Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-900/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(012)-458/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(012)-458/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Habil Əhmədov) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Cavabdeh tərəfindən sayğaca görə tərtib edilmiş 10 aprel 2017-ci il tarixli, ******* saylı, 27 oktyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı, 24 yanvar 2018-ci il tarixli, ******* saylı, 28 fevral 2018-ci il tarixli, ******* saylı, 03 iyun 2019-cu il tarixli, ******* saylı, 31 iyul 2019-cu il tarixli, ******* saylı, 30 avqust 2019-cu il tarixli, ******* saylı, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* saylı, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı və 21 aprel 2020-ci il tarixli, ******* saylı aktlara əsasən hesablanmış 3660,40 manat borc məbləğinin abonent kodu **********09560 olan İddiaçı məxsus abunə hesabından silinməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən tərtib olunmuş 10 aprel 2017-ci il tarixli, ******* saylı, 27 oktyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı, 24 yanvar 2018-ci il tarixli, ******* saylı, 28 fevral 2018-ci il tarixli, ******* saylı, 03 iyun 2019-cu il tarixli, ******* saylı, 31 iyul 2019-cu il tarixli, ******* saylı, 30 avqust 2019-cu il tarixli, ******* saylı, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019-cu il tarixli, ******* saylı, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı və 21 aprel 2020-ci il tarixli, ******* saylı aktların etibarsız hesab edilməsi və həmin aktlar əsasında əsassız yazılmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Hökməli kəndində yaşayır. Yaşadığı ərazidə hər bir vətəndaş kimi o da aylıq ödənişləri vaxtında ödəmək şərti ilə təbii qazdan istifadə edir. Lakin Cavabdeh Abşeron Xidmət Sahəsinin əməkdaşları ona məxsus olan evə müxtəlif illərdə və aylarda baxış keçirmiş və sayğacdan kənar təbii qazdan istifadə edilməsini əsas gətirərək onun iştirakı və məlumatı olmadan 10 aprel 2017-ci il tarixli, ******* saylı, 27 oktyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı, 24 yanvar 2018-ci il tarixli, ******* saylı, 28 fevral 2018-ci il tarixli, ******* saylı, 03 iyun 2019-cu il tarixli, ******* saylı, 31 iyul 2019-cu il tarixli, ******* saylı, 30 avqust 2019-cu il tarixli, ******* saylı, 30 sentyabr 2019-cu il tarixli, ******* saylı, 30 oktyabr 2019cu il tarixli, ******* saylı, 29 noyabr 2019-cu il tarixli, ******* saylı, 30 dekabr 2019-cu il tarixli, ******* saylı, 30 yanvar 2020-ci il tarixli, ******* saylı, 28 fevral 2020-ci il tarixli, ******* saylı, 30 mart 2020-ci il tarixli, ******* saylı və 21 aprel 2020-ci il tarixli, ******* saylı aktlar tərtib etmiş və həmin aktlarda guya sayğacdan kənar təbii qazdan istifadə edilməsi göstərilmişdir. O, bundan xəbər tutandan sonra məsələnin nədən ibarət olmasını soruşduqda, sayğaca onun tərəfindən müdaxilə olunduğunu bildirmişlər. O, sayğaca heç bir müdaxilə olunmadığını bildirmişdir. Belə ki, həmin evdə yaşadığı vaxta qədər Cavabdeh Abşeron Xidmət Sahəsinin əməkdaşı olan nəzarətçilər qaz sayğacına davamlı olaraq baxış keçirmişlər. Belə olan halda, əsassız olaraq Cavabdeh tərəfindən mübahisəli aktlar tərtib edilmiş və həmin aktlarda guya sayğacdan kənar əlavə xətdən istifadə edilməsi göstərilmiş, bunun nəticəsində isə itirilmiş qazın bərpası məqsədi ilə onun borcunun olması göstərilmişdir. Həmin aktlar cavabdeh tərəfindən onun məlumatı və iştirakı olmadan tərtib olunmuş və onun tərəfindən həmin aktlara imza edilməmişdir. Əlavə olaraq, o, bu günə kimi istifadə etdiyi təbii qazın dəyərini hər ay davamlı olaraq ödəmişdir. Qaz sayğacına müdaxilə olunmasından onun məlumatı olmamış və müdaxilə olunubsa da, onun tərəfindən müdaxilə olunması sübuta yetirilməmişdir. Bundan əlavə, qaz sayğacı evdən kənarda quraşdırılmış və sayğac heç bir qoruyucu örtüklə örtülməmişdir. Mübahisəli aktlar tərtib olunan zaman iştirakı təmin edilməmiş və həmin aktdan onun sonradan məlumatı olmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş mübahisəli aktlar əsassız olduğu üçün etibarsız hesab olunmalıdır. Belə ki, həmin aktlara əsasən guya onun tərəfindən qaz xəttinə qanunsuz qoşulma faktı olmuş və həmin faktı cavabdehin nümayəndələri aşkar etmişlər. Halbuki, o, yaşadığı evi qaz təchizatı ilə təmin etmək üçün müqavilə bağlamış və cavabdehin regional satış departamenti tərəfindən onun evinin girişində smart qaz sayğacı quraşdırmaqla ona **********09560 abonent kodu verilmişdir. Həmin xətt və abonent kodu üzrə də tərəfindən qaz istehlak olunmuşdur. Digər tərəfdən, aktların tarixlərindən göründüyü kimi, cavabdehin əməkdaşları 2017-ci ildə 3 dəfə, 2018-ci ildə 2 dəfə ardıcıl 2 ay və 2019-cu ilin iyun ayından 2020-ci ilin aprel ayınadək ardıcıl 11 dəfə yoxlama keçirmiş və akt tərtib etmişlər. Lakin bu faktlarla bağlı hər hansı bir tədbir görülməmişdir. Əslində isə hər dəfə qaz nəzarətçisi gəldikdə ona sayğacın hesablanmasında problem olduğu demiş və ona öz hesabına sayğacı təmir etdirməsi təklif olunmuşdur. O da öz növbəsində sayğaca xarici mexaniki xəsarət yetirilmədiyindən buna onun cavabdeh olmadığını bildirmişdir. Hər dəfə də nəzarətçi əlindəki sifariş blankını dolduraraq yeni sayğacın gətiriləcəyini bildirmişdir. Qaz sayğacında zədələnmə baş verdiyi aşkar olunduğu halda, ilk növbədə zədələnmə üzrə təqsir müəyyən edilməli, daha sonra isə həmin zədələnmənin aradan qaldırılması üçün tədbirlər görülməli idi. Yəni ən azından qaz sayğacının dəyişdirilməsi barədə ona bildiriş verilməli idi. Cavabdehin nümayəndələri isə bu problemi həll etmək əvəzinə, həqiqətə uyğun olmayan aktlar tərtib etməklə problemlərini onun üzərinə atmağa çalışırlar. Eyni zamanda, cavabdeh tərəfindən tərtib edilən aktlarda qaz sayğacının zədələnməsi halı göstərilməmiş, belə zədələnmənin onun tərəfindən edildiyi müəyyən edilməmiş, iddia etdikləri əlavə qaz xəttinin onun evində istifadə edildiyinə dair heç bir sübut gətirilməmiş, akt tərtib edilərkən onun və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan başqa, cavabdeh tərtib etdiyi aktda hər dəfə müxtəlif rəqəmlər üzrə 3660,4 manat maddi zərər, 2019-cu ilin aprel-may ayları üçün 21,6 manat əlavə sərfiyyat müəyyən etməklə, cəmi 3682 manat borc hesablamışdır. Lakin sayğacın göstəriciləri nəzərə alınmadığı təqdirdə həmin borcun hansı sərfiyyat üzrə, bu sərfiyyatın hansı metodika ilə hesablandığı, bu metodikanın hansı normativ-hüquqi aktla təsdiq edildiyi müəyyən edilməmişdir. İddiaçı iddia tələbinə əlavə və dəyişiklik edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktla 540 manat, xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktla 115.20 manat, xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktla 207.20 manat, xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktla 790.40 manat, xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktla 201.60 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla 165.60 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla 32.40 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla 32.40 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla 32.40 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla 32.40 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla 133.20 manat, xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktla 295.20 manat, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktla 295.20 manat, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktla 295.20 manat, xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktla 295.20 manat, xx.xx.2020-ciil tarixli, ******* nömrəli aktla 196.80 manat və 2019-cu ilin aprel-may ayları üçün 21,60 manat olmaqla, cəmi 3682 manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh təşkilat apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə iddiaçının **********09560 saylı abonent kodu verilmiş yaşayış sahəsində təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunmasına dair baxış keçirilərkən iddiaçı tərəfindən müxtəlif tarixlərdə qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. İddiaçının təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş, aktlar əsasında tələbnamələr təsdiq edilmişdir. Həmin tələbnamələrə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği cəmi 3660,40 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçı qanuna zidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız, qeyri-qanuni istifadə etməklə cavabdehə ziyan vurmuşdur. Lakin məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Məhkəmə qətnamədə maddi hüquq normasına istinad etmiş, lakin istehlakçının müqavilədən irəli gələn vəzifəsinə dair müddəalara isə münasibət bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci, 4.8-ci, 4.9-cu, 3.2.7-ci, 3.1.3-cü, 3.1.7-ci bəndlərinə istinad edərək sayğaca müdaxilə edildiyi, mənzildən kənarda quraşdırılmış sayğacın abonent tərəfindən mühafizə edilərək qorunmasının qeyri-mümkün olması qənaətinə gəlmişdir ki, bu da səhv nəticədir. Belə ki, abonent sayğaca müdaxilə etməmişdir. Abonent qaz xəttindən qeyriqanuni istifadə edərək təbii qazı talamışdır. İş materiallarında olan bütün sənədlər də bununla bağlı tərtib edilmişdir. Göründüyü kimi, məhkəmə qətnaməsinin əsaslandırmasında işin halları ilə uzlaşmayan maddi hüquq normasına istinad etmişdir. İddiaçı izahatından və təbii qazdan qeyri-qanuni istifadə edilməsi səbəbi ilə cavabdeh tərəfindən tərtib edilmiş sənədlərdən başqa iddia tələbini təsdiq edəcək sübutlar təqdim edə bilməmişdir. Məhkəmə ekspertizanın xx.xx.2021-ci il tarixli, 10/4956 saylı rəyini əsas sübut növü kimi götürərək belə qənaətə gəlmişdir ki, iş materiallarında yer alan cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar əsassız olaraq tərtib edilmişdir. Buna əsas kimi qaz borusunun üzərində hər hansı qeyri-leqal müdaxilə hallarının ekspert tərəfindən müəyyən edilməməsi göstərilmişdir. Qeyri-qanuni müdaxilə halları 2017-ci ilin aprel ayından davamlı olaraq 2020-ci il aprel ayına qədər davam etmiş, ekspert rəyi isə xx.xx.2021-ci il tarixinə təsadüf edir. Belə olan təqdirdə, yəni üzərindən 1 ildən də çox vaxt keçməsinə baxmayaraq, həmin qaz borusunda montaj və yaxud rənglənmə halının baş vermə ehtimalı çox böyükdür. Lakin məhkəmə bu halları nəzərə almamış, belə halların müəyyən edilməsi ilə bağlı ekspert qarşısında sual qoymamışdır. Göründüyü kimi, ekspertiza keçirilməsinə hər hansı bir lüzum olmamışdır. Əksər hallarda xeyli vaxt keçməsi səbəbi ilə və qaz borularının dəyişikliyə, (de)montaj, rənglənmə, yerdəyişmə və s. olunduğundan ekspertizanın rəyi əksər hallarda qeyd olunan səbəblərdən həqiqəti əks etdirmir. Məhkəmə iş materiallarında olan abonentə dair saldoda yer almış məlumatları da araşdırmamışdır. Belə ki, əgər saldoya nəzər salınsa, abonentin ödənişlər etmədiyi görünür. Digər tərəfdən, məhkəmə iddiaçının təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar yazıldığı dövrü əhatə edən ödəniş qəbzlərinin olub-olmamasını, varsa iş materiallarına əlavə edilməsi üçün təqdim edilməsi imkanının olub-olmamasını araşdırmamışdır. İddiaçı **********09560 abonent kodu verilmiş yaşayış sahəsində mütəmadi yaşamaqla aktlar yazılan dövr üçün hər hansı bir ödəniş etməmiş, təbii qazdan qeyri-qanuni istifadə etmiş, cavabdehə xeyli miqdarda ziyan vurmuşdur. Cəlilabad Rayon Məhkəməsində dəymiş ziyanın ödənilməsi tələbi ilə bağlı iddia qaldırıldığını bilən cavabdeh qarşılıqlı iddia vermək əvəzinə, borcun silinməsi və s. tələb ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə də bu faktları araşdırmamışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq göstərdi ki, iddiaçıya məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən Cavabdehnə məxsus ümumi paylayıcı və qaz sayğacına daxil olan giriş xətləri 2017-ci ildən sonra dəyişdirilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh təşkilatın apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 19 aprel 2017-ci il tarixli dəymiş ziyanın hesabatından görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 2700 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar rezin boru ilə təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 31 oktyabr 2017-ci il tarixli dəymiş ziyanın hesabatından görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 576 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar rezin boru ilə təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 27 dekabr 2017-ci il tarixli dəymiş ziyanın hesabatından görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 1036 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 24 yanvar 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar rezin boru ilə təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 26 yanvar 2018-ci il tarixli dəymiş ziyanın hesabatından görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 3952 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28.02. 2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar xətlə təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 28 fevral 2018-ci il tarixli dəymiş ziyanın hesabatından görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 1008 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 03 iyun 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 1656 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 31 iyul 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 324 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 30 avqust 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçıyaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 324 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 648 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh 30 oktyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 324 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan Cavabdeh 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 1332 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 2952 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 2952 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 2952 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 30 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 2952 kub metrdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən evə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar təbii qazdan qeyri qanuni istifadə edildiyi aşkar edilmişdir. İş materiallarında olan Cavabdeh 21 aprel 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməsindən görünür ki, İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli kəndində yerləşən ev üzrə (abonent kodu **********09560) itirilmiş qazın sərfiyyatı 1968 kub metrdir. İş üzrə keçirilmiş ekspertizanın 30 dekabr 2020-ci il tarixli, 10/3569 saylı rəyindən görünür ki, mülki iş materialında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkün olmuşdur. İş üzrə keçirilmiş ekspertizanın 25 oktyabr 2021-ci il tarixli, 10/4956 saylı rəyindən görünür ki, baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş üzrə keçirilmiş ekspertizanın 25 oktyabr 2021-ci il tarixli, 10/4956 saylı rəyini əsas sübut kimi nəzərə alaraq iddiaçının Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdeh İB-yə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal müdaxilə hallarının (qaynaq yeri, əlavə qoşulmalar) aşkar edilməməsinə istinad etmişdir. Məhkəmə kollegiası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmaqla işin faktiki hallarına uyğundur. “Qaz təchizatı haqqında” qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 13-cü maddəsinin 8-ci və 9-cu hissələrinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təmin edilməsi qazın alqı-satqısı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın (Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin) və qaz paylayıcısının plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən isə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İşdən görünür ki, Cavabdeh əməkdaşları tərəfindən tərtib edilmiş aktlara əsasən İddiaçı təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar edildiyindən təbii qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır. Lakin iş üzrə keçirilmiş ekspertizanın 25 oktyabr 2021-ci il tarixli, 10/4956 saylı ilə müəyyən edilmişdir ki, iddiaçının Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən Cavabdehnə məxsus 57 mm-lik polad qaz borusunun üzərində hər hansı qeyri-leqal müdaxilə halları (qaynaq yeri, əlavə qoşulmalar) müəyyən edilməmişdir. Həmin rəyin tədqiqat prosesinin təsviri hissəsindən görünür ki, ekspertin iştirakı ilə Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin qaz sayğacının qoşulduğu qaz xəttinə baxış zamanı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinin evin küçəyə tərəf divarının yaxınlığından keçdiyi, xəttin diametrinin 57 mm-lik olmaqla torpaqdan 0,5 metr hündürlükdən, həyətin giriş darvazasının üzərindən isə 3 metr hündürlükdən çəkildiyi, fərdi yaşayış evinin qaz sayğacının evin küçəyə tərəf divarının üzərinə yerdən 1,6 metr hündürlükdə bərkidilməsi, sayğaca qaz xəttinin 15 mm-lik polad qaz borusu vasitəsi ilə 57 mm-lik polad qaz borusundan çəkildiyi müəyyən edilmiş, baxış zamanı evin qaz sayğacına daxil olan giriş xəttinin, həmçinin Azəriqaz İB-yə məxsus 57 mm-lik ümumi paylayıcı xəttin üzərində kənar qoşulmalar və yaxud qaynaq izləri aşkar edilməmişdir. Məhkəmə kollegiasının iclasında cavabdehin nümayəndəsi X4 iddiaçıya məxsus Abşeron rayonu, Hökməli kəndində yerləşən fərdi yaşayış evini təbii qazla təmin edən Cavabdehnə məxsus ümumi paylayıcı və qaz sayğacına daxil olan giriş xətlərinin 2017-ci ildən sonra dəyişdirilmədiyini göstərmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda qeyd edilənlənlərə əsasən məhkəmə kollegiyası cavabdeh təşkilatın apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verib, apellyasiya şikayətində sadalanan digər dəlilləri də araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(012)-458/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-900/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-900/2022
23.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver