Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-917/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamələrin, çıxarışların, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: miras əmlak, mirasın faktiki qəbul edilməsi, ev vəsiyyətnaməsinin etibarsızlığı) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X49 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 (eyni zamanda digər Cavabdeh2 Bahadur qızının nümayəndəsi) və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-64/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********21 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.22 ha torpaq sahəsi Cavabdeh4 adına qeydiyyata alınmışdır.
2. Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********74 reyestr nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.35 ha torpaq sahəsi Cavabdeh4 adına qeydiyyata alınmışdır.
3. 21.12.2021-ci il tarixli 2V-1674 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənamənin surətinə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X19 vərəsələri – qızı X24r və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.35 ha olan torpaq sahəsi X9 çatan hissədən ibarətdir.
4. 21.12.2021-ci il tarixli 2V-1672 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənamənin surətinə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X19 vərəsələri – qızı X24r və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsi X9 çatan hissədən ibarətdir.
5. 21.12.2021-ci il tarixli 2V-1673 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənamənin surətinə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X19 vərəsələri – qızı Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1.35 ha olan torpaq sahəsi X9 çatan hissədən ibarətdir.
6. 21.12.2021-ci il tarixli 2V-1671 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadənamənin surətinə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X5 vərəsələri qızı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X19 vərəsələri – qızı Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. ƏMDK-nin yanında DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X9 verilmiş **********21 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsi X9 çatan hissədən ibarətdir.
7. Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətinə əsasən, X9, X10, Cavabdeh2 və Cavabdeh4 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən JN-082F, KOD30319038 saylı Şəhadətnamə tərtib edilərək, ünvan 1ində 0.22 ha torpaq sahəsi verilmişdir.
8. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətinə əsasən, X9, X10 və Cavabdeh4 Quba rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 06 saylı qərarına əsasən JN-0056, KOD30319038 saylı Dövlət Aktı tərtib edilərək, ünvan 1ində 1.35 ha torpaq sahəsi verilmişdir.
9. Doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı xx.xx.1953-cü ildə anadan olmuşdur. Onun anası – X11r.
10. Bələdiyyə sədri X17, Bələdiyyə işçisi X12, X6, X7 və X25 iştirakları ilə tərtib edilmiş və imzaları ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən, İddiaçı ünvan 1ində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsində 1995-ci ildə fərdi yaşayış evi tikmişdir. Halhazırda ailə üzvləri ilə birlikdə həmin evdə yaşayırlar.
11. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X20 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
12. 02 nömrəli, xx.xx.2022-ci il tarixli Quba Rayon Qeydiyyat Şöbəsinin arayışına əsasən, X20 barəsində Quba rayon Qeydiyyat şöbəsində nikah haqqında akt qeydi aşkar olunmamışdır.
13. Quba rayon İHB-nın İ Nügədi İƏD üzrə nümayəndəliyinin 1537 nömrəli dekabr 2015-ci il tarixli və Quba rayon İ Nügədi Bələdiyyəsinin xx.xx.2022-ci il arayışların əsasən, X20 xx.xx.2015-ci il tarixdə vəfat etmiş və mərhumun bütün dəfn xərclərini oğlu İddiaçı çəkmişdir.
14. Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 905 nömrəli arayışına əsasən, X20 1926-cı ildən 2015-ci il tarixədək ünvan 1ində yaşamış və xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri olaraq qızı X19 və oğlu İddiaçı qalmışdır.
15. Quba Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xx.xx.2021-ci il tarixli 4124 nömrəli məktubuna əsasən, İddiaçı mirasın qəbulu müddətini ötürmüş, mirasın faktiki qəbulu, ona sahiblik etməsi barədə sübutlar təqdim edilmədiyindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır.
16. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 138666 saylı arayışına əsasən, İddiaçı İ qrup əlildir.
17. AZ-İİ 173943 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X19 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir.
18. Quba RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəliyinin arayışına əsasən, X19 xx.xx.1950-ci ildən 2021-ci il tarixədək ünvan 1ində yaşamış və xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri olaraq qızı Cavabdeh2 Bahadur qızı, qızı Cavabdeh4 və qızı X46 qalmışdır.
19. 19.03.2021-ci il tarixli vəsiyyətnamənin surətinə əsasən, X19 ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlakını xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh4 vəsiyyət etmişdir.
20. Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin arayışına əsasən, X19 xx.xx.1950-ci ildə anadan olmuşdur. Onun X2dır.
21. Doğum haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh4 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. Onun anası X13r.
22. Doğum haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh2 Bahadir qızı xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. Onun anası X13r
23. xx.xx.2022-ci il tarixli, 4ə-24 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin paylı mülkiyyəti üzrə ona məxsus hissəsini Cavabdeh4 bağışlamışdır.
24. xx.xx.2022-ci il tarixli, 4ə-22 saylı daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən, Cavabdeh2 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 1.35 ha olan torpaq sahəsinin paylı mülkiyyəti üzrə ona məxsus hissəsini Cavabdeh4 bağışlamışdır.
25. xx.xx.2015-ci il tarixli vəsiyyətnaməyə əsasən, ünvan 1ində yerləşən 3 otaqlı, 1 aynabəndli və 90 sot əkinə yararlı torpaq sahəsini nəvəsi Cavabdeh4 vəsiyyət etmişdir.
26. xx.xx.2023-cü il tarixli Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəlinin arayışına əsasən, Babayev X1 sakinidir və doğulduğu gündən bu günə kimi hal-hazırda həmin kənddə yaşamışdır.
27. X29, X38, X26, X27 və X30 tərəfindən tərtib olunmuş və imzaları ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən, mərhum X20 1999-cu ildən Siyəzən rayonu, Yenikənd kəndinin ərazisindəki çörək sexinin həyətyanı sahəsində yerləşən evdə yaşamış və fərdi sahibkarlıqların quşçuluq sexlərində fəhləlik etmişdir. X54 xx.xx.2015-ci il tarixdə yaşadığı Siyəzən rayonu, Yenikənd kəndində vəfat etmiş və sonuncunun yas mərasimi mərhum qızı X19 tərəfindən elə həmin kənddə də, keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
28. İddiaçı cavabdehlər Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 Bahadur qızının adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V-1671, 2V-1673 nömrəli və Cavabdeh4 adına Quba Regional ASAN Xidmət Mərkəzində verilmiş 21 dekabr 2021-ci il tarixli, 2V1672, 2V-1674 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və onlara əsasən Cavabdeh2 Bahadur qızı, Cavabdeh4 adına verilmiş Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə dair **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli və Quba rayonu Mrzəqılşaq kəndində yerləşən 1,35 ha kənd təsərrüfatı təyinatlı **********21 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021 qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatında haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışların etibarsız hesab edilməsi, Torpağa Mülkiyyət Hüququna Dair JN-0056 KOD 30319038 saylı Dövlət Aktına əsasən 1,35 ha torpaq sahəsi və Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-082F KOD 30319038 saylı Şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən miras qoyan 17 noyabr 2015-ci il tarixdə vəfat etmiş X9 düşən miras paya vərəsəlik hüququnun tanınaraq həmin miras əmlakın ½ hissəsinə vərəsəlik üzrə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
29. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat kontoru tərəfindən verilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında 2V- 1671, ZY-1672, 2V-1673, 2V-1674 nömrəli Şəhadətnamələrin, Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-1668, 2V-1670 nömrəli Şəhadətnamələrin, məcburi paya vərəsəlik hüququ haqqında 2V-1667, 2V-1669 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh4 və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışların və huquqların dövlət qeydiyyatının etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh4 arasında Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-22 nömrəli və 4Ə-24 nömrəli Daşınmaz Əmlakın Bağışlanılması müqavilələrinin etibarsız hesab edilməsi, JN 0821 KOD 30319038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsindən və JN-0056 KOD 30319038 saylı Dövlət Aktı əsasında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsindən ibarət miras qoyan xx.xx.2015-ci il tarixdə ölmüş anası X18 düşən hissədə mirası qəbul etmə faktının və həmin miras əmlaklara payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X2 01 yanvar 1926-cı il tarixdə Qusar rayonunda anadan olmuşdur. X8 ilə X2 el adət ilə ailə qurmuş, nikahlarını rəsmiləşdirməmişlər. Onların nikahından 1950-ci ildə bacısı İsayeva (Babayeva) Seyidbikə Əlixan qızı və o, xx xxxxxx 1953-cü ildə İddiaçı doğulmuşlar. 1967-ci ildə yaşadığı ev yanmış, qonşuların köməyi ilə həmin evi valideynləri təmir etmişlər. 1969-cu ildə atası vəfat etmişdir. O, doğulduğu vaxtdan Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-082F KOD 30319038 saylı Şəhadətnamədə göstərilən torpaq sahəsində atasının tikdiyi yanmış, sonra isə qismən təmir olunmuş evdə bacısı və anası ilə birlikdə yaşamışlar. Bacısı 1973-cü ildə ailə quraraq Quba şəhərinə köçmüşdür. O, 1975-ci ildə X21 ailə qurmuşdur. Onunla nikahından 6 uşaqları doğulmuşdur. Yaşadığı ev köhnə yaşayış üçün yararsız olduğundan, o, 1990-cı ildən başlayaraq həmin torpaq sahəsində ev tikməyə başlamışdır. Həmin evi 2000-ci illərdə çox çətinliklə yekunlaşdırmışdır. X2 onunla yaşamışdır. Quba rayonunda aqrar islahat keçirilərkən ev tikərək yaşadığı torpaq sahəsi Torpağın mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən X2nın, bacısı X14 və bacısı qızları Cavabdeh2 Bahadur qızının və Cavabdeh4 adına verilmişdir. O, gözdən 1-ci qrup əlil, kor olduğu üçün yaşadığı torpaq sahəsinin kimin adına olmasını bilməmişdir. Həmin torpaq sahəsində tikilmiş evin qaz, elektrik elenjisi pullarını o ödəyir. X2 17 noyabr 2015-ci il tarixdə vəfat etmişdir. Anası öldükdən sonra ondan qalan miras əmlakı faktiki olaraq o, qəbul edərək, istifadə etmişdir. Anasının dəfn xərcləri pulunu o almışdır. Lakin yenə də gözləri görmədiyi və İ qrup əlil olduğu, başqa şəxslərin qulluğuna ehtiyacı olduğu üçün o, anasından qalan miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almamışdır. Lakin anasından qalmış miras əmlakı faktiki olaraq idarə edərək qəbul etmişdir. Bəlkə də, bacısı qızı Sevinc yaşadığı evin yerləşdiyi torpaq sahəsini ölçməyə adam gətirən zaman, qonşuların gecə vaxtı həyətdə adamlar gəzdiyini, sahə müvvəkilini onların evdən çıxmasını tələb etməsəydi, - o, ümumiyyətlə heç bir orqana müraciət etmədən bu evdə yaşayıb, həmin evdə ömür sürərdilər. Bacısı qızının bu hərəkətlərindən sonra o, mərhum anasından qalmış miras əmlakı qəbul etmək və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün X60 Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Lakin miras qəbul edilməsi üçün müddət ötürüldüyündən ona 16 dekabr 2021-ci il tarixli imtina məktubu verilmiş və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Halbuki anasından qalmış əmlakı qəbul etmiş, müddəti ötürməmişdir. Miras əmlakı faktiki olaraq qəbul etmişdir. Bundan sonra o, yenə də gözü görmədiyi, hər vaxt evdən çıxa bilmədiyi üçün, həyata yoldaşı ilə birlikdə məhkəməyə iddia verilməsi üçün vəkillərlə məsləhətləşmiş, hazırkı iddianın yazılması zamanı onlara məlum olmuşdur ki, bacısı qızları Sevinc və Heyran öz analarından və anasından qalmış miras əmlaka, onun yaşadığı evin yerləşdiyi torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qısa müddət ərzində çıxarış almışlar. Cavabdehlərin məqsədi özünün zəhmətlə tikdiyi və yaşadığı evin yerləşdiyi anasından miras qalmış torpaq sahəsini satmaq və onları küçələrdə qoymaqdır. Hətta cavabdeh bacısı qızı Sevinc onun yaşadığı evə gəlmiş, onu təhqir etmişdir. Miras qoyan X2ndan Quba rayonu Mirzəqışlaq kəndində Torpağın Mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindən ona düşən ½ hissə, yəni 0,05 ha həyətyanı torpaq sahəsi və Torpağa mülkiyyət hüququna dövlət aktına əsasən Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsindən X2na düşən 1/3 hissə yəni 0,45 ha torpaq sahəsi miras qalmışdır. O, X2ndan miras qalmış əmlakın ½ hissəsinə payını istəyir, yerdə qalan pay isə bacısı X3r. O, anasından qalmış miras əmlakı idarə etmək, miras əmlak üzərində tikilmiş fərdi yaşayış evində hələ anasının sağlığından yaşamaqla, anasının dəfn xərclərini çəkməklə fərdi yaşayış evində elektrik enerjisi, qaz, su pullarını ödəməklə mirası faktiki olaraq qəbul etmişdir.
31. Cavabdehlər Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, anaları İsayeva (Babayeva) Seyidbikə Əlixan qızı 1950-ci ildə, dayıları hazırki iş üzrə İddiaçı 1953-cü ildə nənəsi X5 və babası X22 faktiki ər-arvad münasibətlərindən ünvan 1ində doğulmuşlar. Babaları Əlixan 1969-cu ildə vəfat etmişdir. Anaları Seyidbikə 1973-cü ildə Quba şəhərinə gəlin köçmüş, onun bu evliliyindən Cavabdeh2 dünyaya gəlmişdir. Evliliyi uğursuz olan anaları Seyidbikə rəsmi qaydada nikah pozulduqdan sonra, Quba rayonunun Mirzəqışlaq kəndinə anası Maral Babayevin yanına qayıtmış, onlar hər ikisi nənələri Maralın evində böyüyüb boyabaşa çatmışlar. Dayıları İddiaçı isə 1975-ci ildə evlənərək özü üçün nənələri Maral Babayevaya və onlara birgə mülkiyyət hüququ ilə məxsus olan 0,22 ha həyətyanı torpaq sahəsinin qarşısındakı ictimai yolun digər tərəfində 1990-ci illərin əvvəllərində tikdirdiyi fərdi yaşayış evində yaşamışdır. Bu səbəbdən Quba rayonunda aqrar islahatlar həyata keçirilən zaman torpağın mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən 0,22 ha həyətyanı torpaq sahəsi nənələri X5, anaları X14 və onların hər ikisinin ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçı iddia ərizəsində torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adının göstərilməməsindən özünün İ qrup gözdən əlil olması səbəbindən çox sonralar məlumatlı olmasını bildirir. Həqiqətdə isə aqrar islahatlar keçirilən zaman həyətyanı torpaq sahələri həmin torpaqdan faktiki istifadə edənlərin mülkiyyətinə verilirdi. İddiaçı olan dayıları Mirbaba isə şəhadətnamədə adları göstərilən şəxslərin mülkiyyətinə verilmiş 0,22 ha torpaq sahəsindən kənarda ayrıca torpaq sahəsində özü üçün inşa etdirdiyi fərdi yaşayış evində öz ailə üzvləri ilə birgə yaşadığı üçün, bu torpağın faktiki istifadəçisi olmadığından şəhadətnamədə adı qeyd olunmamışdır. İddiaçı iddia ərizəsində guya ata evi köhnə yararsız vəziyyətdə olduğu üçün 1990-ci illərin əvvəllərində onun yerində yeni ev tikdiyini və bu evin tikintisinin 2000-ci illərin əvvəllərində başa çatdırıldığını yanlış olaraq qeyd etmişdir. Quba rayonunda Aqrar islahatlar həyata keçirilən zaman torpağın mülkiyyətə verilməsinə dair JN-082F KOD 30319038 saylı şəhadətnaməyə əsasən 0,22 ha həyətyanı torpaq sahəsindəki ata evləri hazırda da mövcuddur və iddiaçının inşa etdirdiyi və yaşadığı ev həmin torpaq sahəsindən kənardadır. Onlar, anaları və ana nənələri ilə birlikdə 1998-ci ildə işsizliklə əlaqədar Siyəzən rayonu, Yenikənd kəndində yaşamışlar. Nənələri Maral da qeyd edilən tarixdən öldüyü günədək, yəni 2015-ci ilədək Siyəzən rayonu, Yenikənd kəndindəki evdə onlarla birgə qalmışdır. Nənələri Marala özləri baxıb qulluq etmiş, onun bütün qayğısını anaları və onlar çəkmişlər. 17 noyabr 2015-ci ildə nənələri öləndən sonrakı 6 ay ərzində İddiaçı anasının evində yaşamamış, mirası nə faktiki, nə də notariusa müraciət etməklə qəbul etməmişdir. Cavabdeh4 isə 1/3 hissədə mərhum nənələri Maral Babayevanın payının olduğu torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 1ində yerləşən 1,35 ha torpaq sahəsini istifadə və ona sahiblik etməklə mirası qəbul etməkdə maraqlı olmağını nümayiş etdirmiş, həmçinin hər ikisi mərhum nənələrindən qalan torpaq sahələrinə vərəsəlik hüquqlarını notariat orqanına müraciət edərək rəsmiləşdirmişlər. Anaları Seyidbikənin onkoloji xəstə olmasından xəbərdar olan iddiaçı 2017-ci ildə ünvan 1indəki evə yerləşmiş, həyətyanı torpaq sahəsində yardımçı tikililər inşa etməyə başlamış, həmçinin onları bu evə buraxmamışdır. Nənələri vəfat etdiyi günə sonuncudan miras əmlak kimi qalan həyətyanı torpaq sahəsində 3 otaq və 1 aynabənddən ibarət yaşayış evi qalmışdır. Anası Seyidbikə 21 mart 2021-ci il tarixdə vəfat etdikdən sonra Cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında nənəsi X4 Quba rayonu, Mizrəqışlaq kəndində torpağın mülkiyyətə verilməsinə dair JN-0** KO ***19038 saylı şəhadətnaməyə əsasən 0,22 ha torpaq sahəsindəki 0,05 ha həyətyanı torpaq sahəsinə dair çıxarış əldə etmiş, nənəsindən qalan miras əmlak tam qanuni əsaslarla mülkiyyətinə keçmişdir. Beləliklə, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində miras kütləsini nə formal, nə də qeyri-formal üsullarla qəbul etməmişdir.
32. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-64/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Rahim Həsənov)
33. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı miras qoyan X5 vərəsəsi kimi mirasın açıldığı ona bəlli olduğu andan qanunla müəyyən olunmuş müddətlər ərzində mirasın qəbuluna yönəlmiş hərəkətlər etməli idi. Mirasın qəbuluna dair hərəkətlər isə iki formada ola bilər - mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmək barədə ərizə vermək, yaxud əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirmək. Lakin iddiaçı notariat kontoruna mirası qəbul etmək barədə müddəti ötürməklə müraciət etmişdir. Mirasın açıldığının onlara bəlli olmasına və buna dair hər hansı maneənin olmamasına baxmayaraq, iddiaçı notariat kontoruna mirası qəbul etmək barədə ərizəni qanunla müəyyən edilmiş müddətlər ərzində verməmişdir. Məhkəməyə və notariat orqanına mirasın qəbulu barədə ərizələrin verilməməsinin üzrlü səbəbləri barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim olunmamışdır. Həmçinin, iddiaçı anasının onun yanından vəfat etməsini və dəfn xərclərinin onun tərəfindən ödənilməsini bildirsə də, məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan Siyəzən rayonunda vəfat edib və bütün dəfn xərcləri qızı cavabdehlərin anası tərəfindən çəkilib. Həmçinin mübahisə predmeti olan ünvan 1ində yerləşən torpaq sahələri miras qoyanla cavabdehlərin birgə mülkiyyətində olmuşdur. Qeyd edilən dəlil də onların birgə təsərüfatda yaşadığını göstərir. İddaçı da, həmin təsərrüfatda yaşasa idi onun adı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktlarında olmalı idi. Həmçinin iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı miras əmlakı faktiki olaraq da qəbul etməmişdir. Miras əmlaka faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, mübahisəli torpaq və ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, qanun üzrə vərəsəlik haqqında şəahdətnamə almamış, yaxud torpaq sahəsi və ev qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir
34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1151.2, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1321, 1255, 1269-cu maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
35. İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 2(027)-64/2023 nömrəli 07 fevral 2023-cü il tarixli qətnaməsini apellyasiya qaydasında ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri:
36. Sübutlar məhkəmədə müzakirə olunarkən birinci instansiya məhkəməsi cavabdeh tərəfə öz mövqelərini sübuta yetirmələri üçün sübutlar təqdim etməyi təkif etdikdə onlar İddiaçı həmin kənddə yaşamaması, eləcə də, miras qoyan Maral Babayevanın dəfn xərclərini çəkməməsi və mirası faktiki qəbul etməməsi barədə sübutları təqdim edəcəklərini bildirsələr də, bu məqsədlə təxirə salınmış məhkəmə iclasına heç bir sübut gətirə bilməmişdilər. Qeyd olunanlar məhkəmə iclasının audio-video yazılarında da əks olunmuşdur. Bunun əksinə olaraq iddiaçı Quba rayonu İ Nügədi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən 54 nömrəli xx.xx.2023-cü il tarixli arayışını təqdim etmişlər. Arayışla da təsdiq olunur ki, o, doğulduğu gündən ata-anasından miras qalmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə və həmin topaq sahəsində 1995-ci illərdə öz vəsaiti hesabına inşa etdiyi evdə yaşamaqla faktiki olaraq mirası qəbul etmiş və hazırda sahiblik edir. Hətta Cavabdeh4 onu və ailə üzvlərinin evdən çıxarılması barədə Quba Rayon Məhkəməsinə müraciət edib, məhkəmə evdən çıxarılmağı ilə bağlı iddianı təmin etməyib. Bütün bu mirası faktiki qəbul etməyinə dair çoxsaylı mötəbər dəlilləri məhkəməyə təqdim etməyinə baxmayaraq məhkəmə bu sübutlara qiymət belə vermədən öz qərəzli mövqeyini açıq-aydın biruzə verməklə birbaşa cavabdeh Heyran Qaımovanın maraqlarına xidmət edən qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
37. Məhkəmə qətnamənin təsviri-əsaslandırıcı hissəsində onun ərizə ilə rəsmi qaydada təqdim etdiyi yuxarıda qeyd olunan sübutları sadalamaq məcburiyyətində qalıb, lakin nəticə və qərar hissəsində həmin sübutlara münasibət bildirməsini ümumiyyətlə zəruri hesab etməyərək öz mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırır. Baxmayaraq ki, məhkəmə cavabdeh tərəfin hansı təqdim etdiyi mötəbər dəlillərdən sonra artıq araşdırmaq və onun təqdim etdiyi sübutları qiymətləndirməmək qərarına gəlir, bu başa düşülən deyil.
38. Birinci instansiya məhkəməsinin bu mövqeyi mülki prosesual qanunvericiliyin prinsiplərinə, ümumiyyətlə məhkəmə araşdırmasını tənzimləyən Mülki Prosessual Məcəllənin bütün normalarına ziddir. Birinci instansiya məhkəməsinin məntiqini başa düşmək olmur. O, iddiaçıdır, anasından miras qalan mübahisəli əmlakda (torpaq sahəsi və evdə) yaşayır, anası öldükdən sonra onu dəfn edib, həmin təssərüfatı idarə etməyi ilə bağlı iddia irəli sürmüş, öz tələbinin sübutu kimi də Quba rayonu Mirzəqışlaq kəndinin Bələdiyyəsindən və İcra Nümayəndəliyindən arayışları, eləcə də qonşuların aktını məhkəmə araşdırmasına təqdim etmişdir, onun həmin torpaq sahəsində yaşamağını və təsərrüfatı idarə etməyini bütün Mirzəqışlaq kəndi bilir, cavabdehlər isə heç vaxt həmin evdə yaşamayıb, torpaq sahəsində təsərrüfat aparmayıblar. Eyni zamanda məhkəməyə təqdim etdiyi vərəsəlik işinin içərisində olan 905 nömrəli və 712 nömrəli xx.xx.2021-ci il tarixli Quba rayon İ Nügədi kəndi üzrə İƏD üzrə Nümayəndəliyinin arayışları mövcuddur ki, həmin arayışlarda miras qoyanın 2 vərəsəsi olması göstərilir, oğlu Mirbaba və qız Seyidbikə, belə olan halda vərəsəlik işinin açılmasında iki vərəsənin olmasını bilən notarius Mülki Məcəllənin 1317-ci (mirasın qorunması) və 1318-ci (vərəsələrin axtarışı) və 1301 (vərəsələrin məlumatlandırılması) ilə bağlı imperativ normaların tələblərinin pozmaqla, miras əmlakı Seydbikənin övladlarına irsi transmissiya yolu ilə verir. Bütün bunları sübut edən mötəbər dəlilləri məhkəməyə təqdim etməyinə baxmayaraq birinci instansiya məhkəməsi xx.xx.2023 il tarixli qətnaməsinin nəticə hissəsində qeyd edir ki, iddiaçı olaraq təqdim etdiyi bu dəlillərə qiymət verməyi zəruri hesab etmir. Bununla belə cavabdeh heç bir dənə də sübut və dəlil məhkəməyə təqdim etməsə də, məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh4 verdiyi izahat (guya iddiaçının anası Maral Babayevanı o yox, onlar dəfn edib və o, mirası qəbul etməmişdir) yetərlidir, birinci instansiya məhkəməsi hesab edir ki, Heyran Qaımova dedisə kifayətdir, prosessual qənaət etmək lazımdır, artıq İddiaçı sübutlarının qiymətləndirilməsinə ehtiyac yoxdur, Cavabdeh4 dedisə Mirbabanın sübutları nə olursa olsun heç nəyi dəyişməyəcək.
39. Bundan sonra məhkəmə qətnaməsində yazır ki, mirası faktiki qəbul etməyi ilə bağlı iddiasını sübuta yetirə bilmir, qətnamənin bir hissəsində yazılır ki, təqdim etdiyi sübutlar prosessual qənaət prinsipinə əsasən heç araşdırılmasına belə zərurət yoxdur, digər abzasda qeyd olunur ki, iddiaçı mirası faktiki qəbul etməyini sübuta yetirə bilmir. Əgər təqdim etdiyi sübutlar qiymətləndirilməyibsə necə bu nəticəyə gəlmək olar ki, iddia sübuta yetiriə bilmir. Göründüyü kimi, məhkəmə qətnaməsi öz-özünü təkzib edir və bu cür yanaşma təəssüf doğurur.
40. İş üzrə toplanmış sənədlər, məhkəmə araşdırması zamanı verilmiş izahatlara nəzər salınsa görünər ki, qətnamə sadəcə nəyin bahasına olursa olsun onun ziyanına əsaslandırmaq cəhdi kimi görünür və heç bir məntiqli izaha, qanuni əsaslara söykənmir. Başqa sözlə desək qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Belə ki, qətnamədə yekun nəticə kimi qeyd olunur ki, iddiaçı miras əmlakı faktiki olaraq qəbul etməmişdir, lakin məhkəmə hansı dəlilə əsasən bu qənaətə gəlir bunu qətnamədə əsaslandırmır. Baxmayaraq ki, mirasın faktiki qəbuluna dair çoxsaylı dəlillər təqdim etmişdir, əks tərəf isə öz etirazının dəlili kimi bir dənə də sübut təqdim etməmişdir.
41. Saxta yollarla mirası bütövlükdə ələ keçirən bacısı qızları onun evdən və torpaq sahəsindən çıxarılmağı ilə bağlı Quba Rayon Məhkəməsində iddia da qaldırıblar, həmin məhkəmədə verdikləri izahatlarda, məhkəmənin özünün müəyyən etdiyi hallar ondan ibarət olub ki, iddiaçı həmin evdə yaşayır, həmin evdə yaşayırsa deməli miras əmlakı faktiki qəbul etmişdir, miras əmlaka çıxarış alan Cavabdeh4 2022-ci ilin sonunda kommunal sayğacları öz adına keçirir, əgər o həmin evdə yaşayırdısa niyə görə miras üstündə mübahisə məhkəmədə gedərkən tələm-tələsik çıxarış alan kimi sayğacları adına keçirir. Əgər iddiaçı həmin evdə yaşamırdısa niyə onun evdən çıxarılmağı barədə məhkəmədə iddia qaldırır.
42. Birinci instansiya məhkəməsi hesab edir ki, iddiaçının hazırki məhkəmə baxışının predmeti olan iddia tələblərini irəli sürməyə subyektiv hüququ belə yoxdur. Guya o, mübahisəli torpaq və ev üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmiş, qanun üzrə vərəsəlik haqqında şəahdətnamə almamış, yaxud torpaq sahəsi və ev qanunla nəzərdə tutulmuş qaydada onun qanuni istifadəsinə verilməmişdir. Birinci instansiya məhkəməsinin bu mövqeyinə münasibətdə qeyd edir ki, məhkəmə bir daha ona qarşı ağılagəlməz və işin hallarına uyğun olmayan əsaslandırma aparmağa çalışmışdır. Birincisi, o, anasının oğlu olaraq onun vərəsəsidir, bu iddianı qaldırmağa da subyektiv hüququnun olmasına vərəsə olmağı kifayət edir. İkincisi, o, həmin torpaq sahəsində halhazırda yaşayır, bunun Bələdiyyə, İcra Nümayəndəliyi, qonşular, hətta cavabdehlər özləri belə etiraf edir, belə olmasaydı onun həmin torpaq sahəsindən çıxarılmağı barədə 2022-ci ildə cavabdehlər Quba Rayon Məhkəməsində iddia qaldırmazdılar.
43. Bütün bunlar onu göstərir ki, miras əmlakı o, faktiki qəbul etmiş, birinci instansiya məhkəməsinin mirasın faktiki qəbul edilməməsi ilə bağlı mövqeyi tamamilə əsassızdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
44. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək orada göstərilənlərə uyğun izahat verib şikayətinin təmin edilməsini xahiş etdilər.
45. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 (eyni zamanda digər Cavabdeh2 Bahadur qızının nümayəndəsi) və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
46. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir.
47. Cavabdeh Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisinin notariusu Süleyman Məmmədov notariat ofisinin iş rejimi və vətəndaş müraciətlərinin çoxluğu səbəbindən məhkəmə iclasında iştirakının mümkün olmayacağını bildirmiş və işə onun iştiraı olmadan baxılmasını xahiş etmişdir.
48. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.
49. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsinin və Quba “Asan Xidmət” Mərkəzi Notariat ofisinin notariusunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
50. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
51. Maddə 337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.
52. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
53. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
54. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
55. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
56. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.2. İkinci növbədə ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
57. Maddə 1186. Vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər.
58. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
59. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
60. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
61. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
62. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
65. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
66. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
67. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
68. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
70. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
71. Verilmiş apellyasiya şikayətindən görünür ki, İddiaçı Quba Rayon Məhkəməsinin 2(027)-64/2023 nömrəli 07 fevral 2023-cü il tarixli ləğv edilməsi, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
72. Ona görə də kollegiya oğlu Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
73. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin olunmalıdır.
74. Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
75. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
76. Məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edibetməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
77. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı X2nın ölümündən sonra ondan miras qalmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsini və həmin torpaqda yerləşən yerləşən fərdi yaşayış evini faktiki qəbul edərək idarə etmişdir. Hazırda da həmin ev onun sahibliyindədir. Başqa sözlə, İddiaçı vərəsə kimi mirasın bir hissəsinə sahiblik etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini nümayiş etdirmişdir.
78. Məhkəmə kollegiyasına təqdim edilmiş Quba rayonu Birinci Nügədi bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 60 nömrəli arayışına əsasən Quba rayon Mirzəqışlaq kənd sakini Babayev X1 ərazisində birmərtəbəli evdə yaşayır. Onun Mirzəqışlaq kəndində yaşadığı evdən başqa evi yoxdur.
79. Məhkəmə kollegiyasına təqdim edilmiş qonşular X28, X32 və X23 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən Quba rayonu Mirzəqışlaq kənd sakini xx.xx.1953-cü il təvəllüdlü , AZE ******** həmin kənd qeydiyyatında olan İddiaçı Əlixan oğlu 1995-ci ildə Quba rayonu Mirzəqışlaq kəndində yerləşən torpaq sahəsində 1995-ci ildə fərdi yaşayış evi tikmiş X2 2015-ci ildə öldükdən sonra anasına məxsus torpaq sahəsində inşa etdiyi həmin evdə yaşayaraq təsərrüfatı idarə etməyə davam etmişdir. İddiaçı 2015-ci il noyabrın 17-sində ölmüş X2nı həmin kəndin qəbrstanlığında dəfn etmişdir. Mirzəqışlaq kənd sakini İddiaçı həmin kənddə doğulmuş anası vəfat etdi 2015-ci il daxil olmaqla həmin kənddə yaşayır.
80. İşdən göründüyü kimi mərhum X5 ölümündən sonra 3 vərəsəsi qalmışdır: oğlu - İddiaçı, qızının uşaqları - Cavabdeh4 və Cavabdeh2.
81. İşdən göründüyü kimi cavabdehlər Cavabdeh2 Bahadur qızı və Cavabdeh4 notariusa mirasın qəbulu ilə bağlı ərizə verərkən özlərindən başqa vərəsənin olmadığını bildirmiş, digər vərəsə barədə notariusa məlumat verməmişlər, notarius isə öz növbəsində vəzifə borcunu yerinə yetirib vərəsələrin dəqiq dairəsini müəyyən edilməsi üçün tədbirlər görməmişdir.
82. Halbuki Mülki Məcəllənin 1318-ci maddəsinin tələblərinə görə notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması, onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməli idi.
83. “Notariat haqqında” AR Qanununun 55-ci maddəsinin tələblərinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius, həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
84. Qeyd olunanlardan göründüyü kimi yol verilmiş qanun pozuntuları səbəbindən cavabdehlər miras üzrə paylarını rəsmiləşdirməyə müvəffəq olsalar da, iddiaçının vərəsəlik hüququ pozulmuş, dolayısı ilə iddiaçı ona çatmalı olan miras paydan məhrum olmuşdur.
85. Bundan başqa iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-2264/2022 nömrəli qərardadının surətindən görünür ki, Cavabdeh4 cavabdeh İddiaçı qarşı mübahisəli (0.22 ha) torpaq sahəsindən çıxarılma tələbinə qarşı iddia qaldırmış, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1387/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
86. Göründüyü kimi, Cavabdeh4 müvafiq iddianı qaldırması İddiaçı mübahisəli torpaq sahəsindən faktiki istifadə və ona sahiblik etməsi faktını təsdiq edir.
87. Digər tərəfdən, məhkəmə kollegiyasının iclasında Cavabdeh4 izahatında iş materiallarında olan (səh.219) xx.xx.2015-ci il tarixli ev vəsiyyətnaməsinin X20 tərəfindən şəxsən tərtib edilmədiyini bildirmişdir. Halbuki Mülki Məcəllənin müddəalarına görə, vəsiyyət edən ev vəsiyyətnaməsini öz əli ilə yazıb imzalamalıdır.
88. Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarına əsasən, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır... Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.
90. Həmin Qərarın müddəalarına əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
91. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanmaması həmin əqdin əhəmiyyətsiz edir. Əhəmiyyətsiz əqdin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.
92. Beləliklə, birtərəfli əqd olan xx.xx.2015-ci il tarixli ev vəsiyyətnaməsi əhəmiyyətsiz əqd olduğundan, əhəmiyyətsiz əqd isə heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız əqd olduğundan, həmin əqd nəticəsində də Cavabdeh4 heç bir hüquqi əsası olmadan mübahisəli predmet üzərində hər hansı bir hüququ tanına bilməz və bu səbəbdən də hüquqi əsas olmadan həmin əmlak onun mülkiyyətinə keçə bilməz. Odur ki, əhəmiyyətsiz əqd heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə verilmiş vərəsəlik şəhadətnamələri etibarsız hesab edilməlidir. Eyni zamanda Cavabdeh2 ilə Cavabdeh4 arasında Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-22 nömrəli və xx.xx.2022-ci il tarixli 4Ə-24 nömrəli daşınmaz əmlakın bağışlanılması müqavilələri etibarsız hesab edilməlidir.
93. AR Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda miras qoyma hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.
94. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1671, 2V-1672, 2V-1673, 2V-1674 nömrəli şəhadətnamələr, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-1668, 2V-1670 nömrəli şəhadətnamələr, məcburi paya vərəsəlik hüququ haqqında 2V-1667, 2V-1669 nömrəli şəhadətnamələrin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin olunmalıdır.
95. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan səbəbdən də Cavabdeh4 və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar və huquqların dövlət qeydiyyatı da ləğv edilməlidir.
96. Mülki Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir.
97. Kollegiya qeyd edir ki, iddia tələbində çıxarışların və onlar əsasında aparılan qeydiyyatın etibarsız hesab edilməsi qeyd olunsa da, iddia ərizəsinin məzmunundan və işin mahiyyətindən müvafiq çıxarışların və qeydiyyatın ləğv edilməsi tələbinin irəli gəldiyi müəyyən olunur.
98. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, JN 0821 KOD 30319038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsindən və JN-0056 KOD 30319038 saylı Dövlət Aktı əsasında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsindən ibarət miras qoyan xx.xx.2015-ci il tarixdə ölmüş anası X18 düşən hissədə İddiaçı tərəfindən miras qəbul edilmiş hesab olunmalı, Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı, 1/16 hissəsinə Cavabdeh2 və 1/16 hissəsinə Cavabdeh4 payları müəyyən edilməli, Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı, 1/12 hissəsinə Cavabdeh2 və 1/12 hissəsinə Cavabdeh4 payları müəyyən edilməlidir.
99. Kollegiya həmçinin vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
100. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
101. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
102. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
103. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı anasına məxsus əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi ilə bağlı öz mövqeyini sübut edə bilmişdir.
104. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən yuxarıda sadalanan normaların tələblərinə tam əməl etməmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
105. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.
106. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)- 64/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir.
107. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(027)-64/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən Notariat kontoru tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 2V-1671, 2V-1672, 2V-1673, 2V- 1674 nömrəli şəhadətnamələr, vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 2V-1668, 2V- 1670 nömrəli şəhadətnamələr, məcburi paya vərəsəlik hüququ haqqında 2V-1667, 2V-1669 nömrəli şəhadətnamələr etibarsız hesab edilsin. Cavabdeh2 ilə Cavabdeh4 arasında Quba Regional ASAN Xidmət Mərkəzində fəaliyyət göstərən notariat kontorunda bağlanmış xx.xx.2022-ci il tarixli 4Ə-22 və 4Ə-24 nömrəli daşınmaz əmlakın bağışlanılması müqavilələri etibarsız hesab edilsin. Cavabdeh4 və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli, ********** və ********** qeydiyyat nömrəli çıxarışlar və huquqların dövlət qeydiyyatı ləğv edilsin. JN 0821 KOD 30319038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsindən və JN-0056 KOD 30319038 saylı Dövlət Aktı əsasında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsindən ibarət miras qoyan xx.xx.2015-ci il tarixdə ölmüş X2na düşən hissədə İddiaçı tərəfindən miras qəbul edilmiş hesab olunsun. JN 0821 KOD 30319038 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında, Azərbaycan Respublikası Əmlak Məsələləsi Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 0,22 ha torpaq sahəsinin 1/8 hissəsinə İddiaçı, 1/16 hissəsinə Cavabdeh2 və 1/16 hissəsinə Cavabdeh4 payları müəyyən edilsin. JN-0056 KOD 30319038 saylı Dövlət Aktı əsasında xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla qeydə alınmış Quba rayonu Mirzəqışlaq kəndində yerləşən 1,35 ha torpaq sahəsinin 1/6 hissəsinə İddiaçı, 1/12 hissəsinə Cavabdeh2 və 1/12 hissəsinə Cavabdeh4 payları müəyyən edilsin Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.