Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-917/2025 27.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X23 (sədrlik edən və məruzəçi), X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Təhməzli Nigar Natiq qızının katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1086/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı, əri X19 və qızı X13 xx.xx.2011-ci il tarixdən hal-hazırkı vaxta kimi Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 526 (Yeni qaydalarla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ev 56B) ünvanında qeydiyyatsız yaşayırlar.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsi ünvan 2sdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.202024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınaraq, xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Əlavə olaraq bildirilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526A ünvanında yerləşən yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir.
3. **********272 nömrəli, xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh1 Notariat ofisinə müraciət edərək, Əliyev Gülbala Hüseynbala oğlunun X24ndan qəbul etdiyi, lakin vərəsəlik hüquqlarını rəsmiləşdirmədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 526 nömrəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin verilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışdan görünür ki Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Səkinə Niyaz qızının adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
5. Sumqayıt şəhər icra Hakimiyyəti başçısının Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 1582 nömrəli arayışından görünür ki, Sumqayıt şəhər icra Hakimiyyəti başçısının Corat qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Sumqayıt şəhər Notariat Ofisinə ondan ötəri ki, həqiqətən nümayəndəlikdə saxlanılan təsərrüfat kitablarına əsasən Corat qəsəbəsindəki 526 saylı fərdi yaşayış evi X35 qızının (18 mart 1989-cu il tarixdə vəfat edib) adına qeydiyyata alınıb. Onun nəvəsi X14 1995-ci il tarixindən vəfat edənə kimi (18 iyul 2011-ci il tarixdə vəfat edib) qızı Cavabdeh1 ilə (xx xxx 2002-ci ildə anadan olub) birgə Corat qəsəbəsi ev 526-da yaşamışdır. X5 vəfatından sonra, hal-hazırkı vaxta kimi onun qızı Cavabdeh1 Corat qəsəbə ev 526 ünvanında yaşayır, qeydiyyatdadır.
6. Sumqayıt şəhər Corat Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 85 nömrəli arayışından görünür ki, X35 qızı vəfat etdiyi gündən ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbə ərazisində yerləşən 526 nömrəli fərdi yaşayış evinin və orada yerləşən torpaq sahəsinin vergisi xx.xx.1997-ci ilədək oğlu - Əliyev Gülbala Hüseynbala oğlu tərəfindən, xx.xx.1997-ci ildən xx.xx.2011-ci ilədək nəvəsi - X14 tərəfindən ödənilmişdir. X14 xx.xx.2011-ci ıldə vəfat etdiyi üçün bu günki günə kimi həmin fərdi yaşayış evinin və torpaq sahəsinin vergisini N.G.Əliyevanın qızı - Cavabdeh1 ödəyir. Hal-hazırda Corat Bələdiyyəsinə torpaq vergisinə görə borcu yoxdur.
7. AZ-İ 480814 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Səkinə Niyaz qızı xx.xx.1989-cu ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011-ci il tarixdə 725 nömrə ilə qeyd edilmişdir.
8. AZ-İ 143292 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Gülbala Hüseynbala oğlu xx.xx.1997-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 646 nömrə ilə qeyd edilmişdir.
9. İE-713548 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Gülbala Hüseynbala oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsində doğulmuşdur. X24, atası X1r.
10. AZ 570359 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1963-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X31 Hüseynbala oğlu, X3dır.
11. AZ-İ 482936 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2011-ci ildə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2011ci il tarixdə 1037 nömrə ilə qeyd edilmişdir.
12. AZ-İİ 141483 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.2002-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X6, anası X8r.
13. Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Notariat Arxivində və “Elektron Notariat” İnformasiya sistemində Əliyev Gülbala Hüseynbala oğlunun hər hansı miras əmlakına dair vərəsəlik işi açılmamışdır.
14. Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Dövlət Notariat Arxivində və “Elektron Notariat” İnformasiya sistemində Səkinə Niyaz qızının hər hansı miras əmlakına dair vərəsəlik işi açılmamışdır.
15. xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1989-cu il tarixdə vəfat etmiş Səkinə Niyaz qızının vərəsəsi oğlu - Əliyev Gülbala Hüseynbala oğludur, lakin onun xx.xx.1997-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsi qızı – X8r, həmçinin onun da vəfat etməsi ilə əlaqədar qızı Cavabdeh1dır o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Səkinə Niyaz qızına verilmiş **********84-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışa əsasən Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni raydalarla: ünvan 1 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsinə dair vərəsəliyi qəbul etmiş, lakin həmin torpaq sahəsinə öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X9 düşən tam hissədən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2024-cü il tarixli qeydiyyat nömrəsi **********FH73902 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni raydalarla: ünvan 4 ünvanında yerləşən ümüumi sahəsi 0.0741 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır.
16. V-JQ-3744075 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X19 və X15 xx.xx.1998-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 11 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Kərimova soyadı verilmişdir.
Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı cavabdehlər Cavabdeh1, Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum nənəsi Səkinə Niyaz qızından miras qalmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: AZ 5021, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0741 ha torpaq sahəsinə onun miras əmlakı faktiki qəbul etməyinin müəyyən edilməsi, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən Cavabdeh1 verilmiş 29 vanvar 2024-cü il tarixli 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, ƏMDX DƏDKR X34 tərəfindən Cavabdeh1 adına qeydiyyata alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş ********** qeydiyyat nömrəli 15 mart 2024-cü il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
18. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə (əri X19 və qızı X13) Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 526 (Yeni qaydalarla ünvan 7 ünvanda yerləşən 0.0741 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi nənəsi Səkinə Niyaz qızına məxsus olub. Belə ki, Sumqayıt şəhər X18 xx.xx.1988-ci il tarixli protokolundan çıxarışa əsasən həmin fərdi yaşayış evi Səkinə Niyaz qızının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilib. Səkinə Niyaz qızı 18 mart 1989-cu ildə vəfat edib. Onun vərəsəsi olan X31 Hüseynbala oğlu 23 aprel 1997-ci ildə vəfat edib. X3 21 iyun 2006-cı ildə vəfat edib. X2 18 iyul 2011 -ci ildə vəfat edib. Cavabdeh1 bacısı Nərgiz Əliyevanın qızıdır. Bacısı vəfat etdikdən sonra Cavabdeh1 azyaşlı olduğundan və onun qayğısına qalan kimsə olmadığından onlar həmin ünvana köçərək cavabdehlə birlikdə yaşayıblar. 2011-ci ildən onlar həmin ünvanda yaşasalar da, orada pasport qeydiyyatına alınmayıblar, lakin evə dair kommunal ödənişləri, zəruri tələbatları onlar ödəyiblər. Cavabdeh1 yetkinlik yaşına çatdıqdan sonra onun həmin ünvana pasport qeydiyyatına alınmasını təmin ediblər, lakin onlar yenə də həmin ünvana pasport qeydiyyatına alınmayıblar. Buna baxmayaraq cavabdehlə bir yerdə həmin ünvanda yaşamağa davam ediblər. Bir müddət əvvəl Cavabdeh1 onlara qarşı Sumqayıt şəhər Məhkəməsinə iddia verərək onların Sumqayıt şəhəri, Corat qəsəbəsi 526 saylı fərdi yaşayış evindən çıxarılmalarını tələb edib. Onlara məlum oldu ki, cavabdeh onlardan xəbərsiz olaraq həmin evi öz adına rəsmiləşdirib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt ərazi idarəsinin 11 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilib ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsi ünvan 2sdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilib. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınaraq, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilib. Ona görə də qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edir. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 saylı fərdi yaşayış evi və onun altında yerləşən 0.0741 ha torpaq sahəsi onun nənəsi Səkinə Niyaz qızına məxsus olub. O, ailə üzvləri ilə birlikdə 2011-ci ildən etibarən (bacısı vəfat etdikdən sonra) həmin ünvanda bacısı qızı olan cavabdeh Gülxanın Həsənova ilə birlikdə ailə üzvü kimi yaşayıblar, onun zəruri tələbatlarını onlar ödəyiblər, eyni zamanda evin kommunal ödənişlərini də onlar ödəyiblər. Hazırda cavabdehlə münasibətlərində soyuqluq yaranıb. Buna görə də cavabdeh onların xəbəri olmadan qanun üzrə vərəsəlik şəhadətnaməsi alıb və onların evdən çıxarılmalarına dair iddia qaldırıb. O, 2011-ci ildən nənəsinə məxsus olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayıb, evdən istifadəyə dair kommunal ödənişləri ödəyib, fərdi yaşayış evini faktiki olaraq qəbul edib. Notariat işindən görünür ki, cavabdeh Gülxanım Hüseynova notariat ofisinə ərizə ilə müraciət edərək qeyd edib ki, ünvan 9 ünvanında yaşayan anası - X14 xx.xx.2011-ci ildə vəfat edib. Hazırda N.Əliyevanın xx.xx.1997-ci ildə vəfat etmiş atası - Əliyev Gülbala Hüseynbala oğlunun anası - Səkinə Niyaz qızından qəbul etdiyi, lakin vərəsəlik hüquqlarını rəsmiləşdirmədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 526 nömrəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edib və həmçinin göstərib ki, ondan başqa vərəsə yoxdur. Onun atası Gülbala Əliyev miras qoyan şəxsin - Səkinə Hüseynovanın 1-ci növbə vərəsəsi olub, o, vəfat edənə qədər anasından qalan miras əmlakı rəsmiləşdirə bilməyib, lakin həmin əmlakı faktiki olaraq qəbul edib. O, da mərhum bacısı Nərgiz Əliyeva kimi irsi transmissiya qaydasında vərəsə hesab edilir. Buna baxmayaraq Cavabdeh1 miras əmlakı qəbul edərkən özündən başqa digər vərəsələrin mövcudluğunu gizlədib. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri- əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. 32.Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. İddia ərizəsinə əlavə edilmiş arayış və qəbzlərdən görünür ki, o, miras əmlak olan torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinə dair kommunal xidmətləri ödəyib və hazırda orada yaşayır. Bununla da o, miras əmlakı faktiki qəbul edib. Bundan əlavə, cavahdeh Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə alarkən digər vərəsələrin olduğunu bildiyi halda bunu gizlətmiş və onun olduğu yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılmağı üçün ağlabatan tədbirlər görməyə borclu olduğu halda bunu etməyib. Bununla yanaşı notariat orqanı da digər vərəsələrin axtarılması üçün tədbirlər görməli olduğu halda bunu etməyib. Göründüyü kimi onun vərəsəlik hüququ pozulub. Vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyi halda onun əsasında verilən çıxarış da ləğv edilməlidir. İddia ərizəsinə əlavə edilən sənədlərdən görünür ki, Cavabdeh1 həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə 15 mart 2024-cü ildə ********** nömrəli çıxarış alıb. Odur ki, həmin çıxarış da ləğv edilməlidir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə iclaslarında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iddia tələbinə dair izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, qeyd edilən mənzil iddiaçının nənəsinə məxsus olub. Mübahisəli əmlakı faktiki olaraq iddiaçı qəbul etmişdir. 1989-cu ildə nənə, 1997-ci ildə isə Gülbala vəfat edib. Nərgiz 2011-ci ildə vəfat edib. Nərgiz Gülnarənin bacısı və Gülxanımın anasıdır. Notarius evdə qeydiyyatda olan Gülxanıma şəhadətnamə vermişdir. Gülarə ailə qurub və hazırda ailəsi ilə birlikdə həmin evdə yaşayır. İddiaçının atası vəfat edəndə də iddiaçı qeyd edilən evdə yaşayıb. Ana isə 2006-cı ildə vəfat edib. Başqa ünvanda yaşasa da mütəmadi olaraq bu ünvana gedib-gəlib. İddiaçının nənəsi Səkinənin Gülbaladan da başqa vərəsələri olmuşdur. Lakin, irsi transmissiya qaydasında yalnız Gülbala əmlakı qəbul edib. Hesab edir ki, bu hal notarius tərəfindən törədilmiş pozuntudur. Gülbala Gülarənin atası Gülxanımın babasıdır. Səkinə də Gülbalanın anasıdır. Bildirir ki, 2024-cü ilin yanvarında vərəsəlik şəhadətnaməsi alınıb. Konstitusiya məhkəməsinin müvafiq qərarına əsasən bu məsələyə müddət məsələsi şamil edilmir. Nərgiz və Gülbala iddia edilən evdə yaşayıb. Ataları öldükdən sonra notariusa müraciət olunmayıb. Hesab edir ki, hazırkı mübahisəyə yalnız indiki Mülki Məcəllə tətbiq edilməlidir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
20. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Gülxanım qeyri rəsmi nikah münasibətlərindən dünyaya gəlib, lakin atası uşağına baxıb. Ev Səkinə adlı xanımın adına olub. Evdə faktiki olaraq Gülbala, Nərgiz və Gülxanım yaşayıb. 2002-ci ildən 2011-ci ilə qədər Gülxanım qeyd edilən evdə yaşayıb. Uşaq 9 yaşında evdə tək qalıb deyə uşağa baxılması üçün aylıq pul verilirdi. Vərəsəlik qaydasında şəhadətnaməni Nərgiz alıb. Nərgiz evi yararlı vəziyyətə salıb. Qadın ailəsi ilə evə baxmaq üçün gəlib, lakin uşaq həddi bülluğa çatanda evdən çıxmaq istəmirlər. Digər tərəflər faktiki olaraq mirası qəbul etməyiblər. Tərəfi uşağa baxılması üçün dayə pulu verib və hazırda da evinin boşaldılmasını tələb edir. Vərəsəlik işində evdə hansı qonşuların yaşamasına dair akt da vardır. Cavabdeh kommunal ödənişləri də edib. Hesab edir ki, ilk əvvəl mirasın qəbul edilməsi müddətinin ötürülməsi məsələsi aydınlaşdırılmalı və daha sonra bu iddia qaldırılmalıdır. Əks halda sözügedən iddianın qaldırılması üçün subyektiv hüquq yoxdur. Çünki, qeyd etdiyi kimi mirasın qəbul edilməsi müddəti ötürülüb. Qarşı tərəfin istinad etdiyi Konstitusiya məhkəməsinin qərarı həmin qərar dərc ediləndən bu yana vəfat edən şəxslərə şamil edilir. Buna görə iddia təmin edilə bilməz. Bundan başqa hesab edir ki, hazırkı işə həm köhnə, həm də yeni Məcəllənin tələbləri tətbiq edilməlidir.
21. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1086/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməməsi qət edilmişdir (hakim Günel Tanrıverdiyeva).
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ, V hissələri, 1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 21, 552, 553, 554-cü maddələri, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.1, 1243.2, 1246, 1248-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarındakı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyi ilə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 217.2, 217.4cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
23. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1086/2025 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir və onun ləğv edilməsini, iddianın təmin edilməsini xahiş edir. Belə ki, İddiaçı (bundan sonra iddiaçı adlandırılacaq) ( ailə üzvləri ilə birlikdə (əri X19 və qızı X13) Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 526 (Yeni qaydalarla ünvan 7 ünvanda yerləşən 0.0741 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evi iddiaçının nənəsi Səkinə Niyaz qızına məxsus olub. Belə ki, Sumqayıt şəhər X18 xx.xx.1988-ci il tarixli protokolundan çıxarışa əsasən həmin fərdi yaşayış evi Səkinə Niyaz qızının adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilib. Səkinə Niyaz qızı 18 mart 1989-cu ildə vəfat edib. Onun vərəsəsi olan iddiaçının Əliyev Gülbala Hüseynbala oğlu 23 aprel 1997-ci ildə vəfat edib. İddiaçının atası vəfat edənə qədər və onun vəfatından bir il sonraya qədər onlarla birlikdə yaşayıb. 30 iyun 1998-ci ildə iddiaçı nikaha daxil olub və başqa ünvana köçüb yaşayıb, lakin anası xəstə olduğu müddətdə onun yanına gəlib və ona qulluq edib. İddiaçının X3 21 iyun 2006-cı ildə vəfat edib. İddiaçının X2 18 iyul 2011-ci ildə vəfat edib. Cavabdeh1 iddiaçının bacısı Nərgiz Əliyevanın qızıdır. N.Əliyeva vəfat etdikdən sonra cavabdeh G. Həsənova azyaşlı olduğundan və onun qayğısına qalan kimsə olmadığından iddiaçı ailə üzvləri ilə birlikdə həmin ünvana köçərək cavabdehlə birlikdə yaşamağa başlayıb. 2011-ci ildən etibarən iddiaçı daimi olaraq həmin ünvana köçüb və yaşayıb, orada pasport qeydiyyatına alınmayıblar, lakin evə dair kommunal ödənişləri, zəruri tələbatları onlar ödəyib. Cavabdeh1 yetkinlik yaşına çatdıqdan sonra iddiaçı onun həmin ünvana pasport qeydiyyatına alınmasını təmin edib, lakin özü ailə üzvləri ilə yenə də həmin ünvana pasport qeydiyyatına alınmayıblar. Buna baxmayaraq cavabdehlə bir yerdə həmin ünvanda yaşamağa davam ediblər. Cavabdeh1 iddiaçı və onun ailə üzvlərinə qarşı Sumqayıt şəhər Məhkəməsinə iddia verərək onların Sumqayıt şəhəri, Corat qəsəbəsi 526 saylı fərdi yaşayış evindən çıxarılmağını tələb edib. İddiaçıya məlum olub ki, cavabdeh onlardan xəbərsiz olaraq həmin evi öz adına rəsmiləşdirib. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X34 2 saylı Sumqayıt ərazi idarəsinin 11 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən 0.0741 ha torpaq sahəsi ünvan 2sdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilib. Həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi Cavabdeh1 adına qeydiyyata alınaraq, xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilib. İddiaçı Sumqayıt şəhər Məhkəməsinə müraciət edərəkmərhum nənəsi Səkinə Niyaz qızından miras qalmış- Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 (Yeni qaydalarla: AZ 5021, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 0,0741 ha torpaq sahəsinə iddiaçının miras əmlakı faktiki qəbul etməsinin müəyyən edilməsi; - Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfindən Cavabdeh1 verilmiş 29 yanvar 2024-cü il tarixli 2V-24 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə; - ƏMDX DƏDKR X34 tərəfindən Cavabdeh1 adına qeydiyyata alınmış Sumqayıt şəhəri, Corat qəsəbəsi, 526 ünvanında yerləşən fərdi yaşayış evinə dair verilmiş ********** qeydiyyat nömrəli 15 mart 2024-cü il tarixli çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edib. Sumqayıt şəhər Məhkəməsinin 07 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilib. Məhkəmə qeyd edib ki, iddiaçı 1997-ci ildə atasının ölümü ilə açılmış, miras əmlaka daxil olan torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi (faktiki və ya notariat orqanına müraciət etməklə) barədə məhkəməyə əsaslı şübhədənkənar mötəbər sübutlar təqdim etməmişdir.
25. Notariat işindən görünür ki, cavabdeh Gülxanım Hüseynova notariat ofisinə ərizə ilə müraciət edərək qeyd edib ki, ünvan 10 ünvanında yaşayan anam – X14 xx.xx.2011-ci ildə vəfat edib. Hazırda N. Əliyevanın xx.xx.1997-ci ildə vəfat etmiş atası – Əliyev Gülbala Hüseynbala oğlunun anası – Səkinə Niyaz qızından qəbul etdiyi, lakin vərəsəlik hüquqlarını rəsmiləşdirmədiyi Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 526 nömrəli fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edib və həmçinin göstərib ki, ondan başqa vərəsə yoxdur.
26. Səkinə Niyaz qızının vərəsəlik hüququ olan digər övladları (Gülbala, Zeynəb, Nisə) olub. Gülbala Əliyevin də (iddiaçının atası) Nərgiz Əliyevadan başqa digər övladları olub. Belə olan halda cavabdehin “yeganə vərəsə” olması barədə təqdim etdiyi məlumat həqiqətə uyğun deyil və bu, notariat orqanını yanlış yönləndirməklə nəticələnib. Bu halda notariat orqanı digər vərəsələrin mövcudluğunu müəyyən emtəli və onları da vərəsəliyə çağırmalı idi. Cavabdeh də notariat orqanına müraciət edərkən özündən başqa digər vərəsələrin mövcudluğunu gizlədib.
27. İddiaçı nənəsi öldükdən sonra atası və anası ilə birlikdə yaşayıb, atası vəfat etdikdən bir il sonraya qədər həmin ünvanda yaşayıb və 1 il sonra ailə quraraq başqa ünvana köçüb. Buna baxmayaraq miras əmlakla bağlılığı itməyib, anası xəstə olduğu müddətdə ona baş çəkib, ona qulluq edib və 2011-ci ildən artıq daimi olaraq miras əmlakda yaşayıb. Lakin 2011-ci ilə qədər olan müddətdə də həmin ünvana gedib – gəlib, atası vəfat etdikdən sonra miras əmlakda 1 il ərzində yaşayıb və miras əmlakı qəbul etmiş hesab edilməlidir. Bununla bağlı iddiaçı nikah şəhadətnaməsini məhkəməyə təqdim edib, həmin şəhadətnamədən də görünür ki, iddiaçı atasının vəfatından 1 il sonra nikaha daxil olub. Lakin Sumqayıt şəhər Məhkəməsi bunu sübut hesab etməyib. Buna görə də iddiaçı Sumqayıt şəhər Məhkəməsinin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir, Məhkəmə qeyd edilən maddi hüquq normalarını pozub. Bu da məhkəmə qətnaməsinin Mülki Prosessual Məcəlləsinin 385.1.1- ci maddəsinə əsasən apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.
28. Sumqayıt Şəhər Məhkəməsi ümumiyyətlə iş üzrə hər hansı araşdırma aparmayıb, digər vərəsələrin mövcud olubolmamasını, miras əmlakda 1997-ci ildə miras qoyan şəxsin ölümündən sonra yaşayan şəxslərin mövcudluğunu müəyyən etməyib, iddiaçının təqdim etdiyi nikah haqqında şəhadətnaməni sübut olaraq qəbul etməyib, yalnız cavabdehin təqdim etdiyi sənədləri əsas götürüb. Beləcə məhkəmə tərəflərin bərabərliyi və çəkişmə prinsipini pozub.
29. Cavabdeh notariat orqanına müraciət edərkən, miras qoyanın (Səkinə Niyaz qızı) digər qanuni vərəsələrinin (övladları – Gülbala, Zeynəb, Nisə) və onların da varislərinin mövcudluğunu gizlətmişdir. Bu hal notariat hərəkətinin – vərəsəlik şəhadətnaməsinin – hüquqi əsasının pozulmasına səbəb olmuşdur. Əgər bu hallar araşdırılsa idi, cavabdehin yeganə vərəsə olmadığı müəyyən ediləcəkdi. Eyni zamanda iddiaçının nənəsinin və atasının ölümündən sonra miras əmlakda yaşaması halını məhkəmə görməzdən gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
31. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
32. Məhkəmə iclasında Cavabdeh1, nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
33. Cavabdehlər Sumqayıt şəhəri 1 saylı Notariat ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri X34 2 saylı Sumqayıt Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.
34. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə qeyd olunan cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
35. Maddə 29, Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
1964-cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin:
36. 527-ci maddəsinə əsasən isə vərəsəlik qanun üzrə və ya vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir.
37. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə həmin Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur.
38. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmık barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərərəlik açılan gündən 6 ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçan qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət 3 aydan az olduqda isə həmin müddət 3 aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.
39. 553-cü maddəsinə əsasən mirasın qəbul edilməsi üçün həmin Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə məhkəmə tərəfindən həmin müddət uzadıla bilər. Mirası qəbul etmiş bütün vərəsələrin hamısının razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilər. Bu hallarda, mirası qəbul etmək müddətini keçirmiş vərəsəyə, yalnız ona çatası, digər vərəsələr tərəfindən qəbul olunmuş və ya dövlətə verilib eyni ilə saxlanmış olan əmlak, habelə ona çatası əmlakın qalan hissəsinin satışından hasil olan pul vəsaitləri verilir.
40. 554-cü maddəsinə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
41. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
42. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
43. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
44. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 45 Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
46. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
47. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
48. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
49. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
50. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
51. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
52. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2014-cü il tarixli Qərarı
53. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
55. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
62. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
63. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
64. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1086/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Kollegiya əvvəla qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında vərəsəlik hüquq münasibətləri iddiaçıya münasibətdə 1997-ci ildə yarandığından mübahisəyə xx.xx.1964cü il tarixli qanunla təsdiq edilmiş Azərbaycan SSR Mülki Məcəlləsinin normaları tətbiq edilməklə hüquqi qiymət verilməli, mübahisəyə 2000-ci il tarixdən sonra qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi və həmin Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarı tətbiq edilməməlidir.
67. Məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, mübahisəli əmlak - Sumqayıt şəhəri, Corat qəsəbəsi ev 526 (Yeni qaydalarla Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sahil küçəsi ev 56B) ünvanında yerləşən ümumi sahəsi 0,0741 ha torpaq sahəsi İddiaçı nənəsi Səkinə Niyaz qızına məxsus olmuşdur. Səkinə Niyaz qızı xx.xx.1989-cu ildə ölmüşdür. Əliyev Gülbala Hüseynbala oğlu iddiaçının atası, Səkinə Niyaz qızının oğludur və o xx.xx.1997-ci ildə ölmüşdür. X14 iddiaçının bacısı, Əliyev Gülbala Hüseynbala oğlunun qızıdır və o, xx.xx.2011-ci ildə ölmüşdür. Cavabdeh1 mərhum X5 övladıdır. X11 miras qalmış əmlak ünvan 2sdiq edilmiş xx.xx.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında səhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınaraq ona bu barədə dövlət reyestrindən çıxarış verilmişdir. Hazırda iddiaçı həmin miras əmlakı faktiki qəbul etməyinin müəyyən edilməsi, mübahisəli əmlaka dair verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
68. Kollegiya qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir.
69. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsinin G.Qəhrəmanovanın şikayəti üzrə 18 iyul 2014-cü il tarixli qərarı).
70. Məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Burada diqqətə alınmalı məqam isə ondan ibarətdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın faktiki qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşdırılmamalıdır.
71. İddiaçı mirasın qəbulu istiqamətində aktiv hərəkətlər etməmiş, yəni mirası qəbul etmək arzusunda olduğunu X31 Hüseynbala oğlu vəfat etdiyi xx.xx.1997-ci il tarixindən başlayaraq bəyan etməmiş, notariat kontoruna müraciət etməmişdir.
72. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçı atasının ölümü ilə açılmış, miras əmlakın onun tərəfindən qəbul edilməsi (faktiki və ya notariat orqanına müraciət etməklə) barədə məhkəməyə əsaslı şübhədənkənar mötəbər sübutlar təqdim etməmişdir.
73. Əksinə, iddiaçının özü tərəfindən iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktla müəyyən olunur ki, İddiaçı mübahisəli ünvanda idiaçının X2 vəfat etdiyi xx.xx.2011-ci il tarixdən sonra yaşamışdır.
74. Odur ki, məhkəmə kollegiyası iddiaçının mirasın faktiki qəbul edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
75. Kollegiya vurğulayır ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
76. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
77. Mülki məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarı).
78. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
79. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1086/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1086/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.