Məhkəmə qərarları › İş №2(105)-924/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-924/2023

13.04.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-924/2023 13.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı İddiaçı Əlı̇ yusı̇ fovnanın cavabdehlər Xıdırova Nazı̇ lə Xuduş qızı və Cavabdeh2 qarşı (Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və X1 ibarət tərkibdə, Ramilə Cəmaləddin qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Əlı̇ yusı̇ fovnanın cavabdehlər Xıdırova Nazı̇ lə Xuduş qızı və Cavabdeh2 qarşı Sumqayıt şəhəri 3 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt şəhər Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməklə "bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(060)-124/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyriyaşayış binasının, Xızı şəhərində yerləşən 0.60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10cu mikrorayon, b.371, s. 8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyri-yaşayış sahəsinin, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsinin bağışlanmalarına dair xx.xx.2021-ci il tarixli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Mülki işdən görünür ki, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, indiyədək işin məhkəmədə baxılmağa hazırlanması üzrə 6, məhkəmə baxışına dair isə 2 məhkəmə iclası keçirilmiş və hazırda iddiaçının nümayəndəsi ilkin iddia tələbinin həcmini artırılması barədə məhkəməyə ərizə təqdim etmişdir.

3. 21 fevral 2023-cü il tarixdə iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli, 7E-15324 nömrəli etibarnamə və həmin etibarnamə əsasında Cavabdeh2 X3 verdiyi xx.xx.2021-ci il tarixli, 7E-24797 nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmçinin Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyri-yaşayış binasının bağışlanmasına dair xx.xx.2021-ci il tarixdə, Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2021-ci il tarixdə, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s.8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyri-yaşayış sahəsinin bağışlanmasına dair xx.xx.2021-ci il tarixdə, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsinin bağışlanmasına dair xx.xx.2021 -ci il tarixdə bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, eyni zamanda həmin bağışlama müqavilələri əsasında adı çəkilən daşınmaz əmlaklara münasibətdə yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışların ləğvi, həmçinin mübahisəli (Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyri-yaşayış binası, Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mkr., b.371, s.8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyriyaşayış sahəsi, ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsi) daşınmaz əmlaklar üzərində 1/2 hissədə X2, 1/2 hissədə isə Cavabdeh2 payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 verdiyi iddia tələbinin həcminin artırılmasına dair ərizə geri qaytarılmışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsinə dair iddiası təmin edilməmişdir.

6. İddiaçının nümayəndəsi qeyd edilən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından şikayət vermişdir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2(060)-124/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-124/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçının nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.3, 151.1, 152.1.1, 150.1.1, 152.4, 13.4, 263-264 və 268ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri

10. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-5852/2022 nömrəli qərardadı ilə ilkin mediasiya sessiyasında iştirak edilmədiyi üçün ərizə geri qaytarılmışdır. Belə ki, ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan da göründüyü kimi, birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinə dair mediasiya təşkilatına müraciət edilmiş və müvafiq arayış əldə olunmuşdur. Qeyd olunan arayış yeni əldə edildiyi üçün iddia tələbinin həcminin artırılması zərurəti yaranmış, eyni zamanda xx.xx.2023-cü il tarixdə keçirilən baxış iclasında Əfsanə Hüseynova üçüncü şəxs qismində məhkəməyə cəlb edildikdən sonra bəzi xüsusatlar ona məlum olmuş və iddia tələbi dəqiqləşdirilərək “Cavabdeh2 verilmiş xx.xx.2021-ci il tarixli, 7E-15324 nömrəli etibarnamə və həmin etibarnamə əsasında Cavabdeh2 X3 verdiyi xx.xx.2021-ci il tarixli, 7E-24797 nömrəli etibarnamənin etibarsız hesab edilməsi, həmçinin Cavabdeh2 ilə Cavabdeh1 arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyri-yaşayış binasının bağışlanmasına dair xx.xx.2021-ci il tarixdə, Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsinin bağışlanmasına dair xx.xx.2021-ci il tarixdə, Sumqayıt şəhəri, 10-cu mkr, b.371, s.8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyri-yaşayış sahəsinin bağışlanmasına dair xx.xx.2021-ci il tarixdə, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsinin bağışlanmasına dair xx.xx.2021-ci il tarixdə bağlanmış bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, eyni zamanda həmin bağışlama müqavilələri əsasında adı çəkilən daşınmaz əmlaklara münasibətdə yaranmış mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş çıxarışların ləğvi, həmçinin mübahisəli (Sumqayıt şəhəri, Koroğlu prospekti, 565A ünvanında yerləşən ümumi sahəsi 63.4 m2 olan qeyri-yaşayış binası, Xızı şəhərində yerləşən 0,60 ha torpaq sahəsinin, Sumqayıt şəhəri, 10-cu mkr, b.371, s.8 ünvanında yerləşən ümumi sahəsi 38.1 m2 olan qeyri-yaşayış sahəsi, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 71.4 m2 olan fərdi yaşayış sahəsi) daşınmaz əmlaklar üzərində 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh2 payının müəyyən edilməsi barədə qətnamə çıxarılması” xahiş olunmuşdur. Lakin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 124/2023 saylı qərardadı ilə iddia tələbinin həcminin artırılmasına dair ərizə geri qaytarılmışdır. Xüsusi ilə nəzərə çatdırmaq istəyir ki, iddia tələbinin həcminin artırılması birbaşa ilkin iddia ilə əlaqəli olduğu üçün məhkəmə tərəfindən onun geri qaytarılması məhkəmə proseslərinin uzanmasına, iddiaçı ilə cavabdehlər arasındakı mülki mübahisənin ən azı 3 ilə yaxın müddət davam etməsinə səbəb olacaqdır. Bundan başqa ilkin iddia, yəni bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə iddia tələbi məhkəmə tərəfindən rədd edilmişdir. Tərəfindən artırılan iddia tələbi ilkin iddia ilə birbaşa əlaqəli olduğu üçün ilkin iddianın rədd olunması artırılmış iddia tələbinin də nəticəsinə təsir edəcəkdir. Tərəfindən yeni iddia tələbi ilə məhkəməyə müraciət edilsə belə bu birbaşa ilkin iddianın nəticəsindən asılı olduğu üçün məcburən məhkəmə tərəfindən həmin mülki mübahisənin dayandırılması barədə qərardad çıxarılmalıdır. Bu hal iddiaçının hüquqlarını əsassız olaraq məhdudlaşdırmağa və məhkəmə mübahisəsini uzatmağa xidmət edir. Bütün bunla yəni işin faktiki halları, sonuncu məhkəmə prosesində müzakirə edilən xüsusatlar, mediasiya rəynin məhkəmə baxışı təyin olunduqdan sonra əldə edildiyi, məhkəmə baxış iclasında Əfsanə Hsüeynovanın məhkəmənin təşəbbüsü ilə üçüncü şəxs qismində cəlb edilməsi və digər hallar Sumqayıt Şəhər Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Buna görə də, yuxarıda qeyd olunanlar, xüsusilə də prosessual qənaət prinsipi nəzərə alınmalı və Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ləğv olunaraq müvafiq prosessual tədbirlər həyata keçirilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-124/2023 saylı qərardadını ləğv edərək mülki prosessual qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbir görülməsini xahiş edir.

b) Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

7. Apellyasiya baxışının hədləri

Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-124/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)- 124/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM):

Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.1. İddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

9. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-124/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlilindən göründüyü kimi iddiaçı iddia tələbinin həcmini artırmağa əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyini və bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, yuxarıda şərh olunan huquq normalarının məzmunundan göründüyü kimi iddiaçı məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Qanunverici iddiaçının qeyd olunan hüquqlarını tanısa da, eyni zamanda bu hüququn həyata keçirilməsinə qanunla nəzərdə tutulmuş məhdudiyyətlər qoymuşdur. Belə ki, qanunun göstərişinə əsasən bu hərəkətlərin edilməsi işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həyata keçirilməlidir. Məhkəmə baxışı zamanı iddiaçının iddia tələbinin həcmini artırmasına yalnız qanunla nəzərdə tutulmuş aşağıkı əsaslar olduğu halda yol verilə bilər: 1) bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun, 2) iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ərizəsində iddia tələbinin həcmini artırmağa əsasların məhkəmə baxışı gedişində əmələ gəldiyini və ya bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq,

q ə r a r a a l d ı:

İddiaçı Əlı̇ yusı̇ fovnanın nümayəndəsi Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(060)-124/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar