Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-894/2025 26.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-874/2025 nömrəli, 19 mart 2025ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddianın qismən təmin edilməsi, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 10080 manat kompensasiya ödənilməsi müqabilində ünvan 1 küçəsi, döngə 1, 7 saylı evə istifadə hüquqlarına xitam verilməsi, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 küçəsi, döngə 1, 7 saylı ev ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, mütəxəssis tədqiqatı üçün tələb edilən 500 manat pulun yarısı 250 manat pul İddiaçı, 250 manat isə cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab nömrəsi: Z85ACAB********************,Müxbir hesab: AZ10NABZ**********000005644, bankın kodu- 505000) xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 ünvan 2 ünvanında istifadə hüquqlarına 10.000 (on min) manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin ünvan 2 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ümumi sahəsi 100,7, yaşayış sahəsi- 64,7 kv.m, köməkçi sahəsi - 36,0 kv.m olmaqla 3 otaqdan ibarətdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə tam xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehlər onun oğlu, oğlunun həyat yoldaşı, uşaqları və nəvələridir. Cavabdehlər onunla yola getməmiş, onu incidərək və onu evindən qovmuşlar. O, məcbur olaraq ayda 200 manat verərək kirayə evdə yaşayır. Hazırda xüsusi mülkiyyətində olan yaşayış evindən məhrum edilmişdir. Cavabdehlərin yaşayış evində yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni tam əsassız və qanunsuz hesab edir. Məhkəmə mülki işi obyektiv araşdırmamışdır. Həmin maddədə birbaşa olaraq kompensasiyanın bazar qiyməti ilə uyğun müəyyən olunması göstərilməsinə baxmayaraq iddiaçı tərəfindən o böyük evə o məzilə cəmi 10080 manat kompensasiya təklif olunmuş, məhkəmə isə həmin kompensasiyanın hədsiz dərəcədə az olmasına, bazar qiymətinə uyğun olmamasına baxmayaraq həmin məbləğdə kompensasiya təyin etmişdir. Onu da bildirir ki, iş materiallarına əlavə edilmiş mütəxəsis rəyindən də görünür ki, mənzilin qiyməti məzilə çöldən baxmaqla müəyyən edilmişdir. Bu halda isə həmin mənzilin real qiymətinin müəyyən olunması saadəcə mümkünsüzdür. Həmin maddədə qətnamənin yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla qəbul edilməsi nəzərdə tutulsa da məhkəmədə heç bir sübut tədqiq olunmamışdır. Yalnız iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və müxtəlif dəqiqləşmə ərizələrinə əsasən qətnamə qəbul edilmişdir. Nə cavabdehin pozulmuş hüquqları, nə ailə vəziyyəti, nə də mübahisəli mənzilə cavabadeh tərəfindən çəkilmiş xərc nəzərə alımamışdır. Həmin qətnaməyə əsasən onun anasının həmin iddianı qaldırmağa hüququ var. Lakin bu o demək deyil ki, məhkəmə əsassız qərar qəbul etməlidir. Əsassız dedikdə o, məhkəmə iclasında da bildirmişdir ki, həmin evdə qaldığı üçün onun təmirinə 20000 manatdan cox vəsait xərcləmişdir. Hesab edir ki, kompensasiya hissəsini təmin edən zaman məhkəmə bütün halları qərəzsiz və obyektiv araşdırmalı idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qismən qəbul edərək, məhkəmə kollegiyasına ünvanladığı yazılı ərizəsində təklif olunan kompensasiya məbləğinin 12.000 manat müəyyən edilməsini məhkəmə kollegiyasına xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının vəkili Vəkil kompensasiya məbləğinin 12.000 manat müəyyən edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə kompensasiyanın məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə daşınmaz əmlak üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh2 vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni kompensasiya məbləği hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası Cavabdeh2 kompensasiya məbləği hissəsində qətnaməni mübahisələndirdiyini nəzərə alaraq həmin hissədə apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsini zəruri hesab edir. İş materiallarında olan qeydiyyat vəsiqəsinə əsasən Abşeron rayonu, Masazır kəndi, Hyaşayış sahəsi 64,7 kv.m., köməkçi sahəsi 36.0 kv.m. olan 3 otaqdan ibarət yaşayış evinin İddiaçı adına daşınmaz əmlakın dövlər reyestrində alqı-satı müqaviləsinə əsasən 2004-cü ildə qeydə alınması və həmin evə dair xx.xx.2014-cü il tarixdə yeni çıxarışın verilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi yaşayış hüququna xitam verilməklə fərdi yaşayış evindən çıxarılması barədə olsa da, cavabdeh qətnaməni kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində mübahisələndirir. Mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 228.2. maddəsi nəzərdən keçirilə bilər. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd olunan maddədə nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirilməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2007-ci il tarixli qərarı). Göründüyü kimi qanunverici hər hansı şəxs və şəxslər tərəfindən tanınmış, xüsusi mülkiyyət hüququ əsasında mənsub olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi qaydasını müəyyənləşdirərkən mülkiyyətçinin iradəsini əsas götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində istifadə olunan “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mülkiyyətin dəyərinə münasibətdə deyil, davamlı surətdə başqa mənzildə yaşamağı davam etdirmək üçün zəruri olan vəsaiti ehtiva edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2. maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. İşdən görünür ki, cavabdeh iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğindən narazı olduğunu bildirmiş və bu məqsədlə tərəflərə kompensasiya məbləği ilə bağlı razılaşmaları üçün müəyyən vaxt verilməklə məhkəmə baxışı təxirə salınsa da, növbəti məhkəmə iclasında iddiaçı cavabdehə 12.000 manat kompensasiyanın təklif olunduğunu, cavabdeh isə bu məbləğlə razı olmayaraq evin satılaraq məbləğin yarısını verməsini bildirmişdir. Məhkəmə kollegiyası həmçinin müəyyən etmişdir ki, Cavabdeh2 iddiaçının oğlu olmaqla, ailəlidir və ailəsi olan digər cavabdehlərlə birlikdə mübahisəli mənzildə yaşayır. İddiaçı onlarla birlikdə yaşayışın mümkünsüzlüyündə israrlıdır. Nəzərə alınmalıdır ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlməklə, digər tərəfdən isə əmlakdan istifadə hüququnun itirilməsi ilə nəticələnir. Məhz kompensasiyanın verilməsində məqsəd cavabdehin özünə yaşayış sahəsi qurmaqdan ötrü iddiaçının hesabına müəyyən müddətə başqa ərazidə yaşayışının təmin edilməsi mümkün olsun. Həmçinin o da vurğulanmalıdır ki, Mülki Məcəllənin 228.2. maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın bazar qiymətinə uyğun ödənilməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə tərəfindən kompensasiya məbləğinin bazar qiymətinə uyğun olaraq müəyyən edilməsi prosessual qənaət prinsipinə əməl edilməsini təmin etməklə yanaşı, mülkiyyətçinin hər dəfə müəyyən məbləğdə artırılmış kompensasiya təklifi ilə bağlı analoji iddiaları qaldırmasının qarşısını alır. Bu baxımdan məhkəmə kollegiyası iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ayrı-ayrılıqda 4000 (dörd min) manat olmaqla ümumilikdə 12.000 (on iki min) manat məbləğini hazırkı bazar qiymətinə uyğun hesab edərək kompensasiyanın məbləği 12.000 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsi kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.3, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsi kompensasiya məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İddiaçı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 verilən kompensasiyanın məbləği 12.000 (on iki min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-894/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-894/2025
26.08.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver