Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-879/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X10 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh X5 qarşı “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Mozdok-Qazıməmməd" yüksək təzyiqli (35- 55 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Şabran rayonu, Dəvəçi kəndi ərazisində cavabdeh X5 məxsus “Xudafərin” kafesi, daş hasar və daxildə yerləşən yardımçı tikililərin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinin hesabına köçürülməsi barədə iddia tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin e-2(031)-77/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadından Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi cavabdeh X5 qarşı “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Mozdok-Qazıməmməd” yüksək təzyiqli (35- 55 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Şabran rayonu, Dəvəçi kəndi ərazisində cavabdeh X5 məxsus “Xudafərin” kafesi, daş hasar və daxildə yerləşən yardımçı tikililərin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinin hesabına köçürülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin nümayəndəsi R.Nəzərov başqa cavabdehin cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X3 etirazına əsasən, “Xudafərin” kafesinin ona deyil, Cavabdeh məxsus olduğundan Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən mövcud iddia üzrə Cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərardadına əsasən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh X5 qarşı tiklinin sökülməsi tələbi barədə mülki iş üzrə Cavabdeh əsl cavabdeh qismində işə cəlb edilmişdir. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X5 məxsus Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Moszdok- Qazıməmməd” yüksək təzyiqli (35-55 atm) yeraltı magistral qaz kəmərinin mühafizə zonasında, Şabran rayonu, Dəvəçi kəndi ərazisində kəmərdən müvafiq olaraq 1-37 metr məsafədə “Xudafərin” kafesi, daş hasar və daxildə yardımçı tikililər inşa olunmuşdur. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikililərlə əlaqədar Şabran Rayonu İcra Hakimiyyətinə və Şabran Rayon Polis Şöbəsinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-na əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-quraşdırma işlərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Cavabdehə məxsus, buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa olunan tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili sökülməlidir. Cavabdehə məxsus mühafizə zonasında inşa olunan tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Şabran Rayon Məhkəməsinin e-2(031)-77/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı tikilinin sökülməsi haqqında mülki iş üzrə icraata xitam verilmişdir (hakim Çingiz İsgəndərov). İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, “Qaz İxrac” İdarəsinin iddia tələbi üzrə mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə tam əsassız və qanunsuzdur. Məhkəmə mülki iş üzrə icraata xitam verilməsi ilə bağlı qərardadını Şabran Rayon Məhkəməsinin “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh X1 qarşı qaldırdığı “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin təhlükəsizlik zonasında inşa etdiyi qanunsuz tikilinin çıxarılması və qanunsuz tikilinin sökülməsi barədə tələbi üzrə iddiaçı tərəfindən iddiadan imtina edilməsi əsası ilə mülki iş üzrə icraata xitam verilməsi haqqında 26 avqust 2010-cu il tarixli, 2(031)-217/2010 nömrəli qərardadına əsasən çıxarmışdır. İş üzrə 09 fevral 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında məhkəmənin arxivində saxlanılan 2(031)-217/2010 nömrəli mülki işinin materiallarının məzmunu ilə bağlı sədrlik edən hakim tərəfindən proses iştirakçılarına məlumat verilmiş, həmin iş üzrə bəzi sənədlərdə əks olunmuş məlumatlar tərəflərin nəzərinə çatdırılmışdır. Beləliklə məlum olmuşdur ki, həmin mülki işdə “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X7 məhkəməyə təqdim etdiyi ərizədə mülki iş üzrə tərəflər mübahisənin mahiyyəti ilə bağlı məsələləri “öz aralarında dostcasına həll etdikləri üçün” iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə həmin qərardada istinad etməklə hazırkı iş üzrə icraata xitam vermişdir. Göründüyü kimi, “Qaz İxrac” İdarəsinin 2010-cu ildə iddiaçı qismində çıxış etmiş “Azəriqaz” İstehsalat Birliyi ilə heç bir hüquqi bağlılığının olmadığı, hər iki kommersiya təşkilatının ayrı-ayrı hüquqi şəxs olması və tikilinin keçmiş sahibi ilə “Qaz İxrac” İdarəsi arasında hər hansısa “dostcasına” sövdələşmənin olmaması ilə bağlı vacib məqamlar Şabran Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamış, məhkəmə tərəfindən əsassız olaraq hər iki təşkilat eyniləşdirilmiş və tərəflərin “eyni tərəf” olduqları əsas gətirilərək AR Mülki- Prosessual Məcəlləsinin 261.0.2-ci məddəsinə əsasən iş üzrə xitam verilmişdir. Göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Şabran Rayon Məhkəməsinin e-2(031)-77/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olduğundan iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh X5 qarşı “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Mozdok-Qazıməmməd" yüksək təzyiqli (35- 55 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Şabran rayonu, Dəvəçi kəndi ərazisində cavabdeh X5 məxsus “Xudafərin” kafesi, daş hasar və daxildə yerləşən yardımçı tikililərin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinin hesabına köçürülməsi barədə iddia ərizəsi üzrə icraata xitam verilməsi nəticəsinə gəlmiş, gəldiyi nəticəni də MPM-nin 261.0.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə icraat xitam verilməsinin əsası kimi istinad etdiyi Şabran Rayon Məhkəməsinin 2(031)- 217/2010 saylı qərardadından məlum olur ki, həmin qərardada əsasən iddiaçı “Azəriqaz” İB-nin cavabdeh X2 qarşı “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin təhlükəsizlik zonasında inşa edilmiş qanunsuz tikilidən çıxarılması və qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə icraata iddiadan imtina edilməsi səbəbi ilə xitam verilmişdir. Məhkəmə həmin qərardada istinad etmiş və hazırkı iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərardadı olması əsası ilə xitam vermişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı iş üzrə tərəflər iddiaçı qismində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, cavabdeh qismində X8 olmaqla əvvəlki mülki işdəki tərəflərdən tam fərqlidir, həmçinin məhkəmənin istinad etdiyi qərardadın aid olduğu tələblə hazırkı tələb arasında fərq olması aşkardır. Bu halda məhkəmə kollegiyası yuxarıda qeyd edilən əsaslarla iddia ərizəsi üzrə icraata xitam verilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymır və hesab edir ki, iddiaçının şikayəti təmin edilməli, qərardad ləğv edilməli, iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişdirib işi birinci instansiya məhkəməsinə göndərə bilər. Şərh olunanlara əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Şabran Rayon Məhkəməsinin e-2(031)-77/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin cavabdeh X5 qarşı “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X9 istismarında olan 1220 mm diametrli “Mozdok-Qazıməmməd" yüksək təzyiqli (35- 55 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Şabran rayonu, Dəvəçi kəndi ərazisində cavabdeh X5 məxsus “Xudafərin” kafesi, daş hasar və daxildə yerləşən yardımçı tikililərin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinin hesabına köçürülməsi barədə iddia tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması Şabran Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-879/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-879/2023
03.04.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver