Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-891/2025 09.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “X8 Xidməti” X4rşı sudan istifadəyə görə əsassız hesablanmış borcun silinməsi tələbinə dair dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə2 (sonuncu məhkəmə iclasında gəlməmişdir) iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-622/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abonent kartından görünür ki, İddiaçı ünvan 1 ünvanı üzrə 2017-ci il üzrə 283.25 manat borcu vardır.
2. Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi 45 nömrəli evin sakinləri Mətanət Qurbanovanın, Şahid2, Rüfət Əhmədovun, Zakir Aziyevin və qeyrilərinin iştirakı tərtib edilmiş aktdan görünür ki, 2015-ci ildən evin yuxarı mərtəbələrinə su çıxmamış, avadanlığın köhnə olması və ötürücü mühərriklərin zəif olması ucbatından yuxarı mərtəbələrin sakinləri suyu qab vasitəsi ilə daşımışlar. Yuxarı mərtəbələrə su catdırmaq məqsədi ilə ana xəttə əlavə avadanlıq və mühərriklər quraşdırıldı. Təqribən 2017-ci ilin fevral ayının sonundan suyun verilməsi bərpa olunmuşdur.
3. Ödəniş qəbzlərindən müəyyən olunur ki, iddiaçı tərəfindən suyun istehlak haqqı olaraq xx.xx.2024-cü il tarixdə 35 manat, xx.xx.2024-cü il tarixdə 100 manat, xx.xx.2024cü il tarixdə 12 manat ödəniş edilmişdir.
4. Cavabdehn nümayəndəsi X2 iddia ərizəsinə açıqlamasından görünür ki, İddiaçı ilə X5 Xidməti X12 (keçmiş "xxxx" ASC-nin Xaçmaz Su kanal İdarəsi) X11 Sistemlərinin İstismarı İdarəsi arasında su təchizatı sistemindən suyun buraxılması və çirkab suların axıdılması xidmətlərinə görə xx.xx.2010-cu il tarixdə 37663652 saylı müqavilə bağlanmaqla, **********440 abonent kodu açılmışdır. İddiaçı yaşadığı ünvan 2 ünvanında ona məxsus evdə ailəsi (evdə yaşayan 4 nəfər sayı hesabı) ilə birlikdə istehlak etdiyi su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat xx.xx.2018-ci il tarixədək, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdən sonrakı dövr ərzində iddiaçıya məxsus və ailəsi ilə birlikdə yaşadığı evdə su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat onun mənzilində quraşdırılmış CSS-20 tipli, 17092658 nömrəli, M239152 plomblu su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir. “Su təchizatı və tullantı suları haqqında” qanunun 30-cu maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. İddiaçının mənzilinə su təchizatı paylayıcı şəbəkəyə qoşulma d=20 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirilir. X5 Xidməti publik hüquqi şəxs və onun yerli sukanal idarələri, su təhcizatı və kanalizasiya xidmətləri sahəsində təbii inhisarçı olmaqla gəlirləri bu fəaliyyətdən, yəni onun şəbəkə və qurğuları vasitəsilə istehlakçılara verilən içməli suyun dəyərindən formalaşır. İddiaçı yaşadığı ünvan 2 ünvanında ona məxsus mənzildə X5 Xidməti X12 X11 Sistemlərinin İstismarı İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. Su təchizatı və kanalizasiya müəssisəsi ilə istehlakçı arasında qarşılıqlı münasibətləri və bununla əlaqədar yaranan digər məsələləri Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi “Sudan istifadə Qaydaları” haqqında qərarı ilə tənzimlənir. İddiaçının evinin su təchizatı paylayıcı şəbəkəyə qoşulmaqla d=20 mm olan boru (birləşmə) vasitəsi ilə həyata keçirilir. Abonentin istifadə etdiyi suyun ödəniş həcmi evində quraşdırılmış mexaniki su ölçən cihazı ilə müəyyən olunur. Belə ki, “Sudan istifadə Qaydaları”-na edilmiş 4 №-li əlavə əsasən -su təchizatı və kanalizasiya xidmətlərində sayğac olmadıqda, düzgün işləmədikdə, istifadəyə yararsız müəyyən olunarsa və ya istifadənin həcmini müəyyən etmək mümkün deyilsə mövcud Cədvələ əsasən hesablanır. İddiaçının xx.xx.2025-ci il tarixinə X5 Xidməti X12 (keçmiş "xxxx" ASC-nin Xaçmaz Sukanal İdarəsi) X11 Sistemlərinin İstismarı İdarəsinə 213,11 manat məbləğində ödənilməmiş debitor borcu bu günə kimi yığılıb qalmışdır. 213,11 manat pul borcu iddiaçının işlətdiyi su sərfiyyatı və kanalizasiya xidmətlərinə görə hesablanmışdır. İddiaçıya cərimə və peniya hesablanmamışdır, yalnız su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat verilmişdir. İddiaçı pul borcunu qəbul edir. Belə ki, iddiasında göstərdiyi 320,31 manat pul borcunun müəyyən hissəsini ödəmişdir. İddiaçının mənzilinə quraşdırılmış sayğac göstəricisinə əsasən məhkəməyə təqdim olunan abonent kartından da, görünür ki, iddiaçı- istehlakçı İddiaçı yaşadığı ünvan 2 ünvanında ona məxsus mənzildə X5 Xidməti X12 X11 Sistemlərinin İstismarı İdarəsi tərəfindən göstərilən içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə edir. İddiaçı qeyd edilən xidmətlərdən istifadə nəticəsində pul borcu 953,71 manat təşkil etsə də, iddiaçı tərəfindən yalnız xx.xx.2025-ci il tarixinə kimi 740, 60 manat pul məbləği ödənilmişdir. Göstərilən xidmətlərə görə ödədilməmiş 213,11 manat pul borcu vardır ki, bu borc real-faktiki debitor pul borcudur. Yuxarıda göstərilənlərə və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62-ci və MPM-nin 284.1-ci maddəsinə əsasən İddiaçı iddiası rədd edilməklə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 213,11 manat ödənilməmiş borcun tutularaq **********440 saylı abonent koduna-X5 Xidməti X12 X11 Sistemlərinin İstismarı İdarəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən ona məxsus ünvan 3 ünvanda yerləşən evdə faktiki istifadə olunmamış içməli suya görə hesablanmış 320,31 manat məbləğində borcun silinməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Xaçmaz şəhərində 2018-ci ildə yeni su və kanalizasiya sistemləri quraşdırıldıqdan sonra yaşadığı mənzilə 17092658 nömrəli su sayğacı quraşdırılmış və mənzildə istifadə olunan suya görə o sayğacın göstəricilərinə uyğun olaraq içməli suyun və kanalizasiya pulunu ödəyir. Bundan əvvəl isə köhnə sayğacın göstəricilərinə əsasən su pulu hər ay ödəmişdir. Yaşadığı mənzil binanın 3-cü mərtəbəsindədir. 2015-ci ilin ortalarından başlayaraq 2017-ci ilin fevral ayının sonunadək yaşadığı mənzilə, o cümlədən binanın 3-cü və daha yuxarı mərtəbələrdəki mənzillərə içməli su ümumiyyətlə qalxmırdı. O, suyun gəlməməsi barədə dəfələrlə "xxxx" ASC “Birləşmiş sukanal” İdarəsinə şikayətlər etmiş, bu şikayətlər nəticəsində 2017-ci ilin fevral ayının sonundan başlayaraq mənzilinə suyun verilməsi bərpa olunmuşdur. Baxmayaraq ki, mənzilə su qalxmamış, "xxxx" ASC “Birləşmiş sukanal” idarəsi ona içməli suyun istifadəsinə görə 2017-ci ilə qədər 283,25 manat qalıq borcu hesablamışdır. Hal-hazırda əhalinin su təcizatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin səlahiyyətinə verilmişdir. Həmin idarə 2017-ci ildə ona əsassız hesablanmış qalıq borcu 283,25 manat pulu dəbbə pulu da əlavə etməklə hesablamaqla 320,31 manat hesablamışdır. Hesab edir ki, cavabdehin ona içməli suyun istifadəsinə görə hesabladığı qalıq borc tamamilə əsassızdır. 2017-ci ilin fevral ayına kimi yaşadığı mənzilə ümumiyyətlə su qalxmamışdır. O, içməli suyu qablarda ordan burdan gətirmişdir. Ona görə də faktiki olaraq sudan istifadə etmədiyi halda suya görə borcun hesablanması tamamilə qanunsuzdur. Sonuncu dəfə ona cavabdeh idarəsindən hesab faktura xx.xx.2024-cü il tarixdə verilmişdir. Həmin hesab fakturada hesablanmış qalıq borcu 320,31 manat göstərilmişdir. Cavabeh idarəsindən ona təqdim edilmiş abonent kartı sənədindən də göründüyü kimi hesablamış qalıq borcu hələ 2017-ci ildə hesablanmış qalıq borcdur.
7. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh tərəfindən ünvan 5 ünvanında yerləşən evdə faktiki istifadə olunmamış içməli suya görə hesablanmış 320,31 manat qalıb borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmin borc 2017-ci ilədək yığılan borcdur. Kanalizasiyadan istifadə etmiş, sudan isə istifadə edə bilməmişdir. Suyun təzyiqi zəif olduğu üçün kaçalka (quyu) suyunu vedrələrlə yuxarı mərtəbəyə daşımışlar. Evdə o, həyat yoldaşı və 2 uşağı yaşamışlar. Hazırda su gəlir, hərdən suyun təzyiqi zəifləyir, kaçalka suyunu nasosla vurur. Onun sudan istifadəyə görə borcu yoxdur. Dəfələrlə Su İdarəsinə məlumat vermişdir ki, onun evinə su gəlmir. Həmin vaxt su sayğacı olmamış, adam sayına görə sudan istifadə haqqı tutulmuşdur. 8 il əvvəl su cihazları dəyişiləndən sonra da cavabdehin rəhbərliyinə müraciət etmişdir. Ona bildirmişlər ki, pulu ödəməlidir. Həmin məbləğ 8 il əvvəl yazılan məbləğdir. Onların binasında 3-cü, 4cü mərtəbələrə su çıxmamışdır.
8. Məhkəmə iclaslarında cavabdeh tərəf iddianı qəbul etməyərək göstərmişdir ki, sudan istifadə qaydalarında qeyd olunur ki, istənilən su mənbəyindən istifadəyə görə ödəniş olmalıdır. İddiaçı 2024-cü ildə rəsmi müraciət etmişdir. Kaçalkadan istifadəyə görə Xaçmaz rayonunda su haqqı ödənişi aparılmır və bu barədə onlara heç bir xəbərdarlıq edilməmişdir İddiaçının onlara rəsmi müraciəti olmamışdır. "xxxx" su və kanalizasiya xidmətləri göstərir, iddiaçıya da bu xidmətlər göstərilmişdir. İddiaçının şikayəti ilə əlaqədar kargüzarlıqda ərizə qeydə alınmamışdır. İddiaçının yaşadığı binanın sakinlərinin suya borcu yoxdur, olsa da, 10-20 manat civarındadır. Su borcu artan abonentlərə suyun verilməsi dayandırılır. İddiaçı uzun illər həmin ünvanda yaşayıb sudan istifadə etməklə müəyyən ödənişlər etmişdir. Dövlət tərəfindən istehlakçıların su ilə təmin olunması üçün vəsait xərclənmiş, vətəndaşlar sudan istifadəyə görə müəyyən ödənişlər etməlidirlər. İddianın təmin edilməməsini xahiş edir.
9. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1ət İsa qızı ifadəsində göstərmişdir ki, iddiaçı ilə qonşudur, 1969-cu ildən bu binada yaşamışlar. SSRİ vaxtı su normal gəlirdi, sonradan isə suyun təzyiqi zəiflədiyi üçün 3-cü mərtəbəyə qalxmamışdır. İddiaçının həyat yoldaşı hamilə olmuş, su qaldıra bilmədiyi üçün kaçalka vuraraq həmin sudan istifadə etmişdir. Atasının evi 3-cü mərtəbədə, onun evi isə 2-ci mərtəbədə olmuşdur. İddiaçı suyu onlardan daşımışdır. Atası üçün də suyu onlar daşımışlar. Atasının su borcunu məcbur olub ödəmişlər. Həmin vaxtı Serqey, həyat yoldaşı və uşağı ilə yaşamışdır. Su İdarəsi ilə mübahisə yaşamamaq üçün və atasının əsəbləşməməsi üçün atasının su borcunu ödəmişdir. Həmin vaxtı iddiaçının anası vəfat etmişdir. Su saatla verilmiş, elan olunan akt təxminən 8-10 il əvvəl yazılmış, imza etmişdir.
10. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, iddiaçı qonşusudur, 1970-ci ildə bina tikiləndən həmin binada yaşayır. O, binanın 1-ci mərtəbəsində yaşayır, onların evinə də su gəlməmişdir. Onlar da su üçün mator qoymuşlar. Serqeyin mənzili 3-cü mərtəbədə yerləşir. İddiaçı mənzilinə suyu kaçalka vasitəsilə vurmuşdur. O, həmin binada qonşu blokda yaşayır. Həmin vaxtlar su gün ərzində 2 dəfə saatla verilmişdir.
11. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-622/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Aynur Əliyeva).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.6, 385.1, 386.1, 445.1, 448.2-ci maddələrinə, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə, 59-cu maddəsinin 3-cü bəndinə, 61-ci maddəsinin 1-ci bəndinə, 62-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3, 7.4-cü bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.2 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçı apellyasiya şikayəti verib, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-622/2025 nömrəli qətnaməsini ləğv edib iddianın təmin edilməsini xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-622/2025 nömrəli qətnaməsində cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə açıqlamasına istinadən qeyd olunur ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında ona məxsus evdə ailəsi (evdə yaşayan 4 nəfər sayı hesabı) ilə birlikdə istehlak etdiyi su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat xx.xx.2018-ci il tarixədək, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyən edilmişdir. Yəni cavabdehin nümayəndəsi də məhkəməyə təqdim etdiyi rəsmi izahatında təsdiq edir ki, ona hesablanmış 320,31 manat borc pulu xx.xx.2018-ci il tarixədək olan dövr üçün hesablanmışdır. O vaxtdan bu günədək artıq 7 il müddət keçmişdir. Ona görə də o iddia ərizəsinə həmin borc məbləğinin silinməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edərkən qətnaməsində iddia müddəti məsələsinə ümumiyyətlə toxunmamış və ümumiyyətlə qanunun tələblərini pozmuşdur. Ona görə də həmin qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
17. Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirak etdiyi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. Maddə 14.1-ci-14.2.6. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən, o cümlədən başqa şəxsə zərər vurulması nəticəsində yaranır.
19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Maddə 445.1. İcranı gecikdirmiş borclu, gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticəsi üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətisizlik) üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında” Qanunu:
23. Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
24. Maddə 59.3. Su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır.
25. Maddə 61.1. Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır.
26. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”:
27. Bənd 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
28. Bənd. 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündənsənəddə göstərilən məlumata uyğun aparılır. Mövcud qanunvericilik ailə tərkibinin dəyişməsi halında müvafiq su təchizatı müəssisəsinə həmin məlumatların verilməsi öhdəliyini vətəndaşların üzərinə qoyur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.birinci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
38. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-622/2025 nömrəli qətnaməsini tam mübahisələndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə X5 Xidməti X12 (keçmiş "xxxx" ASC-nin Xaçmaz Sukanal İdarəsi) X11 Sistemlərinin İstismarı İdarəsi arasında su təchizatı sistemindən suyun buraxılması və çirkab suların axıdılması xidmətlərinə görə xx.xx.2010-cu il tarixdə 37663652 saylı müqavilə bağlanmaqla, **********440 abonent kodu açılmışdır. İddiaçı yaşadığı ünvan 2 ünvanında ona məxsus evdə ailəsi (evdə yaşayan 4 nəfər sayı hesabı) ilə birlikdə istehlak etdiyi su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat xx.xx.2018-ci il tarixədək, müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdən sonrakı dövr ərzində iddiaçıya məxsus və ailəsi ilə birlikdə yaşadığı evdə su sərfiyyatı və çirkab suların axıdılması xidmətlərinə görə hesabat onun mənzilində quraşdırılmış su sayğacının göstəricisinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı 2017-ci ilin fevral ayınadək içməli sudan istifadə etmədiyi üçün hesablanmış borcun silinməsi ilə əlaqədar iddia tələbi ilə müraciət etsə də, məhkəməyə bu faktı təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir.
41. Həmin vaxtda suyun buraxılması xidmətindən istifadə etmədiyi üçün abonent kodunun bağlanması və digər tədbirlərin görülməsi məqsədilə "xxxx" ASC-yə müraciət etdiyini bildirsə də, bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla belə, iddiaçı tərəfindən təqdim edilmiş, üzərində tarix göstərilməyən və "xxxx" ASC tərəfindən qəbul edilib-edilməməsi barədə məlumat qeyd olunmayan ərizənin surəti və iddiaçının evinin yerləşdiyi binanın üzərindən keçən və hazırkı vaxta qədər mövcud olduğunu bildirdiyi boru və cihazın fotoşəkilləri isə haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilmir.
42. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında şahidlər ifadə verən zaman iddiaçı tərəfindən dəfələrlə şahidlərə verilmiş sualların cavablarına edilən müdaxilələri nəzərə alaraq məhkəmə, şahid ifadələrinə tənqidi yanaşır və mötəbər sübut kimi qiymətləndirmir.
43. Bundan başqa, iddiaçı 2017-ci ilin fevral ayınadək yaranmış borcdan müəyyən qədər ödəniş etməklə yaranmış borcu etiraf etdiyini nümayiş etdirmişdir. İddiaçı 2017-ci ilədək suların axıdılması xidmətindən istifadə etmədiyini bildirsə də, çirkab suların axıdılması xidmətindən istifadə etdiyini etiraf etmiş, lakin buna baxmayaraq, 2017-ci ilədək yaranmış suyun buraxılması və çirkab suların axıdılması xidmətlərinə görə yaranmış ümumi borcu mübahisələndirmişdir.
44. İddiaçı apellyasiya şikayətinin dəlillərində iddia müddətinə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmədiyini bildirmişdir. Halbuki hazırki iş üzrə iddiaçı o özüdür, iddia müddətinin ötürülməsinə dair ərizə ilə müraciət etmək isə cavabdehin hüququdur.
45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
47. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.
48. Qeyd edilməlidir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
49. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyator öz dəlillərini sübut edə bilmədiyindən, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməməklə, əsassız hesablanmış borcu silməmişdir.
50. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-622/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.