Məhkəmə qərarları › İş №2(105)-895/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-895/2025

24.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-895/2025 24.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-737/2025 nömrəli, 17 mart 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Mirhəsənli) İddiaçı Cavabdeh İB-yə qarşı Cavabdeh İB tərəfindən abonent kodu- **********00000 olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019-cu il tarixli Aktın (535,80 manat vəsait ilə bağlı) ləğv edilməsi və həmin akt əsasında əsassız hesablanmış 535,80 (beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində cərimənin silinməsi tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən abonent kodu - **********00000 olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019-cu il tarixli Aktın (535,80 manat vəsait ilə bağlı) ləğv edilməsi və həmin akt əsasında əsasız hesablanmış 535,80 (beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi sahiblik hüququ ilə ona məxsusdur və həmin evdə istifadə etdiyi qaz sayğacı onun adına qeydiyyata alınmışdır. Bu barədə Cavabdeh ilə onun arasında “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanılmışdır (abunet kodu: **********00000). Belə ki, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt əsasında (Abonent kodu **********00000) İddiaçı 486 manat (dörd yüz səksən altı) manat məbləğində borc hesablanmışdır. Həmçinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında (Abonent kodu **********00000) İddiaçı 4872.96 manat (dörd min səkkiz yüz iki manat doxsan altı qəpik) manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(011)- 151/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli akt ləğv edilmiş və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 486 manat (dörd yüz səksən altı) manat məbləğində borc silinmişdir. Həmçinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli akt ləğv edilmiş və həmin akt əsasında (Abonent kodu **********00000) İddiaçı hesablanmış 4872.96 manat (dörd min səkkiz yüz iki manat doxsan altı qəpik) manat məbləğində borc silinmişdir. Cavabdehlə onun arasında olan məhkəmə mübahisəsi zamanı cavabdeh qanunsuz olaraq təbii qazdan istifadə üçün etdiyi ödənişlərin 50 faizini əsassız hesablamış borca silmiş, baxmayaraq ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 16(011)-1753/2023 saylı xx.xx.2023-cü il Qərardadı olmuşdur. Həmin Qərardada qeyd olunmuşdur ki, “Mübahisəyə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00000) təbii qaz verilişinin dayandırılması və smart karta yüklənən puldan tutulmanın aparılması Cavabdehnə qadağan edilsin”. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2(011)-151/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsini cavabdeh icra etdikdən sonra qanunsuz hesablanmış borca görə ondan tutduğu ödənişləri geri tələb etmişdir, lakin cavabdeh həmin vəsaiti geri qaytarmaqdan imtina etmişdir. Cavabdehin əsası isə ondan ibarətdir ki, guya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt əsasında (Abonent kodu **********00000) İddiaçı 535,80 manat (beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində borc hesablanmışdır. Halbuki, cavabdeh tərəfindən ona təqdim olunmuş 01 may 2023-cü il tarixli və 25 oktyabr 2024-cü il tarixli “Abonentin Saldosu” sənədində qalıq və aktlar bölməsində qeyd olunan 486 manat və 4872,96 manat onun tərəfindən məhkəmədə mübahisələndirilmiş və aktlar ləğv olunmuş vəsaitlər isə silinmişdir. Cavabdehdən 535,80 manat ( beş yüz otuz beş manat səksən qəpik) manat məbləğində borca görə yazılmış aktı və tələbnaməni istəsə, də cavabdeh təqdim etməmişdir. Cavabdehin əməkdaşına iradını bildirmişdir ki, qeyd etdiyi 535,80 manat borc Abonentin Saldosunda qeyd olunmayıb. Cavabdehin əməkdaşı bildirdi ki, saldoda qeyd olunmayıb, lakin “Gasper” proqramında qeyd olunub və “Gasper” proqramından 25 oktyabr 2024-cü il tarixli çıxarışı ona təqdim edilmişdir. Nə o, nə də ailəsinin heç bir üzvü tərəfindən həmin sayğaca heç bir müdaxilə edilməmişdir. Qaz sayğacı evin hasarından kənarda hasara bitişik şəkildə küçədə quraşdırılmışdır. Lakin buna baxmayaraq Cavabdeh İB məsələni düzgün araşdırmadan baş vermiş texniki nasazlığa görə məsuliyyəti əsassız olaraq onun üzərinə qoymuşdur. Qanunvericiliyə əsasən qaz sayğacının saz vəziyyətdə olmasına məsuliyyəti Qaz İstismar İdarəsi daşıyır. Həmin cərimə qanunvericiliyin tələblərini pozmaqla qanunsuz olaraq onun üzərinə qoyulmuşdur. Buna görə də, Cavabdeh İB tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019cu il tarixli akt ləğv edilməli və 535,80 manat vəsaitin silinməsi barədə qətnamə qəbul edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gəldiyi qənaəti maddi hüquq normaları baxımından “Qaz təcizatı haqqında” və enerji resuslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq olunmuş “Qazdan istifadə Qaydaları”na, prosessual hüquq normalarının əsası kimi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1, 78.1, 185.5 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, 2019-cu ildə dəyişdirilmiş qaz sayğacı zamanı qanunsuz hesablanmış borc 5 il keçdikdən sonra, yəni ki, 2024-cü ildə tutulduğu əsassızdır. Qanunun qeyd edilən normaları üzrə nə müayinə aktı, nə də ki, paylayıcı şəbəkənin işçiləri tərəfindən heç bir məlumat verilməmiş, istehlakçı olaraq həmin məbləğin borc olaraq ondan tutulması qaz paylayıcı tərəfindən törədilmiş səhv hərəkət hesab edilir. Bütün qeyd olunanlara, mülki işə əlavə olunmuş və qüvvəyə minmiş məhkəmə qərarlarına məhkəmə istinad etsə də, sonda düzgün olmayan nəticəyə gəlmiş, işin həqiqi və faktiki hallarını tam şəkildə araşdırmamışdır. Belə ki, mübahisə olunan 2019-cu ildə qaz paylayıcısı tərəfindən tərtib edilmiş aktın iddiaçı tərəfindən məhkəməyə təqdim edilməməsi və sübut olmadığından, məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlməklə əvvəlki məhkəmə qərarlarını kölgədə qoymuşdur. Prosessual normadan məlum olur ki, MPM-nin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Təəsüflər olsun ki, məhkəmə yalnız cavabdeh şəxsin səmimi olmayan ifadələrinə əsaslanmış, tərəfindən təqdim olunmuş kifayət qədər sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış, məhkəmə həmin sübutları siyahıdan çıxarmaqla prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəf irəli sürdüyü tələb üzrə mötəbər sübutları təqdim etməmişdir. Təqdim etdiyi sübutları isə məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə yalnız iş üzrə cavabdehin həqiqəti təhrif edən arayış və məktublara istinad etmiş, nəticədə prosessual normalarının tələblərini pozmuşdur. İddia predmeti üzrə mühüm əhəmiyyəti olan faktiki hallar, yəni ki, cavabdeh tərəfindən 2019-cu il tarixdə çıxarılmış sayğacın labaratoriyada yoxlanılması səbəbi, aktların olmaması, cavabdehlə bağlanmış müqavilə üzrə yaranmış borcun hansı səbəblərdən yaranması və ya vaxtında tələb edilməməsi, kimi faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası MPM-nin 388-ci maddəsinə uyğun olaraq işin faktiki halları tam araşdırılmadığından, MPM-nin 385.1.2-ci maddəsinə görə qətnamənin ləğv olunması üçün qanuni əsasdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlər həqiqəti əks etdirmir. Bu sənədlər bitkin xarakter daşımasa da, araşdırma aparılmamış, qətnamədə bu sübutlar barədə heç bir norma göstərilməmişdir. Hazırda mülki işə dair toplanmış sənədlər üzrə, həmçinin apellyasiya şikayəti əsasında müəyyən etmək olur ki, məhkəmə yalnız cavabdehin təqdim etdiyi ümumi qaydalara aid bir sıra arayış və məktublara istinad etmiş, tərəfindən təqdim edilmiş sübutlara əhəmiyyət verməmiş və vəsatətləri baxılmamış saxlamışdır. Həmin rəsmi sənədlər qətnamənin apellyasiya qaydasında ləğv edilməsinə səbəb ola bilər. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini silinməsi xahiş edilən 535,80 manat borcun akt əsasında deyil, qaz sərfiyyatı əsasında hesablanması, iddiaçının həmin borcun məhz akt əsasında yazıldığını iddia etsə də, öz iddiasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə iddia tələbi borcun silinməsi barədədir. İşdən göründüyü kimi cavabdeh iddiaçının tələb etdiyi 535,8 manat məbləğin xx.xx.2019-cu ildə təbii qaz sayğacı dəyişən zaman sayğacda qalan dəyəri ödənilməmiş debitor borcun olduğunu əsas gətirərək, iddiaçıya etiraz etsə də, bunu təsdiq edən hər hansı tutarlı sübut məhkəməyə təqdim etməmişdir. Məlum olduğu kimi "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarının 4.2. bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.7. bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. “Qaz təchizatı” haqqında Qanunun 13-cü maddəsinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir Qeyd etmək lazımdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın hesabı tam ödənilməlidir. İstehlakçı tərəfindən təqdim olunmuş məlumat əsasında ödəmə tam həyata keçirildikdən sonra qaz paylayıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçının ödəməsini qaz paylayıcı tələb edə bilməz. Məhkəmə kollegiyası həmçinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 2019-cu il tarixli aktın ləğv edilməsi barədə iddia tələbinə gəldikdə isə qeyd edir ki, ərizənin məzmuna əsasən, iddiaçı borcun silinməsini tələb edir. Belə olan halda iddiaçının bu tələblə məhkəməyə müraciət etməsi üçün həmin aktın müstəqil şəkildə mübahisələndirilməsinin zərurəti qalmır, ona görə ki akt müəyyən pozuntunu özündə əks etdirən sənəddir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-nin 14.2. və 77.1 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan vaxtlarda Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Abonent kodu- **********00000 olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 25 saylı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı ilə bağlı əsassız hesablanmış 535 (beş yüz otuz beş) manat 80 (səksən) qəpik məbləği silinsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar