Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-89/2025 02.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: tikilinin sökülməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi və vəkili Vəkil3 və Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-17/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi (razılaşdırdığı) Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş eskiz layihəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018ci il tarixli eskiz layihəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi qərara alınmışdır. Qərardan narazı qalan üçüncü şəxs Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti üzrə işə baxarkən müəyyən etmişdir ki, mübahisələndirilən Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018ci il tarixli eskiz lahiyəsi və həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsi artıq iddia qaldırılmazdan əvvəl ləğv edilmişdir. Belə ki, həmin iş üzrə cavabdehin məhkəməyə təqdim etdiyi Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla ünvan 2 ünvanında qeyri-yaşayış obyekti layihələndirilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66-cı və 69-cu maddələrinin tələbləri, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı nəzərə alınmadığından “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, Memarlıq və Şəhərsalma İdarəsinin sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır. Bundan əlavə məhkəmənin sorğusuna cavab olaraq cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 119 saylı cavab məktubunda Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə ərazisində yerləşən Cavabdeh məxsus qeyri-yaşayış binasının memarlıq planlaşdırma həllinin (eskiz layihəsi) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 263 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən ləğv edildiyi göstərilmişdir. Həmin məktuba əlavə edilmiş qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həllinin surətinin üzərində də onun Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 263 nömrəli, xx.xx.2018-ci il tarixli sərəncamına əsasən ləğv edildiyi qeyd edilmiş və həmin qeyd cavabdehin rəis vəzifəsini icra edənin imzası və möhürü ilə təsdiqlənmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin verilməsinə əsas olmuş “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı isə artıq sonuncu tərəfindən xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamla ləğv edildiyindən, 31 may 2018ci il tarixli 09 saylı icazənin hüquqi qüvvəsi də daha yüksək qüvvəli aktla (xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamla) aradan qaldırılmış, həmin icazə ilə tikintisinə icazə verilmiş müvafiq qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həlli (eskiz layihəsi) isə cavabdehin özü tərəfindən ləğv edilmişdir. Qeyd edilənlər nəzərə alınaraq, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-108/2022 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan şikayət verilməmiş və qərardad qanuni qüvvəsini almışdır. Mübahisələndirilən tikiliyə verilmiş icazə və digər sənədlərin ləğv edilməsinə baxmayaraq cavabdeh inşa etdiyi özbaşına tikilini bu vaxta kimi könüllü olaraq sökməmiş və nəticədə iddiaçıların hüquqlarının və qanuni mənafelərinin pozuntusu hal-hazıradək davam etdiyinə görə hazırki iddia tələbi ilə məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərdən aydın olur ki, Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında inşa edilmiş yarımçıq tikili hüquqi olaraq özbaşına tikilidir və buna görə də həmin yarımçıq tikilinin Cavabdeh hesabına sökülməsi barədə qətnamə qəbul edilməlidir.
3. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Sumqayıt şəhəri, Corat qəsəbəi 76-cı məhəllə, 175 ünvanda yerləşən 0,08 ha olan torpaq sahəsi və həmin torpaq sahəsində 1961-ci ildə inşa edilmiş ümumi sahəsi 145,3 kv.metr olan mövcud bir mərtəbəli fərdi yaşayış evi Cavabdeh tərəfindən alğı-satqı yolu ilə əldə edilmişdir. Həmin əmlak (torpaq sahəsi və fərdi yaşayış evi) RX seriyalı, ******* nömrəli çıxarışa əsasən xx.xx.2017ci il tarixdə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin yerində iki mərtəbəli yeni fərdi yaşayış evinin inşa edilməsinə dair 2018-ci ildə ərizə ilə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciəti təmin olunaraq divarının xarici hündürlüyünün 11,30 metr, ümumi tikinti altı sahəsinin 347 m2 olaraq nəzərdə tutulduğu iki mərtəbəli yeni yaşayış evinin eskiz layihəsi Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmişdir. Sonra Cavabdeh ona məxsus olan torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə qərar vermiş və bununla əlaqədar müvafiq icazənin verilməsi və yeni layihə-smeta sənədlərinin təsdiq edilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı, 04 aprel 2018-ci il tarixli sərəncamına əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən 800 kv.m torpaq sahəsində razılaşdırılmış lahiyəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilmişdir. Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən Cavabdeh məxsus divarının xarici hündürlüyünün 11,30 metr, ümumi tikinti altı sahəsi 679,0 m2 nəzərdə tutulduğu qeyri-yaşayış binasının “Memarlıqplanlaşdırma həlli” təsdiq edilmiş və tikintinin aparılması üçün 07 saylı, 31 may 2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişan verilmişdir. Bundan sonra Cavabdeh tərəfindən tikinti işləri aparılmış, qeyri-yaşayış sahəsinin birinci mərtəbəsinin karkasının tikintisi tamamlanmışdır. 2021-ci ildə iddiaçılar X3 və İddiaçı2 Salman qızı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli, 09 saylı icazəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarı ilə iddia ərizəsi təmin edilmişdir. Həmin qərardan tərəfindən apellyasiya şikayəti verilmişdir. İşə apellyasiya qaydasında baxılarkən təqdim edilmiş sənədlərə əsasən məlum olmuşdur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamı ilə ünvan 2 ünvanında qeyri-yaşayış obyekti layihələndirilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66-cı və 69-cu maddələrinin tələbləri, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı nəzərə alınmadığından “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 21(105)-108\2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında inşa edilmiş yarımçıq tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Həmin iddia ərizəsində iddiaçılar cavabdehə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə sərəncamın, həmin sərəncamı qəbul etmiş inzibati orqan tərəfindən digər sərəncamla ləğv edildiyini əsas tutaraq tələb irəli sürmüşlər. O, alğı-satqı yolu ilə əldə etdiyi və mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evini, həmin ərazidə yeni fərdi yaşayış evinin, sonradan isə qeyri-yaşayış sahəsinin tikintisi məqsədi ilə sökdüyünü, bu zaman Sumqayıt şəhər İcra Hakimiyyətinin və Memarlıq və şəhərsalma idarəsinin müvafiq razılıqlarına və tikintiyə icazə barədə sərəncamına etimad göstərdiyini əsas tutaraq, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamının ləğv edilməsi barədə Sumqayıt İnzibati Məhkəməsinə xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İnzibati işin icraatı zamanı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən mülkiyyətində olan torpaq sahəsində ilk olaraq fərdi yaşayış evinin tikintisinə icazə verildiyi və həmin fərdi yaşayış evinin layihəsinin cavabdeh tərəfindən təsdiq edildiyi, bundan əlavə cavabdeh tərəfindən fərdi yaşayış evinin tikintisi üçün verilmiş icazənin geri götürülməsi və ya layihənin təsdiqinin ləğv edilməsi barədə hər hansı bir qərar qəbul edilmədiyi aşkar edildiyinə görə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Qərardadda ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) İddiaçı Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin fərdi yaşayış evi kimi inşasına davam etdirilməsi şəhərsalma və tikinti norma və qaydalarına əsasən mümkündürmü? 2) Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi və istifadəsi mümkündürmü? Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5346 saylı ekspert rəyində qoyulmuş suallara aşağıdakı cavablar verilmişdir: 1-ci sual üzrə: Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə və şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla fərdi yaşayış evi kimi inşasına davam etdirilməsi mümkündür. 2-ci sual üzrə: Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsi faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkündür. Ekspertizanın nəticəsinə dair rəy alındıqdan sonra Sumqayıt şəhər İcra hakimiyyəti ilə aralarında olan mübahisənin alternativ, məhkəmədən kənar həlli imkanının yarandığını nəzərə alaraq iş üzrə iddianın baxılmamış saxlanılması haqqında ərizə təqdim etdiklərindən Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. Bundan sonra ekspert rəyində gəlinən nəticələr nəzərə alınmaqla Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda mövcud olan yarımçıq tikilinin fərdi yaşayış evinə rekonstruksiyası aparılmaqla "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin yeni “Layihənin tikinti ərazisinin Baş Planı və Memarlıq-planlaşdırma Bölmələri” hazırlanaraq məlumatlandırma icraatı qaydasında Sumqayıt şəhər İcra Hakimiyyətinə təqdim olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, hal-hazırda məlumatlandırma icraatı qaydasında proses davam edir. Mübahisənin yuxarıda sadalanan faktiki hallarından görünür ki, əvvəla mübahisələndirilən yarımçıq tikili mülkiyyət hüququ ilə onun mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir və tikinti işləri aparılarkən hər hansı bir şəkildə qonşu torpaq sahələrinə müdaxilə edilməmişdir. İddiaçılar öz tələblərini onunla əsaslandırırlar ki, həmin tikilinin inşasına dair icazə verici sənədlər (Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı, 04 aprel 2018-ci il tarixli sərəncamı və Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən verilmiş 07 saylı, 31 may 2018-ci il tarixli tikintiyə icazə barədə xüsusi nişan) Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamı ilə ləğv edilmişdir. İşin hallarından, eləcə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(105)-108\2022 nömrəli qərardadı ilə müəyyən edilmiş hallardan görünür ki, mübahisələndirilən yarımçıq tikilinin yerləşdiyi ərazidə əvvəllər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış əmlak–fərdi yaşayış evi mövcud olmuş və ilk olaraq Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən Cavabdeh, mülkiyyətində olan və sonradan sökdüyü fərdi yaşayış evinin yerində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilərək həmin fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. İşin mübahisəsiz hallarından biri odur ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamı ilə qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi barədə Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 saylı, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmişdir. Yeni fərdi yaşayış evinin tikintisinə icazə isə aradan qaldırılmamış, həmin fərdi yaşayış evini razılaşdırılmış layihəsi qüvvədən düşürülməmişdir. Belə olan halda mübahisələndirilən yarımçıq tikilinin özbaşına tikili olmasını iddia etmək tamamilə əsassızdır. Bir daha təkrar olaraq bildirir ki, ləğv olunan qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsi haqqında sərəncamdır. Mövcud yarımçıq tikilinin qanunsuz hesab edilərək sökülməsi barədə aidiyyəti dövlət orqanları tərəfindən hər hansı bir qərar qəbul edilməmişdir. Həmçinin ləğv etmə barədə qərar qəbul edilmədiyinə görə fərdi yaşayış evinin tikintisi məqsədi ilə Sumqayıt şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış layihə halhazırda da qüvvədədir. İddia tələbinin əsassızlığını şərtlədirən digər hal ondan ibarətdir ki, iddiaçıların hazırki iddianı qaldırmağa subyektiv hüquqlarının olması mübahisəlidir. Belə ki, əvvəla özbaşına tikilinin sökülməsinə dair iddia mövcud qanunvericiliyin tələblərinə görə aidiyyəti dövlət orqanı tərəfindən qaldırıla bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının tələbinə görə: 4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti... 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, özbaşına tikilinin sökülməsi üçün həmin özbaşına tikilinin inşası nəticəsində hüquqlarının pozulduğunu iddia edən şəxs bunu mötəbər sübut və dəlillərlə əsaslandırmalı, həmin iddianı qaldırmaqda onun hüquqi marağı aşkar olmalıdır. Hazırki işdən görünür ki, iddiaçının iddia tələbi məhz cavabdehə məxsus fərdi yaşayış evinin qanunsuz tikili kimi onun öz hesabına sökülməsindən ibarətdir və iddia tələblərinin əsası kimi iddiaçılar həmin tikilinin qanunsuz olması və onların mülkiyyət hüquqlarını pozması ilə əsaslandırmışlar. Bu halda hazırkı mülki iş üzrə mübahisə predmeti olan tikilinin qanunsuz tikili olub-olmaması halı müəyyən edilməklə yanaşı, həmin tikilinin iddiaçıların mülkiyyət hüquqlarına qəsd edib-etməməsi, onlar üçün təhlükə törədib-törətməməsi, mülkiyyət hüquqlarının realizəsi üçün hər hansı maneə yaradıb-yaratmaması halı, onlar arasında səbəbli əlaqənin olması halı müəyyən edilməlidir. Yalnız bu halda iddiaçılarınn mübahisə predmeti olan tikiliyə dair qeyd edilən iddia tələbinin irəli sürülməsinə dair subyektiv hüquqa malik olmaları halı ortaya çıxmış olur. İndiki halda mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi zamanı müvafiq qaydalara əməl edilməməsi halı müəyyən edilmiş olsa da, qeyd edilən halın ciddi pozuntu qismində çıxış etməklə, iddiaçıların mülkiyyət hüquqlarına qəsd etməsi, mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlakdan (fərdi yaşayış evindən) istifadə etmələrinə, sahiblik və sərəncam səlahiyyətlərinin realizə edilməsinə maneçilik törətməsi, habelə hər hansı formada mülkiyyət hüquqlarının pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. İddianın təmin olunmaması üçün əsas təşkil edən digər hal ondan ibarətdir ki, iddiaçılar X1 və İddiaçı2 Salman qızının Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinə qarşı “Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin üçüncü şəxs Cavabdeh verdiyi Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında tikinti üçün verilmiş 2018-ci il tarixli eskiz lahiyəsinin qanunsuz hesab edilməklə, həmin torpaq sahəsində obyektin tikintisinə verilmiş Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinin 31 may 2018-ci il tarixli 09 saylı icazəsinin etibarsız hesab edilməsi tələbinə” dair inzibati iş üzrə keçirilmiş ekspertizaların nəticələrinə dair rəylərdən görünür ki, həmin rəylərdə Cavabdeh mülkiyyətində olan torpaq sahəsində inşası yarımçıq qalmış mövcud tikilinin faktiki vəziyyəti nəzərə alınmaqla deyil, həmin tikilinin layihəsi və layihələrdə nəzərdə tutulmuş ölçülər əsas götürülərək layihə üzrə tikilinin şəhərsalma və tikinti norma və qaydalarına uyğun olmaması qeyd olunmuşdur. Belə ki, rəylərdə eskiz layihəsi üzrə tikilinin divarının xarici hündürlüyünün 11,30 metr təşkil etdiyinin, həmçinin ümumi tikinti altı sahəsinin 679,0 m2 kimi nəzərdə tutulduğunun, bunun isə qonşu sahələrlə ara məsafəsinə dair normativ ölçülərin pozulmasına səbəb olduğu qeyd olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, mübahisələndirilən tikili başa çatmamışdır, tikilinin yalnız birinci mərtəbəsinin karkası inşa edilmişdir. Sonradan isə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının nəticəsinə dair Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2- 10/5346 saylı ekspert rəyində Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə və şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla fərdi yaşayış evi kimi inşasına davam etdirilməsinin və sözügedən yarımçıq binanın qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsinin faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkün olması nəticəsinə gəlinmişdir. Yuxarıda qeyd olunan ekspert rəyləri ilə gəlinən nəticələr bu xüsusatlara əsaslanmışdır ki: 1) Sumqayıt Şəhər İcra Hakimiyyətinin 76 saylı, 04 aprel 2018-ci il tarixli sərəncamına əsasən Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 76-cı məhəllə, 175 ünvanında yerləşən 800 kv.m torpaq sahəsində razılaşdırılmış lahiyəyə uyğun olaraq obyektin layihələşdirilməsinə və tikintisinə icazə verilərkən inşa ediləcək qeyri-yaşayış binasının divarının xarici hündürlüyünün 11,30 metr, ümumi tikinti altı sahəsinin isə 679,0 m2 olması nəzərdə tutulmuşdur. Buna görə də, məhkəmə-tikinti-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 17139 saylı rəyində ara məsafəsinə dair normativ qaydaların pozulduğu nəticəsinə gəlinmişdir. 2) Məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-10/5346 saylı ekspert rəyində isə faktiki mövcud olan yarımçıq tikilinin vəziyyəti və ölçüləri əsas götürülərək bu nəticəyə gəlinmişdir ki, həmin yarımçıq tikilinin fərdi yaşayış evi kimi inşasının davam etdirilməsi tikinti norma və qaydalarına əsasən mümkündür. Qeyd olunduğu kimi cavabdeh tərəfindən artıq mövcud tikilinin fərdi yaşayış evi kimi tikintisinin davam etdirilməsinin nəzərdə tutulduğu yeni baş plan və memarlıq planlaşdırma bölməsi hazırladılmış və təsdiq edilməsi üçün aidiyyəti üzrə təqdim olunmuşdur. Bu göstərilənlər digər əsasla sübut edir ki, mübahisələndirilən tikili özbaşına tikili hesab edilə bilməz. Belə ki, həmin tikilinin fərdi yaşayış evi kimi tikintisinin davam etdirilməsinin mümkünlüyü barədə ekspert rəyi mövcuddur və cavabdeh tərəfindən ekspert rəyində göstərilənlər nəzərə alınmaqla tərtib edilmiş layihə sənədləri aidiyyəti icra hakimiyyəti orqanına təqdim olunmuşdur. Məhkəmənin nəzərinə çatdırırlar ki, yeni layihədə layihələndirilən fərdi yaşayış evinin 1 mərtəbəli olması, xarici divarının hündürlüyünün 4 metr olması və ümumi tikinti sahəsinin isə 293,6 kv.metr təşkil etməsi nəzərdə tutulmuşdur ki, bu ölçülər mövcud şəhərsalma və tikinti norma qaydalarına və qonşuluqda yerləşən fərdi yaşayış evlərinin ümumi tikinti əmsallarına, onların öz aralarında olan, ümumən həmin ərazinin planlaşdırma sənədlərində nəzərdə tutulmuş ara məsafələrinə və digər qaydalara tam uyğundur. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmənin nəzərinə çatdırırlar ki, əvvəla iddiaçıların hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqları yoxdur. Digər tərəfdən mübahisələndirilən yarımçıq tikilinin özbaşına tikili hesab edilməsi üçün heç bir əsas yoxdur. Buna görə də, iddia rədd edilməlidir.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-17/2024 nömrəli qətnaməsi ilə (hakim Aynur Behbudova) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan fərdi yaşayış evinin tikintisi, onun qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı müvafiq qaydalara (habelə iş üzrə müəyyən edilmiş digər tikinti norma və qaydalarına) əməl edilməməsi halı müəyyən edilmiş olsa da qeyd edilən halın ciddi pozuntu qismində çıxış etməklə, iddiaçıların mülkiyyət hüququna qəsd etməsi, mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyət hüququ əsasında ona məxsus olan əmlakdan (fərdi yaşayış evindən) istifadə etməsinə, sahiblik və sərəncam səlahiyyətlərinin realizə edilməsinə maneçilik törətməsi, habelə hər hansı formada mülkiyyət hüquqlarının pozulmasına səbəb olması halı müəyyən edilməmişdir. Həmçinin, mübahisə predmeti olan tikilinin tikilməsi nəticəsində icazə və digər sənədlərin ləğv edilməsinə baxmayaraq cavabdeh inşa etdiyi özbaşına tikilini bu vaxta kimi sökmədiyindən iddiaçıların hüquqlarının və qanuni-mənafelərinin pozuntusu halı müəyyən edilməmiş, iddiaçı tərəfindən də qeyd edilən halla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının sökülməsini tələb etdiyi tikilinin fərdi yaşayış evi kimi inşasına Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmaqla başlanmış, eyni zamanda sonradan təyinatının qeyri-yaşayış sahəsinə çevrilməsi də həmin orqanla razılaşdırılmış və tikinti obyektinin istismarına icazə verilmiş, daha sonra isə həmin icazə ilə tikintisinə icazə verilmiş müvafiq qeyri-yaşayış binasının memarlıq-planlaşdırma həlli (eskiz layihəsi) isə Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ləğv edilmişdir. Cavabdeh məxsus fərdi yaşayış evi inşa edilərkən həmin tikilinin təsdiq edilmiş eskiz layihəsindən qismən də olsa kənara çıxma halları olmuşdur. İlk növbədə qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsi faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkündür. Lakin daha öncə istinad olunan Məcəllənin tələblərindən aydın olur ki, hazırkı iş üzrə Cavabdeh məxsus tikilinin sökülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə məxsusdur. İddiaçının qanunsuz tikilinin sökülməsi barədə iddia qaldırmağa subyektiv hüququ olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz.
6. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 139.1, 152.1, 152.5, 157.4, 560.1, 560.2-ci və MPM-nin 4.1, 77.1-ci maddələrinə edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti ilə əlaqəli olan Sumqayıt İnzibati Məhkəməsinin icraatında baxılmış 2-1(118)-1433/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixində qərardad qəbul edilərək tikinti-texniki ekspertizasının keçirilməsi qərara alınmış, ekspertin qarşısına aşağıdakı suallar qoyulmuşdur. 1.İddiaçı Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin fərdi yaşayış evi kimi inşasına davam etdirilməsi şəhərsalma və tikinti norma və qaydalarına əsasən mümkündürmü? 2. Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76cı məhəllə 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsindən yaşayış sahəsinə keçirilməsi və istifadəsi mümkünürmü? 04 dekabr 2023-cü tarixində məhkəmə tikintitexniki ekpertizası növü üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası keçirilərək aşağıdakı cavablar verilmişdir. Birinci sualı üzrə; Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə 175 saylı ünvanda tikilmiş inşa edilmiş yarımçıq tikilinin Sumqayıt Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə və şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla fərdi yaşayış evi kimi inşasına davam etdirilməsinin mümkün olması, İkinci sualı üzrə; Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsində uyğun inşa olunmaqla mümkün olması barədə rəy verilmişdir. Ekspert rəyindən də göründüyü kimi eskiz layihəsinə əsasən tədqiq olunan ünvanda fərdi yaşayış evinin inşası iki mərtəbəli, 17.56 metr enində, 19.36 metr uzunluğunda, 11.3 m hündürlüyündə nəzərdə tutulmuşdur. Tikilinin arxa hasarından 0.90 metr, sağ sərhəd hasarından 1.1 metr, sol sərhəd hasarından 1 metr məsafədə yerləşməklə 1 mərtəbə səviyyəsində yarımçıq tikili inşa edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0.3 hissəsi məsafə olmalıdır. Məhkəmə tərəfindən iddianın təmin edilməməsinə əsas kimi ekspert rəyində yazılanlar qeyd edilmişdir. Belə ki, məhkəmə ekspert rəyində həmin tikilinin rekonstruksiya edilərək yenidən qanuni vəziyyətə gətirilməsinin mümkün olması haqqında nəticəyə gəlinməsinə görə iddianın təmin edilməməli olması qərarına gəlmişdir. Lakin məhkəmə ekspert rəyində yarımçıq tikilidə rekonstruksiya işlərinin aparıldıqdan sonra tikilinin fərdi yaşayış evi kimi inşasına davam etdirilməsinin mümkün olması qeyd edilsə də yarımçıq tikilidə rekonstruksiya işləri aparılarkən hansı formada aparılması, ümumiyyətlə bu aparılmanın texniki cəhətdən mümkün olub-olmaması, yəni tökülmüş betonun üst monolit hissənin sütunlar mövcud olduğu halda hündürlüyünün azaldılaraq aşağı endirilməsinin necə mümkün olması araşdırılmamış və belə rekonstruksiyanın mümkünsüz olması nəzərə alınmayaraq əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən göründüyü kimi (ekspertin rəyində müvafiq fotoşəkillər əks olunub) tikili qeyri-yaşayış tipli tikintidir və onun üzərində rekonstruksiya işləri aparmaq mümkün deyil. Orada rekonstrukskiya yox, məhz tikilinin sökülüb yenidən tikilməsi ilə baş vermiş qanunsuzluğun qarşısı alına bilər. Belə ki, orada həm betonun üst hissəsi yəni monolit və dirək hissələri olan sütünlar sökülməli və tikili yenidən tikilməlidir. Tikilinin hazırki vəziyyətdə qalması birbaşa iddiaçıların mülkiyyət hüquqlarının pozuntusu deməkdir. Məhkəmə də öz qətnaməsində qeyd etmişdir ki, mövcud vəziyyətdə mübahisəli tikilinin sökülməsi tələbinin təmin olunması iki halda mümkün ola bilər: 1) tikili razılaşdırılmış layihə sənədlərinə uyğun inşa edilməsin (həmin sənəddən kənara çıxmaqla inşa edilsin) və bu hal iddiaçının hüquqlarına və qanuni mənafelərinə toxunsun; 2) tikilinin mövcudluğu iddiaçının hüquqlarına və qanuni maraqlarına zidd olsun, onun özünün sağlamlığı və əmlakına real təhlükə yaratsın. Məhkəmənin mövqeyindən də göründüyü kimi tikintinin sökülməsi üçün əsaslar ekspert rəyi ilə öz əksini tapmışdır. Lakin ekspertin qarşısına kifayət qədər geniş sual qoyulmadığından məhkəmə tərəfindən mövcud qətnamə qəbul edilmişdir. Təkrar ekspertiza keçirilsəydi və ekspert qarşısına “tikinti üzərində rekonstruksiya işlərinin hansı formada mümkün olması, beton panelin kəsilərək hündürlüyünün aşağı salınması və sair hallar müəyyən edilsəydi tikilinin hazırki hündürlüyü nəzərə alınmaqla ara məsafəsinin kifayət qədər olmaması səbəbilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə ziddi şəkildə hazırki vəziyyətdə qalan tikilinin sökülməsi barədə qətnamə qəbul edilərdi. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi tikili üzərində rekonstruksiya işləri aparmaq mümkün deyildir və buna görə də tikilinin hündürlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən 0.3 hissəsindən böyük olduğu nəzərə alınaraq iddia təmin edilməli idi. Bundan əlavə məhkəmə tərəfindən subyektiv hüququ da mübahisələndirilir ki, burada da nəzərə alınmalı xüsusat odur ki, maraqlarına toxunulan şəxs kimi onların iddia verməyi tamamilə əsaslı və qanunidir. Cavabdehin birbaşa sağ və sol qonşularıdırlar. Aralarında yalnızca onun həyəti vardır ki, orada inşa edilən bütün tikililərdən də birbaşa zərər görə biləcək şəxs onlardır. Məhkəmə tərəfindən subyektiv hüquq mübahisələndirilərkən müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu növ iddianın qaldırıla bilinəcəyi qeyd edilsə də nəzərə alınmamışdır ki, həmin o nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanı tərəfindən istinad divarından 1 metr civarında məsafəsi olan, lahiyədə 11.3 metr hündürlüyə icazə verilmiş tikilinin icazəsi verilərkən hansı səbəbdən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin tələblərinə əsasən 0.3 hissədə məsafə qoyulmamasına göz yumulmuşdur. Həmin iddianı qaldırmağa tam şəkildə subyektiv hüquqları vardır və iddia əsaslı və qanunidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, qarşı tərəf tikilini inşa etdirəndə orada yaşayış evi tikdirdiyini bildirsə də sonradan onlara qeyri-yaşayış sahəsi tikildiyi məlum olmuşdur. Buna etiraz etdiyi üçün aralarında mübahisə olmuşdur. Hazırda cavabdehə inamı yoxdur, ev tikdirdiyini deyib, qeyri-yaşayış obyekti inşa edirə bilər. Tikilinin üstünü yaşayış evi halına salaraq bağlaya bilər, lakin altında nə olacağı, nə tikdirəcəyi yenə də qeyri-müəyyən qalır. Alt hissəni obyekt edə bilər, bundan narahatdırlar. Ara məsafəsinin qanunun tələbinə uyğun olmasını tələb edir. Cavabdehə məxsus tikilinin bir hissəsinin sökülməsini istəyir. Həyətində bir evi var. Həyətdəki digər tikililər saray kimi tikililərdir. Həmin tikililər indi də mövcuddur. Tikili ilə ona məxsus olan fərdi yaşayış evi arasında təxminən 3 metr ara məsafəsi var.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıların qonşuluğunda yerləşən torpaq sahəsinə iş üzrə cavabdeh ara məsafəsi qoymadan tikili inşa etmişdir. Tikilinin inşası Tikinti və Şəhərsalma Məcəlləsinin, eyni zamanda ara məsafəsi haqqında qaydaların tələblərini pozaraq davam etdirilmişdir. İddiaçılar tərəfindən məhkəməyə müraciət olunaraq tikilinin sökülməsi tələb olunmuş və iddia tələbi rədd edilmişdir. İş materiallarına olan ekspert rəyindən görünür ki, ekspert qarşısında 2 əsas sual qoyulmuşdur. İddiaçı Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin fərdi yaşayış evi kimi inşasının davam etdirilməsi şəhərsalma və tikinti norma və qaydalarına əsasən mümkündürmü. Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi 76-cı məhəllə, 175 saylı ünvanda tikilmiş binanın qeyriyaşayış sahəsində yaşayış sahəsinə keçirilməsi və istifadəsi mümkündürmü. Həmin suallar üzrə ekspert rəyində müvafiq cavablar qeyd olunmuşdur. Eyni zamanda ekspert rəyində məhkəmə tərəfindən iddianın rədd edilməsi əsası kimi ekspert rəyində yazılanlar götürülmüşdür. Cavabdeh təmsil etdiyi şəxslərə yaşayış evi tikdirdiyini bildirsə də sonradan onun biznes məqsədilə obyekt tikdirdiyi məlum olmuşdur. Təmsil etdiyi şəxslərlə yaranmış mübahisədən sonra obyektin tikintisi yarımçıq qalmışdır. Qarşı tərəfin özünə məxus olan torpaq sahəsində ev inşa etdirməsinə etiraz edə bilməz, lakin iddiaçılar bildirir ki, evlər arasında məsafə o qədər azdır ki, yanğın hadisəsi baş verərsə, onların evlərinə də keçə bilər. Tikilinin inşası Tikinti və Şəhərsalma Məcəlləsinin, eyni zamanda ara məsafəsi haqqında qaydaların tələblərini pozaraq davam etdirilmişdir. İddiaçıların mövqeyi ondan ibarətdir ki, ara məsafəsi qanunvericilikdə nəzərdə tutulmuş ölçüdə olmaldır. Ekspert rəyi ilə tanışdır, rəydə qoyulmuş suala ara məsafəsi ilə əlaqədar hissədə cavab verilsə də, qonşuluq hüququ ilə bağlı məsələyə ekspertin səlahiyyəti xaricində olduğundan, aydınlıq gətirilməyib. Cavabdeh ona məxsus tikilini inşa etdirərkən Tikinti və Şəhərsalma Məcəlləsinin 69-cu maddəsinə əsasən 0.3 əmsalla ara məsafəsi saxlamalı olduğu halda, ara məsafəsi haqqında qaydaların tələblərini pozaraq inşa etmiş, çox aşağı əmsallarla ara məsafəsi saxlamışdır. İş üzrə yerində baxış iclası keçirilib, həmçinin ekspert qarşısında suallar qoyulub, məlub olub ki, tikilinin hündürlüyü 5.4 metrdir. Həmin hündürlüyün 0.3 əmsalını hesabladıqda məlum olur ki, cavabdeh ən azından 1.62 m məsafə saxlamalı idi. Əvvəlki ekspert rəyində rekonstruksiya etməklə həmin ara məsafələrinin bərpasının mümkün olduğu bildirilib, birinci instansiya məhkəməsi isə mümkünlüyə istinad edərək, iddianı təmin etməmişdir, lakin həll yolu göstərilməyib, tərəflər arasında mübahisə hələ də davam edir. Hesab edir ki, rekonstruksiya işləri ilə ara məsafəsinin bərpası ağlabatan deyil. Belə olan halda, 5.4 m hündürlük * 0.3 əmsal = 1.62dirsə, tikilinin hər iki qonşuya münasibətdə 1.6 m məsafədə sökülməsi mümkündürsə, məhkəmə qətnaməsi ilə cavabdehin üzərinə öhdəlik qoyulmalı, mümkün olmadığı təqdirdə tikili tamamilə sökülməlidir. İddiaçının tikilisi sovet dövründə inşa olunub, sənədləşdirilib, lakin hazırda dövlətin qanunvericiliyində nəzərdə tutulmuş normalar nəzərə alınmalıdır. İddiaçıların torpaq sahələrinin sərhədi harada yerləşirsə, ara məsafəsi həmin hissədən hesablanmalıdır, rekonstruksiya işləri ilə zəruri ara məsafəsinin yaradılması mümkün olmadığından tikilinin tamamilə sökülməli olduğunu düşünür.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, əvvəl mübahisəli ünvanda qeyri-yaşayış obyekti tikmək niyyəti olsa da sonradan yaşayış evi inşa etdirmək qərarına gəlmişdir. Əvvəl başqa ev olub, həmin evi sökdürüb. Obyekt tikdirmək üçün nəzərdə tutulmuş sərəncam ləğv edilmişdir. Hazırda məqsədi ev tikməkdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir.
İşdə olan sübutlar
14. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə rəsmiləşdirilmişdir.
15. Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi X2 mülkiyyətində olmuşdur. 16.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinin İddiaçı2 ünvanlanmış 2249 nömrəli, 13 oktyabr 2022-ci il tarixli sorğuya cavabdan görünür ki, o, xx.xx.2012-ci il tarixdə ölmüş əri – X2 miras əmlakının qəbulu üçün Sumqayıt şəhəri 3 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmiş və X2 vərəsəsi kimi tanınmışdır.
17. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh adına xüsusi mülkiyyət hüququ əsasında tam payda ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2017-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrində 18 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır.
18. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2018-ci il tarixli, 263 nömrəli sərəncamından görünür ki, həmin sərəncamla ünvan 2 ünvanında qeyri-yaşayış obyekti layihələndirilərkən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 66-cı və 69-cu maddələrinin tələbləri, ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı nəzərə alınmadığından “Obyektin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında” Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 76 nömrəli, 04 aprel 2018-ci il tarixli sərəncamı ləğv edilmiş, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsi, Memarlıq və Şəhərsalma İdarəsinin sərəncamdan irəli gələn məsələləri həll etməsi qərara alınmışdır.
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)108/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(118)-62/2021 nömrəli qərarının ləğv edilməsi, iddianın mümkün hesab edilməməsi qərara alınmışdır.
20. İş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 dekabr 2023-cü il tarixli, 3-16-16/2-10/5346 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi, 76-cı məhəllə, 175 saylı ünvanda inşa edilmiş yarımçıq tikilinin Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə və şəhərsalma və tikinti norma və qaydalarının tələblərinə uyğun faktiki yarımçıq tikilidə rekontruksiya işləri aparılmaqla fərdi yaşayış evi kimi inşasına davam etdirilməsi mümkündür. Cavabdeh mülkiyyətində olan Corat qəsəbəsi, 76-cı məhəllə, 175 saylı ünvanda tikilmiş binanın qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi və istifadəsi faktiki yarımçıq tikilidə rekonstruksiya işləri aparılmaqla və Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən razılaşdırılmış eskiz layihəsinə uyğun inşa olunmaqla mümkündür.
21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2025-ci il tarixli, 3-16-16/2-10/9441/2024 nömrəli ekspert rəyindən görünür ki, ünvan 2 ünvanında yerləşən, qismən inşa olunmuş tikilinin faktiki olaraq hündürlüyünün 5,4 metr, sərhəd divarı ilə minimum ara məsafəsinin 0,9 metr olduğunu nəzərə alaraq, həmin yarımçıq tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin. 69.5.2-1. bəndinin tələbinə uyğun olmadığı müəyyən olundu (normaya əsasən gözlənilməli ara məsafəsi 5,4 x 0,3=1,62 metr olmalıdır). Tikilinin qonşuluq hüququna uyğun olub-olmamasının müəyyən olunması tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.
24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi
69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə. 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir. 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi; 70.1. Tikilib abadlaşdırılmış və bərpa olunan ərazilərdə bu Məcəllənin 69.4-cü maddəsində müəyyən olunmuş məsafə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri nəzərə alınmaqla azaldıla bilər. 70.2. Obyektlər arasında mövcud olan boş ərazilərdə (sahələrdə) aşağıdakılara yol verilir: 70.2.4. tikintisinə icazə tələb olunmayan obyektlərin tikintisi. 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir. 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.
25. Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
26. Məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-17/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-17/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası iddiaçının cavabdehə məxsus tikilinin sökülməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olmaması, bu hüququn müvafiq icra hakimiyyəti orqana məxsus olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşamayaraq qeyd edir ki, şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu zaman maraqlı tərəfin bu tələbi irəli sürə bilməsi üçün subyektiv hüququ, sökülməsi tələb edilən tikilinin onun hüquqlarını və qanunla qorunan mənafelərini pozduğu və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratdığı halda yaranır.
29. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddiaçılar cavabdeh tərəfindən qeyriyaşayış sahəsinin inşa edildiyini əsas gətirərək hazırkı iddia tələbini qaldımışlar ki, onların qeyd etdikləri əsas artıq aradan qalxmışdır. Belə ki, yuxarıda istinad olunan sübutlarla müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıların qonşuluğunda olan torpaq sahəsində qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilməsinə dair müvafiq icazələr ləğv edilmiş, cavabdeh də bu halı nəzərə alaraq qeyri-yaşayış kimi inşa etdiyi tikilinin layihələndirməsini dəyişərək, yarımçıq tikilinin fərdi-yaşayış evi kimi inşasının davam etdirməsi qərarına gəlmişdir.
30. İddiaçılar apellyasiya şikayətlərində cavabdeh tərəfindən inşa edilmiş tikilyə dair ara məsafəsinə riayət edilmədiyini iddia edərək, tikilinin sökülməsini tələb etdiklərindən məhkəmə kollegiyası tərəfindən müvafiq ekspertiza təyin edilmiş və əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 20 may 2025-ci il tarixli, 3-16-16/2-10/9441/2024 nömrəli ekspert rəyində ünvan 2 ünvanında yerləşən, qismən inşa olunmuş tikilinin faktiki olaraq hündürlüyünün 5,4 metr, sərhəd divarı ilə minimum ara məsafəsinin 0,9 metr olduğunu nəzərə alaraq, həmin yarımçıq tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin, 69.5.2-1. bəndinin tələbinə uyğun olmadığının müəyyən olunması nəticəsinə gəlinmişdir. Tikilinin qonşuluq hüququna uyğun olub-olmamasının müəyyən olunması isə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmaması qeyd olunaraq sualın cavablandırılmasından imtina edilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş İddiaçı1 mülkiyətində olan, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportundan və iş materiallarında olan fotoşəkillərdən müəyyən olunur ki, İddiaçı1 mülkiyyətində olan, texniki pasportda B və C tikilisi kimi qeyd olunan müvafiq olaraq tövlə və saraydan ibarət tikililər cavabdehin sol qonşusu qismində torpaq sahəsinin sərhəddində inşa edilməklə, həmin tikililərin divarı, həmçinin cavabdehin mülkiyyətindəki torpaq sahəsinin sərhəddində inşa edilmiş ortaq divar (hasar) rolunu da oynayır. Həmçinin, İddiaçı2 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehin sağ qonşusu qismində torpaq sahəsinin sərhəddində inşa edilmişdir. Bundan başqa cavabdehin mülkiyyətində olmuş, lakin sonradan sökülmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin texniki pasportundan göründüyü kimi həmin evin 13 kv.m sahəsin ibarət anbar tikilisi də İddiaçı1 mülkiyətində olan torpaq sahəsinin sərhəddində inşa edilmişdir. Hazırda iddiaçının qeyri-yaşayış sahəsi kimi tikməsini planlaşdırdığı, lakin yuxarıda qeyd olunan səbəblərdən layihələndirməni dəyişərək fərdi yaşayış evi kimi inşasını davam etdirdiyi tikili, İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evindən bir neçə metr aralıda, lakin hasardan 1 metr aralıda, İddiaçı1 mülkiyətində olan, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin B və C tikilisi kimi qeyd olunan müvafiq olaraq tövlə və saraydan ibarət tikililərindən 0,9 metr aralıda inşa edilmişdir. İddiaçılara məxsus fərdi yaşayış evinin və ya onun tərkib hissəsi olan tikililərin cavabdehin qonşu torpaq sahəsi ilə sərhəddində inşa edilməsi, o cümlədən cavabdehə məxsus sökülmüş fərdi yaşayış evinin 13 kv.m sahəsdən ibarət anbar tikilisinin də qonşu torpaq sahəsinin sərhəddində inşa edilməsi və həmin tikililərin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı nəzərə alındıqda, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.2-ci maddəsinin tələbi baxımından torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılmasına zərurət olmamışdır.
32. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların fərdi yaşayış evinin və ya onun tərkib hissəsi olan tikililərin cavabdehin qonşu torpaq sahəsi ilə sərhəddində inşa etdirməsinə baxmayaraq, cavabdehin öz mülkiyyətində olan torpaq sahəsində qonşuların torpaq sahəsinin sərhəddi ilə təxminən 1 metr ara məsafəsi saxlamaqla fərdi yaşayış inşa etdirməsinə etirazları qonşuluq hüququ baxımından da yol verilən deyildir. Buna görə də məhkəmə kollegiyası cavabdehin fərdi yaşayış evi kimi inşasını davam etdirmək istədiyi tikilinin, iddiaçıların mülkiyyət hüququna hər hansı bir formda qəsd etməsinin, onlara hər hansı bir maneçilik törətməklə mülkiyyət hüquqlarının pozulmasının, ümumiyyətlə onların hər hansı bir hüquqlarının və qanuni-mənafelərinin pozulmasının sübut edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşmışdır.
33. Bununla yanaşı məhkəmə kollegiyasının iclasında İddiaçı2 cavabdehə inamının olmaması, fərdi yaşayış evi adı altında yenə də qeyri-yaşayış obyekti inşa etdirə biləcəyi ilə bağlı dəlilinə münasibətdə isə qeyd olunur ki, tikilmiş fərdi yaşayış evinin qeyri-yaşayış obyekti qismində istifadəsi halında hər hansı bir şəkildə maraqlarına toxunan qonşu şəxs həmin tikilinin sökülməsini deyil, maraqlarına toxunmasını sübut etməklə, fərdi yaşayış evinin qeyri-yaşayış obyekti kimi istifadə olunması ilə bağlı həyata keçirilən fəaliyyətin qadağan edilməsini tələb etmək hüququna malik olur.
34. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-17/2024 nömrəli qətnaməsi dəyişdirilmədə saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-17/2024 nömrəli qətnaməsi dəyişdirilmədə saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat məbləğində pul iddiaçılar İddiaçı2 və İddiaçı1 tutularaq ,Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.