Məhkəmə qərarları › İş №2(105)-935/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-935/2025

19.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-935/2025 19.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X13 və X1 ibarət tərkibdə, X16 qızının katibliyi ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair Sumqayıt Şəhət Məhkəməsinin 2(060)-3720/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 1936-cı il təvəllüdlü mərhum X2 faəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3720/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Ərizəçi şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3720/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3720/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə ərizəyə əlavə edilmiş sənədləri oxumağa cəhd etmədən, işi başından etmək üçün belə bir qərardad qəbul etmişdir. Belə ki, o, 2024-cü ilin iyul ayında Sumqayıt Şəhər Məhkəməsində cavabdeh X11, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X3 və sair şəxslərə qarşı iddia ərizəsi ilə müraciət edərək, mərhum qardaşı X2 adından X11 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamənin, X6 məxsus olmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair xx.xx.2016-cı il tarixli müqavilənin, həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 aparılmış reyestr qeydiyyatının, həmin əmlakın alqı-satqısına dair xx.xx.2023-cü il tarixli, 4Ə-2308 reyestr nömrəli müqavilənin, bağ sahəsinin X2 adından X9 adına keçirilməsinin və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzər” bağçılıq cəmiyyətinin 28 aprel 2019cu il tarixli 19 saylı qərarının etibarsız hesab edilməsi, daşınmaz əmlakın - ünvan 3 ünvanında yerləşən evlə bağl X7 adına verilmiş xx.xx.2023-cüil tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Onun vəsatəti əsasında məhkəmə psixiatriya ekspertizası təyin edilmiş və ekspertizaya təqdim olunmuş, iş materiallarında olan tibbi sənədlərin tədqiqi və təhlili əsasında aşağıdakı nəticəyə gəlinmişdir ki, sağlığında X2 2015-ci ildə keçirmiş olduğu “Beyin insultu” davranış pozuntuları və koqnitiv (dərk etmənin zəifləməsi) pozuntularla təzahür etmiş, onda müəyyən edilən beynin üzvü xəstəliyi proqressivləşmə (artan psixi paralogiya) gedişatlı olmuş və onda müəyyən edilən koqnitiv pozuntular dərinləşərək X4 demensiyanın (qazanılma ağıl zəifliyi) yaranmasına səbəb olmuşdur. Yuxarıda göstərilən, S.H.Piriyevin psixi fəaliyyətində yaranan demensiya geridönməz (sağalmayan) gedişata malikdir. Buna görə də X2 düçar olduğu həmin xəstəliyin 2016-cı ilin iyul və avqust aylarında onun sağalması mümkünsüzdür. Göstərilən tarixlərdə X12 fəaliyyət qabiliyyətsiz olmuş, yəni o, öz hərəkətlərini şüurlu surətdə dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Məhkəmənin 07 aprel 2025-ci il tarixli e-2(060)-195/2025 saylı qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilərək aşağıdakı məzmunda nəticəyə gəlinmişdir: X2 adından X11 verilmiş 09 iyul 2016-cı il tarixli 2V-147 nömrəli vəsiyyətnamə əhəmiyyətsiz sayılsın, X6 məxsus olmuş ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın (mənzilin) bağışlanmasına dair 09 avqust 2016-cı il tarixli müqavilə əhəmiyyətsiz sayılsın, həmin ünvanda yerləşən daşınmaz əmlakın (mənzilin) DƏDRX-nin ünvan 2 X9 adına aparılmış reyestr qeydiyyatı etibarsız hesab edilsin. bağ sahəsinin X2 adından X9 adına keçirilməsi və bağçılıq cəmiyyətinə üzvlüyünə qəbul edilməsi barədə “Xəzəf’ bağçılıq cəmiyyətinin 28 aprel 2019-cu il tarixli 19 saylı qərarı etibarsız hesab edilsin, X10 adına verilmiş xx.xx.2024-cü il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə etibarsız hesab edilsin, “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi, Həmrəylik küçəsi, 600 kv.m sahəsi olan 500 saylı bağ sahəsi və Sumqayıt şəhəri, Xəzər bağları ünvanında yerləşən 23.1 kvm sahəsi olan qaraj cavabdeh X14 tərəfindən iddiaçı Ərizəçi geri qaytarılsın, cavabdeh X8 55000 (əlli beş min) manat pul və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutularaq iddiaçı Ərizəçi ödənilsin. Bundan sonra o, Sumqayıt şəhər məhkəməsinə xüsusi icraat qaydasında ərizə ilə müraciət edərək mərhum qardaşının 2016-cı ilin mart ayından rəhmətə gedən günə qədər fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin S.Piriyevin sağ olmadığına istinad edərək onun ərizəsini geri qaytarması qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, ərizənin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi ərizənin qaytarılması nəticəsinə gələrkən Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə istinad etmiş və qeyd etmişdir ki, ərizəçinin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün müraciət etdiyi 1936-cı il təvəllüdlü mərhum X12 AZ-İİ № 393217 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən xx.xx.2021ci ildə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 319, 320.1, 320.2-ci maddələrinə əsasən məhkəmə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zamanı onun psixi vəziyyətinin müəyən edilməsi üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir və şəxsin özünün iştirakını məcburi hesab edir. Hazıkrı halda isə 1936-cı il təvəllüdlü X12 isə hal-hazırda vəfat etdiyindən məhkəmə ekspertizasının keçirilməsi zamanı şəxsin iştirakı qeyri-mümkün olacaqdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizəni məhz mübahisələndirilən qərardadda göstərilən əsasla qaytarılması mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadda məhkəmə ekspertizasının keçirilməsi zamanı ölmüş şəxsin iştirakının qeyri-mümkün olacağını göstərmiş, lakin ərizəni onun Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyini əsas göstərməklə geri qaytarmışdır. Kollegiya həmçinin qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhət Məhkəməsinin 2(060)-3720/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, ərizənin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 152, 384, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Sumqayıt Şəhət Məhkəməsinin 2(060)-3720/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilsin. Qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla ərizənin icraata götürülməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar