Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-865/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar söz: lizinq müqaviləsi üzrə pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-183/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2023-ci il tarixli, İF/06065 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə 23451,66 manat borcun, dövlət rüsumu olaraq ödədikləri 160,35 manat məbləğin tutulması və lizinq obyekti olan “BMW 750” minik markalı, **-AK- *** dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "Bank Olmayan Kredit Təşkilatı İDK" MMC-nin xeyirinə tutulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında xx.xx.2023-ci il tarixli, İF/06065 saylı, 36 ay müddətli daxili maliyyə lizinq müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən “BMW 750” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Artıq dörd aydır ki, cavabdeh tərəfindən heç bir ödəniş edilmir və hal-hazırda lizinq obyekti onun istifadəsindədir. Cavabdeh müqavilə müddəti ərzində 8976,40 manat ödəniş etmişdir və onun xx.xx.2024-cü il tarixinə olan əsas borcu 20454,24 manat, faiz borcu 2806,87 manat, cərimə borcu isə 190,55 manat olmaqla, cəmi 23451,66 manat təşkil edir.
2. İddiaçı "xxxx" MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ərizədə göstərmişdir ki, borcun hesablanmasına dair ekspert rəyinə əsasən cavabdehin xx.xx.2024-cü il tarixinə qədər olan əsas borcu 20881,97 manat, mükafat borcu isə 4320,77 manatdır. İddia tələbləri ekspert rəyində qeyd olunan əsas və mükafat borc həddində artırmışlar. Belə ki, əsas borc 20881,97 manat, mükafat borcu isə 4320,77 manat və cərimə borcu 190,55 manat olmaqla, cəmi 25393,29 manatdır. Cavabdehin xx.xx.2024-cü il tarixində 500 manat ödəmişdir. Göstərilənlərin nəzərə alınraq əsas borc 20381,97 manat, mükafat borcu isə 4320,77 manat və cərimə borcu 190,55 manat, cəmi 24893,29 manat, dövlət rüsumu olaraq ödədikləri 166,80 manat məbləğin ödənilməsi və lizinq obyekti olan “BMW 750” minik markalı, 77AK356 dövlət qeydiyyat nişanlı avtomobilin geri qaytarılması barədə iddiaçı "Bank olmayan Kredit Təşkilatı İDK" MMC-nin xeyrinə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-183/2025 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsi üzrə 4320,77 manat mükafat borcu, 190,55 manat cərimə borcu olmaqla, cəmi 4511,32 manat borc və 100 manat dövlət rüsumunun əvəzinin "xxxx" MMC-nin xeyrinə tutulması, “BMW 750” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin saz vəziyyətdə Cavabdeh tərəfindən "xxxx" MMC-yə qaytarılması, ödənilmiş dövlət rüsumunun 66,8 manatının iddiaçının özünə aid edilməsi, məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdehdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, AZ34CTRE********************; X1, KOD: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, “Daxili lizinq” müqaviləsinin şərtlərinə cavabdeh tərəfindən lazımı qaydada icra edilməməsinə görə onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 522.1, 522.2, 474.1, 748-1.8, 748-1.9, 748-1.12, 748-7.1, 748-7.11-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı "xxxx" MMC tərəfindən apellyasiya şikayəti verilərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-183/2025 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, iddia tələbinin tam şəkildə təmin edilməsi xahiş edlmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsi üzrə 4320,77 manat mükafat, 190,55 manat cərimə, 65,11 manat dövlət rüsumu məbləğini "xxxx" MMCnin xeyrinə tutulmalı olması və “BMW 750” minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi saz vəziyyətdə "xxxx" MMC-yə qaytarılması qənaətinə gəlməklə iddianı qismən təmin etmişdir. Lakin, məhkəmə 20881,97 manat əsas borcun hansı səbəbə təmin olunmamasını əsaslandırmamışdır. Hərçənd ki, ekspert rəyindən görüldüyü kimi cavabdehin müqavilə üzrə yaranmış əsas borcu 20881.97 manat təşkil etmişdir. Məhkəmə təqdim edilmiş maliyyə arayışı, o cümlədən ekspert rəyinə münasibət bildirməyərək, iş üzrə müəyyən edilmiş hallara uyğun əsaslandırma aparmadan qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. İddiaçı təşkilatın nümayəndəsi ərizəsi ilə məhkəmə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.Cavabdeh məhkəməyə teleqram vuraraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının vaxtının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edə bilməməsinin üzürlü səbəbləri barədə hər hansı bir dəlil irəli sürmədiyindən məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. xx.xx.2023-cü il tarixli, İF/06065 nömrəli lizinq obyekinin alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh sifariş verdiyi 2009-cu il buraxılışlı, “BMW 750” minik markalı, WBAKB81081CY50907 ban nömrəli, qara metalik rəngli, 33000 manat məbləğində avtomobili "xxxx" MMC lizinq verənə satır və alıcı-lizinq verən isə həmin nəqliyyat vasitəsini lizinq alana vermək üçün əldə etmiş və razılaşdırılmış məbləği satıcıya ödəmişdir.
13. xx.xx.2023-cü il tarixli, İF/06065 nömrəli daxili maliyyə lizinq müqaviləsindən görünür ki, Cavabdeh sifarişi ilə 2009-cu il buraxılışlı, “BMW 750” minik markalı, WBAKB81081CY50907 ban nömrəli, qara metalik rəngli, 33000 manat məbləğində avtomobil "xxxx" MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Nəqliyyat vasitəsi 36 ay müddətində lizinqə verilmişdir.
14. xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 23500 manat lizinq məbləği olan avtomobil üçün 1525,01 mükafat məbləği hesablanmaqla, 36 ay müddətə hər ay sabit məbləğ olmaqla 1076,39 manat, ümumilikdə isə 38750,01 manat məbləğində pulu "xxxx" MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.
15. xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsinə 2 saylı əlavənin təhvil-təslim aktından görünür ki, xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsində göstərilən lizinq obyekti satıcı tərəfindən lizinq alana təhvil verilmişdir.
16. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 20454,24 manat əsas borc, 2806,87 manat faiz borcu, 190,55 manat cərimə borcu, ümumilikdə 23451,66 manat borcu yaranmışdır.
17. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8382 saylı rəyindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsinin qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh iddiaçı "xxxx" MMC-yə sualda qeyd edilən xx.xx.2024-cü il tarixə 20881,97 manat əsas borc, 4320,77 manat mükafat borcu müəyyən edilmişdir. Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 424.2. Müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2023-cü il tarixli qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
20. Mülki Prosessual Məcəllə
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-183/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı iddia tələbinin təmin edilməyən hissəsində yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-183/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə dair mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, işin müəyyən edilmiş hallarına görə xx.xx.2023-cü il tarixli, İF/06065 nömrəli daxili maliyyə lizinqi müqaviləsinə əsasən 2009-cu il buraxılışlı, “BMW 750” minik markalı, 33000 dəyərində avtomobil iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh lizinqə verilmişdir. xx.xx.2023-cü il tarixli, İF/06065 saylı daxili lizinq müqaviləsinə və onun 1 saylı əlavəsinə əsasən isə Cavabdeh tərəfindən 9500 avans məbləği ödənilməklə, 23500 manat lizinq məbləği olan avtomobil üçün 36 aylıq müddətinə, hər ay 1076,39 maant olmaqla, cəmi 15250,01 manat mükafat məbləği, ümumilikdə isə 38750,01 manat məbləğində pulu "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh lizinq müqaviləsi üzrə öhədliyini lazımı qaydada icra etməmiş, müqavilə ilə nəzərdə tutulan ödənişləri vaxtında eməmişdir. Buna görə də iddiaçı lizinq müqaviləsinə vaxtında əvvəl xitam verməklə, lizinq obyektinin geri qaytarılmasını və lizinq müqaviləsi üzrə ödənişləri tələb etmişdir.
24. Məhkəmə kollegiyası lizinq obyektinin dəyəri qismində 20881,97 manat əsas öhdəliyə görə tələbin təmin edilməməsi ilə bağlı iddiaçının apellyasiya şikayətinin dəlilinə münaibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən iddiaçı olan lizinq verən tərəfindən lizinq müqaviləsinə vaxtından əvvəl xitam verildiyindən və lizinq obyektinin geri qaytarılmasına dair iddia tələbi təmin olunduğundan artıq lizinq müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xitam verilmş hesab olunur. Belə olduğu təqdirdə isə lizin obyekti ilə yanaşı, həmçinin lizinq obyektinin dəyəri qismində olan pul məbləğinin də tutulması cavabdehin iki qat mülki məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla əsassız hesab olunur.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-183/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q ƏT E T D İ :
İddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-183/2025 nömrəli qətnaməsi apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.