Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-893/2025 19.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e- 2(012)-1636/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı müqavilə üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İmei kodu **********99836 olan Samsung Galaxy A10s markalı telefon , HP kompüter üçün, 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, 89.1 (səksən doqquz manat, 10 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Soyuducu Bosch üçün 1721.3 (bir min yeddi yüz iyirmi bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, 516.39 (beş yüz on altı manat, 39 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Sony TV üçün , 1258.3 (bir min iki yüz əlli səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, 377.49 (üç yüz yetmiş yeddi manat, 49 qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İzqara Delonghi, Modena - Yumsaq - 3 Yerli divan üçün , 706 (yeddi yüz altı) manat ödənilməmiş hissə, 211.8 (iki yüz on bir manat, 80 qəpik) manat cərimə, ümumilikdə 5177.38 manat borc, 71.78 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, İmei kod **********99836 SAMSUNG GALAXY A10S markalı telefon , HP kompüter, SOYUDUCU BOSCH, SONY TV, İZQARA DELONGHİ, MODENA - YUMSAQ - 3 YERLİ diavlamnış və nəticədə 5177.38 (beş min yüz yetmiş yeddi manat, 38 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1958.4 (bir min doquqz yüz əlli səkkiz manat,40 qəpik) manat (18 ay x 107.3 manat + 27 manat ilkin ödəniş) olan İmei kod **********99836 SAMSUNG GALAXY A10S markalı telefon , HP kompüte ürçün ümumilikdə, 386.1 (üç yüz səksən altı manat, 10 qəpik) manat olmaqla ondan, 297 (iki yüz doxsan yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 89.1 (səksən doqquz manat, 10 qəpik) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1948.8 ( bir min doqquz yüz qırx səkkiz manat, 80 qəpik) manat (24 ay x 81.2 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU BOSCH üçün ümumilikdə, 2237.69 ( iki min iki yüz otuz yeddi manat, 69 qəpik) manat olmaqla ondan, 1721.3 (bir min yeddi yüz iyirmi bir manat, 30 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 516.39 (beş yüz on altı manat, 39 qəpik) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1489.2 (bir min dörd yüz səksən doqquz manat, 20 qəpik) manat (24 ay x 58.3 manat + 90 manat ilkin ödəniş) olan SONY TV üçün ümumilikdə, 1635.79 (bir min altı yüz otuz beş manat, 79 qəpik) manat olmaqla ondan, 1258.3 (bir min iki yüz əlli səkkiz manat, 30 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 377.49 (üç yüz yetmiş yeddi manat, 49 qəpik) manat cərimə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 847.2 ( səkkiz yüz qırx yeddi manat, 20 qəpik) manat (24 ay x 35.3 manat + 0 manat ilkin ödəniş) olan İZQARA DELONGHİ, MODENA - YUMSAQ - 3 YERLİ divüçaünn ümumilikdə, 917.8 ( doqquz yüz on yeddi manat, 80 qəpik) manat olmaqla ondan, 706 (yeddi yüz altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 211.8 (iki yüz on bir manat, 80 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2021-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixində HP kompüter və YENİ QİZİL ZEMANET (NOUTBUK) 2 İL xidmətlərindən imtina etmiş və məhsul 1555,2 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 106.2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 1555.2 manat, digər müqavilələr üzrə son ödəniş tarixi xx.xx.2022-ci il olmaqla cəmi ödədiyi məbləğ 599.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilən xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e-2(012)-1636/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 89,10 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1721,3 manat ödənilməmiş hissə, 516,39 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1258,3 manat ödənilməmiş hissə, 377,49 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 manat ödənilməmiş hissə, 211,8 manat dəbbə olmaqla, ümumilikdə 5177,38 manat pulun və dövlət rüsumu üçün 71,78 manat pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir (hakim Mirnəsir Mirhəsənli). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək dəbbə pulunun silinməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə MPM-nin 752.1, 752.2, 753.1, 762.1-ci maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Onun ödədiyi ödənişlər nəzərə alınmamışdır, eyni zamanda maddi vəziyyətinin yaxşı olmamasına baxmayaraq dəbbə pulu məhkəmə tərəfindən silinməmişdir. Məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mübahisənin həlli zamanı obyektiv araşdırma aparmamışdır. MPM-nin 14-cü maddəsinə görə “Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalıdır”. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə “qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır”. Məhkəmə MM-nin 740.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddəyə görə “borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır”. Məhkəmə sübutların toplanması məqsədilə onu çağırıb izahatını almalı, mübahisəyə hüquqi qiymət verməli olduğu halda bunu etməmiş, mübahisənin həllinə biganə münasibət bəsləmişdir. Nəticədə onun məhkəmədə iştirak etmək hüququ əlimdən alınmışdır. Halbuki, AR-nın Konstitusiyasına görə hər bir vətəndaş öz hüquq və azadlıqlarının müdafiəsi üçün məhkəmədə iştirak edə bilər. Məhkəmənin qəbul etdiyi bu qətnamə onun konstitusion hüququnun pozulmasına səbəb olmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək dəbbə pulunun azaldılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iiddiaçının nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi dəyişdirilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 30 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1721,3 manat ödənilməmiş hissə, 170 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1258,3 manat ödənilməmiş hissə, 125 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 manat ödənilməmiş hissə, 75 manat dəbbə olmaqla, ümumilikdə 4382,6 manat pul və dövlət rüsumu üçün 71,78 manat pul alınaraq "xxxx" MMC-yə ödənilməlidir. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən İmei kodu **********99836 olan Samsung Galaxy A10s markalı telefonu, HP kompüteri qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən Bosch markalı soyuducunu qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən Sony TV-ni qəbul etmiş və malın qiymətini hissə-hissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh MMC-dən , İzqara Delonghi, Modena - Yumsaq - 3 Yerli divanı qəbul etmiş və malın qiymətini hissəhissə olmaqla satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 89,10 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1721,3 manat ödənilməmiş hissə, 516,39 manat dəbbə, xx.xx.2021- ci il tarixli müqaviləyə əsasən, 1258,3 manat ödənilməmiş hissə, 377,49 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 manat ödənilməmiş hissə, 211,8 manat dəbbə olmaqla, ümumilikdə 5177,38 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, cavabdeh borcu ödəmədiyi təqdirdə barəsində məhkəmə qaydasında iddia qaldırılacağı barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinin tələblərinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası dəbbə pulunu müəyyən edərkən mülki qanunvericiliyin vicdanlılıq prinsipini öndə tutaraq cavabdehin hazırki maddi, əmlak vəziyyəti, həmçinin borcluya qarşı tələb hüququna malik olan kreditorun da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsipinə riayət etməsi, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamasını və s. diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd edilən maddi hüquq normasının məzmunundan aydın olur ki, dəbbə pulu tələbi tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh əsas borca mütənasib olmaqla xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 30 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 170 manat dəbbə pulu xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 125 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 75 manat dəbbə pulunun müəyyən edilməsi daha ağlabatan və ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, e-2(012)-1636/2025 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 297 manat ödənilməmiş hissə, 30 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1721,3 manat ödənilməmiş hissə, 170 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 1258,3 manat ödənilməmiş hissə, 125 manat dəbbə, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, 706 manat ödənilməmiş hissə, 75 manat dəbbə olmaqla, ümumilikdə 4382,6 manat pul və dövlət rüsumu üçün 71,78 manat pul alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-893/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-893/2025
19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver