Məhkəmə qərarları › İş №2(105)-92/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-92/2021

19.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-92/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Rəhimov Elman Gülbaba oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, Yusifova Ayşən Hafiz qızının katibliyi ilə, İddiaçı cavabdeh X9 qarşı tikililərin və hasarın sökülməsi, habelə maneələrin aradan qaldırılması tələbinə dair Abşeron rayon məhkəməsinin 2(012)-3027/2019 saylı, 27 avqust 2019-cu tarixli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Abşeron rayon məhkəməsinin 2(012)-3027/2019 saylı, 27 avqust 2019-cu tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X9 qarşı tikililərin və hasarın sökülməsi, habelə maneələrin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5 nömrəli və 5B nömrəli fərdi yaşayış evlərinin ümumi istifadəsində olan torpaq sahəsində cavabdeh X11 tərəfindən çəkilmiş daş hasarın qanunsuz sayılaraq sökülməsi qət edilmişdir (hakim C.Səfiyeva). Qətnamədən cavabdeh X11 apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı X3 cavabdeh X9 qarşı qanunsuz tikilmiş hasarın və əlavə tikililərin sökülməsi, həyətdən və evdən istifadəni məhdudlaşdıran manələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan X11 tərəfindən Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5 nömrəli və 5B nömrəli fərdi yaşayış evinin ümumi istifadəsində olan həyətdə qanunsuz və özbaşına tikilmiş hasarın sökülməsi, onun Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evindən istifadəni və həyətə girişi məhdudlaşdıran manələrin aradan qaldırılması və eyni zamanda, əlavə tikililərin sökülməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ******* saylı 26.08.2008-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi X1 mülkiyyətindədir. Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5B nömrəli fərdi yaşayış evində yaşayan X11 qanunvericiliyin tələbini kobud şəkildə pozmaqla X1 istifadəsində olan həyətdə ozbaşına sanuzel, vanna otağı və hasar tikərək həyətə və evin girişinin qarşısını almışdır. Belə vəziyyətdə X3 öz əmlakından istifadə, sahiblik və sərəncam hüquqlarını həyata keçirə bilmir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qətnamədən cavabdeh X11 apellyasiya şikayəti verərək göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnamə əsassız və qanunsuzdur. Belə ki, onun tərəfindən aparılan artırmanın və çəkilən hasarın iddiaçıya maneçiliyi yoxdur. Həyətdə kifayət qədər boş torpaq sahəsi vardır ki, iddiaçı oradan sərbəst şəkildə isifadə edə bilər.Birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və iddianın təmini barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Abşeron rayon məhkəməsinin 2(012)- 3027/2019 saylı, 27 avqust 2019-cu tarixli qətnaməsi iddianın təmin edilmə hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Abşeron rayon məhkəməsinin 2(012)-3027/2019 saylı, 27 avqust 2019-cu tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X9 qarşı tikililərin və hasarın sökülməsi, habelə maneələrin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilmiş, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5 nömrəli və 5B nömrəli fərdi yaşayış evlərinin ümumi istifadəsində olan torpaq sahəsində cavabdeh X11 tərəfindən çəkilmiş daş hasarın qanunsuz sayılaraq sökülməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən verilmiş ******* saylı 26.08.2008-ci il tarixli Reyestrdən Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5 nömrəli fərdi yaşayış evi X1 adına daşınmaz əmlakın dövlət reyestrində 12 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən verilmiş ******* saylı 22.12.2012-ci il tarixli Reyestrdən Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5B nömrəli fərdi yaşayış evi X7 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 28.02.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması haqqında müqavilədən müəyyən edilir ki, X12 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5B nömrəli fərdi yaşayış evini Cavabdeh bağışlamışdır. İş materiallarına əlavə edilmiş DƏDRX tərəfindən verilmiş ******* saylı 19.03.2015-ci il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5B nömrəli fərdi yaşayış evi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş DƏDRX 4 saylı Ərazi İdarəsinin 17.05.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, Reyestrdən MH seriyalı ******* saylı Çıxarışa əsasən X4 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində istifadədə olan 0,00304 ha torpaq sahəsində yerləşən 5 nömrəli fərdi yaşayış evinin ölçüsü yerində (naturada) üst-üstə düşür. İş materiallarına əlavə edilmiş DƏDRX 2 saylı Ərazi İdarəsinin Reyestrdən RX seriyalı ******* saylı çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində yerləşən 5B saylı fərdi yaşayış evinin ölçüsü yerində (naturada) üst-üstə düşür. Tərəflərin ümumi istifadəsində olan həyətyanı sahədə Cavabdeh tərəfindən inşa edilmiş hasar öz mülkiyyətində olan torpaq sahəsinin koordinatlar daxilində inşa edilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş hasar X6 məxsus Abşeron rayonu Xırdalan şəhəri Mirəsədulla Mirqasımov küçəsində istifadədə olan 0,00304 ha torpaq sahəsində yerləşən 5 nömrəli fərdi yaşayış evindən iatifadəni və həyətə girişi məhdudlaşdırmır. Eyni tərəflər arasında hazırkı mübahisə üzrə məhkəmənin icraatında olmuş 2(012)- 461/2017 saylı mülki işin materiallarından işə əlavə edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 18 may 2018-ci il tarixli 2080 saylı rəyindən müəyyən edilir ki, mübahisə üzrə Əbdülov İlqar Ənvər oğlunun mülkiyyətində olan 0,01057 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təyin olunmadığından onun tərəfindən inşa edilmiş hasarın kimin mülkiyyətində tikildiyini müəyyən etmək mükün olmadı. Məhkəmə Ekspertiza Mərkəzinin ”17" mart 2021-ci il tarixli, 10/ 2020 saylı rəyində göstərilmişdir ki, ünvan 2 fərdi yaşayış evinin texniki göstəricilərinin (en, uzunluq, hündürlük, otaqların yerləşmə vəziyyəti və s.) məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilən texniki pasportun göstəriciləri ilə uyğunluq təşkil etmədiyi, beləki, sahəsi 14.1 kv.metr olan yaşayış otağı 3 hissəyə ayrılmışdır (dəhliz, mətbəx, hamam və ayaqyolu bir yerdə). Sahəsi 7.0 kv.metr olan dəhlizdən isə yaşayış otağı kimi istifadə olunmaqla genişləndirilərək 10.0 kv.metrə çatdırılmışdır. Texniki pasporta əsasən sonradan tikilmiş 11.2 kv.metr olan sahə texniki pasportun eskiz hissəsində 3.5x3.2 kv. metr kimi göstərilsə də, yerində 3.58x3.37 kv.metr olmaqla 12.0 kv.metr təşkil etmişdir. Aparılan ölçmə işləri zamanı tədqiqat obyekti olan ünvan 1 fərdi yaşayış evinin texniki göstəricilərinin (en, uzunluq, hündürlük, otaqların yerləşmə vəziyyəti və s.) məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilən texniki pasportun göstəriciləri ilə uyğunluq təşkil etdiyi, texniki pasportun məlumatlarına və baxış zamanı əldə.olunan məlumatlara əsasən 5B saylı evdə və istifadəsində olan torpaq sahəsində yardımçı tikililərin (mətbəx, hamam, ayaqyolu və s.) olmadığı nəzərə alındıqda tədqiq olunan fərdi yaşayış evinə daxil olmaq üçün nəzərdə tutulan, texniki pasportda öz əksini tapan, lakin ümumi sahəyə əlavə edilməyən “giriş-dəhliz” kimi istifadə olunan hissədə 1.1x2.0 metr ölçüdə ayaqyolu, 1.9x2.0 metr ölçüdə isə hamam tikilisinin inşa edilməsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X5 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən uyğun olduğu müəyyən edilir və iddiaçının mülkiyyətində olan evinə gedən yola, giriş-çıxışa heç bir maneə törətmir. ünvan 1 ünvanda yerləşən torpaq sahəsi mişar daşı ilə hasara alınaraq təcrid şəkildə ünvan 2 ünvanda yerləşən qonşu sahələrdən ayrılmışdır. Azərbayçan Respublikası MPM-nin 14.2-çi maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və ondan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilən halları və qanunvericiliyin tələblərini nəzərə almayan birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmamışdır, ona görə də apelyasiya şikayətinin dəlilləri əsaslı hesab olunaraq təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunması hissəsində ləğv edilməli, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğvi üçün əsasdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron rayon məhkəməsinin 2(012)-3027/2019 saylı, 27 avqust 2019-cu tarixli qətnaməsi iddianın təmin edilmə hissəsində ləğv edilsin, iddia həmin hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********; Hesab AZ34CTRE**********0002088501, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada alındığı gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Ali Məhkəmənin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə alındığı gündən gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar