini həmin sahədə tikilmiş iki mərtəbəli, 04 otaqdan ibarət yaşayış evini və həmin evdə yerləşən ev əşyalarını oğlu İddiaçı vəsiyyət etmişdir. Atası X9 xx xxxxxx 2014-cü ildə öldükdən sonra vəsiyyət edilmiş evdə mərhum əri, qaynanası, X24, özü, oğlu və qızı yaşamış və pasport qeydiyyatında olmuşlar. Mərhum əri vərəsəliyi faktiki olaraq qəbul etmiş, evi idarə etmişdir. 2014-2017-ci illərdə torpaq vergisini ödəmişdir. Bu fakt Quba rayon Digah-Xucbala bələdiyyəsi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 05 saylıarayışla təsdiq olunur. Gözləri görmədiyi üçün 1-ci qrup əlil idi. Qaynanası öldükdən sonra qardaşı Elşad onu dəfələrlə ölümlə hədələdiyi üçün, həmçinin oğlu hərbi xidmətdə olduğu üçün müvəqqəti olaraq Kürdəmir şəhərində qohumlarının yanına köçmüşlər. Buna baxmayaraq, vaxtaşırı ünvan 3inə gəlmişlər. Müəyyən müddət Cavabdeh1 tərəfindən həyatı təhlükədə olmasına baxmayaraq, bu evdə qalmışlar. Belə ki, hər dəfə mübahisəli evdə qalanda gecə qaranlıqda Elşad evə hücum çəkir, ərini hədələyir, evdən getməyini tələb edir, əks təqdirdə öldürəcəyi ilə hədələyirdi. Əri mirasın qəbul edilməsi üçün Notariat Kontoruna ərizə verməsə də mirası faktiki olaraq qəbul etmiş sayılır. Cavabdeh Notariat Kontoruna 2017-ci ildə, yəni atasının ölümündən 3 il keçdikdən sonra ərizə verdiyi üçün notarius həmin ərizəni qəbul etməməli və ona izah etməli idi ki, mirasın qəbul edilməsi vaxtının uzadılması üçün məhkəməyə müraciət edə bilər. Quba rayon Notariusu Z.Dəmirov tərəfindən Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinin və Notariat Haqqında Azərbaycan Respublikası Qanunun 57-ci maddələrinin tələbini pozulduğu üçün həmin şəhadətnamələr etibarsız hesab edilməlidir. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının hüquqi varisi X1 vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edirəm, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə üçüncü şəxs Quba Regional ASAN Xidmət Mərkəzi Notariat Kontoru məktubla məhkəməyə müraciət edərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə 3-cü şəxs Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı X45 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd eidlən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbacyan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, İddiaçı, atası Musayib Əhmədxanov və anası Yamər Əhmədxanova vəfat etdikdən sonra ailəlikcə miras qalmış həmin evdə yaşamışdır. Musayib Əhmədxanov valideynlərindən miras qalmış əmlakı idarə etməklə mirası faktiki olaraq qəbul etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Aydəmirov Şövkət Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, İddiaçı, atası Musayib Əhmədxanov və anası Yamər Əhmədxanova vəfat etdikdən sonra ailəlikcə həmin evdə yaşamışdır. Musayib Əhmədxanov valideynlərindən miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, əri İddiaçı İ qrup əlildir. 2 övladı vardır. X21 vəfat edəndə həmin evdə olmuş və yaşamışlar. İddiaçı bacıları, anası onlarla yola getmədiyinə görə məcbur olaraq Kürdəmirə getmişlər. Onlar X21un evində yaşamışlar. Onların başqa evləri olmamışdır. Belə ki, mülki işin materiallarında olan Quba RİHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 260 saylı arayışdan görünür ki, İddiaçı ünvan 3ində yaşayır. İş materiallarında olan Notariat işindən görünür ki, Cavabdeh1 tərəfindən Quba rayon Notariat Kontoruna ünvanlanmış 247 və 248 nömrəli ərizələrində xx.xx.2014-cü ildə atası X9 və xx.xx.2015-ci il tarixdə anası X11 vəfat etməsini, onların vəfatından sonra Afər, Elşən, Əsədulla, Humay, Səidə və Nahidə adlı vərəsləri qalmasını göstərmişdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş İ-İE nömrəli 164022 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X9 ilə X36 xx xxxxxxxx 1958-ci ildə nikahlarını bağlamış, nikah bağlandıqdan sonra arvada Əhmədxanova soyadı verilmişdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş Quba rayon Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ 695510 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx xxxxxx 2014-cü ildə, AZ-İ 737510 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 xx xxx 2015-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reeystrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3ində yerləşən ümumi sahəsi 127,6 kv.m olan fərdi yaşayış evi X4 və 0,13 ha torpaq sahəsi X4, Cavabdeh1, X14, X6, X11 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan notariat işinə əlavə edilmiş Quba RHİB-nin Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 406 və 407 nömrəli arayışlara əsasən X9 1935-ci ildən 2014-cü ilə kimi Quba rayonu, Digah kəndində yaşamış və orada da xx.xx.2014-cü ildə vəfat etmiş, X24 1937-ci ildən 2015-ci ilədək ünvan 3ində yaşamış, xx.xx.2015-ci il tarixdə vəfat etmiş, vəfat etdikdən sonra X18, Cavabdeh3 Musayib oğlu, İddiaçı, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və X15 adlı vərəsələri qalmışdır. İş materiallarında olan notariat işinə əlavə edilmiş Cavabdeh3 Musayib oğlu tərəfindən Notariat Kontoruna verilmiş ərizədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş atası X2 və xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X8 qalmış miras əmlakdan ona çatan payları qəbul etməmiş, etmək fikrində deyildir, müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş Cavabdeh2 tərəfindən Notariat Kontoruna verilmiş ərizədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş atası X2 və xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X8 qalmış miras əmlakdan ona çatan payları qəbul etməmiş, etmək fikrində deyildir, müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş Cavabdeh5, Cavabdeh4 tərəfindən Notariat Kontoruna verilmiş ərizədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş atası X2 və qeyd edilən şəxslərdən əlavə olaraq Cavabdeh6 tərəfindən xx.xx.2015-ci il tarixdə vəfat etmiş anası X8 qalmış miras əmlakdan ona çatan payları qəbul etməmiş, etmək fikrində deyildir, müddətin uzadılması iddiası ilə məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan notariat işinə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ünvan 3ində yerləşən ümumi sahəsi 127,6 kv.m olan fərdi yaşayış evindən və ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 0,13 ha torpaq sahəsindən ibarət əmlakdan 1/1 hissədə pay almalıdır. İş materiallarında olan notariat işinə əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ünvan 3ində yerləşən ümumi sahəsi 0,13 ha torpaq sahəsindən ibarət əmlakdan pay almalıdır. İş materiallarında olan Quba rayon Xucbala kənd soveti tərəfindən xx xxxxxx 1967-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1964-cü ildə ünvan 3ində anadan olmuş, atası X9 və anası X16r. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli, 05 nömrəli arayışdan görünür ki, İddiaçı 2014-2015-2016-2017-ci illər üçün torpaq vergisi borcunu ödəmişdir və xx.xx.2018-ci il tarixinədək torpaq vergisi borcu yoxdur. İş materiallarında olan xx xxxx 2018-ci il tarixli, 06 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3ində qeydiyyatdadır, oğlu Kürdəmir rayonunda müqavilə ilə işlədiyi üçün ailəsi ilə birgə müvəqqəti olaraq Kürdəmir rayonunda yaşayır. Mərhum atası X25 tərəfindən ona vəsiyyət olunmuş mülkiyyəti (evi) yoxlamaq üçün vaxtaşırı Digah kəndinə gəlir. İş materiallarında olan DMSF-nın Quba rayon şöbəsinin xx xxxxxx 2015-ci il tarixli, 2/173 nömrəli arayışından görünür ki, İddiaçı İ qrup gözdən əlilliyə görə 226 manat əmək pensiyası alır. İş materiallarında olan xx xxxxxxxx 2000-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı 13 sot həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən iki mərtəbəli dörd otaqlı evini və əşyalarını oğlu İddiaçı oğuna vəsiyyət etmişdir. İş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli, 04 nömrəli arayışdan görünür ki, İddiaçı atasına məxsus pay və həyətyanı torpaq sahələrinin 2015-2016-2017-ci illərin (2017-ci ili qismən) torpaq vergisini xx.xx.2018-ci il tarixində 50 manat Digah-Xucbala bələdiyyəsinin hesabına ödəmişdir. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair JN-305 F KOD 30327028 nömrəli Şəhadətnaməyə əsasən X26, X24, Cavabdeh1, X17, X19 Quab rayonu Digah kəndi ərazisindən 0,13 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3ində yerləşən ümumi sahəsi 127,6 kv.m fərdi yaşayış evi Cavabdeh1 adına, həmin evin yerləşdiyi torpaq sahəsinin 3/5 hissəsi Cavabdeh1, 1/5 hissəsi X20, 1/5 X14 payı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 3ində yerləşən ümumi sahəsi 127,6 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X4, evin yerləşdiyi torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X4, Cavabdeh1, X14, X6, X11 adına qeydə alınmışdır. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə əsasən X9 ilə X27 xx xxxxxxxx 1958ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmalarını, birgə nikahlarından Afət, Elşən, Əsədulla, Humay, Səidə, Nahidə, Elşad adlı uşaqlarının doğulmasını, X9 ilə X11 birgə nikahda olduqları dövrdə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-305F KOD 30327028 nörməli şəhadətnaməyə əsasən X5, X13, Cavabdeh1, X10, X19 0,13 ha torpaq sahəsi verilməsini, həmin torpaq sahəsi üzərində X9 ilə X11 fərdi yaşayış evi tikməsini, həmin yaşayış evinin miras qoyan X5 məxsus olmasını, X4 xx xxxxx 2014-cü il tarixdə vəfat etməsini, vəfat etməmişdən qabaq xx xxxxx 2000-ci ildə qeydə alınmış vəsiyyətnamə qoyaraq ona məxsus evi və 0,13 ha torpaq sahəsindən ona düşən payını oğlu İddiaçı vəsiyyət etməsini, Musayib Əhmədxanov vəfat etdikdən ondan miras qalmış əmlakı arvadı Yamər Əhmədxanov idarə etməsini, Yamər Əhmədxanovanın xx.xx.2015-ci il tarixdə vəfat etməsini, bundan sonra Cavabdeh1 atası Musayib Əhmədxanov və anası Yamər Əhmədxanovadan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Yamər Əhmədxanova vəfat etdikdən 1 il sonra notariat kontoruna müraciət etməsini, Musayib Əhmədxanov və Yamər Əhmədxanovanın vərəsələrindən Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 onlardan qalmış miras əmlakdan düşən paylardan Quba rayon Notariat Kontorunda imtina etmələrini, lakin İddiaçı adı miras qoyanların vərəsələri sırasında göstərilsə də, mirasın qəbul edilməsi ilə bağlı ona heç bir məlumat verilməməsini,onun mirasın qəbul edilməsinə çağırılmasına dair iş materiallarına cavabdeh tərəfindən heç bir sübut əlavə edilməməsii, İddiaçı Quba rayon Notariat kontoruna çağırılmadan miras qoyanlar Musayib Əhmədxanov və Yamər Əhmədxanovadan qalmış miras əmlaka Cavabdeh1 adına xx xxxxxx 2017-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilməsini, bundan sonra Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən miras qalmış əmlaka Cavabdeh1 mülkiyyət hüququ tanınmasını müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən birinci növbədə vərəsələr-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci madəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.(maddə 1243.2). Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir(maddə 1243.3). Həmin Məcəllənin 1246-cı madəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1281-ci maddəsinə əsasən əgər mirası qəbul edən bütün vərəsələrin razılaşması ilə ayrı qayda müəyyənləşdirməyibsə, bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Həmin Məcəllənin 1171-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə bir neçə vərəsə təyin edilmişdirsə və vərəsələrdən birinə təyin edilmiş pay mirasın hamısından ibarətdirsə, vəsiyyət üzrə bütün vərəsələr bərabər paylar almalıdırlar. Həmin Məcəllənin 1172-ci maddəsinə əsasən əgər vəsiyyətnamə ilə təyin edilmiş vərəsələrin payları bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə vərəsəlik həyata keçirilir və əgər vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmayıbsa, bu cür vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur. Həmin Məcəllənin 1173-cü maddəsinə əsasən yalnız vəsiyyətnamə ilə təyin edilmiş vərəsələr olduqda, əgər vəsiyyət üzrə hər bir vərəsənin öz payı müəyyənləşdirilmişdirsə, lakin onların hamısının payları birlikdə götürüldükdə mirası tam əhatə etmirsə, onların payları mütənasib surətdə artırılır. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun Məhkəməmə kollegiyası qeyd edir ki, Cavabdeh1 xx.xx.2014-cü ildə vəfat etmiş X2 və xx.xx.2015-ci ildə vəfat etmiş X8 qalmış miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı Quba rayon Notariat Kontoruna ərizə ilə müraciət etmiş, ərizədə vərəsələrin adları qeyd edilmiş, vərəsələrdən Cavabdeh6, Cavabdeh2, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh3 valideynlərindən miras qalmış əmlakdan imtina etməli barədə Notariat Kontoruna ərizə ilə müraciət etmişlər. Lakin digər vərəsə olan, hazırki iş üzrə İddiaçı mirasın açılması və mirasın qəbulu üçün Quba rayon Notariat Kontoruna çağırılması barədə iş materiallarından hər hansı sübut mövcud deyildir. Bu barədə iddiaçı məlumatlandırılmasa da, qanunvericiliyə zidd olaraq miras əmlaka Cavabdeh1 Əsədulla oğlunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və şəhadətnamə əsasən miras qalmış əmlaka dair çıxarış alınmışdır. İş materaillarından göründüyü kimi, X9 ilə X24 birgə nikah dövründə tikilmiş fərdi yaşayış evinin 1/2 hissəsi Musayib Əhməxanovun, 1/2 hissəsi isə Yamər Əhmədxanovun mülkiyyəti sayılır. Quba rayon X22 xx xxx 1997-ci il tarixli, 04 saylı qərarı ilə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-305F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən X5 və X13 və digərlərinə 0,13 ha torpaq sahəsi verilmiş, Musayib Əhmədxanov xx xxxxxx 2011-ci ildə vəfat etmiş, onun vəfatından sonra ondan miras qalmış əmlakı arvadı Yamər Əhmədxanova qəbul etmişdir. İş materiallarından müəyyən edilir ki, Musayib Əhmədxanov xx xxxxx 2000-ci ildə vəsiyyətnamə verərək birgə nikah dövründə tikilmiş fərdi yaşayış evindən özünə çatan payı və 0,13 ha torpaq sahəsindən özünə çatan payı İddiaçı vəsiyyət etmişdir. X9 ilə X11 digər vərəsələri onlara çatan paydan notarial qaydada imtina etdiyindən, miras qalmış əmlaka iki vərəsə Cavabdeh1 və İddiaçı qalmışdır. Göründüyü kimi, İddiaçı vəsiyyət üzrə vərəsə, Cavabdeh1 qanun üzrə vərəsədir. X2 miras qalmış fərdi yaşayış evinin 20/32 hissəsi İddiaçı, həmin fərdi yaşayış evinin 12/32 hissəsi Cavabdeh1 aiddir. Bundan başqa Torpağın Mülkiyyətə Verilməsinə dair JN-305F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən cəmi 0,13 ha olan torpaq sahəsindən miras qoyan X5 düşən 28/140 (0,026 ha) hissədən vəsiyyət üzrə İddiaçı 21/140 hissəsi, qanun üzrə Cavabdeh1 7/140 hissəsi, miras qoyan X13 düşən 28/140 (0,026 ha) hissədən qanun üzrə İddiaçı 14/140 hissəsi, Cavabdeh1 14/140 hissəsi aiddir. Beləliklə Torpağın Mülkiyyətə Verilməsinə dair JN-305F KOD 30327028 nömrəli şəhadətnaməyə əsasən 0,13 ha torpaq sahəsindən miras qoyanlar X5 və X13 düşən hissədən İddiaçı payı 21/140 hissə, Cavabdeh1 payı 49/140 hissə müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib, yəni ona miras əmlakdan pay qalmasını atası Müseyib Əhmədxanovun adından verilmiş vəsiyyətnamə ilə sübuta yetirmiş, birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-399/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın Cavabdeh1 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar